Xəstəliyin 4-cü həftəsindən sonra xəstə ətrafdakılar üçün az təhlükəlidir, 6-cı
həftəsindən sonra törədicinin ifrazı tamamilə kəsilir.
Törədici ifrazının kəmiyyəti və müddəti xəstəliyin kliniki gedişiylə
əlaqədardır. Yüngül keçən xəstəlikdə onlar azalmış olur. Antibiotiklərlə müalicə
orqanizmdən göyöskürək çöplərinin ifrazı müddətini qısaldır. Törədicigəzdirənlərin
bu xəstəlikdə epidemioloji əhəmiyyəti az öyrənilmişdir.
Yoluxma mexanizmi. Hava-damcı yoluxma mexanizmi göyöskürək xəstəliyi
üçün səciyyəvidir. Göyöskürək çöpləri insan bədənindən kənarda qala bilmədiyindən
xəstənin bəlğəmi ilə bilavasitə təmasda olanlardan yoluxma çox nadir hallarda baş
verir.
Epidemioloji xüsusiyyətləri. Göyöskürək ən çox mülayim və soyuq iqlimi
olan ölkələrdə və çox vaxt yaz-yay aylarında qeyd edilir. Xəstəlik dövrülük
xüsusiyyətinə malikdir, hər 2-3 ildən bir onunla xəstələnmələrin yüksəlişi
qeyd edilir,
buna səbəb yeni doğulanların hesabına xəstəliyə həssas uşaqların toplanmasıdır. 5
yaşma qədər uşaqlar daha çox göyöskürəklə xəstələnirlər. Böyüklərin qeyri-
həssaslığı onların uşaq vaxtı bu xəstəliyi keçirmələri nəticəsində qazanılmış
immunitetin hesabınadır. Xəstəlik keçirməmiş və göy öskürəyə qarşı peyvənd
olunmamış yaşlılar da uşaqlar kimi bu xəstəliyə həssasdırlar. Göyöskürəkdə əsasən
ailəvi (ev) ocaqlar və ya uşaq müəssisələrində epidemik ocaqlar qeyd edilir.
Uşaq müəssisələrində xəstəlik adətən ləng inkişaf edir: xəstədən bir neçə uşaq
yoluxur, sonra yoluxma zəncir şəklində (təxminən hər 5-10 gündən bir 2-3
xəstələmnə) davam edir. Epidemiya əleyhinə lazımi tədbirlər həyata keçirilmədikdə
alovlanma kollektivdə immunitet yaranana kimi bir neçə ay davam edə bilər.
Müasir göyöskürəklə xəstələnmənin səviyyəsinin əvvəlki illərə nisbətən
həddindən çox azalması (1959-cu ildə hər 100.000 əhaliyə göstərici 428.0 idisə 1966-
cı ildə 50.0 olmuşdur), xəstəlikdən ölümün ciddi şəkildə azalması, yüngül və gizli
formaların çoxalması, ümumi xəstələnmələr içərisində böyük yaşlı uşaqların artması
ilə səciyyəvidir. Peyvənd böyük yaşlı uşaqlar arasında da (kiçik yaşlılara nisbətən az
miqyasda) göy öskürəyin azalmasına səbəb olur.
Profilaktika və mübarizə tədbirləri. Göyöskürək xəstəliyi ilə mübarizədə
müvəffəqiyyət xəstəliyin mümkün qədər tez aşkarlanıb təcrid edilməsindən çox
asılıdır. Məlum olduğu kimi, göyöskürək xəstəliyində infeksiya mənbəyini xəstəliyin
kataral dövrünün başlanğıcında axtarmaq lazımdır. Göyöskürək tutmaları
başlanandan
sonra törədicinin xarici
148
downloaded from KitabYurdu.org
mühitə ifrazının intensivliyi və beləliklə də xəstənin infeksiya mənbəyi kimi
təhlükəsi azalır.
Bəzi xəstələrdə klassik öskürək tutmaları ümumiyyətlə qeyd edilmir və
xəstəliyin gedişi adi bronxiti xatırladır. Belə xəstələr xüsusilə peyvənd
olunmuşların arasında çox təsadüf edilir. Nəhayət, bəzi xəstələrdə öskürək
ümumiyyətlə olmaya da bilər. Bunu nəzərə alıb aydın kliniki əlamətlərlə qeyd
edilən göy öskürəklə yanaşı, xəstənin ətrafında (yaşadığı yerdə, uşaq
müəssisəsində) baş verən bronxit, traxeit və yuxarı tənəffüs yollarının digər
xəstəlikləri qeydə alınır və onları göyöskürək çöplərini tapmaq üçün bakterioloji
müayinədən keçirirlər. Retrospektiv müayinə və uşaq müəssisələrində göyöskürək
alovlanmalarının dərindən öyrənilməsində seroloji üsullardan (aqqlutinasiya
reaksiyası, komple- mentin birləşmə reaksiyası) istifadə edilir.
Göyöskürəyin yüngül formaları evdə təcrid edilir. Ağır xəstələr, internatda,
körpələr evində tərbiyə alan uşaqlar və mənzil-məişət şəraiti sanitar-gigiyenik
baxımından qeyri-kafı olan ailələrdə yaşayan uşaqlar xəstəxanaya təcrid edilirlər,
xəstələr bakterioloji müayinə edilmədən xəstəliyin 31-ci günündən və bakterioloji
müayinənin nəticəsi iki dəfə mənfi olduqda 25-26 gün sonra xəstəxanadan evə
yazılır, ancaq tibbi nəzarət altına almırlar. Xəstə ilə təmasda olan və əvvəllər
göyöskürəklə xəstələnmiş uşaqlar, xəstə təcrid edilibsə, uşaq müəssisələrinə 14 gün
buraxılmır (axırıncı təmasdan sonra). Əgər xəstə təcrid edilməyibsə, qalan uşaqları
axinncı öskürək tutmasından sonra 30 gün müddətində uşaq müəssisəsinə
gəlməkdən azad edirlər. 7 yaşından yuxarı uşaqlar və böyüklər təcrid edilmirlər,
ancaq onların üzərində 14 gün ərzində tibbi nəzarət qoyulur.
Uşaq müəssisəsində xəstəlik baş verdikdə qrupda və ya bütünlüklə
müəssisədə xəstəni təcrid etdikdən sonra 14 gün ərzində karantin qoyulur.
Uşaqların çox hissəsi xəstələnərsə müəssisədə aşağıdakı təcrid edilmiş qruplar
yaradılır: a) xəstə uşaqlar üçün; b) diaqnozu müəyyən- ləşdirilənə qədər təmasda
olan və öskürən uşaqlar üçün. Xəstəliyin uşaq müəssisələrinə gətirilməsinin
qarşısını almaq üçün yeni təşkil edilən qruplara uşaq qəbul etdikdə uşağın səhhəti
haqqında məlumat toplanmasına və epidemiloji anamnezə fikir vermək lazımdır.
Hər gün uşağı qəbul edərkən valideynlərindən uşağın öskürüb-öskürmədiyini
soruşmaq lazımdır.
Öskürən uşaqlar qəbul olunmayıb evə həkim müşahidəsinə göndərilir.
Tərbiyəçilər qrupda öskürən uşaq aşkar etdikdə tibb işçilərinə xəbər verməlidirlər.
Uşaq bağçalarından
göyöskürəklə xəstə uşaqlar
149
downloaded from KitabYurdu.org