Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə28/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

61 
 
çayının  sol  sahilində  Zqudrisiverda  deyilən  qəbiristanlıq  yaxınlığında, 
Nasarqora  təpəsində,  Sxinvali  şəhərinin  cənub-qərbində  aparılan  arxeoloji 
qazıntılar zamanı bu abidəni öyrənməyə başlamışdı. Burada S.İ.Nadimaşvili 
tərəfindən öyrənilən digər bir maraqlı eneolit dövrü abidəsi Osprisi kəndinin 
yaxınlığında  Kulbakebi  adlı  təpə  aşkar  edilmişdi.  Abidə  1949-cu  ildə 
B.A.Kuftinin  rəhbərliyi  ilə  işləyən  arxeoloji  ekspedisiya  tərəfindən  də 
öyrənilmişdi. Bu ekspedisiyanın kəşfiyyat xarakterli işləri nəticəsində təpənin 
üst  təbəqəsindən  xeyli  miqdarda  eneolit  dövrü  üçün  xarakterik  olan  saxsı 
məmulatları, əmək alətləri, gildən qoyun heykəlciyi, çaxmaqdaşı nümunələri 
tapılmışdı.  1950-ci  ildə  V.P.Lyubin  tərəfindən  Sxinvali  şəhərinin  ətrafında 
arxeoloji  kəşfiyyat  işləri  həyata  keçirilmişdi.  Bu  zaman  misdən  hazırlanan 
eneolit  dövrü  üçün  xarakterik  olan  kiçik  balta  tapılmışdı.  Həmin  ildə 
araşdırılan ərazidə qəbirlər də müəyyən qədər öyrənilmişdi. 
Eneolit  dövrünün  dəfn  adətləri.  Bəşər  tarixi  üçün  eneolit  dövrünə 
aid ən mühüm məsələlərdən biri də dəfn adətinin formalaşmasıdır. 
Təkcə Azərbaycan ərazisində - I Kültəpənin eneolit dövrü təbəqəsində 
85 qəbir açılmışdır. Buradan çıxan skeletlər ölülərin bükülü vəziyyətdə və ya 
böyrü, yaxud da arxası üstə, müxtəlif istiqamətlərdə dəfn edildiyini göstərir. 
Bəzi  skeletlərin  üzərinə  qırmızı  oxra  səpilmişdir.  Qəbirlərin  bəzilərindən  it 
skeleti,  bir  qism  qəbirlərindən  gil  qablar,  cürbəcür  muncuqlar  və  dəvəgözü 
daşından əşyalar tapılmışdır. Belə qəbirlər Babadərviş və digər abidələrdə də 
üzə  çıxarılmışdır.  Azərbaycan  ərazisində  öyrənilmiş  eneolit  dövrü 
abidələrinin  çoxunda  qəbirlər  bilavasitə  yaşayış  məskənlərində  qazılmışdır. 
Bu  adət  Yaxın  və  Orta  Şərqin  bir  çox  ölkələrində  uzun  müddət  qalmışdır. 
Belə  qəbirlər,  bir  qayda  olaraq,  yaşayış  yerlərinin  mədəni  təbəqəsində  və 
yaxud xam torpaqda qazılırdı. 
 
 


62 
 
V HİSSƏ. TUNC VƏ DƏMİR DÖVRÜ 
 
VI FƏSİL 
 
QAFQAZIN TUNC DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Qafqazdakı tunc dövrü arxeoloji abidələrinin xüsusiyyətləri 
 
