70
qazandırır. Siklop tikililərində mədəni təbəqənin olması faktı da bu fikrə əsas
verir.
Qafqazın Avropa və Asiyanın kəsişməsində yerləşməsi, qədim
sivilizasiya mərkəzlərinə yaxın mövqeyi, təbii və mineral sərvətlərlə
zənginliyi ərazidə məskunlaşmış yerli tayfalara tunc dövrü mədəniyyətinin
formalaşması və inkişafı prosesində əhəmiyyətli rol oynamaq imkanını təmin
etmişdir. Tunc dövrünə aid Şimali və Mərkəzi Qafqazda, o cümlədən Cənubi
Qafqazda bir neçə mədəniyyət mövcud idi. Xronoloji nöqteyi-nəzərdən onları
iki böyük mərhələyə ayırmaq olar: erkən və son tunc dövrü. Qafqaz
mədəniyyətlərinin bəzi ümumi cəhətləri maddi mədəniyyət nümunələrində və
iqtisadi sahələrdə daha çox izlənilir: heyvandarlıq və əkinçiliyin inkişafı,
boyalı dulusçuluq məmulatlarının geniş yayılması, nəhəng qaya
parçalarından siklopik tikililərin inşası və s. mədəniyyətlər arasında ümumi
cəhətlərin mövcudluğu Qafqaz əhalisinin Ön Asiya sakinləri ilə əlaqələrinin
qurulmasına təkan vermişdir. Bu səbəbdən də qədim Şərqin texnika və silah
sahəsindəki nailiyyətləri eyni uğurla Qafqazda da geniş tətbiq olunurdu:
məsələn, qədim Aşşur qılınc forması, Ön Asiya baltaları və Qədim Şərqin
sekir - əyri uclu xəncərləri.
Maykop adı ilə tanınan, e.ə. III minilliyin ortaları və II minilliyin
yarısına aid edilən Şimali Qafqaz mədəniyyəti ümumi Qafqaz
mədəniyyətlərinin daha erkəni hesab olunur. Bu mədəniyyətin məşhur
abidəsi XIX əsrin sonlarında Beloy çayı sahilində aşkar olunmuş Maykop
kurqanıdır. 10 m hündürlüyündə torpaqla örtülmüş kurqanın böyük qəbir
kamerası arakəsmələrlə üç hissəyə bölünmüşdür. Əsas qəbir cənub hissədə
yerləşmişdir. Buradan kişi skeleti və çoxlu əşyalar tapılmışdır: skeletin baş
hissəsini qızıl diadema və digər qiymətli bəzək əşyaları bəzəyir. Mərhumun
üzərində gümüş asılqanlara bərkidilmiş, üstündə gümüş və qızıldan tökmə
öküz fiqurları olan parça da bu dövrdə üst geyiminin olmasına sübutdur. Üst
geyimə, həmçinin şir formasında olan qizil (piləklər) tikilmişdi. Kamerada
qızıl və gümüş qablar, mis xəncərlər, maili formalı baltalar da aşkar
olunmuşdur. Qəbir kamerasının digər bölmələrində yanında təsərrüfat
ləvazimatları ilə birgə qadınlar da dəfn olunmuşdur. Görünür ki, Maykop
kurqanında icmanın nəsil başçısı dəfn olunmuşdur.
Əşyalar içərisində gümüş dolçalar arasında nəfis təsvirlərlə bəzədilmiş
iki qab xüsusi maraq doğurur. Onların üzərində Qafqaz meşələri və dağ
zirvəsində dayanmış ayıları xatırladan bir-birinin ardınca iki heyvan təsvir
olunmuşdur. Bu erkən mədəniyyətin nümunələrinə Dağlıq Qarabağdan
tapılmış kurqanlarda da rast gəlinir. Maykop mədəniyyətinə gümüş
qablardan, gümüş öküz və şir fiqurlarından, qızıl şir başından, qızıl
üzüklərdən və digər əşyalardan ibarət qədim Mışak dəfinəsinin parçaları
aiddir. Qafqazın qərb hissəsi üçün daş qəbir növü olan - dolmenlər
71
səciyyəvidir. Nalçik kurqanlarındakı daş lövhələrdən ibarət qəbirlər də
unikaldır. Maykop mədəniyyətinin yayılma arealı Şimal-Qərbi Qafqaz,
Kabardino-Pyatiqorye, Çeçenistan və İnquşetiyanı əhatə edir. Bu
mədəniyyətin mərkəzi isə Şimali Qafqazın mərkəzi və qərb rayonları hesab
olunur. Müasir dövrümüzdə Maykop mədəniyyətinə aid onlarla yaşayış
məskəni məlumdur - onların sırasında Meşoko, Kislovodskda Xacox,
Nalçikdə aşkar olunmuş abidələri misal göstərmək olar. Yaşayış
məskənlərinin əksəriyyəti adətən yüksək, əlçatmaz yerlərdə yerləşir. Bir çox
məskənlər istehkamlarla möhkəmləndirilmişdir. Tikililər yaşayış məskəni
ərazisində dairəvi formada, üzəri gillə suvanmış (karkas) şəklində inşa
edilmişdir. Abidələrdən, həmçinin azuqə saxlamaq məqsədilə istifadə olunan
çuxurlar və quyular da aşkar olunmuşdur. Əmək alətləri daş dənüyütmə aləti,
daş baltalar, toppuzlar, sümükdən hazırlanmış qarmaqlar, gildən hazırlanmış
toxuculuq aləti və s. qismində təsadüf edilir. Silahlardan - ox ucluqları, bəzək
əşyalarından isə - daş qolbağlar və boyunbağılar aşkar olunmuşdur. Bu
yaşayış məskənlərində metal məmulatlara az təsadüf olunur. Bunlar tunc
qolbağlar, asılqanlar və s.-dən ibarətdir.
Erkən tunc dövründə, demək olar ki, bütün Cənubi Qafqazı, o
cümlədən İranın şimal-şərq hissəsini və Şərqi Anadolunu Kür-Araz
mədəniyyəti abidələri əhatə edirdi. Şimal və şimal-şərqdə bu mədəniyyətin
sərhədləri Dağıstan, Çcçenistan, İnquşetiya və Şimali Osetiyanın bəzi
ərazilərinə qədər uzanırdı. Bu ərazilər Kür-Araz mədəniyyəti yaşayış
məskənləri
əsasında öyrənilmişdi. Daha sıx məskunlaşma Qərbi
Azərbaycanda Ağrı dağətəyi düzənliyi, Gürcüstanda Kartli düzənliyi,
Azərbaycanda Kür hövzəsi, Dağıstanda Xəzəryanı ərazilərdə müşahidə
olunurdu. Bu mədəniyyətin məşhur abidələri Naxçıvandakı I Kültəpənin II
təbəqəsi və Mingəçevir kompleksi sayılır. Kür-Araz mədəniyyətinə aid
yaşayış məskənləri çayların ətrafında, təbii yolla möhkəmləndirilmiş
təpələrdə, əkinçilik və maldarlıq üçün əlverişli olan ərazilərdə salınırdı.
Eneolit dövründə olduğu kimi, bu dövrdə də daş özüllü dairəvi evlər də geniş
yayılmışdı. Bununla yanaşı, düzbucaqlı daş evlər (Karaz, İmiranis-qora), 60
kvadrat metr sahəyə malik gil və çiy kərpicdən olan oval və düzbucaq formalı
evlər də məlumdur. Evlərin mərkəzində diametri 1m-ə bərabər olan gil ocaq
yerləri qurulmuşdu. Bu tip ocaq yerləri Kür-Araz mədəniyyətinin əsas
atributu sayılır və onlara başqa heç bir yerdə rast gəlinmir.
Bəzi yerlərdə böyük təsərrüfat quyuları aşkar olunmuşdur. Maldarlıq
və əkinçilik eneolitlə müqayisədə daha yüksək inkişaf mərhələsində idi.
Çoxlu miqdarda dənli bitki qalıqları və buğda üyütmək məqsədilə istifadə
olunan dən daşları tapılmışdır.
Dostları ilə paylaş: |