61
çayının sol sahilində Zqudrisiverda deyilən qəbiristanlıq yaxınlığında,
Nasarqora təpəsində, Sxinvali şəhərinin cənub-qərbində aparılan arxeoloji
qazıntılar zamanı bu abidəni öyrənməyə başlamışdı. Burada S.İ.Nadimaşvili
tərəfindən öyrənilən digər bir maraqlı eneolit dövrü abidəsi Osprisi kəndinin
yaxınlığında Kulbakebi adlı təpə aşkar edilmişdi. Abidə 1949-cu ildə
B.A.Kuftinin rəhbərliyi ilə işləyən arxeoloji ekspedisiya tərəfindən də
öyrənilmişdi. Bu ekspedisiyanın kəşfiyyat xarakterli işləri nəticəsində təpənin
üst təbəqəsindən xeyli miqdarda eneolit dövrü üçün xarakterik olan saxsı
məmulatları, əmək alətləri, gildən qoyun heykəlciyi, çaxmaqdaşı nümunələri
tapılmışdı. 1950-ci ildə V.P.Lyubin tərəfindən Sxinvali şəhərinin ətrafında
arxeoloji kəşfiyyat işləri həyata keçirilmişdi. Bu zaman misdən hazırlanan
eneolit dövrü üçün xarakterik olan kiçik balta tapılmışdı. Həmin ildə
araşdırılan ərazidə qəbirlər də müəyyən qədər öyrənilmişdi.
Eneolit dövrünün dəfn adətləri. Bəşər tarixi üçün eneolit dövrünə
aid ən mühüm məsələlərdən biri də dəfn adətinin formalaşmasıdır.
Təkcə Azərbaycan ərazisində - I Kültəpənin eneolit dövrü təbəqəsində
85 qəbir açılmışdır. Buradan çıxan skeletlər ölülərin bükülü vəziyyətdə və ya
böyrü, yaxud da arxası üstə, müxtəlif istiqamətlərdə dəfn edildiyini göstərir.
Bəzi skeletlərin üzərinə qırmızı oxra səpilmişdir. Qəbirlərin bəzilərindən it
skeleti, bir qism qəbirlərindən gil qablar, cürbəcür muncuqlar və dəvəgözü
daşından əşyalar tapılmışdır. Belə qəbirlər Babadərviş və digər abidələrdə də
üzə çıxarılmışdır. Azərbaycan ərazisində öyrənilmiş eneolit dövrü
abidələrinin çoxunda qəbirlər bilavasitə yaşayış məskənlərində qazılmışdır.
Bu adət Yaxın və Orta Şərqin bir çox ölkələrində uzun müddət qalmışdır.
Belə qəbirlər, bir qayda olaraq, yaşayış yerlərinin mədəni təbəqəsində və
yaxud xam torpaqda qazılırdı.
62
V HİSSƏ. TUNC VƏ DƏMİR DÖVRÜ
VI FƏSİL
QAFQAZIN TUNC DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ
1. Qafqazdakı tunc dövrü arxeoloji abidələrinin xüsusiyyətləri
Qafqazın tunc dövrü abidələri əsasən XX əsrdə və XXI əsrin
əvvəllərində E.Resler, İ.Meşşaninov, T.Passek, B.Latınin, D.Şərifov,
O.Həbibullayev, Ə.Ələkbərov, Q.Melikişvili, P.Tavadze, R.Munçayev,
İ.Nərimanov, H.Kəsəmənli, Y.Krupnov, B.Texov, C.Xalilov, Q.İsmayılzadə,
M.Hüseynova
Q.M.Aslanov,
V.Əliyev,
H.Cəfərov,
M.Rəhimova,
F.Muradova, T.Axundov, S.Aşurov, N.Müseyibli, İ.Avşarova və digər
alimlər tərəfindən öyrənilmişdi.
E.ə. IV minilliyin ortalarında Qafqazda əsaslı dəyişikliklər müşahidə
olunmaqda idi. Mis dövrü mədəniyyəti əsasında erkən tunc dövrü
formalaşırdı. Bunu yalnız Qafqaz daxili ictimai münasibətlərdəki
böyükhəcmli dəyişikliklər və mədəni inkişaf deyil, həmçinin Qədim Şərq -
Ön Asiya mədəniyyəti ilə sıx əlaqələr bir daha sübut edir.
İlk tunc dövründə erkən maldarlığın inkişafı ilə əlaqədar tayfalar
arasında mülki bərabərsizlik yaranırdı. Mülki bərabərsizliyin genişlənməsi
nəticəsində bəzi maldar tayfalar sərvət toplayırdılar. Bu da mübadilə
prosesinin formalaşması və Ön Asiya ölkələri ilə iqtisadi münasibətlərin
möhkəmlənməsinə gətirib çıxarırdı. Daha varlı tayfalar xüsusi mövqe
qazanaraq tayfa ittifaqına başçılıq etməyə başlayırdılar. Tədricən mülki
bərabərsizlik tayfa daxilində də müşahidə olunurdu. Belə ki, var-dövlət tayfa
başçısı və onun nəslinin nümayəndələrinin əlində cəmləşirdi. Bunu daha çox
arxeoloqlar tərəfindən aşkar olunmuş qəbir abidələri sübut edir. Tədqiq
olunan bəzi qəbirlərin tutumuna görə daha zəngin və dəbdəbəli, bəzilərinin
isə sadə olması bunu bir daha təsdiq edir.
Mal-qara və sərvət uğrunda mübarizələr tayfalar arasında düşmən
münasibətlərin yaranmasına səbəb olurdu. Bununla əlaqədar həmin dövrdə
yaşayış məskənlərinin ətrafı iri sal daşlardan hörülmüş (hündürlüyü 2 m-ə
çatan) şəhər formasını alır. Belə abidələrdən biri İrəvan şəhəri yaxınlığında
Təzəkənd ətrafında Qızıl
qala ilə üzbəüz yerləşən Zənçiqala şəhəridir. Bu
şəhərdə həyat e.ə. IV minillikdən başlayaraq orta əsrlərə qədər davam
etmişdir. 1896-cı ildə P.V.Çarkovskinin rəhbərliyi ilə həmin şəhərin iri
kurqan abidəsi tədqiq olunmuşdur. Tədqiqat işləri sonradan E.Resler
tərəfindən davam etdirilmişdir. Kurqan qəbirləri daşlarla örtülmüşdür.
Burada tədqiq olunan qəbirlər e.ə. III-II minilliklər üçün xarakterik olan daş
63
qutular deyil, düzbucaqlı formaya malik quyular şəklində idi. Kurqanlardan
çox az miqdarda material əldə olunmuşdur. Bunlar əsasən boyalı saxsı qablar,
bir ədəd cızma ornamentli gil qab və baş üçün olan daş sancaqdan ibarətdir.
Əldə olunan saxsı qablar boğazlı küplər, üzərinə qırmızı fonda qara ornament
həkk olunmuş fincanlar qismindədirlər.
Qızıl-qala abidəsindən aşkar olunmuş bu tip qəbir abidələrinin yaşının
müəyyən olunması üçün (İrəvan şəhərində, vağzal yaxınlığında yerləşən)
Müxənnət-təpədə 1935-ci ildə aparılmış arxeoloji tədqiqat işləri nəticəsində
aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının böyük rolu vardır.
1895-ci ildə sərhəd qoşunlarının zabiti N.V.Fyodorov tərəfindən
məlum arxeoloji komissiyaya daxil olan Araz sahilindəki Qızılvəng
abidəsindən aşkar edilən boyalı qablar haqqında geniş elmi məlumatlar
arxeoloji elmi-ədəbiyyatda öz əksini tapmışdır. Bu qabların sırasında həm
boyalı, həm də sadə dulus məmulatları diqqəti cəlb edir. Ornamentlər
arasında əsasən tünd-qırmızı və qara rənglə çəkilmiş həndəsi naxışlar çoxluq
təşkil edir. N.V.Fyodorovun Qızılvəngdən topladığı metal əşyalar 4 ədəd tunc
qılınc, üç ədəd tunc dördkünc formalı biz və tunc sancaqdan ibarətdir. 1926-
cı ildən başlayaraq Qızıl-vəngdə iki arxeoloji ekspedisiya fəaliyyət
göstərmişdi. İ.İ.Meşşaninov və A.A.Millerin rəhbərliyi ilə həyata keçirilən
arxeoloji qazıntılarda aşkar edilən daş qutu tipli qəbirlərin içərisindəki
skeletler əsasən sağ böyrü üstündə ayaqları və əlləri qatlanmış vəziyyətdə
təsadüf olunmuşdu. Qəbir abidələrindən mis və tuncdan hazırlanmış müxtəlif
əşyalar, qara cilalı və digər boyalı qablar aşkar edilmişdir. Bu qablar
N.Fyodorovun kolleksiyasında olan rəngarəng qab nümunələrindən
fərqlənirdilər. Aşkar edilən boyalı qablar artıq əvvəlki kimi deyil,
keyfiyyətsiz şəkildə hazırlanmışdı. Bu dövrdə Cənubi Qafqaz saxsı qabları
içərisində, çaydan formalı, qulplu su qabları hazırlanmağa başlanır. İran
ərazisindən aşkar edilən eyni funksiyalı qablar mütəxəssislər tərəfindən e.ə.
IV-III minilliklərə aid edilir. O cümlədən Luristandan, III Təpə-Hissar, Təpə-
Sialk qəbir abidəsindən, Türkmənistanda III Anaudan, Naxçıvanda
Kültəpədən, Türkiyədə Anadoludan aşkar edilən bu tip qablar qədim tarixə
malikdirlər.
Cənubi Qafqazın boyalı qablarının öyrənilməsində B.A.Kuftinin,
Ə.Ələkbərovun, O.Həbibullayevin, V.H.Əliyevin xidmətləri az olmamışdır.
Boyalı qablar haqqında geniş elmi tədqiqatlar 1951-1964-cü illərdə
aparılmışdır. Bu cəhətdən Azərbaycan Elmlər Akademiyasının Tarix
İnstitutunun Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən Kültəpədə aparılan
tədqiqat işlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, tədqiqatçı alim
O.Həbibullayev Kültəpənin üst mədəni təbəqəsini diqqətlə öyrənərək ilk dəfə
Naxçıvan boyalı qablarının tiplərini müəyyənləşdirmiş və onların dəqiq
tarixini vermişdir.
Dostları ilə paylaş: |