Qafqazın  tunc  dövrü  abidələri  əsasən  XX  əsrdə  və  XXI  əsrin 
əvvəllərində  E.Resler,  İ.Meşşaninov,  T.Passek,  B.Latınin,  D.Şərifov, 
O.Həbibullayev,  Ə.Ələkbərov,  Q.Melikişvili,  P.Tavadze,  R.Munçayev, 
İ.Nərimanov, H.Kəsəmənli, Y.Krupnov, B.Texov, C.Xalilov, Q.İsmayılzadə, 
M.Hüseynova 
Q.M.Aslanov, 
V.Əliyev, 
H.Cəfərov, 
M.Rəhimova, 
F.Muradova,  T.Axundov,  S.Aşurov,  N.Müseyibli,  İ.Avşarova  və  digər 
alimlər tərəfindən öyrənilmişdi. 
E.ə.  IV  minilliyin  ortalarında  Qafqazda  əsaslı  dəyişikliklər  müşahidə 
olunmaqda  idi.  Mis  dövrü  mədəniyyəti  əsasında  erkən  tunc  dövrü 
formalaşırdı.  Bunu  yalnız  Qafqaz  daxili  ictimai  münasibətlərdəki 
böyükhəcmli  dəyişikliklər  və  mədəni  inkişaf  deyil,  həmçinin  Qədim  Şərq  - 
Ön Asiya mədəniyyəti ilə sıx əlaqələr bir daha sübut edir. 
İlk  tunc  dövründə  erkən  maldarlığın  inkişafı  ilə  əlaqədar  tayfalar 
arasında  mülki  bərabərsizlik  yaranırdı.  Mülki  bərabərsizliyin  genişlənməsi 
nəticəsində  bəzi  maldar  tayfalar  sərvət  toplayırdılar.  Bu  da  mübadilə 
prosesinin  formalaşması  və  Ön  Asiya  ölkələri  ilə  iqtisadi  münasibətlərin 
möhkəmlənməsinə  gətirib  çıxarırdı.  Daha  varlı  tayfalar  xüsusi  mövqe 
qazanaraq  tayfa  ittifaqına  başçılıq  etməyə  başlayırdılar.  Tədricən  mülki 
bərabərsizlik tayfa daxilində də müşahidə olunurdu. Belə ki, var-dövlət tayfa 
başçısı və onun nəslinin nümayəndələrinin əlində cəmləşirdi. Bunu daha çox 
arxeoloqlar  tərəfindən  aşkar  olunmuş  qəbir  abidələri  sübut  edir.  Tədqiq 
olunan  bəzi  qəbirlərin  tutumuna  görə  daha  zəngin  və  dəbdəbəli,  bəzilərinin 
isə sadə olması bunu bir daha təsdiq edir. 
Mal-qara  və  sərvət  uğrunda  mübarizələr  tayfalar  arasında  düşmən 
münasibətlərin  yaranmasına  səbəb  olurdu.  Bununla  əlaqədar  həmin  dövrdə 
yaşayış  məskənlərinin  ətrafı  iri  sal  daşlardan  hörülmüş  (hündürlüyü  2  m-ə 
çatan)  şəhər  formasını  alır.  Belə abidələrdən  biri  İrəvan  şəhəri  yaxınlığında 
Təzəkənd  ətrafında  Qızıl
 
qala  ilə  üzbəüz  yerləşən  Zənçiqala  şəhəridir.  Bu 
şəhərdə  həyat  e.ə.  IV  minillikdən  başlayaraq  orta  əsrlərə  qədər  davam 
etmişdir.  1896-cı  ildə  P.V.Çarkovskinin  rəhbərliyi  ilə  həmin  şəhərin  iri 
kurqan  abidəsi  tədqiq  olunmuşdur.  Tədqiqat  işləri  sonradan  E.Resler 
tərəfindən  davam  etdirilmişdir.  Kurqan  qəbirləri  daşlarla  örtülmüşdür. 
Burada tədqiq olunan qəbirlər e.ə. III-II minilliklər üçün xarakterik olan daş 


63 
 
qutular  deyil,  düzbucaqlı  formaya  malik  quyular  şəklində  idi.  Kurqanlardan 
çox az miqdarda material əldə olunmuşdur. Bunlar əsasən boyalı saxsı qablar, 
bir ədəd cızma ornamentli gil qab və baş üçün olan daş sancaqdan ibarətdir. 
Əldə olunan saxsı qablar boğazlı küplər, üzərinə qırmızı fonda qara ornament 
həkk olunmuş fincanlar qismindədirlər. 
Qızıl-qala abidəsindən aşkar olunmuş bu tip qəbir abidələrinin yaşının 
müəyyən  olunması  üçün  (İrəvan  şəhərində,  vağzal  yaxınlığında  yerləşən) 
Müxənnət-təpədə  1935-ci  ildə  aparılmış arxeoloji  tədqiqat işləri nəticəsində 
aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının böyük rolu vardır. 
1895-ci  ildə  sərhəd  qoşunlarının  zabiti  N.V.Fyodorov  tərəfindən 
məlum  arxeoloji  komissiyaya  daxil  olan  Araz  sahilindəki  Qızılvəng 
abidəsindən  aşkar  edilən  boyalı  qablar  haqqında  geniş  elmi  məlumatlar 
arxeoloji  elmi-ədəbiyyatda  öz  əksini  tapmışdır.  Bu  qabların  sırasında  həm 
boyalı,  həm  də  sadə  dulus  məmulatları  diqqəti  cəlb  edir.  Ornamentlər 
arasında əsasən tünd-qırmızı və qara rənglə çəkilmiş həndəsi naxışlar çoxluq 
təşkil edir. N.V.Fyodorovun Qızılvəngdən topladığı metal əşyalar 4 ədəd tunc 
qılınc, üç ədəd tunc dördkünc formalı biz və tunc sancaqdan ibarətdir. 1926-
cı  ildən  başlayaraq  Qızıl-vəngdə  iki  arxeoloji  ekspedisiya  fəaliyyət 
göstərmişdi.  İ.İ.Meşşaninov  və  A.A.Millerin  rəhbərliyi  ilə  həyata  keçirilən 
arxeoloji  qazıntılarda  aşkar  edilən  daş  qutu  tipli  qəbirlərin  içərisindəki 
skeletler  əsasən  sağ  böyrü  üstündə  ayaqları  və  əlləri  qatlanmış  vəziyyətdə 
təsadüf olunmuşdu. Qəbir abidələrindən mis və tuncdan hazırlanmış müxtəlif 
əşyalar,  qara  cilalı  və  digər  boyalı  qablar  aşkar  edilmişdir.  Bu  qablar 
N.Fyodorovun  kolleksiyasında  olan  rəngarəng  qab  nümunələrindən 
fərqlənirdilər.  Aşkar  edilən  boyalı  qablar  artıq  əvvəlki  kimi  deyil, 
keyfiyyətsiz  şəkildə  hazırlanmışdı.  Bu  dövrdə  Cənubi  Qafqaz  saxsı  qabları 
içərisində,  çaydan  formalı,  qulplu  su  qabları  hazırlanmağa  başlanır.  İran 
ərazisindən  aşkar  edilən  eyni  funksiyalı  qablar mütəxəssislər tərəfindən  e.ə. 
IV-III minilliklərə aid edilir. O cümlədən Luristandan, III Təpə-Hissar, Təpə-
Sialk  qəbir  abidəsindən,  Türkmənistanda  III  Anaudan,  Naxçıvanda 
Kültəpədən,  Türkiyədə  Anadoludan  aşkar  edilən  bu  tip  qablar  qədim  tarixə 
malikdirlər. 
Cənubi  Qafqazın  boyalı  qablarının  öyrənilməsində  B.A.Kuftinin, 
Ə.Ələkbərovun, O.Həbibullayevin, V.H.Əliyevin xidmətləri az olmamışdır. 
Boyalı  qablar  haqqında  geniş  elmi  tədqiqatlar  1951-1964-cü  illərdə 
aparılmışdır.  Bu  cəhətdən  Azərbaycan  Elmlər  Akademiyasının  Tarix 
İnstitutunun  Naxçıvan  arxeoloji  ekspedisiyası  tərəfindən  Kültəpədə aparılan 
tədqiqat  işlərinin  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki,  tədqiqatçı  alim 
O.Həbibullayev Kültəpənin üst mədəni təbəqəsini diqqətlə öyrənərək ilk dəfə 
Naxçıvan  boyalı  qablarının  tiplərini  müəyyənləşdirmiş  və  onların  dəqiq 
tarixini vermişdir. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə