Həlqəvi qurdların həyat fəaliyyəti
Həlqəvi qurdlarda hərəkət. Həlqəvi qurdların hərəkətində dəri-
əzələ kisəsində olan əzələlər və bədəndə olan qılcıqlar mühüm rol
oynayır.
3
3
79
78
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Səhv fikirləri müəyyən edərək onları doğru ifadələrə çevirin.
1. Həlqəvi qurdlar
yalnız torpaqda yaşayır. 2. Soxulcanın bədən boşluğu parenxima ilə doludur. 3. Ne-
reid çoxqıllı qurdlar sinfinin nümayəndəsidir. 4. Zəlilərdə ayaq çıxıntıları və
qılcıqlar olur. 5. Soxulcan azqıllı qurdlar sinfinə aiddir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Cümlələri tamamlayın:
2. Hekayədəki səhvləri tapın və izah edin.
1. Soxulcanda kəmər bədənin __ hissəsində yerləşir.
2. Soxulcan əzələlərin yığılıb-açılması və __ köməyi ilə hərəkət edir. 3. Soxulcan
__ quruluşa malikdir. 4. Həlqəvi qurdların parazit həyat tərzi keçirən
nümayəndəsi __ . 5. Soxulcan__ torpaqda yaşayır.
“Mən yayda kənddə qalırdım. Kiçik qar-
daşımla ağaclara qulluq edirdik. Onları sulayır, dibini belləyir və soxulcanlardan
təmizləyirdik. Qardaşım deyirdi ki, soxulcanlar ağaclara zərər vurur. İşimizi
bitirdikdən sonra əllərimizi sabunla yaxşı-yaxşı yuyurduq ki, dırnaqlarımızın
arasına qaraciyər sorucusunun yumurtaları düşməsin. Yay tətilini səmərəli
keçirdik”.
34.
Həlqəvi qurdların həyat fəaliyyəti
Quru havada soxulcanlar torpağın
dərinliyində olur.Yağış yağanda isə onlar
torpağın üzərinə çıxır.
· Sizcə, bunun səbəbi nədir?
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Soxulcanın hərəkəti və qıcığa cavabı
Məqsəd: Soxulcanın hərəkətini müşahidə etmək, qıcığa qarşı cavab reaksiyasını
müəyyən etmək.
Təchizat: Canlı soxulcanlar, pinset, baş soğan hissəciyi, qalın vərəq, şüşə
parçası.
olar. Nereidlər qumda və ya lildə qazdıqları yuvalarda yaşayır. Buğumlu
bədənlərində baş, gövdə və quyruq hissə asan seçilir. Başda iki cüt göz,
bir cüt
lamisə çıxıntısı,
qolcuqlar və
çənələrə malik ağız vardır.
Zəlilər sinfi. Yırtıcı və ya parazit həyat tərzi keçirir. Bədəni buğum-
ludur. Buğumlar birləşərək ön və arxa tərəfdə iki
sormac əmələ gətirir.
Sormacların köməyi ilə şikarını tutur və hərəkət zamanı müxtəlif
əşyalara yapışa bilir. Bunlarda ayaq çıxıntıları və qılcıqlar olmur.
Əzələləri güclü inkişaf etmişdir. Nümayəndələrindən biri
tibb zəlisidir.
Həlqəvi qurdların əhəmiyyəti. Həlqəvi qurdların bəzi nümayəndələri
bir çox balıqların qidasını təşkil etməklə bərabər, həm də üzvi maddələri
bağırsağından keçirərək torpağın çürüntü ilə zənginləşdirilməsi və su-
yun bioloji təmizlənməsində iştirak edir.
İşin gedişi: 1. Pinsetlə soxulcanı bankadan çıxararaq
əvvəl kağız, sonra isladılmış şüşə üzərinə qoyun.
2. Onun kağız və şüşə üzərində hərəkətlərini müşahidə
edin və fərqi göstərin. 3. Soxulcana pinsetin ucu ilə
toxunmaqla və ya ona toxunmadan bədənin ön tərəfinə
soğan parçası qoymaqla qıcıqlara qarşı necə reaksiya
verməsini müşahidə edin.
Nəticələri müzakirə edək: 1.
Soxulcanın kağız üzərin-
də hərəkəti zamanı xışıltı səsi yaradan nədir? So-
xulcanın hərəkəti nəyin sayəsində baş verir? 2. Soxul-
cana toxunma və ya soğan hissəciyi ilə təsir zamanı
hansı hissiyyatın olmasını müəyyən etmək olar?
Soxulcanın
quruluşu
Məsələn, soxulcanda həlqəvi əzələlər yığıldıqda qurdun ön ucu çox nazikləşərək
asanlıqla torpaq dənəciklərinin arasına keçir. Uzununa əzələlərin yığılması
nəticəsində isə bədənin ön ucu yoğunlaşaraq torpağı aralayır. Nereid isə ayaq
pərlərinin köməyi ilə dənizin dibində sürünərək hərəkət edir.
Həzm sistemi və qidalanması. Həzm sistemi ağızla başlayır və anal dəliyi ilə
qurtarır. Soxulcan torpaqda olan çürüntülərlə qidalanır, qidanın xırdalanması
mədədəki əzələlərin hesabına baş verir. Nereidin qidasını yosunlar və kiçik su
heyvanları təşkil edir. Zəlilərin əksəriyyəti insan və bəzi onurğalıların qanı ilə
qidalanır. Şikara hücum edərkən əzələli xortumu ilə onu yaralayır və oraya
xüsusi maddə ifraz edir. Bu maddə həm şikarın bədənindəki yarada, həm də
zəlinin öz mədəsində olan qanın laxtalanmasının qarşısını alır.
Qan-damar sistemi. Bel və qarın qan damarı və onları birləşdirən həlqəvi
damarlardan ibarətdir. Həlqəvi damarların bir neçəsi yoğunlaşaraq “ürək”
Udlaqüstü
sinir
düyünü
Ürək
Bel qan
damarı
Çinədan
Mədə
Bağırsaq
Qida
borusu
Həlqəvi
əzələ
Uzununa
əzələ
Qarın sinir
düyünü
Udlaq
Metanefridi
Udlaqətrafı sinir həlqəsi
Udlaqaltı sinir düyünü
Qarın
sinir
zənciri
Ağız
Qarın
qan damarı
Həlqəvi
damarlar
81
80
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
funksiyasını yerinə yetirir. Damarlar daha kiçik şaxələrə bölünərək tük kimi
nazik kiçik damarlar –
kapilyarlar əmələ gətirir. Qan -damar sistemi
qapalıdır,
yəni qan yalnız damarlarda hərəkət edir və boşluq mayesi ilə qarışmır.
Əksəriyyətinin qanı qırmızı rənglidir.
Tənəffüs sistemi. Həlqəvi qurdların bir çoxunda xüsusi tənəffüs orqanı
yoxdur. Əksəriyyəti bütün bədən səthi ilə tənəffüs edir. Dənizlərdə yaşayan bəzi
çoxqıllı qurdlarda, məsələn, qum qurdunda xüsusi tənəffüs orqanı olan
qəlsəmələr vardır.
İfrazat sistemi. Həlqəvi qurdların ifrazat orqanları ilgək şəklində qıvrılmış və
bir ucu qıf şəklində genişlənmiş nazik borucuqlardan –
metanefridilərdən
ibarətdir. Borucuqların qıfşəkilli ucu bədən boşluğuna, digər ucu isə sonrakı
buğumdan xaricə açılır.
Sinir sistemi. Soxulcanda sinir sistemi
udlaqüstü və
udlaqaltı sinir düyünü,
bunları bir-biri ilə birləşdirən
udlaqətrafı sinir həlqəsi və
qarın sinir zəncirin-
dən ibarətdir. Sinir düyünlərinin hər birindən bədənin müxtəlif hissələrinə
sinirlər gedir.
Hiss orqanları. Bəzi nümayəndələrində yaxşı inkişaf etmiş hiss orqanları – göz-
lər, lamisə orqanları olan bığcıqlar, qolcuqlar olur. Əksər həlqəvi qurdlarda xü-
susi hiss orqanları (məsələn, soxulcanda) yoxdur. Lakin bədənlərinə toxun-
duqda onu hiss edir, qidanın dadını duyur və işığı qaranlıqdan seçirlər.
Regenerasiya. Bağırsaqboşluqlular kimi, bunların da nümayəndələrində
regenerasiya prosesi yaxşı inkişaf etmişdir.
Çoxalması. Əksər nümayəndələri hermafroditdir. Toxumluqlar və yumurta-
lıqlar bədənin müəyyən buğumlarında yerləşir. Yumurta qoyma zamanı qurdun
kəməri üzərində xeyli selik əmələ gəlir. Qurd yumurtalarını bura qoyur, sonra
selikdən azad olur. Selik tez bərkiyir, tündləşir və barama əmələ gətirir. Bir
müddət sonra baramadakı yumurtalardan cavan soxulcanlar çıxır.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Uyğunluğu müəyyən edin:
1. Cədvəli dəftərinizə çəkin. Qurdların müvafiq tipinə uyğun olan əlamət nömrə-
lərini cədvəldə yerləşdirin: 1. Finna əmələ gətirə bilir; 2. Bədən boşluğunda maye
olur; 3. Bədən boşluğunda parenxima olur; 4. Qan-damar sistemi var; 5. Xüsusi
hiss orqanları var; 6. Bədənin əyilməsinə xidmət edən yalnız uzununa əzələləri
var; 7. Dəri-əzələ kisəsi olur.
Həlqəvi qurdlar
Yastı qurdlar
Sap qurdlar
3
3
1. Şəkildə hansı birhüceyrəli orqanizmlər təsvir olunmuşdur? Onları
bir-birindən fərqləndirən nədir?
2. Düzgün cavabı seçin:
a) Bağırsaqboşluqlular üçün
ikitərəfli/şüalı simmetriya xarakterikdir.
b) Bağırsaqboşluqlularda
bədən boşluğu/ bağırsaq boşluğu olur.
c) Hidrada ektodermada yerləşən dalayıcı hüceyrələr
müdafiə/həzm
funksiyasını yerinə yetirmir.
d) Hidra
birqatlı/ikiqatlı bədəni olan çoxhüceyrəli orqanizmdir.
e) Hidranın
cinsiyyət hüceyrələri ektodermada/entodermada əmələ gə-
lir.
3. “Parazit qurdlar” cədvəlini doldurun:
Qaraciyər sorucusu
Öküz soliteri
Exinokokk
Askarid
Uşaq bizquyruğu
Parazitizm
ilə əlaqədar
quruluş xüsusiyyətləri
İnsana
vurduğu zərər
Nümayəndələri
Profilaktik
tədbirlər
4. Həlqəvi qurdlar haqqında düzgün ifadələri seçin:
a) Həlqəvi qurdlarda dəri-əzələ kisəsi olur.
b) Cinsiyyətli çoxalmasında erkək və dişi fərdlər iştirak edir.
c) Bədənləri şüalı simmetriyaya malikdir.
d) Nereid çoxqıllı qurdlara aiddir.
e) Dənizdə yaşayan çoxqıllı qurdların tənəffüs orqanı yoxdur.
ə) Həlqəvi qurdların əksəriyyəti hermafroditdir.
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
a) Bel və qarın damarları
b) Metanefridilər
c) Udlaqətrafı həlqə
d) Qarın
sinir zənciri
e) Udlaq
f) “Ürək”
1. Həzm sistemi
2. Sinir sistemi
3. Qan-damar
sistemi
4. İfrazat sistemi