Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

86 
 
Çiy  kərpicdən  tikilmiş  bu  saray  bir  qədər  yüksəklikdə  salınmaqla 
yüzdən  çox  otağı  əhatə  edir.  Sarayın  zirzəmisi  daha  yaxşı  qalmışdır.  Bu 
hissədən Urartu incəsənətinin ən yaxşı nümunələri əldə olunmuşdur. Buradan 
dekorativ  bəzək  rolunu  oynamış  öküz  və  şir  təsvirləri,  hökmdar  Arqişiti  və 
Sardurinin  padşahlarının  tunc  qalxanları,  metal  dəbilqə,  üzərində  atlı 
barelyefi  təsvir  edilmiş  zirehli  geyim  və  s.  aşkar  edilmişdir.  Dəbilqənin 
birinin  üzərində  yazılmışdır:  "Xalq  allahına,  hökmdara,  Arqişitinin  oğlu 
Sardura  həyat  naminə  bəxş  etmişdir".  Bu  dəbilqə  üzərində  müqəddəs  həyat 
ağacları,  ağacların  ətrafında  isə  buynuzlu  dəbilqə  geyimli  allahlar,  onların 
ardınca  isə  atlı  hərbçi  və  döyüş  arabaları  təsvir  edilmişdir.  Qalanın 
zirzəmisindən  üzərində  yazısı  olan  çoxlu  sayda  tunc  piyalələr  tapılmışdır. 
Başqa  əşyalarla  yanaşı,  zirzəminin  içərisində  üzərində  mixi  yazıları  olan 
xeyli gil lövhəciklərə də rast gəlinmişdir. 
Bu  şəhər  hərbi,  inzibati  mərkəz  olmaqla  yanaşı,  həm  də  təsərrüfat 
mərkəzi  idi.  Buradakı  evlərin  döşəmələrinin  altında  yerləşdirilmiş  iri 
küplərdə  buğda,  arpa,  meyvə,  şərab  və  s.  ehtiyat  məhsulları  saxlanılırdı. 
Zirzəmidə oraq, çəkic, dən daşları, kirkirələr və digər kənd təsərrüfatı əşyaları 
aşkar edilmişdir. 
Qalanın ətrafında əhalinin həyat tərzini özündə əks etdirən icma evləri 
də  tapılmışdır.  Yaşayış  mənzilləri  iki  və  üç  otaqdan  ibarət  olmuşdur. 
Qoyunbaşı  formalı  toqqa  bəndlərinə,  yarımşar  şəkilli  muncuqlara,  skif  tipli 
ox  ucluqlarına, Teyşebani  şəhərində  skiflərə aid əşyalara  - at  bəzəklərinə  də 
təsadüf  olunmuşdur.  Göyçə  gölü  ətrafında  Urartu  dövlətinə məxsus  daha iki 
yaşayış  məskəni  öyrənilmişdir.  Onlardan  biri  gölün  cənub  sahilində,  digəri 
isə Yeni Bayazid şəhəri yaxınlığında yerləşir. 
Evlərdə içəri tərəfdən qoyulmuş ağac sütunlar tavanı saxlayırdı. 
Evlərin digər hissələri bağlı həyəti xatırladırdı. Ev  əşyaları əsasən gil 
qablardan,  sümükdən  və  ağacdan  hazırlanmış  qaşıq,  çömçə  və  qutulardan 
ibarət olmuşdur. Şəhərin Narınqala hissəsindən kənarda aşkar edilmiş yaşayış 
mənzillərində sənətkarların, hərbçilərin və quşların yaşadıqları ehtimal edilir. 
E.  ə.  783-cü  ildə  Argiştinin  dövründə  Erebuni  şəhəri  salınmışdır. 
İrəvan şəhərinin yaxınlığında yerləşən Erebuni xarabalığından həmin şəhərin 
Menuanın  oğlu  Argiştin  tərəfindən  salındığını  xəbər  verən  yazı  tapılmışdır. 
Erebunidə aparılan qazıntı işləri zamanı b.e.ə. I minillikdə Urartu dövlətində 
əhalinin iqtisadi, ictimai və mədəni səviyyəsini öyrənmək üçün zəngin maddi 
mədəniyyət qalıqları aşkar edilmişdir. 
E.ə. IX əsrdə Urartunun paytaxtı - Tuşpa (Van şəhəri) salınmışdır. E.ə. 
VII-VI  əsrlərdə  Urartu  dövlətinin  süqutu  ilə  adı  çəkilən  şəhərlər  tamamilə 
məhv  olmuşdular.  Arxeoloji  materiallar  əsasında  bu  dövrə  aid  bir  neçə 
yaşayış məskəni növü müəyyən olunmuşdur. 
Şəhərsalmanın 3 tipi aparıcı xarakterli idi: 


87 
 
1)
 
inzibati-təsərrüfat mərkəzi; 
2)
 
dini mərkəz (Müsasir); 
3)
 
dövlət qalaları və yalnız yazılı mənbələrə əsasən kənd tipli yaşayış 
məskənləri. 
Zərnakitəpə  yaxınlığında  yerləşən  Urartu  şəhərinin  planı  detallı 
şəkildə  tədqiq  olunmuşdur.  Tədqiqatlar  göstərir  ki,  küçələrin  düzbucaq 
altında  kəsişməsi  nəticəsində  şəhərin  ərazisi  kvadratlara  bölünürdü  ki,  bu 
kvadratlarda  da  yaşayış  evləri  yerləşirdi.  Kəsişmə  nöqtələri  böyük  bazalt 
daşlarla  fiksə  edilirdi.  30  hektardan  200  hektara  qədər  ərazisi  olan  şəhərlər 
yüksək  təpələrin  yamaclarında  salınırdı.  Təpənin  zirvəsində  isə  qalalar  inşa 
olunurdu.  Bəzən  bir  şəhərin  iki  qalası  olurdu.  Qala  daxilində  saraylar, 
məbədlər,  təsərrüfat  xarakterli  tikililər  olurdu.  Qalaların  inşası  bütöv 
memarlıq  kompleksi  şəklində  aparılırdı.  Urartu  qalalarından  Van  gölü 
ətrafında  yerləşən  Çavuştəpə  və  Ələkbərd  daha  məşhurdur.  Şəhər 
istehkamları təbii sədlər olan yerlərdə salınırdı. Müdafiə səddləri 1, 2, bəzən 
isə 3 sıra istehkam divarlarından ibarət olurdu. 
Urartu  sarayları  müxtəlif  memarlıq  planlarına  malik  idilər.  Tikinti 
qaya səthinin hamarlaşdırılmasından başlayırdı. Qaya səthi çox vaxt çıxıntılı 
şəkildə  işlənirdi.  Otaqların  döşəmələri  buna  görə  eyni  səviyyədə  deyildi. 
Otaqlar  pilləkənlərlə  əlaqələndirilirdi.  Divarlar  qaya  səthində  inşa  edilirdi. 
Divarların  qalınlığı  adətən  2  m-dən  5  m-ə  qədər  idi.  Evlərin  divarları  1  m, 
saray divarları 3,5 m qalınlığında olurdu. Divarların ümumi hündürlüyü 4 m 
idi. Müxtəlif ölçülü çiy kərpiclərdən istifadə olunurdu (düzbucaqlı və kvadrat 
formalı).  İnşaatda  tikinti  zamanı  ağac  materialından  da  istifadə  olunurdu. 
Ağacdan əsasən dam örtüyü hazırlanırdı. Bəzən evlərin arxa divarları metal 
qalxanlarla, saray və məbədlərin daxili isə (interyeri) rəsmlərlə bəzədilirdi. 
Urartu  iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  təşkil  edirdi.  Urartu 
hökmdarlarının  siyasəti  dövlət  ərazisinin  təsərrüfat  baxımından  tam 
mənimsənilməsinə yönəlmişdi. Bu işdə əsas rolu irriqasiya sisteminin inkişafı 
oynayırdı. Kanal, süni arx və süni su anbarlarının qalıqlarına bir sıra Urartu 
abidələrində  rast  gəlinir.  Onlardan  biri  Tuşpa  yaxınlığındakı  Şamirap 
şahzadənin  inşa  etdiyi  kanal  hələ  də  fəaliyyət  göstərir.  Kənd  təsərrüfatında 
müxtəlif növ dənli bitkilərin becərilməsi başlıca rol oynayırdı. Arxeoloqların 
hesablamalarına  görə,  Teyşebani  sarayının  anbarlarında  750  ton  buğda 
saxlanılırdı.  Sənətkarlığın  müxtəlif  sahələri  inkişaf  etdirilirdi.  Əsas  əmək 
alətləri  dəmirdən  idi.  Urartuluların  silahları  arxeoloji  tapıntılar  və  Aşşur 
relyefləri əsasında öyrənilib. 
Urartu  tarixinin  öyrənilməsində  e.ə.  IX  əsrə  aid  III  Salmanasarın 
Balavat  darvazaları  relyefindəki  Urartu  döyüşçülərinin  təsvirləri  əsas  rol 
oynayır.  Urartuluların  silahları  nizə,  döyüş  baltalarından,  qılınc,  xəncər  və 
oxlardan ibarət idi.  Saxsı  əsasən  dulus  çarxlarında hazırlanırdı.  Monumental 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə