Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

55 
 
döşəmələri  və  ocaq  yerləri  vardır.  Evlər  meydançaların  ətrafında  ayrı-ayrı 
qruplarla  yerləşmişdir.  Yaşayış  məskənində  Cənubi  Qafqaz  eneolit  dövrü 
üçün xarakterik  olan  müxtəlif  materiallar  aşkar  olunmuşdur.  Buradan  çoxlu 
sayda sümük məmulatları tapılmışdır. Nadir tapıntılardan biri də iri buynuzlu 
heyvanın bud sümüyündən hazırlanmış, 18 sm uzunluğunda olan ot biçmək 
üçün  bıçaq  əsasıdır.  Abidədən,  həmçinin  metal  əşyalar  da  aşkar  edilmişdir. 
Spektral  analizlərin  cavabı  göstərmişdir  ki,  tapılan  metal  əşyalar  mis-
mərgümüş  qarışığı-nikeldən  hazırlanmışdır.  Abidədən  müxtəlif  növ  küp 
qablar,  o  cümlədən  də  boyalı  qablar  aşkar  olunmuşdur.  Burada  çoxsaylı  gil 
manqal  qalıqları  -  hündür  kənarları  olan  dairəvi  kasa  formalı  qablar  da 
tapılmışdır.  Bu  qabların  əksəriyyəti  həcmcə  nisbətən  böyük  yapışdırılma 
qulplara malikdirlər. Texut yaşayış məskəni Cənubi Qafqazın yeganə eneolit 
dövrü  abidəsidir  ki,  oradan  gil  manqallar  tapılmışdır.  Bu  abidə  e.ə.  V 
minilliyin I yarısına, IV minilliyin əvvəllərinə aid edilir. 
Beləliklə,  təsərrüfat-məişət  komplekslərinə  əsaslanaraq  belə  nəticəyə 
gəlmək olar ki, erkən əkinçi icmasında sosial təbəqələşmə yox idi. 
Qafqazın  digər  ərazilərinin  arxeoloji  abidələrinin  öyrənilməsində 
Q.N.Çubinişvilinin, V.V.Bjaniyanın və digər alimlərin böyük zəhməti vardır. 
Mərkəzi Qafqaz abidələri arasında xüsusi yeri I Arıxlı, Şulaverisqora, 
İmirisqora  yaşayış  məskənləri  tutur.  Bunlar  kiçik  yüksəkliklər  şəklində 
yaşayış  məskənləri  olaraq  «təpə»  də  adlandırılır.  Onlar  əsasən  ayrı-ayrı 
hissələr  şəklində  bir neçə təpədə  salınmışdır.  Məsələn,  Xrami  çayı  sahilində 
yerləşən Kvemo-Şülaver abidələri qrupuna təxminən 500 hektar sahəni əhatə 
edən  Şulaverisqora,  Qadaqrılıqora  və  İmirisqora  aiddir.  Yaşayış  məskənləri 
arasındakı  məsafə  0,5  km.-dən  1,7  km-ə  qədərdir.  Bu  məskənlərdən  1  km 
qərbdə  Arıxlı  kəndi  yaxınlığında  Xrami  çayı  qovşağında  bir-birinə  yaxın 
məsafədə olan 5 təpədə yerləşmiş daha bir abidə qrupu aşkar olunmuşdur - I, 
II,  III  Arıxlı.  Mərkəzi  Qafqaz  məskənlərindəki  mədəni  təbəqənin  qalınlığı 
müxtəlifdir. Belə ki, Şulaverisqorada onun qalınlığı 8m, İmirisqorada 4,4 m, I 
Aruxlıda  -  5  m  təşkil  edir.  Bu  abidələr  arasında  Şulaverisqora  daha  erkən 
dövrə  aid  edilir.  Bu  yaşayış  məskəni  Xrami  çayının  sağ  sahilindəki 
düzənlikdə yerləşir. Təpə dağıntılara məruz qalmışdır. Bu məskənin diametri 
100  m,  hündürlüyü  6  m,  sahəsi  1  hektardır.  Abidədən  yaşayış  evləri, 
təsərrüfat  qurğuları,  həyət  çəpərləri  və  ərzaq  saxlama  quyuları  şəklində  32 
tikilinin qalıqları aşkar olunmuş, 9 tikinti təbəqəsi müəyyən edilmişdir. 
Buradakı  tikinti  təbəqələrindəki  planlaşdırılmada,  istifadə  olunan 
tikinti  materiallarında  memarlıqla  əlaqəli  yeniliyə  dəlalət  edən  əsaslı 
dəyişikliklər müşahidə olunmamışdır. Tikililər gil məhlulun istifadəsi ilə çiy 
kərpicdən  və möhrədən inşa  edilmişdi.  Tikililərdə  əsas tikinti  materialı  kimi 
maili-çıxıntılı  kərpic  istifadə  olunurdu.  Divarlar  torpaq  üstündə  düzülmüş 
kərpiclərin və yaxud əvvəlki tikilinin hamarlanmış qalıqları üzərindən şaquli 


