Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

76 
 
göstəricisi  -  saxsı  qablar  və  bədii  tərtibatlı  tunc  əşyalardır.  Onların  üzəri 
qırmızı  anqobla  örtülərək  üzəri  qırmızı  və  qara  rəngli  həndəsi  fiqurlar, 
müxtəlif süjetə malik səhnələr, çarpaz və üçbucaq naxışlarla bəzədilmişdir. 
Növbəti  mərhələdə  Kiçik  və  Ön  Asiyanın  genetik  təsirini  qabarıq 
şəkildə özündə biruzə verən Üzərliktəpə (Üzərliktəpə, e.ə. XVIII-XVII əsrlər) 
mədəniyyəti  geniş  vüsət  alır  və  Təzəkənd  mədəniyyətini  əvəz  edir.  Bu 
mədəniyyətin  səciyyəvi  tapıntıları  dağlıq  və  dağətəyi  ərazilərdə  salınmış, 
istehkam  divarları  ilə  əhatə  olunmuş  yaşayış  məskənləri,  daşdan  və  çiy 
kərpicdən  inşa  edilmiş  evlər,  ellips  formalı,  yüksək  divarlı  gil  sobalar, 
kurqanlar, torpaq qəbirlər, qırmızı anqob çəkilmiş saxsı küplər, metallurgiya 
məmulatlardır. 
Beləliklə,  tunc  dövrünün  sonunda  Qafqazda  yerli  əhalinin  etno-
mədəni məskunlaşma prosesi başa çatır. 
İlk  tunc  dövrü  qəbirləri.  İlk  Tunc  dövrünə  aid  qəbir  abidələri 
Azərbaycanda  -  Mingəçevir,  Qəbələ  rayonlarında,  Vardanlıda,  Xaçbulaqda, 
Xankəndində, Gəncə və Xanlar zonalarında, Gürcüstan və Qərbi Azərbaycan 
(indiki Ermənistanda) öyrənilmişdir. 
Mingəçevirdə  üzə  çıxarılan  sadə  torpaq  qəbirlərdə  skeletlər  bükülü 
vəziyyətdə, müxtəlif istiqamətlərdə müşahidə olunur. Hər qəbirdə mərhumun 
baş tərəfinə bir gil qab qoyulmuşdur. Xaçbulaqda isə daş örtüklü kurqanlara 
təsadüf olunmuşdur. Kurqanların altında dördkünc, planlı, küncləri yarımoval 
vəziyyətdə  düzəldilmiş  qəbirlər  yerləşir.  Bu  qəbirlərdə  olan  skeletlər  arxası 
üstə,  oynaqlardan  bükülü  formada,  başı  qərbə  doğrudur.  Belə  qəbirlərdə, 
adətən,  qara  rəngli  üçqulp  qablara  daha  çox  təsadüf  olunur.  Qəbirlərdən 
həmçinin  qızıl,  gümüş  və tuncdan hazırlanmış  bəzək  əşyaları  da tapılmışdır. 
Maraqlıdır ki, bu dövrdə, Azərbaycanın bir çox yerlərində ölü yandırma adəti 
də mövcud olmuşdur. 
Nəhayət,  bu  abidələrdə  tək  qəbirlərlə  yanaşı,  kurqanlarda  kollektiv 
dəfn adətinə də təsadüf olunmuşdur. 
Orta  tunc  dövrü  qəbir  abidələri.  Orta  tunc  dövrünə  aid  qəbir 
abidələri əsasən Xaçbulaqda, Muğanda, Quruçay  və Köndələnçay  vadisində, 
Qobustanda, Naxçıvanda, Gəncə-Qazax zonasında və digər ərazilərdə qeydə 
alınmış və qismən tədqiq edilmişdir. Orta tunc dövrü üçün torpaq, daş qutu 
qəbir abidələri və kurqanlar səciyyəvidir. 
Kurqanlar  torpaq  və  daşdan  tökülmüşdür.  Kurqanaltı  qəbirlər  əsasən 
dördkünc planda olmuş, dəfnetmə isə bükülü vəziyyətdə yerinə yetirilmişdir. 
Son  tunc  -  ilk  dəmir  dövrü  qəbir  abidələri.  Son  tunc  və  ilk  dəmir 
dövrünün qəbir abidələri Cənubi Qafqazda nisbətən geniş tədqiq edilmişdir. 
Zəngin avadanlığa, müxtəlif tikinti formalarına malik qəbir abidələri dövrün 
ictimai  təbəqələşmə  prosesini,  onun  mənəvi  aləmini  və  iqtisadiyyatını 
öyrənmək üçün çox mühüm mənbələrdir. Bu dövrün dəfn abidələri müxtəlif 


77 
 
ölçülü və formalı kurqanlar, daş qutular və həmçinin kromlexli daş qutular, 
sadə torpaq qəbirlərdir. 
Qafqazda,  o  cümlədən  Azərbaycan  ərazisində  torpaqdan,  daşdan, 
həmçinin  bunların  qarışığından  tökülmüş  kurqanlara  təsadüf  olunmuşdur. 
Kurqan  altında  qəbirlər  ya  torpaqda  qazılmış,  ya  iri  daşlardan  və  yaxud  da 
ağac tirlərdən düzəldilmişdir. 
Kurqanlarda  kollektiv  və  tək  dəfn  adətinə  təsadüf  olunmuşdur. 
Azərbaycanın  dağlıq  və  dağətəyi  rayonlarında  geniş  yayılmış  daş  qutu 
qəbirlər  əksər  hallarda  kurqanlarla  eyni  dövrə  aid  edilir.  Adətən,  torpaqda 
qazılan  bu  qəbirlərin  yan  tərəfləri  və  üstü  sal  daşlarla  örtülür  və  qəbirin 
döşəmə hissəsinə xırda daşlar düzülürdü. 
Son  Tunc  və  İlk  Dəmir  dövründə  Azərbaycanın  düzən  rayonlarında 
sadə  torpaq  qəbirləri  daha  geniş  yayılmışdır.  Yalnız  tikinti  materialları  ilə 
fərqlənən bu qəbirlərdə dəfn adəti dəyişilməmişdir. 
Son  Tunc  dövrünə  aid  qəbir  abidələrinin  bir  qisminin  ətrafı 
kromlexlərlə  əhatələnmişdir.  Belə  qəbir  abidələri  Naxçıvanda,  Qarabağda, 
Abşeronda,  Qobustanda  və  Talış  zonasında  izlənilir.  Şahtaxtı  yaxınlığında 
tədqiq  olunmuş  daş  qutulardan  birinin  kromlexinin  diametri  7,7  m-dir, 
kamerasının uzunluğu isə 4,3 m-dir. Qəbirdən 30 gil qab, at skeleti və bəzək 
əşyası tapılmışdır. 
Qəbir 
tiplərinin 
dördündə  də  bir  sıra  ümumi  cəhətlər 
müəyyənləşdirilmişdir.  Skeletlərin  hamısı  bükülü  vəziyyətdə  sağ  və  ya  sol 
böyrü və yaxud arxası üstə müşahidə olunmuşdur. Bəzi qəbirlərdə mərhumu 
oturmuş,  yaxud  bədən  hissələri  parçalanmış  halda  (müxtəlif  istiqamətlərdə) 
dəfn  etmişlər.  Qəbirlərdə  ölüləri  yandırıb  dəfn  etmək  adətinə  də  təsadüf 
olunmuşdur. 
Beləliklə,  tunc  dövründə  Qafqazda  çox  mühüm  dəyişikliklər  baş 
vermişdir.  Yuxarıda  göstərilən  və  analiz  edilən  maddi  mədəniyyət  qalıqları 
bu fikirləri bir daha sübut edir. 
 
