Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə230/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   235
A.S.A-UROV-marketinq..

Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik
. Bir çox İnternet 
firmaların  (AOL,  Amazon,  eBay,  Yahoo  və  s.)  yaranması  və  bazarda 
müvəffəqiyyət qazanması bəzi istehsalçıları və pərakəndə ticarətçiləri ciddi 
narahat etməyə başlamışdır. Onlayn rəqiblərin meydana çıxması ilə bir çox 
tipik  vasitəçilər  –  xüsusilə  kitab  və  musiqi  məhsulları  mağazaları,  səyahət 
agentlikləri, broker firmaları bazarda çox güclü təzyiq hiss edirlər. Onlar e-
satıcılar  tərəfindən  haqlı  olaraq    təhlükə  hiss  edirlər.  Bir  sıra  ənənəvi 
vasitəçi  firmalar həqiqətən  də  oyundan çıxmışlar.  Ancaq  şəbəkədə işləyən 
yeni  vasitəçilər  (xüsusilə,  Priceline.com)  meydana  çıxmışlar  ki,  onların 


 
 
 
 
 
195 
müvəffəqiyyət  qazanması  artıq  yeni  tipli  və  iri  miqyasılı  vasitəçilərin 
yaranmasına işarədir.  
Bununla  belə  bir  çox  ənənəvi  firmalar  yeni  reallığa,  yeni  tipli 
vasitəçiliyə  ehtiyatla  yanaşır  və  belə  hesab  edirdilər  ki,  onlayn  firmaların 
hücumu  zəifləyəcək  və  ya  tamamilə  dayanacaqdır.  Son  nəticədə  onlar 
pərakəndə  satıcıların,  broker  və  agentlərin  sadiqliyini  qoruyub  saxlamaq 
üçün,  həm  ºəbəkə,  həm  də  ºəbəkədənkənar    fəaliyyəti  həyata  keçirməyə 
üstünlük verdilər və şəxsi İnternet kanallarını yaratdılar. Həm onlayn, həm 
də  şəbəkədənkənar  ənənəvi  kanallara  malik  olan  firmalar  şəbəkə 
kompaniyalarına  nisbətən  daha  güclü  mövqeyə  malik  oldular.  Şəbəkədə 
fəaliyyət  böyük  sürətlə  davam  edir,  virtual  kompaniyalar  yüksək  mənfəət 
qazanırlar. Bununla belə, bir çox İnternet - kompaniyalar başqa dot.coms-
ların  çiçəklənməsinə  baxmayaraq,  maliyyə  uğursuzluğuna  düçar  olur, 
məsrəflərini ixtisar edir, hətta müflis olduqlarını belə elan edirlər (6.s.47).  

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə