Passiv immunlaşdırma. Vaksinlərlə aparılan aktiv immunlaşdır- ma ilə
yanaşı, passiv immunizasiyanı təmin edən immun zərdablar və immunqlobulinlər
işlədilir. Onların nəticəsində yaranmış immunitet bir neçə gündən 4-6 həftəyə qədər
saxlanır.
Hazırlanma üsulundan asılı olaraq homoloji (insan zərdabından alınır) və
heteroloji (hiperimmunlaşdırılmış heyvanların qanından) preparatlar ayırd edilir.
Birincilər
tam dozada birdəfəyo, ikincilər - Bezrcdko metodu üzrə yeridilir.
Təsir istiqamətinə görə antitoksik, antivirus və antibaktcrial preparatlar ayırd
edilir.
Heteroloji antitoksik preparatlara aiddir:
® Tetanus əleyhinə
antitoksik zərdab;
o Qazlı qanqrena
əleyhinə polivalent zərdab;
•
Botulizm əleyhinə monovalent (A, B, C, E, F) zərdablar;
© Difteriya əleyhinə zərdablar.
Heteroloji virusəleyhinə preparatlara aiddir:
® Quduzluqəlcyhinə immunqlobulin;
© Gənə ensefalitinə qarşı immunqlobulin.
Homoloji preparatlar donor vcnoz, cift qanından, düşüklər (abort) zamanı
alınmış ciftin ekstrakllarından və qandan hazırlanır. Buraya aiddir:
® Normal insan immunqlobulini (tərkibində 10% zülal olub 1000 nəfərdən çox
insanın qanından alınır). Perparat qızılca, A hcpatiti, göyöskürək, hipo- və
aqammaqlobulincmiya zamanı işlədilir.
•
Qripəleyhinə immunqlobulin. Həm profilaktiki, həm də müalicə məqsədilə
işlədilir. Müalicə üçün preparat əzələ daxili xəstəliyin erkən mərhələlərində
yeridilir;
•
Slafilokokkəleyhinə immunqlobulin stafilokokk infcksiyasının müxtəlif
formaları
ilə xəstələrdə tətbiq edilir;
•
Tetanusəlyehinə insan immunqlobulini peyvənd edilməmiş uşaqlarda
tetanusun passiv təcili profilaktikası və böyüklərdə müalicəsi məqsədilə
işlədilir;
•
Gənə ensefalitinə qarşı insan immunqlobulini xəstəliyin təcili profilaktikası və
müalicəsində tətbiq olunur.
Spesifik təsirlə yanaşı, immunqlobulinlər qeyri-spesifik xüsusiyyətə də
malikdir. İmmunqlobulinlərin müalicəvi effekti
allergik
115
downloaded from KitabYurdu.org
Peyvond işinin təşkili
Spesifik peyvəndlər profilaktik və əksepidemik tədbirlər kompleksində
mühüm rola malik olub, müxtəlif infcksiyalarla mübarizədə eyni əhəmiyyət
daşımır. Hava-damcı yoluxma mexanizmi ilə yayılan infeksiyalarda (diftcriya,
qızılca, göyöskürək, vərəm və s.) profilaktik peyvəndlər həlledici rol oynadığı
halda, bağırsaq infeksiyalarında (qarın yatalağı, dizenteriya və s.) yardunçı
əhəmiyyət kəsb edir.
Respublikada əhalinin profilaktik peyvəndlənməsinə rəhbərlik və nəzarət
Səhiyyə Nazirliyinin baş sanitar-epidemioloji sektoru tərəfindən həyata keçirilir.
Profilaktik peyvəndlərin icrası Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə
tənzimlənir. Peyvəndlərin aparılmasının təşkili və ona cavabdehlik yerli səhiyyə
təşkilatlarının üzərinə düşür.
Bütün profilaktik peyvəndlər yalnız müalicə-profilaktika müəssisələrində
yerinə yetirilməlidir. Peyvəndlərin evdə aparılması qəti qadağandır. Tibb işçiləri
olmayan kiçik yaşayış məntəqələrində peyvəndlər adətən həkim və orta tibb
işçilərindən ibarət briqada tərəfindən yerinə yetirilir. Bu halda peyvəndlər
müvəqqəti təşkil edilmiş peyvənd məntəqələrində icra olunur.
Peyvənd otağı təmiz olmalı, aseptika, antiseptika qaydalarına ciddi riayət
olunmalıdır. Alətlər üçün nəzərdə tutulan stol, həmçinin döşəmə sabunlu isti su ilə
yuyulmalı və ya dezinfeksiyaedici məhlulla (0,2% xloramin və ya 2% lizol)
silinməlidir. Stolun üzərinə steril örtük çəkilməlidir.
Əhali peyvənd ediləcək gün və yer barədə əvvəlcədən xəbərdarlıq
edilməlidir. Şəhər əhalisinə profilaktik peyvəndlər peyvəndin növündən və əhali
qrupundan asılı olaraq, ümumi və ya xüsusi tibb şəbəkəsinin mütəxəssisləri
tərəfindən aparılır. Poliklinikalarda peyvəndlərin təşkili və icrası infeksion
xəstəliklər kabineti tərəfindən həyata keçirilir. Tibbi sanitar hissələrə malik
müəssisələrdə peyvənd- ləmə Gigiyena, Epidemiologiya Mərkəzinin (GEM)
göstərişi və nəzarəti altında tibb işçiləri tərəfindən icra edilir.
Şəhərdə uşaqların profilaktik peyvəndlonməsi müstəqil və ya uşaq
poliklinikalarının tərkibində olan peyvənd otaqlarında yerinə yetirilir. Uşaq və
məktəbəqədər müəssisələr, internatlara gedən uşaqlar həmin müəssisələrin tibb
işçiləri tərəfindən peyvənd olunurlar. Profilaktik peyvəndlomənin günü barədə
valideynlər
əvvəlcədən
117
downloaded from KitabYurdu.org