 
 


78 
 
VII FƏSİL 
 
QAFQAZIN DƏMİR DÖVRÜ 
ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Qafqazda dəmir dövrünə aid arxeoloji abidələrin xüsusiyyətləri 
 
1.  İstehsal  təsərrüfatına  güclü  təkan  vermiş,  insanın  əldə  etdiyi  ən 
böyük nailiyyətlərdən biri dəmirin əldə olunması və ondan əmək alətlərinin, 
silahların hazırlanma üsulunun öyrənilməsidir. Bəzi alimlər belə hesab edirlər 
ki,  ilk  metal  məmulatları  tərkibində  yüksək  miqdarda  nikel  olan  dəmir 
meteorit  mənşəlidir.  Ancaq  demək  olar  ki,  eyni  vaxtda  yerdən  çıxarılmış 
dəmirdən  də  məmulatlar  hazırlanmağa  başlanmışdır.  Hazırda  belə  bir  fikir 
var ki, mədənlərdən  dəmirin  çıxarılması  üsulu  ilk  dəfə  Kiçik  Asiyada  tətbiq 
olunmuşdur.  E.ə.  XXI  əsrə  aid  edilən  Alaca-Huyuk  abidəsindən  tapılmış 
dəmir  xəncərin  son  metodlarla  analizi  göstərmişdir  ki,  o  (sırodut)  dəmirdən 
hazırlanmışdır.  Arxeoloji  tapıntılara  əsaslanaraq dəmirdən  istifadə ilə  dəmir 
dövrünün,  yəni  dəmirdən  kütləvi  halda  geniş  istifadə  olunmağa  başlanması 
arasında kiçik bir zaman fərqi olduğunu söyləmək olar. 
Qafqazda  dəmir  e.ə.  X  əsrdə  istifadə  olunmağa  başlanmışdır.  Dəmir 
istehsalına  keçidin  əsas  səbəbi  mis  mədənlərinin  artıq  tükənməsi,  metal 
məmulatlara  olan  tələbatın  daha  da  artması,  həmçinin  təbiətdə  dəmir 
yataqlarına  daha  çox  təsadüf  olunmasıdır.  Nəzərə  alınmalıdır  ki,  tunc 
dövründən dəmir dövrünə keçid birdən-birə olmamışdır. Hələ tunc dövrünün 
sonlarında artıq xüsusi süni üfürmə yerləri yaradılır və metalın yeni işlənmə 
üsulundan istifadə olunurdu. Dəmirdən əmək alətlərinin hazırlanması maddi 
təsərrüfat  sahəsində  texniki  inqilaba  təkan  verdi.  Dəmir  insanın  istehsalat 
imkanlarını xeyli artırmış oldu. Onun geniş yayılması sənətkarlığın inkişafına 
şərait yaratdı. Dəmir əmək alətlərini əritmə üsulu ilə alındığından dəmirçilik 
ön  plana  çəkilirdi.  Cəmiyyəti  silah  və  əmək  alətləri  ilə  təmin  edən 
dəmirçiliyin  bu  cür  geniş  yayılması  nəticəsində  ağac,  sümük,  dəri  və  rəngli 
metalların  işlənməsində  yeni  nailiyyətlər  əldə  olundu.  Dəmirin  istifadəsi 
döyüşçülərin  əlinə  daha  möhkəm  və  mükəmməl  silah  -  dəmir  xəncərlər, 
müxtəlif  ox  ucluqları  və  uzun  kəsici  qılınclar  verdi.  Yeni  metalın 
mənimsənilməsi  cəmiyyətin  sosial  strukturunda  da  dəyişikliklərə  gətirib 
çıxardı.  Əmək  prosesində  dəmirçilər  və  sənətkarlar  bir-birindən  ayrıldı.  Bu 
mübadilənin inkişafına və dolayısıyla da mülki bərabərsizliyin yaranmasına, 
ilkin icmadaxili münasibətlərin meydana gəlməsinə təkan verdi. 
Xocalı-Gədəbəy  mədəniyyəti  abidələrindən  biri  də  Gədəbəy 
rayonunda  Qalakənd  abidəsidir.  1888-1891-ci  illərdə  Virxovun  tapşırığı  ilə 
«Siemens»  firmasının  misəritmə  zavodunda  kimyaçı  və  elektrotexnik  kimi 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə