Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və


xtsrsı  E P İ D E M İ O L O G İ Y A



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə40/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   117

xtsrsı 
E P İ D E M İ O L O G İ Y A  
downloaded from KitabYurdu.org


Tənəffüs yollari infcksiyalarinin ümumi xarakteristikasi 
Tənəffüs  yollari  infeksiyalari  -  tənəffüs  orqanlarinin  selikli  qişasinin 
zədələnməsi  və  hava-damci  (aspirasion)  yoluxma  mexanizmi  ilə  xarakterizə 
olunurlar. 
Bu  infesiyalara  həmçinin  aerogen,  aspirasion,  aerozol,  damcı  infeksiyası 
adları  da  verilmişdir.  Lakin  onların  heç  biri  müvəffəqiyyətli  deyildir.  Belə  ki, 
«aerogen»  termini  ona  görə  yararsızdır  ki,  hava  bu  qrup  infeksiyalari  generasiya 
etmir,  yalnız  törədicilərin  ötürülməsi  üçün  mühitdir.  «Aspiıasion»  termini  də 
düzgün  deyildir,  çünki  aspiarsiya,  yəni  nəfəsalma  yoluxma  mexanizminin  3-cü 
fazası  sayılır.  Bundan  başqa,  digər  infeksiyalarda  da  törədicilərin,  həmçinin 
kimyəvi və fiziki agentlərin aspirasiyası da mümkündür ki, çox vaxt onlar infeksion 
amilə  heç  aidiyyəti  olmur.  «Acrozol»  termini  isə  ona  görə  işlədilə  bilməz  ki,  tək 
tənəffüs infeksiyalari deyil, digər qrup infeksiyalann da törədiciləri bu üsulla yayıla 
bilər.  Məsələn,  1942-  1943-cü  illərdə  baş  verən  tulyaremiyamn  epidemiyası 
törədicilərlə  çirklənmiş  bərkfazalı  aerozolun  udulması  ilə  şərtlənmişdir.  «Damcı» 
termini də sinonimdir, lakin damcı təkcə havada əmələ gəlmir, ona görə də «hava-
damcı» termini daha məqsədəuyğundur. Beləliklə, hava-damcı yoluxma mexanizmi 
- tənəffüs sistemində lokalizasiya edən törədicilərin əsas mexanizmidir. 
Bu  qrup  xəstəliklər  aerozol  antroponozlar  da  adlanırlar,  çünki  yalnız 
insanlarda  müşahidə  edilirlər.  Bu  qrupa  aid  olan  bütün  xəstəliklərdə  infeksiya 
mənbəyi  insan  (xəstə  və  törədicigəzdirən)  hesab  olunur.  Buna  görə  də,  bu  qrupa 
daxil olan xəstəliklərə aerozol 

antroponozlar da deyilir, insanın yoluxucu xəstəliklərinin 20%-dən çoxu bu qrupa 
aiddir.  Tənəffüs  yollan  xəstəlikləri  sırasına  qrip,  qızılca,  göyöskürək,  difteriya, 
skarlatina və s. daxildir. 
Aerozol  antroponozlarda  epidemik  prosesin  ikişaf  qanunauyğunluqları 
parazitar  sistemdə  sahib  və  parazit  populyasiyalarmın  infeksion  -  immunoloji 
qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Bir sıra nozoloji formalarda göstərilmişdir ki, 
törədicinin  sirkulyasiyasının  təsiri  nəticəsində  kollektivin  dəyişən  immunoloji 
strukturu  törədicinin  virulentliyinə  təsir  göstərir.  Həssas  adamların  olduğu  zaman 
xəstələnmə  artır,  törədicinin  virulentliyi  yüksəlir.  İmmun  şəxslərin  artması 
yoluxanlarda  xəstələnmə  riskini  azaldır,  orqanizimdə  virulentliyi  zəifləmiş 
törədicilər  toplanır  və  törədicinin  cpidemiyaarası  dövrdə  saxlanılmasına  imkan 
yaranır. Əlavə həssas kontingentlərin 
122 
downloaded from KitabYurdu.org


meydana  gəlməsi  onları  törədicilərin  sirkulyasiyasına  qoşur.  Bu  zaman  törədicilərin 
virulentliyi artır və xəstələnmə səviyyəsi yüksəlir. 
Aerozol  antroponozlar  tənəffüs  yollarının  selikli  qişasının  zədələnməsi  və 
hava-damcı  mexanizmi  ilə  səciyyələnirlər.  Yoluxma  mexanizmi  3  mərhələdən 
ibarətdir.  1-ci  mərhələ  -  törədicilərin  yoluxmuş  orqanizmdən  ifraz  olunması  nəfəs 
vermə,  danışma,  öskürmə,  asqırma  zamanı  həyata  keçirilir.  Törədicilər  yoluxmuş 
orqanizmdən  selik  və  ağız  suyunun  damcıları  ilə  havaya  düşür  və  orada  mikrob 
aerozolu əmələ gəlir. 2-ci mərhələ - aerozolun damcı, hava-nüvəcik və toz fazaları ilə 
realizə  olunur.  3-cü  mərhələdə  törədicilərin  insan  orqanizminə  daxil  olması  nəfəs 
aldıqda baş verir. 
Tənəffüs  yollarının  yuxarı  şöbələrində  yerləşmiş  törədicilər  nəfəsvermə, 
asqırma, danışıq zamanı ifraz olunurlar. Öskürmə zamanı isə tənəffüs yolunun aşağı 
hissələrində yerləşmiş törədicilər ifraz edilirlər. 
Öskürmə,  asqırma,  danışıq  zamanı  havada  əmələ  gələn  hissəciklərin 
ölçüsündən  asılı  olaraq,  mikrob  aerozolu  2  fazaya  bölünür:  1)  xırda  damcılı 
(hissəciklərin  ölçüləri  100  mkm  ə  qədər);  2)  iri  damcılı  -  hissəciklərin  ölçüsü  100 
mkm-dən böyükdür. 
Damcılar  infeksiya  mənbəyi  ətrafında  1-2  m  (nadir  hallarda  daha  çox) 
məsafədə  yayılırlar.  Damcılar  ifraz  olunduqdan  sonra  yaxın  20  dəqiqə  ərzində 
quruyurlar,  bəzən  isə  havanın  temperaturundan  və  rütubətdən  asılı  olaraq  2  saat 
ərzində  havada  saxlanırlar  (qızılca,  göyöskürək).  Quruma  nəticəsində  xəstəliklərin 
törədiciləri  aerozolun  damcı  fazasından  damcı-nüvəcik  fazasına  keçirlər.  Bu  zaman 
törədicilərin kütləvi şəkildə məhv olması baş verir. Xarici mühit amillərinin təsirinə 
qarşı az davamlı törədicilər tezliklə məhv olur, daha davamlılar isə hissəvi saxlanırlar. 
Böyük ölçülü damcılar yerə çökür və quruyur, nəticədə toza çevrilirlər. 
Ölçüsü  100  mkm-ə  qədər  olan  «nüvəciklər»  havada  saatlarla  asılmış 
vəziyyətdə  qalır  və  hava  axını  ilə  otaqda  dövr  edir,  onun  hüdudlarından  kənarda 
ventilyasiya  yollarından  dəhlizə  keçə  bilirlər.  Onlar  yavaş-yavaş  aşağı  çökürlər. 
Məsələn,  qızılı  stafılokoklar  72  saat,  difteıiya  çöpləri  bir  neçə  saatdan  2  sutkaya 
qədər, qrip virusu 4 saat ərzində havada həyat qabiliyyətini saxlayırlar. 
Otaqlar  yığışdırıldıqda,  insanların  hərəkəti  və  digər  amillərin  təsiri  altında 
hava  axınının  hərəkəti  nəticəsində  aerozolun  ikincili  toz  fazası  yaranır.  Ölçüsü  100 
mkm-ə  qədər  olan  toz  hissəcikləri  havada  uzun  müddət  asılı  vəziyyətdə  qalırlar, 
lnfeksion aerozolun toz 
123 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə