79
çalışan Valdemar Belk Gədəbəydə (Cənubi Qafqazın Yelizavetpol
quberniyası), əsasən zavodun ətrafında və onun Qalakənddəki filialı
ərazisində (Qalakənd, Cənnət qalası, Göydəyə abidələrində) külli miqdarda
(274) qəbir abidəsi açmışdır. Qəbir abidələrinin hamısı son tunc, ilk dəmir
dövrünə aid edilmişdir.
Belk özünün arxeoloji tədqiqatları ilə bağlı olan fəaliyyətinin qısa
nəticələri haqqında məruzələr etmişdir. Məruzələrinin birində o, qeyd edirdi:
«Mənim Gədəbəydə aşkar etdiyim qəbirlərin forması demək olar ki, hamısı
eyni «daş qutu qəbir» tipinə aid olub, müxtəlif ölçülərdədir. Onların uzunluğu
1 m 40 sm-dən 5 m 50 sm-dək, eni 0,60 m-dən 2,80 m-ə, dərinliyi 0,40 m-
dən 3,1 m-dək, qəbrin içərisindəki daşların həcmi isə 0,4 m
3
-dən 45 m
3
-
dəkdir. Yan divarlar, həmçinin qəbir örtükləri bir və ya bir neçə yonulmuş sal
daşdan ibarət olub, çəkiləri 8-10 min kq, bəzən isə daha çoxdur. Xüsusi qeyd
etmək lazımdır ki, qəbirlər səmtlərə görə müxtəlif istiqamətlidirlər.
«Mənim cənab Virxova göndərdiyim arxeoloji tapıntılar içərisində
olan tunc əşyalar - çox tez-tez təsadüf olunan kəmər başlıqları və s. xüsusi
maraq doğurur. Kəmər başlıqları bu ərazi üçün xarakterik olan orijinal
quruluşa malikdirlər».
Tamamilə aydındır ki, burada yüksək inkişaf etmiş istehsal mövcud
olmuşdur ki, bu da zəngin əşyalar hazırlamağa imkan vermişdir.
Buradan toplanan kolleksiya (kəmərlər, bəzək əşyaları, muncuqlar,
tunc xəncərlər və qılınclar, ox və nizə ucluqları, toppuzlar, əsa başlıqları, qara
və boz rəngli cilalanmış qablar və s.) digər orijinal və nadir tapıntılarla da
kifayət qədər zəngindir, metal əşyalar tuncdan, misdən, gümüşdən və hətta
xalis sinkdən hazırlanmışdır.
2. E.ə. I minilliyin ortalarında erkən dəmir dövründə Ukraynanın
çöllərindən Baykal gölü ətrafındakı ərazisinə qədər Skif-sarmat adı altında
tanınan mədəniyyət yayılmışdı. Bu mədəniyyətin yaradıcısı olan bir neçə
xalqın adı dəqiq məlumdur. Bunlar skiflər, savromatlar, saklardır. Digər
tayfaların adları isə yalnız dini və maddi mədəniyyət abidələri əsasında
müəyyənləşdirilir. Bu mədəniyyətləri birləşdirən əşyalar üç qrupa bölünür -
silahlar, atçılıqla bağlı əşyalar və sənətkarlıq məmulatları. Müəyyən
olunmuşdur ki, çöllərin geniş ərazilərində skif silahları formasına yaxın olan
silahlar yayılmışdı - tuncdan akinakilər, çoxsaylı üçkünc yarpaqşəkilli nizə
ucluqları və s. Əlavə etmək lazımdır ki, tunc, yaxud qızıldan hazırlanmış eyni
formalı budaq şəkilli buynuzları olan azca bükülmüş ayaqlı maral
heykəlcikləri skif qazanı adı ilə tanınan tuncdan tökmə üfüqi qulplu qazanlar
da bu dövrdə geniş yayılmışdı.
Dövrə aid maddi və dini mədəniyyətləri birləşdirən digər ümumi
cəhətləri də sadalamaq olar - geniş həcmli qəbir kameraları, bəzək əşyaları,
müqəddəs odun yandırılması üçün qurbangahlar və s.
80
Arxeoloji
materiallar
yalnız
Avrasiya
çöllərində,
qədim
sivilizasiyaların Qədim Yunanıstan, Əhəməni-Fars imperiyasının, daha sonra
isə ellin mədəniyyətinin şərq sərhədlərində yayılmış tarixi hadisələri özündə
əks etdirir. Yeni mədəniyyət digərlərindən öz təsərrüfat, mədəni-tarixi, hətta
ideoloji istiqamətləri ilə kəskin fərqlənən bir dünya idi. Mədəni-tarixi birlik
bir sıra faktorların bazasında yaranmışdır. Bu işdə Avrasiya çöllərində
maldarlıq təsərrüfatı sahəsində daha əvvəl əldə olunmuş nailiyyətlər,
həmçinin eneolit dövründən formalaşmış iqtisadi və mədəni əlaqələr
əhəmiyyətli rol oynamışdır. İqtisadi inkişaf və çöllər, çay vadilərinin
əkinçilik və maldarlıq sahəsində rasional istifadəsi Qafqazın sıx
məskunlaşmasına səbəb olmuşdur. Vacib amillərdən biri də erkən dəmir
dövründə skif-sarmat mədəniyyətində ümumi ayinlər və xarakterik cəhətlərin
müşahidə olunmasıdır. Müqəddəs heyvan ayini, günəş ayini, müqəddəs od
ətrafında günəş Allahı ayini, təbiət ayini və s. Bu ayinləri incəsənət
məmulatları - uçan maral fiqurları, göy cisimlərinin təsviri olan sancaqlar,
müqəddəs odun yandırıldığı məbədgahlar özündə əks etdirir.
Nəzərə alınmalıdır ki, erkən dəmir dövründə bütün Avrasiya
çöllərində yalnız istehsalat və mədəniyyət baxımından yaxın olan deyil,
həmçinin eyni avropoid irqinə mənsub qədim hind-ari tayfaları
məskunlaşmışdılar. Avrasiya çöllərində yaşayan qədim tayfa və xalqların
yüksək mədəniyyətləri qarşılıqlı etno-mədəni və siyasi əlaqələrin fonunda
inkişaf etdirilirdi. Bu proseslərdə qədim dünyanın inkişaf etmiş ölkələri -
Yunanıstan, daha sonra Qərbdə Roma və Şərqdə Əhəməni imperiyası aktiv
iştirak edirdi.
Skiflərə aid olan mədəniyyət 800 il mövcud olmuş və tarixin bütöv bir
mərhələsini təşkil etmişdir. Bu aləm daxilində yüksək maddi və mədəni
dəyərlər yaradılmışdır.
Skiflərin adlarına hələ e.ə.VII əsrin I yarısına aid aşşur yazılarında da
rast gəlinir. Onların Cənubi Qafqazdakı Qara dəniz yolu ilə Ön Asiyaya köç
etmələri qeyd olunur. Məlumdur ki, onlar 28 il müddətində Midiyada
hökmranlıq etmiş, Nineviyaya basqında, Urartu dövlətinin süquta
uğradılmasında iştirak etmişdilər. E.ə. VII əsrin sonlarında skiflər Qara dəniz
ətrafına geri dönmüş və yerli tayfaları özlərinə tabe etdirmişdilər.
Skif arxeoloji abidələrinə maraq çoxdan olsa da, 1918-ci ilə qədər
arxeoloqlar əsasən skif mədəniyyətinə aid kurqanları araşdırırdı. İlk kurqan
1763-cü ildə A.İ.Melqunov tərəfindən Kirovoqrad ətrafında tapılmışdır. Skif
şəhərlərinin qazıntıları XX əsrdə başlamışdır.
Azərbaycan ərazisində e.ə. I minilliyin I yarısında bir neçə tayfa
ittifaqı mövcud olmuşdur. Aşkar olunmuş abidələr iki tipə ayrılır:
istehkamlarla
möhkəmləndirilmiş
və
möhkəmləndirilməmiş.
Möhkəmləndirilmiş yaşayış məskənləri - siklopik tikililər Kiçik Qafqaz və
Dostları ilə paylaş: |