56 
 
istiqamətdə  ucaldılırdı.  Bütün  tikililər  dairəvi,  yaxud  oval  formalı  olub 
silindrik  biçimlidir.  2.5-5.0  m  diametrli  iri  tikililər  yaşayış  evləri,  qalanları 
təsərrüfat yönümlüdür. 
II  abidə  -  İmirisqora  diametri  90  m,  hündürlüyü  orta  hesabla  4m, 
ümumi  sahəsi  1  hektar  olan,  cənub-qərbdən  şimal-şərqə  doğru  yayılmış 
təpədir. Burada təxminən 70 çiy kərpicdən ibarət olan tikilinin qalıqları aşkar 
olunmuş, 7 tikinti təbəqəsi müəyyən edilmişdir. Yaşayış arxitekturasının əsas 
tipi  dairəvi  planlı-gümbəzli  və  oval  evlərdir.  İmirisqoradakı  tikililər  öz 
düzgün həndəsi formaları və dəqiq planlaşdırılması ilə seçilir. 
Qədim  yaşayış  məskənlərinin  ikinci  qrupu  Arıxlı  kəndi  yaxınlığında, 
Xrami  çayının  sağ  sahilində  800  hektarlıq  bir  ərazidə  yerləşir.  Özündə  5 
yayılmış  təpəsini  birləşdirir.  Sahəsi  150x100  m,  hündürlüyü  6  m  olan,  4 
tikinti  təbəqəsindən  ibarət  Arıxlı  daha  ətraflı  tədqiq  olunmuşdur.  Evlərin 
birinin  döşəməsinin  altından  basdırılmış  uşaq  kəllə  sümüyü  tapılmışdır. 
Ümumilikdə, burada dəqiq planlaşdırılma müşahidə olunmamışdır. Məskənin 
ətrafında arx çəkilmişdir. Alimlər belə hesab edirlər ki, bu arxlardan suvarma 
və müdafiə məqsədi üçün istifadə olunmuşdur. 
Arxeoloji 
materialın 
xarakteristikası: 
Daş 
məmulatlar. 
Şulaverisqoradan obsidian (dəvəgözü) və çaxmaq daşından hazırlanmış 3000 
ədəd, İmirisqoradan isə 7000-dən artıq əşya tapılmışdır ki, bunların da 60-70 
%-i  daha  erkən  dövrlər  üçün  xas  olan  əmək  alətləridir.  Alətlərin  önəmli 
hissəsini  bıçaqvari  lövhəciklər  şəklində  olan  oraq  dişləri  təşkil  edir.  Tədqiq 
olunan  mədəniyyətlərdə  nizə  uclarının  olmaması  xüsusi  maraq  doğurur. 
Digər  səciyyəvi  cəhət,  demək  olar  ki,  bütün  yaşayış  məskənlərindən  sapand 
üçün olan gil və daş qəlpələrin aşkar edilməsidir. 
Sümük  məmulatı.  Bu kateqoriyaya sümük və buynuzdan hazırlanan 
məmulatlar aid edilir. Onlar arasında əmək alətlərinə, müxtəlif məişət və ayin 
icrasında istifadə olunan əşyalara bizlər, iynələr, toxalar və s., o cümlədən də 
nadir  hallarda  sümük  qaşıqlara  rast  gəlinir.  Maraqlı  tapıntılara,  həmçinin 
sümük  antropomorf  heykəlciklər  aiddir.  Kvemo-şulaver  kompleksinə  aid 
tapıntılardan  belə nəticəyə  gəlmək  olar  ki,  bu  dövrdə əkinçiliklə  bağlı  əmək 
alətlərinin kəmiyyəti və növləri artmışdır. 
Dulusçuluq məmulatları. Ümumiyyətlə, bu dövrün gil qabları forma 
baxımından  sadə  xarakterli  olsa  da,  yüksək  keyfiyyətə malik idi.  Onlar  azca 
şirələnmiş, tərkibində saman çöpləri olan gildən hazırlanırdı. I Arıxlıdan bir 
neçə  divarları  çəhrayı  rəngli  pardaxlanmış  incə  saxsı  qablar  tapılmışdı.  Bu 
qablar gətirilmə hesab olunur. Saxsı qabların oturacaq hissəsində qamış izləri 
müşahidə  olunmuşdur.  Qablar  kiçik  piyalələr,  küplər  formasındadır.  Bəzən 
abidələrdə  çəllək  formalı  saxsı  qablara  da  rast  gəlinir.  Saxsıların  bir  qismi 
ornamentlidir.  Şulaveris  abidəsində  boyalı  dulusçuluq  məmulatlarına  da 
təsadüf  olunmuşdur.  Kvemo-Şuvaleris  məskəninin  özünəməxsus  saxsı 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə