2
2
41
40
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Ali
toxumlu bitkilər
Paxlalılar (və ya kəpənəkçiçəklilər) fəsiləsi. Fəsiləyə 17 minə yaxın
növ daxildir. Əksəriyyəti birillik və çoxillik otlar, həmçinin kol və ağac
bitkiləridir. Bəzilərinin köklərində kök yumrucuqları olur. Bu yumru-
cuqlar atmosfer azotunu mənimsəyən və köklərlə simbioz şəkildə yaşayan
bakteriyaların hesabına yaranır. Buna görə paxlalı bitkilərin bütün or-
qanları azot olan maddələrlə, xüsusən zülallarla zəngindir.
Çiçəyinin quruluşu. Çiçəkləri tək və ya salxım, yaxud başcıq çiçək qru-
punda toplanmışdır. Çiçəkləri əksərən kəpənəyə oxşadığından fəsiləni
bəzən
kəpənəkçiçəklilər adlandırırlar.
Kasacıq, əsasən, 5 bitişik kasa yarpağından, tacı isə 5 ləçəkdən ibarət-
dir. Kəpənəkşəkilli çiçəklərin ən iri sərbəst ləçəyi yelkən, iki sərbəst yan
ləçək avarlar, iki bitişik ləçəklər qayıqcıq adlanır. Qayıqcığın içərisində
doqquzu bitişik, biri isə sərbəst yerləşən 10 ədəd erkəkcik
və bir dişicik olur. Yonca və akasiya kimi bitkilər həşəratla çarpaz yolla,
noxud, lobya, acıpaxla isə öz-özünə tozlanır. Fəsilənin bütün nümayəndə-
lərində
paxlameyvədir.
əksər hallarda
Mədəni və yabanı nümayəndələri. Paxlalıların mədəni nümayəndə-
lərinə
lobya, paxla, noxud, mərci, yerfındığı, soya kimi bitkilər aiddir. Ya-
banı nümayəndələrinə isə üçyarpaq yonca, ballıyoncanı nümunə göstər-
mək olar.
Badımcançiçəklilər fəsiləsi. 2,5 min növü var. Əksəriyyəti ot və ya kol-
şəkillidir. Gövdə və yarpaqları, adətən, spesifik qoxuya malik maddə
ifraz edən vəzili tükcüklərlə örtülüdür.
Çiçəyinin quruluşu. Çiçəkləri tək, bəzən isə salxım və ya süpürgə çiçək
qrupuna toplanır. Çiçəkdə kasacıq 5 bitişik kasa yarpağından, tac isə 5
bitişik ləçəkdən ibarətdir. Erkəkcikləri 5 və dişicikləri 1 ədəd olur. Er-
kəkciklərin sapı ləçəklərə bitişmişdir. Öz-özünə və ya həşəratla tozlanır-
lar.
Pomidor, badımcan və bibərin meyvəsi
giləmeyvə; tütün, tənbəki, pe-
tuniya, bat-batda isə
qutucuqdur.
Yelkən
Qayıqcıq
Paxlalılarda
çiçəyin quruluşu
Çiçək
düsturu
K
L E
D .
5
(9)+1
1
3+(2)
Paxlalılar
fəsiləsi
Avarlar
Paxla
Paxlameyvə
Çiçək düsturu K L E D
(5)
(5)
1
(5)
Adi kartof
Mədəni və yabanı nümayəndələri. Badımcançiçəklilərdən
kartof, po-
midor, badımcan, bibər – mədəni bitkilər kimi becərilir. Yabanı nümayən-
dələri isə
quşüzümü, bat-bat, xanımotu və dəlibəngdir.
Badımcançiçəklilərin gövdəsinin müxtəlif hissələrində zəhərli mad-
dələr – alkaloidlər toplana bilir ki, bunlar da insan və heyvanlarda güclü
zəhərlənmələr törədir. Alkaloidlərdən dərman maddələrinin alınmasında
istifadə edilir.
Giləmeyvə
Uyğunluğu müəyyən edin:
A. Paxlalılar
B. Badımcançiçəklilər
1.
2.
giləmeyvə və ya qutucuqdur. 3. Çiçəyində bir di-
şicik və on ədəd erkəkcik olur. 4. Çiçək tacı kə-
pənəyə bənzəyir və beş ədəd qeyri-bərabər ləçək-
dən ibarətdir. 5. Bitkinin köklərində havadan
azotu mənimsəyə bilən bakteriyalar yumru-
cuqlar əmələ gətirir. 6. Çiçəyinin bütün ləçək-
ləri bitişikdir.
Bəzilərinin meyvələri zəhərlidir.
Meyvəsi
1. Cümlələrdəki səhvləri düzəldin:
2. Hər bir sətirdə “artıq” bitkini müəyyən edin.
a) Bəzi xaççiçəklilərin meyvələri zəhərlidir;
b) Yonca, noxud və qırmızı turp paxlalılara aiddir; c) Kələm badımcançiçəklilər
fəsiləsinin nümayəndəsidir; d) Paxlalıların çiçəyində 5 erkəkcik olur; e) Badım-
cançiçəklilərdə çiçək tacı dörd ləçəkdən ibarətdir.
Seçiminizi əsaslandırın.
А) Gül kələm, kartof, qırmızı turp, ağ turp;
В) Pomidor, badımcan, istiot, vəzəri;
С) Bat-bat, tütün, akasiya, dəlibəng.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Adi dəlibəng
Badımcançiçəklilər fəsiləsi
Qutucuq