belə olduqda tərkib hissəsinin biri o birisi üçün qida rolunu oynayır; digər halda bu
təmas xarakterli ola bilər, bu zaman bir tərkib hissəsi o biri ilə təmasda olur və ya
onlar (ayrı-ayn elementlər) bir-birilə görüşürlər.
insanın fəaliyyətinin təbiətə və təbii ocaqlara belə təsirinə antropur- gik təsir,
yaranmış yeni ocaqlar isə antropurgik ocaqlar adlanır (“antro- pos” - insan, “urgeo” -
eləyirəm, təsir edirəm). Təbii ocaqda biosenozun epizotoloji və epidemioloji
əhəmiyyətini öyrənmək məqsədilə ən əvvəl törədicinin dövranında əsas rol oynayan
tərkib hissələrini kompleks şəkildə öyrənmək lazımdır. Biosenozun əsas
komponentləri törədici, onun donoru - heyvan, keçiriciləri və resipiyentləridir.
HEYVANLAR INFEKSIYA MƏNBƏYİ KIMI
İnsanın yoluxucu və invaziv xəstəliklərinin böyük bir qrupunu zoonozlar təşkil
edir. Bu xəstəliklərdə infeksiya mənbəyi rolunu müxtəlif növ ev, kənd təsərrüfatı və
vəhşi heyvanlar, o cümlədən, müxtəlif növ quşlar, bəzi hallarda sürünənlər,
amfıbiyalar və balıqlar oynayırlar. Bu xəstəliklər sırasına vərəm, bruselyoz, qara yara,
manqo, quduzluq, salmonelyoz, listerioz, erizopeloid, dabaq, leptospiroz, Kü-
qızdırması, toksoplazmoz, trixinelyoz və başqaları aiddir.
İnsanların bu xəstəliklərin törədiciləri ilə yoluxması onlardan alınmış
məhsullardan qidalanmada (ət, süd və süd məhsulları), məişətdə (heyvanın yunundan
və dərisindən) istifadə etdikdə, eləcə də onlara qulluq edərkən baş verir. MDB ölkələri
ərazisində 13 fəsi ləyə aid 145 gəmirici növü məlumdur. Onların 60-dan çoxunun
müxtəlif xəstəliklərdə infeksiya mənbəyi kimi iştirakı müəyyən edilmişdir.
Azərbaycanda yayılmış 30 növ gəmiricilərdən 15-dən çoxu təbii ocaqlarda infeksiya
mənbəyi rolunu oynayırlar. Bunların müəyyən qismi yaşayış məntəqələrinin
yaxınlığında (yarımsinantrop) və ya bilavasitə evlərdə (sinantroplar) yaşayaraq insanla
bilavasitə təmasda olurlar. Bu gəmiricilərdən xəstəliyin yoluxmasında onların
ektoparazitləri mühüm rol oynayır. Gəmiricilərin infeksiya mənbəyi kimi təhlükəsi də
ondan ibarətdir ki, onlar çox tez artırlar. Belə ki, gəmiricilər çox cavankən (8
həftəlikdən) balalamağa başlayırlar, bəziləri (boz siçovul) 9 ay ərzində 8 dəfə
balalayaraq 50-dən 150-yə kimi bala verir. Yüksək balalama xüsusiyyəti zoonozların
epizootiyalarına səbəb olur, nəticədə insanların yoluxma təhlükəsi artır.
83
downloaded from KitabYurdu.org
Heyvanların adlan
Nozoloji formalar
Qaramal
Bruselyoz, qara yara, salmonelyoz, botulizm, liste- rioz,
toksoplazmoz, pasterelyoz, vərəm, leptospirozlar,
xlamidiyalar, Kü-qızdırması, dabaq, quduzluq, arboviruslar,
stafilokoklar və streptokoklar törədən xəstəliklər,
helmintozlar və s.
Camışlar
Xlamidiyalar, bruselyoz, leptospiroz, Ku- qızdırması,
toksoplazmoz
Dəvələr
Toksoplazmoz, taun
Zebu
Xlamidiyalar, bruselyoz, toksoplazmoz, leptospiroz
Qoyunlar
Listerioz, psevdotuberkulyoz, qara yara, bruselyoz, vərəm,
leptospiroz, toksoplazmoz, tetanus
Keçilər
Listerioz, psevdotuberkulyoz, qara yara, bruselyoz, vərəm,
leptospiroz, toksoplazmoz, tetanus
Donuzlar
Bruselyoz, listerioz, leptospirozlar, toksoplazmoz,
xlamidiyalar, vərəm, Ku-qızdırması, bəzi helmintozlar və s.
Atlar
Ku-qızdırması, toksoplazmoz, manqo, dabaq, arboviruslar
törədən xəstəliklər və s.
İtlər
Toksoplazmoz, xlamidiyalar, helmintozlar, Ku- qızdırması,
leptospirozlar və s.
Pişiklər
Toksoplazmoz, xlamidiyalar, helmintozlar, leptospirozlar
Gəmiricilərin epidemioloji təhlükəsi törədicilərdən asılı olaraq fərqlənir. Bir
halda onlar mühüm infeksiya mənbəyi kimi (taun, tul- yaremiya, leptospirozlar,
sodoku və $.), başqasında ancaq fakültativ infeksiya mənbəyi (quduzluq və s.), digər
halda isə törədicinin mexaniki keçiricisi (qarın yatalağı, dizenteriya və s.) rolunu
oynayırlar.
Quşlar və onlarin epidemioloji əhəmiyyəti
Quşlar təbiətdə ən çox yayılmış heyvanlar qrupuna aiddir. Quşların dəstə,
sinif və növlərinin sayı çoxdur. Hazırda dünyada 8500-dən çox quş növü məlumdur,
onlardan 700-dən çoxu MDB ölkələri ərazisində qeydə alınmışdır. Bunlar ev quşları,
sinantrop quşlar və koloniya halında yaşayan vəhşi quşlardan ibarətdir.
84
downloaded from KitabYurdu.org
Ev quşlarına əsasən toyuq, hind toyuğu, ördək və qazlar, eləcə də dekorativ
məqsədlə evdə saxlanılan quşlar (bülbül, göyərçin, tutuquşu və b.) aiddir. Bunlar
insanlarla ən yaxından təmasda olan quşlar cərgəsinə daxildir. Ev quşlarının bir qismi
(ən çox toyuq, ördək, hind toyuğu) quşçuluq fabrikləri, fermalarında və sovxozlarında
istehsal məqsədilə saxlanılır.
Sinantrop quşlara adətən yaşayış məntəqələrində yaşayıb artan və həyatının
müəyyən dövrünü burada keçirən quşlar aiddir, bunların arasında göyərçin və sərçə
dəstələrinə mənsub quşlar çoxluq təşkil edirlər.
Koloniya halında yaşayan quşlara müxtəlif dəstəyə daxil olan çoxlu quş növü
aiddir, onların bir qismi köçəri quşlardır ki, bunlar ömür boyu bir ölkədən digərinə
köçürlər. Epidemioloji cəhətdən insan üçün ən təhlükəlisi ev və sinantrop quşlardır,
çünki insan məişətdə və istehsalat şəraitində ən çox bu quşlarla təmasda olur.
Quşların infeksiya mənbəyi kimi epidemioloji əhəmiyyəti müxtəlifdir. Burada
quşlara xas olan bir çox cəhətlər, xüsusilə aşağıdakılar mühüm əhəmiyyətə malikdir.
Sayı 8500-dən artıq olan quş növündən çoxu böyük miqdarda toplaşıb dəstə
yaratmağa meyl etməsilə fərqlənir. Bu onların arasında baş vermiş xəstəliyin az bir
zamanda geniş yayılmasına səbəb olduğu kimi, xəstəliklərin həssas digər canlılara, o
cümlədən insanlara yoluxma təhlükəsini də artırır. Quşların əksər növləri az (2-4 il)
ömür sürdüyündən onlann arasında xəstəliklərə immuniteti olmayan cavan quşlar çox
olur, bu cəhət xəstəliklərin geniş yayılmasına böyük təsir göstərir.
Təbii şəraitdə quşların bir çox növü insanlar üçün patogen mikroblara qarşı
həssasdır. Bunların 50-dən çox növü insanın və quşların yoluxucu və invazion
xəstəliklərində infeksiya mənbəyi kimi müəyyən edilmişdir. Beləliklə, quşlar həmin
xəstəliklərin törədicilərinin təbiətdə uzun müddət saxlanmasını təmin edirlər.
Hazırda quşların törədiciləri viruslar (gənə və yapon ensefalitləri, Qərbi Nil
qızdırması, Sindibis qızdırması və s.), rikketsiyalar (Kü- qızdırması, Asiya gənə
rikketsiozu və b.), bakteriyalar (salmonelyoz, bruselyoz, listerioz, vərəm və s.),
spiroxetlər (leptospiroz, gənə spiro- xetozu), ibtidailər (toksoplazmoz və s.),
göbələklər (histoplazmoz və b.), xlamidiyalar (ornitoz və s.) və parazit qurdlar
(trixinellyoz və s.) olan xəstəliklərdə infeksiya mənbəyi rolu oynadığı məlumdur.
Qeyd edilən xəstəlik törədicilərinin vəhşi quşlar və məməlilər arasında,
çoxlarının isə həşəratlar arasında dövr etməsi yoluxucu xəstəliklərin təbii ocaqlarının
yaranmasını və uzun müddət saxlanmasını təmin edir.
85
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |