Qrip virusunun vegetativ sinir və damar sisteminə toksik təsiri klinik olaraq
uşağın rənginin kəskin solğun, dəri örtüklərinin mərmər rənginə çalması ilə təzahür
edir. Burun-dodaq üçbucağının sianozu, akrosianoz, hemorragik sindrom (burundan
qanaxma, dəridə və selikli qişalarda nöqtəvari hemorragiyalar) müşahidə edilir, çox
ağır hallarda kollaps baş verə bilər.
Kataral əlamətlər əvvəlcə burnun tutulması, sonra az miqdarda ifrazatın
gəlməsi ilə səciyyələnir. Burun-udlaqda yayılmış hiperemiya, badamcıqların cüzi
şişkinliyi, yumşaq və bərk damağın selikli qişasında nöqtəvari qansızmlar müşahidə
olunur.
Ağırlıq dərəcəsinə görə qripin yüngül, orta və ağır (toksik), hipertoksik və
silinmiş formaları ayırd edilir.
Tənəffüs orqanları tərəfindən iltihabi dəyişikliklər - irinli-nek- rotik və ya
fibrinoz larinqotraxcit, bronxit, pnevmoniya (seqmentar və ya ocaqlı), plevrit, angina
mikrofloranın aktivasiyası ilə bağlıdır və virus-bakterial ctiologiyalıdır. Qrip zamanı,
xüsusilə erkən yaşlı uşaqlarda daha tez-tez baş verən ağırlaşmalar bunlardır.
İnsanların
qrip virusuna, xüsusilə də, yeni serotiplərə (yanm- tiplərə) həssaslığı
yüksəkdir. Postinfeksion immunitet tipospesifikdir, A qripi zamanı 1-3, B qripi
zamanı 3-6 il saxlanır.
Qripdə epidemik prosesin təzahürləri bunlardır:
© sporadik xəstələnmə;
«
epidemik alovlanma;
® epidemiyalar (davametmə müddəti 3-6 həftə);
• pandemiyalar (A virusunun yeni yanmtipləri tərəfindən
törədilir).
Epidemik qalxmalar - payız-qış dövründə,
mövsümi enmələr - yay
dövründə müşahidə edilir.
XX əsrdə qripin 6 pandcmiyası qeydə alınmışdır:
İllər
Scrotip
1918-1928
A(HSW1M1)
1929-1946
A (HİNİ)
1947-1956
A (HİNİ)
1957-1967
A (H3N2)
1978-ci ildən
A (HİNİ)
136
downloaded from KitabYurdu.org
Qripin qcyri-spesifik profilatikası üçün tövsiyə
olunan preparatların siyahısı
Preparatın adı
Yerinə
yetirilmə sxemi
«Algiren»
«Remantadin»in polimer forması. Şəkərli şərbət. 1 yaşdan
böyük uşaqlar üçün.
«Amiksin»
Yalnız böyüklər üçün: həftədə 1 həb olmaqla 4- 6 həftə
müddətində təyin olunur. Virusəleyhinə təsir.
«Aflubin»
«Homeopatik» preparat. 1-12 yaşlı uşaqlar üçün gündə 2 dəfə
3-5 damcı olmaqla bir xörək qaşığı su
və ya südlə qəbul
olunur. 12 yaşdan yuxarı uşaqlar və böyüklərə təmiz şəkildə
və ya su ilə 5-10 damcı təyin olunur. Müalicə kursu - 20
gündür.
Vitaminlər
(kompleks şəklində)
Yaş dozalarında gündə 2-3 dəfə, həmçinin itburnu, qarağat,
moruq dəmləməsi (və ya şərbəti).
Qripieron (buruna
damcı şəklində)
1 yaşdan yuxarı uşaqlar və böyüklər üçün. Əks- göstərişlər və
əlavə effektləri yoxdur.
Dibazol
Kurs təyin olunur:
sentyabr, noyabr, yanvarda hər ayın 1-ci
günü gündə 1 dəfə: 6 yaşa qədər uşaqlara 0,004; 4-14 yaşlı
uşaqlara 0,01; 15 yaşlı uşaqlara və böyüklərə 0,02 q təyin
olunur.
Leykositar insan
interfeıonu
Uşaqlara və böyüklərə 20-25 gün
ərzində hər burun dəliyinə
0,25 ml təyin olunur.
«Oksidin» məlhəmi
Uşaqlara 0,25% məlhəmdən gündə 2 dəfə 15-25 gün, böyüklərə
gündə 2 dəfə 15-25 gün.
«Remantadin»
Böyüklərə 1 həb olmaqla 5 gün (ocaqlı profilaktika), 1 həb
olmaqla 15-20 gün (planlı profilaktika).
«Ribomunil»
Xroniki xəstəliyi olan uşaqlar üçün KRVİ ilə tez-tez və uzun
müddət xəstələnən uşaqlar üçün preparat birdəfəlik dozada (3
həb və ya 1 paket) sutkada 1
dəfə oktyabrdan marta qədər
aşağıdakı sxem üzrə təyin edilir: oktyabr - 3 həftə ərzində hər
həftənin ilk günü, sonrakı 5 ay (noyabr-mart) hər ayın ilk 4
günü.
138
downloaded from KitabYurdu.org