Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

57 
 
qablarının  əsas  səciyyəvi  xüsusiyyətləri  ornament  işləməsində  kəsmə 
üsulunun  istifadəsi  və  küplərin  yuxarı  küncünə  həndəsi  formalı  dalğalı 
naxışların həkk olunmasıdır. Beləliklə, Mərkəzi Qafqazın saxsı məmulatı çox 
orijinaldır.  Onlar  Mərkəzi  və  Ön  Asiyanın  saxsı mədəniyyətlərindən  kəskin 
fərqlənir.  Mərkəzi  Qafqazın  abidələrində  ancaq  Şimali  Mesopotamiyanın 
(Umm-Dabaqiya,  Tiela-Sot)  və  Azərbaycanın  abidələri  ilə  yaxınlıq  hiss 
olunur. 
Qeyd  olunan  abidələrdən  tapılmış  gil  antropomorf  heykəlciklər  azlıq 
təşkil edir. Yalnız Cənubi Qafqazın mərkəzində Didiqor məbədində çoxsaylı 
fiqurlar  tapılmışdır.  Kolleksiyaya  21  qadın  fiquru  daxildir.  Onlardan  17-si 
yaşayış  məskəninin  eneolit  dövrü  təbəqəsindəki  üst  tikinti qatındakı  dairəvi 
evdən  tapılmışdır.  Fiqurlar  ölçülərinə  görə  kiçik  olub  2,8-5,6  sm 
hündürlüyündədirlər.  Ayaqların  vəziyyətinə  görə  onlar  2  qrupa  bölünür: 
bükülmüş  və  uzadılmış  ayaqlarla  oturmuş  vəziyyətdə.  Təxmin  edilir  ki, 
fiqurların dərin dairəvi gözləri xatəmkarlıq üsulu ilə işlənmişdir. 
Şimali Qafqazda - Dağıstan ərazisində ümumi sahəsi təxminən 1,5 
min  m
2
.  olan,  1,2  m  qalınlığında  mədəni  təbəqəyə  malik  Qinçi  yaşayış 
məskəni  aşkar  edilmişdir.  Yaşayış  məskəninin  uzunluğu  15  m  hündürlüyü 
1,15 m, qalınlığı 2 m olan istehkam divarı daşlardan təmizlənmişdir. Yaşayış 
evlərində  də  bu  tip  daş  divarlar  müşahidə  olunmuşdur.  Evlərlə  bərabər 
yarımqazma formalı yaşayış yerləri və diametri 60 sm və 1,9 m olan dairəvi 
oval  formalı  ocaq  yerləri  üzə  çıxarılmışdır.  Qinçi  yaşayış  məskəni  Cənubi 
Qafqazın digər  abidələrindən  fərqli  olaraq  dağlıq  ərazidə  salınmışdır.  Onun 
səciyyəvi  xüsusiyyətlərindən  biri  də  daş  evlərin  Cənubi  Qafqazın  bəzi 
abidələrində olduğu kimi dairəvi deyil, düzbucaqlı formada olmasıdır. Qinçi 
yaşayış  məskənindən  aşkar  edilmiş  məmulatlar  erkən  köçəri-əkinçi 
məskənləri  üçün  xarakterikdir.  Daş  əmək  alətləri  arasında  -  iri  dən  daşları, 
sümük  və  buynuzdan  hazırlanan  alətlər  xüsusi  maraq  doğurur.  Saxsı 
məmulatlar  qalın  divarlı  olub,  kobud  yapma  naxışlara  malikdirlər.  Saxsı 
məmulatları  tərkibində  ağac  və  qum  qarışığı  olan  gildən  hazırlanmışdır. 
Abidədən əldə olunmuş pardaxlanmış küplər qırmızı və qəhvəyi rəngdədirlər. 
Qablar  əsasən  kasa,  iri  girdə  küplər,  fincanlar,  piyalələr  və  s.  formalara 
malikdirlər.  Həmçinin  abidədən  xaricdən  gətirilmə  sadə  saxsı  və  boyalı 
qablar aşkar olunmuşdur. Onların sayı 12-dir. 
Qafqazın Qaradəniz ətrafı abidələri arasında xüsusi yeri Rioni çayı 
sahilində Kutaisi ərazisində yerləşən Tetramisa yaşayış məskəni tutur. Abidə 
bir  təbəqəlidir.  Tetramisa  "Soçi-Adler  tipli"  abidələrin  ən  ucqar  cənub-şərq 
nöqtəsində yerləşir. 
Tetramisadan arxeoloji araşdırmalar zamanı müxtəlif tipli daşlardan, o 
cümlədən  çaxmaqdaşından,  bazaltdan  çoxlu  sayda  əmək  alətləri  aşkar 
edilmişdi.  Onlardan  daha  çox  seçilənləri,  daha  doğrusu,  ən qədim  dövrlərdə 


58 
 
istifadə  olunanları  çaxmaqdaşından  hazırlanan  əmək  alətləridir.  Bu  alətlərin 
oxşar  nümunələri  Qərbi  Gürcüstandan  tapılmışdır.  Kremendən  hazırlanan 
əmək  alətləri  sırasında  kəsici  və  deşicilər  çoxluq  təşkil  edir.  Aşkar  edilən 
saxsı nümunələri  kəmiyyət  etibarilə  az  olub,  daha  çox  qırıq  fraqmentlərdən 
ibarətdir.  Saxsı  nümunələri  arasında  stilizə  edilmiş  realizmdən  uzaq  olan 
antropomorf heykəlcikləri xüsusi qeyd etmək lazımdır. 
Tetramisadan  aşkar  edilən  tapıntılar  genetik  olaraq  neolit  dörvü  ilə 
birbaşa bağlıdır, yəni bu ərazidə mədəniyyət davamlı olaraq inkişaf etmişdir. 
Bu mədəniyyət mərkəzi və Cənubi Qafqazın eynitipli abidələrindən fərqlənir. 
Belə  ki,  Qafqazın  bu  ərazilərində  əkinçi-maldar  tayfalarının  yaratdıqları 
mədəniyyətlər  özünəməxsus  inkişaf  pillələrinə  məxsusdur.  Bu  cür  fərqli 
inkişafı keçən abidələr Abxaziyada da qeydə alınmışdır. Bunlardan Qantiadi 
kəndi  yaxınlığındakı  Quad  İxu  adlı  dağda  yerləşən  və  Macara  adlı  kənddə 
aşkar  edilən yaşayış  yerini xüsusi qeyd etmək olar. Adı çəkilən abidələrdən 
aşkar  edilən  arxeoloji  materiallar tərkibinə  görə  eynilik təşkil  edir.  Belə  ki, 
bütün bu abidələr açıq tipli yaşayış yerlərindən ibarətdir və heç birində tikinti 
qalıqları  aşkar  olunmamışdır.  Bunlardan  yalnız  Macar  yaşayış  yerində 
yarımqazma  formasında  olan  evlərin  hissələri  öyrənilmişdi.  Abidələrdən 
tapılan istehsal vasitələri əsasən dəyirman daşlarından, kobud xışdan və digər 
əmək  alətlərindən  ibarətdir.  Qeyd  etmək  lazımdır  ki,  arxeologiya  elmində 
«Suxumi  tipli  xışlar»  kimi  tanınan  dairəvi,  diskvari  xışlar  məhz  buradan 
tapılmışdır,  digər  abidələrdən  isə  «Soçi-Adler»  tipli  xışlar  qeydə  alınmışdı. 
Sonuncu tipə aid olan xışlar Qafqaz abidələrinin bir çoxu üçün xarakterikdir. 
Aparılan  araşdırmalar  bir  daha  Qafqazdan  Soçiyə  qədər  olan 
ərazilərdə əhalinin əkinçiliklə məşğul olduğunu sübut edir. 
Qafqazın  mis  dövrünün  sonu  haqqında  məlumatı  Abxaziya 
dolmenlərinin qazıntıları vermişdir. Qeyd etmək lazımdır ki, M.M. İvanenko, 
B.A.Kuoqtina  və  A.L.Lukina  kimi  alimlər  1930-1937-ci  illərdə  bu  abidələri 
üzə  çıxarmışlar.  Dolmenlərin  tədqiqi  göstərmişdir  ki,  bu  abidələr  uzun 
müddət  dəfn  məqsədilə  istifadə  olunmuş  və  müxtəlif  dövrlərə  aid  qəbirləri 
özündə cəmləşdirir. Ən aşağı təbəqə tikililərin mis dövrünün sonu ilə əlaqəli 
olduğunu  göstərir.  Təbəqədən  baltalar,  toppuzlar,  nizə  ucluqları, 
özünəməxsus  formalı  qarmaqlar  və  bıçaqlar  aşkar  olunmuşdur.  Cənubi 
Qafqaz  dolmenləri  Qara  dəniz  sahili abidələri adı ilə tanınan  Şimali  Qafqaz 
dolmenləri ilə əlaqəlidirlər. 
Cənubi  Qafqazda  (vislobusnix)  baltalar  əsasən,  təsadüfi  qazıntılar 
zamanı aşkar  edilmişdir.  Bu  cür  balta  Qərbi  Azərbaycanda,  Göyçə  gölünün 
cənub-qərb  sahilində  yerləşən  Adıyaman  kəndi  ərazisindəki  nəhəng  daş 
parçalarından inşa edilmiş qəbirlərdən də tapılmışdır. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə