İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilo baş verir - öskürmə, asqırma
zamanı qızılca virusu yuxarı tənəffüs yolalrının selik hissəcikləri vasitəsilə ətraf
mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə- qonşu otaqlara və dəhliz və
piliəkənlərarası sahələr boyunca digər mənzillərə yayıla bilər. Qızılca virusunun
aşağı mərtəbələrdən ventilyasiya sisiemi vasitəsilə yuxarı mərtəbələrə daşınması
mümkündür.
Patogenez vo patoloji anatomiyası. Qızıca virusunun orqanizmə daxil olma
qapıları yuxarı tənəffüs yollarının selikli qişasıdır. K.Rarr (1954-1957)
məlumatlarına əsasən qızıca virusunun giriş qapıları kimi gözün selikli qişası da
iştirak edə bilər.
Virus buıun-udlağm selikli qişasından orqanizmə daxil olaraq qana keçir ki,
orada onu inkubasiyanın ilk günlərindən aşkar etmək olar. Virusun qanda maksimal
sirkulyasiyası kataral dövrün sonunda və səpkinin yaranmasının 1-ci günü
müşahidə edilir, bu günlərdə virus yuxarı tənəffüs yollarının selikli qişasının
ifrazatında böyük miqdarda aşkar edilir. Səpkinin 3-cü günündən virusun ifrazı
kəskin azalır, 5-ci günü isə virus qanda tapılmır. Bu andan etibarən qanda virus-
neytrallaşdıran əkscisimlər aşkar edilir.
Keçirilmiş infeksiyadan sonra immunitet kifayət qədər davamlıdır, praktik
olaraq ömürlükdür, qızılca ilə təkrar xəstələnmə halları çox nadirdir (0,5-1 %).
Klinik əlamətlərin, vegetativ sinir sisteminin pozulmasının (kataral
əlamətlər, səpkilər, leykopeniya, AT-nin səviyosinin azalması, damarların
keçiriciliyinin artması və s.) xarakterinə görə qızıca infeksion-allcrgik xəstəliklərə
xas olan bir çox ümumi cəhətlərə malikdir. Bu baxımdan onu zərdab xəstəliyi ilə
müqayisə edirlər. Patomorfoloji müayinələr də həmçinin qızılcanın allergik
xarakterini təsdiq edir. Dəridə səpkilərin əmələ gəlməsini bəzi müəlliflər allergik
reaksiya kimi qiymətləndirirlər. Maksimal virusemiya ilə bir vaxtda yaranan
səpkilər virus antigeninin həmin dövrdə əmələ gələn əkscisimlərldə qarşılıqlı
əlaqəsinin nəticəsi
saymaq olar
Qızıca virusu MSS-ə, yuxarı tənəffüs yollarına və həzm traktına qarşı
tropizmə malikdir. MSS-nin zədələnməsi səpkinin 1-ci günü xüsusilə nəzərə çarpır.
Qızılca virusu ilə respirator yolun zədələnməsi xəstəliyin ilk günlərindən meydana
çıxır və burun, qırtlaq, traxcyanın selikli qişasının iltihabı şəklində özünü göstərir.
Diffuz
erkən bronxitlər, bronxiolitlər və pnevmoniyalar
da həmçinin virusun təsiri
128
downloaded from KitabYurdu.org
ilə bağlıdır. Qızılca zamanı çox vaxt ağız boşluğunun (stomatitlər) və yoğun
bağırsağın selikli qişası (kolitlər) zədələnir.
Qızılcanın patogenczində qızılca virusunun ancrgiya vəziyyətini yaratmaq
qabiliyyəti böyük rol oynayır. Orqanizmin müdafiə qüvvələri zəiflədikdə
difteriyaya qarşı antitoksik immunitet zəifləyir (mənfi Şik reaksiyası müsbət olur),
müsbət Mantu sınağı itir, qanm komplementar qabiliyyəti azalır və s.
Ağırlaşmaları: pnevmoniya, otit, laringit, cnscfalit, stomatit.
Inkubasiya dövrü orta hesabla
8-10 gün davam edərək
17 günə qədər
uzanır, qamma-qlobulin yeridildikdə isə 21 gün təşkil edir.
Qızılcanın
klinik mənzərəsində 3 dövr ayırd edidlir: kataıal və ya başlanğıc
(prodromal), səpkilər və və piqmentasiya.
Xəstəlyiin başlanğıc dövrü bədən temperaturunun 38,5-39 °C-yə qədər
artması, yuxarı tənəffüs yolarının və konyunktivanın zədələn- məsi ilə səciyyələnir.
Kataıal əlamətlər durmadan inkişaf edir. Burundan bol, əvvəlcə selikli, sonra
selikli-irinli ifrazat, güclü və ya xırıltılı səs, uşağı narahat edən quru və anlaşılmaz
öskürək qeyd olunur. Bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf
edir.
İşıqdan qorxma, konyunktivanın hipcremiyası, göz qapaqlarının şişkinliyi,
selikli qişa damarlarının inyeksiyası müşahidə edilir, sonra irinli ifrazat əmələ gəlir.
Uşağın ümumi vəziyyəti xeyli pisləşir. Əzginlik, ağlağanlıq, narahatlıq, iştahanın
və yuxunun pozulması qeyd olunur. Çox vaxt qusma, duru nəcis, qarında ağnlar
meydana çıxır. Daha ağır hallarda xəstəliyin ilk günlərindən ümumi intoksikasiya
simptomları kəskin nəzərə çarpır, qıcolmalar və huşun tutulması ola bilər.
Qızılcanın kataral dövrü 3-4 gün davam edir, bəzən isə 5-7 günə qədər
uzanır. Bu dövr üçün ağzın selikli qişasında olan özünəməxsus dəyişikliklər
patoqnomikdir. Bu dəyişikliklər ağız boşluğunda yanaqların və ya dodaqların
selikli qişasında və dişətində dişlər səviyyəsində buğda dənəsi ölçüsündə qırmızı
haşiyə ilə əhatə olunmuş bozumtul-ağ papulanm əmələ gəlməsi ilə səciyyələnir.
Qızılcanın kataral dövrü üçün həmçinin yumşaq və bərk damaqda çöhrayı-
qırmızı xırda ləkələr şəklində cnantcmaların əmələ gəlməsi səciyyəvidir. Qızılca
enantemasını adətən dəridə görünən səpkidən 1-2
gün əvvəl aşkar edirlər
Bir sıra hallarda kataral dövrdə dəridə xırda-danəli skarlati- nayabənzər
səpki əmələ gəlir ki, bəzən o, ləkəli, urtikar olur. Prodromal səpki adətən sıx
deyildir və zəif nəzərə çarpır.
129
downloaded from KitabYurdu.org