Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

90 
 
E.ə. IV əsrdə Kolxida ellin aləminin ətraf dövlətlərinin əhatə dairəsinə 
daxil  olur.  Siyasi,  sosial  sahələrdə  öz  müstəqilliyini  qoruyub  saxlamasına 
baxmayaraq, o, ellin dövlətlərinin mədəni təsiri altına düşmüşdü. Ellin aləmi 
ilə  iqtisadi,  siyasi  və  mədəni  əlaqələr  cəmiyyətin  inkişafının  sürətlənməsinə 
təkan vermişdir. 
E.ə.  VI-I  və  e.ə.  II-I  əsrlədə  Kolxidanın  çox  hissəsi  Ponti  çarlığının 
tərkibinə  qatıldı  və  e.ə.  63-cü  ildə  Romadan  asılı  vəziyyətə  düşdü.  Bizim 
eranın ilk əsrlərində erkən yerli siyasi qurumlar formalaşmağa başlayır. Onlar 
arasında  əsas  yeri,  demək  olar  ki,  bütün  Qərbi  Gürcüstanı  Kolxidanı  əhatə 
edən  Laz  çarlığı  tuturdu.  Kolxidada  romalılar  tərəfindən  inşa  edilmiş 
istehkam qalalarından biri - cənubda yerləşən Acarda sahəsi 5 hektar olan 18 
qülləli və düzbucaq formalı monumental qala aşkar olunmuşdur. Kolxidadakı 
Roma qalalarından ən geniş tədqiq olunanı hazırkı Piçunun yerində yerləşən 
qədim  Putiuntdur.  Qazıntılar  zamanı  buradan  çoxlu  sayda  müdafiə  sədləri, 
ictimai, dini binalar, yaşayış tikililəri aşkar olunmuşdur. Burada aşkar olunan 
Roma  qalalarının  inşası  e.ə.  II  əsrə  aid  edilir.  Bu  dövrdə  Kolxida 
iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  təşkil  edirdi.  Roma  dənizsahili 
mərkəzlərinin  iqtisadi  təsiri  yalnız  sahilboyu  bölgələrdə  hiss  olunurdu. 
Kolxidanın  mərkəzində  isə  iber  təsiri  daha  güclü  idi.  Geniş  istifadə  olunan 
əmək  alətləri  -  dəmir  baltalar,  əyri,  orağabənzər  bıçaqlar  və  dəmir  xış  bu 
qəbildəndir.  Silah  kimi  qılınc,  xəncər,  nizə  ucluqları,  döyüş  baltalarından 
istifadə  olunurdu.  Amforalar  abidədə  xüsusi  rəngarəngliyi  ilə  (e.ə.  II-III  və 
eramızın I əsrinə aid olan) seçilir. 
Bəzək əşyaları  kifayət  qədər müxtəlif  olub,  əsasən  qızıldan,  tuncdan, 
gümüşdən hazırlanırdı (e.ə. II-III əsrlər üçün daha səciyyəvidir). Qızıl bəzək 
əşyaları  əsasən  üzüm  salxımları  formasında  olan  sırğalar,  əyri  ucluqlu 
qolbağlar şəklindədirlər. 
Abidədən əldə olunan geyim bəzəkləri və baş geyimləri xüsusi marağa 
səbəb  olur.  Onlar  arasında  mürəkkəb  quruluşlu,  qızıl  sancaqlar  vardır  ki, 
onlar  da  rəngli  daşlarla  bəzədilir  və  üzərinə  müxtəlif  heyvan,  quş  təsvirləri 
lehimlənirdi.  Bu  dövrün  ən  vacib  hadisəsi  Kolxidada  tədricən  xristianlığın 
yayılması idi. Bununla bərabər, yerli dini inanclar və Roma qarnizonlarında 
sırf  yunan-Roma  təsiri  mövcud  olmaqda  davam  edirdi.  Xristianlığın  ən  iri 
mərkəzi Pitiunt idi. 
Beləliklə,  e.ə.  IV-III  əsrlərdə  meydana  gəlmiş  və  eramızın  ilk 
əsrlərində  çiçəklənmə  dövrünü  yaşayan  İberiya  şəhərləri  ətraf  təsərrüfat 
bölgələrinin  mərkəzləri  kimi  səciyyələnir  və  sözsüz  ki,  sənətkarlıq  və 
ticarətin də mərkəzi bu şəhərlər sayılırdı. Şəhərsalmada bir qayda olaraq ikili 
sistem  tətbiq  olunmaqda  idi.  Belə  ki,  təbii  təpədə  narınqala  və  aşağı  şəhər 
(şəhristan), yuxarı hissədə isə əsas ictimai və dövlət binaları yerləşirdi. 
 


91 
 
2. Atropatena və Albaniya 
 
Məlumdur  ki,  e.ə.  IV  əsrdə  yunan-makedon  istilaları  zamanı  Şərqin 
siyasi xəritəsində əsaslı dəyişikliklər baş vermişdir. Bu zaman yaranmış yeni 
dövlətlərdən biri də Atropatena idi. Atropatena indiki Cənubi Azərbaycandan 
başqa,  Mil-Muğan,  Kaspiana  və  indiki  Naxçıvan  ərazisini  əhatə  edən 
Basorped  vilayətlərindən  ibarət  idi.  Bizim  eranın  ərəfəsində  Kaspiana 
Albaniyanın  tərkibinə  qatılır.  Arxeoloji  kəşfiyyatlar  nəticəsində  Atropatena 
dövlətinə  aid  bir  neçə  abidə  aşkar  olunmuşdur:  Qaratəpə,  Təzəkənd, 
Qarakəbər-Mil  düzündə,  bir  neçə  abidə  Muğan  düzündə,  Oğlanqala  və 
digərləri  Naxçıvanda,  Cənubi  Azərbaycanda  Kale-Zoxak,  Kale-Çaxmaqlı, 
Revaz qalası, Həsənqala və s. 
Bu  dövrün  düzən  əraziləri  üçün  möhkəmləndirilməmiş,  o  cümlədən 
yüksəkliklərdə,  müdafiə  divarları  ilə  yaxşı  müdafiə  olunan  yaşayış 
məskənləri  xarakterikdir.  Yaşayış  məskənləri  dağ  keçidlərində  təbii  sədləri 
olan  yerlərdə  salınırdı,  əlçatan  yerlərdə  qülləli  divarlar  tikilirdi.  Qüllələr, 
yapışdırıcı məhlul istifadə olunmadan, iri daş lövhələrdən inşa olunurdu. Mil 
düzündəki  Təzəkənd  şəhəri  iki  arxla  əhatə  olunmuş  təpədə  yerləşirdi. 
Arxeoloji kəşfiyyat zamanı daş sütunların özülü, Roma imperatoru Avqustun 
adından kəsilmiş sikkə nominalı  denarig tapılmışdır. 35 m qalınlığında olan 
mədəni  təbəqədən  əsasən  saxsı  materiallar  aşkar  olunmuşdur.  E.ə.  IV  -  I 
əsrlərdə bu şəhər yeri Paytakaran adlandırılır. Mil düzündəki digər şəhərdə - 
Qalatəpədə eyni mənzərə müşahidə olunur. Tədqiqatçıların əlində olan saxsı 
materiallara  əsasən  Atropatenada  dulusçuluq  sənətinin  inkişaf  mərhələlərini 
izləmək  mümkün  olmuşdur.  Mil  düzündə,  Talış,  Muğan,  Naxçıvan 
ərazisindəki  küp  qəbirlərdən  aşkar  olunmuş  mükəmməl  dulusçuluq 
məmulatları  Atropatena  dulusçularının  yüksək  ustalıq  qabiliyyətindən  xəbər 
verir.  Əsaslı  şəkildə  aparılmayan  qazıntılar  və  maddi  materialın  azlığı 
atropatenalıların  məişəti,  geyimi  və  bəzək  əşyaları  barədə  konkret  məlumat 
almağa  imkan  vermir.  Belə  ki,  az  miqdarda,  bir  neçə  üzük  və  qolbağdan 
başqa  elmə  çox  az  materiallar  məlumdur.  Dəfnetmə  mərasimi  üsulları 
haqqında  Atropatenanın  şimal  ərazilərində  tədqiq  olunmuş  küp  qəbirlərə 
əsaslanaraq  məlumat  vermək  mümkündür.  Atropatenada  Parfiya 
hökmdarlarının  adından  zərb  olunan  sikkələr  Qotarzanın,  II  Vologezanın 
sikkələri, həmçinin imperator II Avqustun denariləri dövriyyədə idi. 
Albaniya.  İlk  dəfə  albanların  adı  e.ə.  IV  əsrin  son  hadisələri  ilə 
əlaqədar yazılı mənbələrdə çəkilir. Makedoniyalı İsgəndərin yürüşləri zamanı 
Albaniya  sərhədləri  hələ  dəqiq  deyildi.  Yazılı  mənbələr  və  arxeoloji 
materiallara əsasən  təxminən  e.ə.  I minillikdə  Albaniyanın  ərazisi  Kür-Araz 
ovalığını,  Kür  çayının  aşağı  və  yuxarı  axınlarını  əhatə  edirdi.  Bizim  eranın 
əvvəllərində tərkibinə Dağıstan ərazisini də qataraq sərhədlərini Sulak çayına 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə