Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə232/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   235
A.S.A-UROV-marketinq..

Sahə konvergensiyası
. Əvvəllər sahələrin sərhədləri dəqiq müəyyən 
olunmuşdu  və  bir  sahədə  istehsal  edilən  məhsul  digər  sahələrdə  istehsal 
edilmirdi.  Hər  bir  məhsulun  konkret  sahə  mənsubiyyəti  mövcud  idi.  Son 
dövrlərdə  sahələrin sərhədləri sürətlə pozulmağa başlamış, artıq bir sahədə 
istehsal  edilən  məhsul  digər  sahələrdə  də  istehsal  edilməyə  başlamışdır, 
Belə  bir  proses  müəssisələrin  fəaliyyətinə  müsbət  təsir  göstərmiş,  onların 
biznes fəaliyyətinin inkişafı üçün geniş imkanlar yaratmışdır. 
Dünya  iqtisadiyyatda,  informasiya  və  kommunikasiya  texnologi-
yalarında baş verən dəyişikliklər istehsal - satış proseslərini həyata keçirən 
müəssisə  və  təşkilatların    fəaliyyətində  də  ciddi  dəyişikliklərə  gətirib 
çıxarır,  onları  yeni,  daha  səmərəli  strategiyalar  və  metodlar  tətbiq  etməyə 


 
 
 
 
 
196 
sövq  edir.  Köhnə  iqtisadiyyatda  mövcud  olan  xüsusiyyətlər,  prinsiplər, 
problemlərin  həllinə  yanaşma  tərzləri  də  dəyişir  və  bu  dəyişikliklər  yeni 
iqtisadiyyatın formalaşmasına gətirib çıxarır. 
 
Yeni  iqtisadiyyatın  tələblərinə  uyğun  olaraq  fəaliyyətlərini  həyata 
keçirən firmalar ənənəvi prinsipləri, metodları qoruyub saxlamaqla yanaşı, 
yeni  düşüncələri,  bilik  və  bacarıqları  mənimsəməyə,  yeni  metodlar, 
strategiyalar tətbiq etməyə çalışırlar. 
Yeni iqtisadiyyatda istehlakçıların davranışında da ciddi dəyişikliklər 
baş  verir.  Mövcud  bazarlarda  fəaliyyət  göstərən  istehlakçılar  ənənəvi 
istehlakçılara,  əmtəəni  əsasən  İnternet  şəbəkədən  əldə  edən  istehlakçılara 
və  hər  iki  üsuldan  istifadə  edən  istehlakçılara  çevriliriər.  Birinci  tip 
istehlakçıların sayı getdikcə azalır, ikinci və üçüncü tip istehlakçıların sayı 
isə  durmadan  artır.  Əmtəə  alışını  həm  ənənəvi,  həm  də  internet  -  şəbəkə 
vasitəsilə həyata keçirən istehlakçıların sayı daha sürətlə artır. Bunu nəzərə 
alaraq,  bu  gün  əksər  firmalar  həm  ənənəvi,  həm  də  onlayn  bazarlarda 
fəaliyyət  göstərməyə  üstünlük  verirlər.  Onlayn bazarlarda fəaliyyət əsasən 
e-biznes, e-ticarət və web-saytlar formasında həyata keçirilir. 
Dünya  bazar  sistemi,  o  cümlədən  informasiya  və  kommunikasiya 
texnologiyaları sürətlə  inkişaf etməkdə, təkmilləşməkdədir. Bu proses, öz 
növbəsində,  marketinqin  kommunikasiya  sisteminin  dəyişməsini,  dur-
madan təkmilləşdirilməsini tələb edir. Artıq istehlakçılar öz maddi ehtiyac-
larını ənənəvi üsullarla, mağazalara gedib mal almaq qaydasında ödəməklə 
kifayətlənmirlər.  Onlar  üçün  kompyuter  arxasında  əyləşib  hər  hansı  bir 
mağazanın saytını açmaqla lazım olan malı almaq daha maraqlı görünür. 
Eyni zamanda qeyd etmək lazımdır ki, marketinq üzrə mütəxəssislər 
və  menecerlər  reklam  tədbirlərinin  effektliyinin  getdikcə  aşağı  düşməsinə 
diqqət  yetirməyə  başlamışlar.  Bu  da  kommunikasiya  sisteminin  digər 
elementlərinə  diqqəti  artırmış,  onların  tətbiqi  üzrə  həyata  keçirilən 
tədbirlərin səmərəliliyini xeyli yüksəltmişdir. 
Kommunikasiya  sisteminin  müxtəlif  elementləri  üzrə  informasiya 
axınının  güclənməsi,  yeni  informasiya  yayımı  formalarının  meydana 
gəlməsi,  xüsusilə  də  İnternetin  bu  sistemə  daxil  olması  kommunikasiya 
sisteminin  dəyişməsi  meyillərini  gücləndirmiş,  yeni,  işgüzar  kommuni-
kasiyanın  müasir  sistemlərinin    yaranmasına  və  tətbiq  edilməsinə  ciddi 
təkan vermişdir. 
 Bu  gün  interaktiv  marketinq  kommunikasiya  sisteminin  ayrılmaz 
hissəsinə  çevrilmişdir.  Əlbəttə,  bu,  başadüşüləndir.  Çünki  məhz  İnternet 


 
 
 
 
 
197 
marketşünaslara məqsədli auditoriyaya daha yaxın olmağa, hər bir istehlak-
çının evinə daxil olmağa imkan verir, daha effektli kommunikasiya tədbiri 
kimi çıxış edir. Mütəxəssislər yaxşı bilirlər ki, istehlakçılarla əlaqə nə qədər 
yaxın, birbaşa olsa, onun effektliyi də bir o qədər yüksək olar, informasiya 
ötürülməsi  yolunda  mövcud  olan  xətalar  xeyli  azalar.  Ən  vacibi  odur  ki, 
İnternet  məqsədli  auditoriya  barədə  lazım  olan  zəruri  informasiyanı 
asanlıqla əldə etməyə imkan verir. 
Hər  bir  biznes  fəaliyyətində  inkişaf  strategiyasını  müəyyənləşdirər-
kən  İnternetdən  istifadə  edilməsi  ən  vacib  problemlərin  həllində  o  qədər 
yeni,  analoqu  olmayan  kommunikasiya  formaları  və  sxemləri  yaratmağa 
imkan verir ki, bəzən, hətta firma rəhbərləri, marketşünaslar, mütəxəssislər 
belə çaşıb qalırlar. 
         Hal  -  hazırda  bir  çox  firmalar  İnternet  -  bizneslə  məşğul  olmağa, 
elektron  ticarəti  metodlarını  tətbiq  etməyə  çalışırlar.  Lakin  bunu  hansı 
formada tətbiq etməyi müəyyənləşdirmək olduqca çətindir. 
İnternet - biznes marketinqinin əsas xüsusiyyətlərindən biri istehlak-
çılara istiqamətlənən  strategiyanın tətbiq edilməsidir.  Firmalar  İnternetdən 
istifadə  etməklə  istehlakçılara  daha  yaxın  olurlar.  İstehlakçılara,  müştəri-
lərə,  tərəf-müqabillərə  fərdi  xidmət  göstərilməsini  daha  incə  formada  və 
keyfiyyətlə təşkil etmək imkanına malik olurlar.  İnternetin  məhz bu  üstün 
cəhətlərini nəzərə alaraq firmalar onun geniş tətbiqinə həvəs göstərirlər.  
Biznes  fəaliyyətinin  formalaşması  və  inkişafı  baxımından  İnternet-
layihələrin bütün növlərini şərti olaraq iki qrupa bölürlər:  
Birinci  qrupa  korporativ  biznesin  bütün  İnternet  -  layihələrini  aid 
etmək  olar.  Korporativ  layihələr  adlandırılan  bu  layihələr  artıq  mövcud 
olan  və  ənənəvi  marketinq  konsepsiyası  əsasında  həyata  keçirilən  biznes 
fəaliyyətinin  elektron  sistem  tətbiq  edilməklə  genişləndirilməsini  nəzərdə 
tutur.  
  İkinci  qrup  İnternet  -  layihələrin  əsas  xüsusiyyəti    onların  qeyri- 
korporativ  xarakterə  malik  olmasıdır  ki,  bu  halda  layihənin  əsasını  artıq 
mövcud  olan  biznes  fəaliyyəti  deyil,  yeni  yaranan,  yalnız  İnternet  –  layi-
hələrdə  mövcud  olan  biznes  fəaliyyəti  təşkil  edir.  İnternet  -  biznes 
layihələrinin iki qrupa bölünməsi ilk növbədə bu layihələrin yaradılması və 
inkişafı  strategiyasına,  həmçinin,  biznes  modellərin  və  müvafiq  İnternet-
sistemlərin xarakterinə uyğun olaraq həyata keçirilir. 
Qeyd  etmək  lazımdır  ki,  İnternetdən  istifadə  edənlər  arasında  elə 
insanlar  var  ki,  onlar  İnternetdən  məlumat  əldə  etmək,  yeniliklər  barədə 


 
 
 
 
 
198 
operativ  xəbərdar olmaq,  verilmiş  suallara cavab almaq məqsədilə istifadə 
edirlər.  Onlar,  öz  növbəsində,  malların  və  xidmətlərin  adi  istehlakçı-
larıdırlar.  Belə  ki,  İnternetdən  istifadə  edənlərin  əksəriyyəti  potensial 
istehlakçılardır    və  məhz  İnternet  onların  real  alıcılara  çevrilməsinə  şərait 
yaradır, müsbət təsir göstərir. Əlbətdə elə biznes sahələri və biznesmenlər 
vardır  ki,  onlar  İnternetdən  istifadə  etmədən  öz  biznes  fəaliyyətini  həyata 
keçirirlər.  Lakin  müəyyən  mərhələdə  onlar  da  hiss  edirlər  ki,  İnternetdən 
istifadə edənlər arasında onların potensial alıcıları ola bilər.  
 Beləliklə  həmin  istehlakçılarla  əlaqə  yaratmaq  arzusu  yaranır  və 
onlar  kommunikasiya  sisteminin  yeni  sahəsinə,  İnternet  -  bazarına  daxil 
olmaq  barədə  qərar  qəbul  edirlər.  Belə  qərar  artıq  fəaliyyət  göstərən, 
mövcud biznesə aid edilir. Bu proses aşağıdakı qaydada həyata keçirilir: 
-  əvvəlcə  İnternetdə  iştirak  etmək  strategiyası  işlənib  hazırlanır.  Bu 
ən  məsuliyyətli  mərhələ  hesab  olunur  və  inkişaf  etmiş  ölkələrin 
biznesmenləri  artıq  bunu  çoxdan  dərk  etmişlər.  Odur  ki,  strategiyanın 
hazırlanmasına  məsləhətçi  mütəxəssisləri  cəlb  edirlər.  Sonradan  biznesin 
İnternet hissəsi işlənib hazırlanır və əsas biznesə tətbiq edilir. Onun köməyi 
ilə biznes prosesinin bir hissəsi İnternetə keçirilir. Sonradan həmin İnternet 
hissə ənənəvi və İnternet - marketinqin müxtəlif vasitələri ilə istehlakçılara 
mümkün qədər çox yaxınlaşdırılır. Bu zaman İnternet - biznesin marketinq 
strategiyasını  onun  ümumi  strategiyası  hazırlanan  mərhələdə  formalaş-
dırmaq daha məqsədəuyğun hesab edilir.  
Korporativ İnternet-layihənin yaradılmasının başlanğıc mərhələsində 
strategiyanın  əvvəlcədən  işlənib  hazırlanması  ən  böyük  səhvlərdən  biri 
hesab olunur.  Beləliklə,  korporativ  İnternet-layihələrin strategiyasının  əsas 
prinsipi  satıcının  istehlakçıya  maksimum  yaxınlaşmasıdır.  Ümumiyyətlə 
bütün  tip  layihələrdə  istehlakçılar  eynilik  təşkil  edirlər.  Lakin  qeyri  - 
korporativ  İnternet-layihələrin  tətbiqi  zamanı  istehlakçılara  yaxınlaşmağın 
tamamilə fərqli üsulundan istifadə edilir. Birincisi, elə bir İnternet - layihə 
hazırlanmalıdır  ki,  o  istehlakçılar  üçün  maraqlı  olsun.  Belə  layihə  ya 
maraqlı  məzmuna  malik  olmalı,  ya  da  özündə  marketinq  yeniliyini  əks 
etdirməlidir. İkincisi, həmin İnternet-layihə istehlakçıları müxtəlif üsullarla 
cəlb  edir  və  onlardan  ən  təsirlisi  bu  və  ya  digər  xidmətin  pulsuz 
göstərilməsidir. Qeyd olunan qaydada tətbiq edilən İnternet - layihə uzun-
ömürlü olur və onun sonrakı müddətdə istifadəsi az xərc tələb edir. 
İnternet kommunikasiya sistemində çox maraqlı, yeni bir istiqamətdir 
və  satıcılar  ondan  istifadə  etməklə  öz  məhsullarını  satmağa,  real  alıcı 


 
 
 
 
 
199 
kütləsini  çoxaltmağa  çalışırlar.  Kommunikasiya  sistemində  İnternetdən 
istifadə  yeni  layihələr  tətbiq  edilməklə  getdikcə  təkmilləşir  və  sürətlə 
inkişaf edir. 
Müasir dövrdə kommunikasiya mütəxəssisləri məqsədli auditoriyaya 
təsir göstərməyin yeni, təkmilləşdirilmiş, daha səmərəli yollarını axtarırlar. 
Əvvəllər  istehsalçılar  birbaşa  reklamın  həyata  keçirilməsinə  əsaslanan  
ATL  kommunikasiya  texnologiyasına  üstünlük  verirdilər.  Bu  gün  isə 
məqsədli auditoriyaya təsir etmənin  yeni  texnologiyası  -  BTL  texnologiya 
(Belov  The  line  Techno  logy)  məqsədli  auditoriiyaya  təsiretmə 
metodlarının  inteqrasiya  olunmuş  sistemi  kimi  izah  edilir.  Bu  sistemə 
birbaşa reklam metodlarından başqa digər təsir metodları da daxil edilir. 
BTL texnologiya sisteminə daxil olan metodlara marağın yüksəlməsi 
onunla izah edilir  ki, artıq istehlakçılar  əmtəənin irəlilədilməsinin ənənəvi 
metodlarına  getdikcə  daha  az  maraq  göstərirlər.  Adi  reklam  lazımi 
səviyyədə əks əlaqə  yaratmağa imkan  vermir  və  kommunikasiya əlaqələri 
birtərəfli  xarakter  daşıyır.  Müasir  istehlakçı    dialoqa  girməyə,  satıcı  ilə 
təmasda  olmağa  ehtiyac  hiss  edir  və  məhz  BTL  texnologiya  tədbirləri  bu 
cür qarşılıqlı əlaqənin yaradılmasına imkan verir. 
Firmalar  BTL  kommunikasiya  texnologiyasını  tətbiq  etməklə  bir 
neçə  vəzifəni  yerinə  yetirmək  imkanına  malik  olurlar.  Birincisi,  məhsul 
satışının  həcmini  tez  bir  zamanda,  ciddi  surətdə  artırmaq  mümkün  olur. 
İkincisi,  məhsulun  markasına  bağlılıq  və  xoş  münasibət  daha  da  güc-
ləndirilir. 
Hal-hazırda  BTL  texnologiyanın  bir  sıra  metodları  tətbiq  edilir. 
Onlardan  ən  geniş  istifadə  edilənlərindən  biri  bazara  yeni  brendin  çıxa-
rılması,  özgənin  məhsul  markasının  alınması,  məhsul  çeşidinin  geniş-
ləndirilməsi,  malın  qablaşdırılmasında  dəyişiklik  edilməsi  və  s.  ibarətdir. 
Bu  metodun  ən  effektli  üsullarından  biri  də  mal  alışına  görə  hədiyyə 
verilməsidir. 
Yeni  məhsul  bazara  çıxarılarkən  istehsalçılar  məqsədli  auditoriyaya 
malın  nümunəsinin  pulsuz  paylanması  metodundan  da  tez  -  tez  istifadə 
edirlər.  Bu  metodun  mahiyyəti  ondan  ibarətdir  ki,  istehlakçıya  yeni  məh-
sulu yoxlamaq imkanı verilir. 
Bu  gün  uduşlu  oyunların  (müsabiqələr,  lotereyalar,  mükafatların 
oynanılması və s.) həyata keçirilməsi üsullarından da aktiv surətdə istifadə 
olunur. 


 
 
 
 
 
200 
Satışın  stimullaşdırılmasının  effektli  metodları  arasında  kütləvi  - 
əyləncəli tədbirlərin həyata keçirilməsini xüsusi qeyd etmək olar. Lakin bu 
cür  tədbirlərin  həyata  keçirilməsi  böyük  xərc  tələb  edir  və  yalnız  böyük 
kompaniyalar belə tədbirləri həyata keçirmək imkanına malik olurlar. Odur 
ki,  əksər  firmalar  satışın  güzəştli  şərtlərlə  həyata  keçirilməsinə  daha  çox 
üstünlük verirlər. 
Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  marketinqin  kommunikasiya  sis-
temi daima təkmilləşir,  onda ciddi  dəyişikliklər baş  verir.  Bu  dəyişikliklər 
firmalara  bazarda  rəqabət  üstünlüyü  əldə  etməyə,  kommunikasiya  təd-
birlərinin  effektliyini  yüksəltməyə,  ümumilikdə  əmtəənin  irəlilədilməsini 
təmin etməyə imkan verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə