Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

74 
 
daşlarla bəzədilmiş fiqurlu kubok tipli qablar da maraqlıdır. Kuboklar bütöv 
gümüş parçasından yonulmuş və üzərində iki haşiyə ilə bəzədilmiş müxtəlif 
təsvirlər  həkk  olunmuşdur.  Birinci  üst  haşiyə  zolağında  əllərində  fincan 
tutmuş,  uzun  əba  geyinmiş  (xiton)  və  iki  canavar  quyruqlu  məxluqun  bir-
birinin ardınca getməsi ayini təsvir olunmuşdur. Ayin icraçıları ağaca doğru 
yönəlmişlər.  Ağacın  altında  qurbangah  qarşısında  qurulmuş  taxtda  eyni 
görünüşlü antrozoomorf məxluq əyləşmişlər. Təsvirin aşağı haşiyə zolağında 
bir-birini təkrarlayan iki ceyran təsviri də vardır. Bu mədəniyyətə aid gümüş 
düymələrin  qızılı  başlıqları,  iri  qızıl  muncuqlar,  boyunbağılar,  heyvanların 
qızıldan tökmə fiqurları nəfis tərtibata malikdirlər. Kurqanda ehtimal ki, varlı 
şəxs dəfn olunmuşdur. Ümumilikdə, bu mədəniyyət tuncdan hazırlanmış əyri 
uclu  xəncərlər,  üçkünc  başlıqlı  nizələrlə  səciyyələnir.  Dövrə  aid  silahların 
hazırlanması zərgər dəqiqliyi ilə yerinə yetirilmişdir. Gil qablar arasında qara 
rəngli  boya  ilə  işlənmiş  parlaq  ornamentə  malik  boyalı  küplər  qırmızımtıl 
rəngi ilə seçilir. 
Onların üzərini bəzəyən qara naxışlar, aşağıya yönəlmiş üçbucaqlarla 
ziq-zaq  formasında  həkk  olunmuşdur.  Küplərin  üzərində,  həmçinin  quş 
təsvirləri, spiralvari xətlər və naxış ünsürlərinə də təsadüf olunur. 
 
2. Eneolitin sonu - tunc dövründə Qafqazdakı etnomədəni proseslər 
 
Coğrafiyaşünasların  mülahizələrinə  görə,  Qafqaz  Asiyada  yerləşir. 
Ancaq  mədəni  və  siyasi  əlaqələrinə  əsaslanaraq  Qafqazın  bir  hissəsi,  hətta 
bütün Qafqaz ərazisi Avropaya aid edilir. Bu cür hal təsadüfi deyil. Belə ki, 
burada  iki  dünya  Yaxın  Şərq  və  Şərqi  Avropa  mədəniyyətləri  toqquşur. 
Qafqazın  coğrafi  mövqeyi  Yaxın  Şərq  və  Şərqi  Avropanın  kəsişməsində 
çoxsaylı  etno-mədəni  əlaqələrin  yaranmasına  təkan  vermiş,  qeyri-bərabər 
xronoloji  ərazi  mənimsənilməsinə  və  ərazisində  mürəkkəb  etno-mədəni 
proseslərin getməsinə gətirib çıxarmışdır. 
Beləliklə,  Cənubi  Qafqazın  arxeoloji  materiallarına  əsasən,  o 
cümlədən  yeni  abidələrin  də  tədqiqini  əlavə  etməklə,  eneolit  və  tunc  dövrü 
etno-mədəni dəyişikliklərini izləmək mümkündür. 
E.ə.  VI  minilliyin  I  yarısından  -  e.ə.  IV  minilliyin  I  yarısına  qədər 
Cənubi  Qafqazın  mərkəzində  Şomutəpə  və  Kültəpə  etnomədəniyyətləri 
meydana  gəlmişdir.  Qərbi  və  Şimal-Şərqi  Qafqazda  bu  mərhələ  təsərrüfat 
əsaslı  Neolit  mədəniyyəti  şəklində  təzahür  edir.  Burada  Şomutəpə 
mədəniyyəti  daha  böyük  maraq  doğurur.10  m  qalınlığındakı  mədəni  təbəqə 
oturaq əhalinin mədəniyyət qalıqları ilə xarakterizə olunur. E.ə. V minilliyin 
sonu  IV  minilliyin  əvvəlləri  Cənubi  Qafqazın  erkən  eneolit  oturaq  əkinçilik 
mədəniyyəti  -  Şomutəpə  böhran  keçirir.  Güman  ki,  buna  səbəb  iqlim 
dəyişməsi nəticəsində şomutəpəlilərin adət etdikləri təsərrüfat ənənələrinə və 


75 
 
yaşayış  mühitinə  vurulan  zərər  olmuşdur.  Onların  ənənəvi  təsərrüfat 
idarəetmə  metodları  yeni geoiqlim  şəraitinə texniki potensialın  yoxluğundan 
uyğunlaşa bilmirdi. Bununla yanaşı, cənub və qərb qonşuları tərəfindən olan 
təzyiqləri  də  inkar  etmək  olmaz.  Mədəniyyətin  sonrakı  abidələrində  də  bu 
tayfaların  izlərinə  rast  gəlmək  mümkündür.  E.ə.  IV  minilliyin  əvvəlləri 
Qafqazın  cənubunda  yaranmış  yeni  etno-mədəni  cərəyanın  elementləri 
yaranır.  Bu,  daha  çox  Qarabağ  yaylasında  yerləşən  Leylatəpə  mədəniyyət 
abidələrində  izlənilir.  Mədəniyyəti  səciyyələndirən  əsas  amillər  tərkibində 
heç  bir  qarışığı  olmayan  çiy  kərpicdən  tikilmiş  düzbucaqlı  formalı  evlər, 
oturaq əkinçilik, yüksək texnologiyalı sənətkarlıq, keyfiyyətli açıq rəngli, saf 
və  bitki  tərkibli  gildən  bişirilmiş  saxsı  qablar,  dulus  çarxı,  metallurgiyanın 
inkişafı,  yaşayış  məskənində  ölülərin  saxsı  küplərdə  basdırılması  hesab 
olunur.  Bu  mədəniyyətə  aid  adətlər  qısa  müddət  mövcud  olmuşdur.  Buna 
baxmayaraq belə adətlər Cənubi Qafqaz və Dağıstanın yüksəkliklərinə qədər 
yayılmışdı  və  ona  bu  ərazilərdə  tunc  dövrü  son  eneolit  mədəniyyəti 
elementləri  ilə  qarışıq  şəkildə  rast  gəlinir.  E.ə.  IV  minilliyin  III  rübündə 
demək olar ki, bütün son eneolit mədəniyyəti ənənələri Cənubi Qafqazın tarix 
arenasından  silinir.  Leylatəpə  mədəniyyətinin  elementləri,  Şimali  Qafqaza 
yönəlmiş,  yeni  və  daha  mürəkkəb  etnomədəniyyətin  -  Maykop 
mədəniyyətinin  meydana  gəlməsinə  təkan  vermişdir.  Bununla  da  eneolit 
dövrü  başa  çatmışdır.  Cənubi  Qafqazda  ilk  etno-mədəni  dövrləşmə  e.ə.  XI 
minilliyin ortalarından - e.ə. IV minilliyin ortalarına qədər davam etmişdir. 
Tunc dövrü tarixi inkişafın 2,5 min ilini əhatə edir: e.ə. IV nıinilliyin 
II  yarısı  -  I  minilliyin  əvvəllərinə  qədər.  Bu  zaman  Cənubi  Qafqazda  yeni 
etno-mədəni cərəyan, Kür-Araz fenomeni meydana gəlir. E.ə. II minilliyin II 
yarısı Kür-Araz mədəniyyəti böhran keçirir, tarix səhnəsindən silinir və onun 
yayıldığı  ərazilərdə  köçəri  maldarların  bir  sıra  kiçik  bölgə  xarakterli 
mədəniyyətləri formalaşır və orta tunc dövrünün başlanğıcının əsasını qoyur. 
Bu  zaman  yerli  əhali  etno-mədəni  təzyiqlərə  məruz  qalır.  Avrasiya 
məkanında  yaşayan  və  köçəri-əkinçi  mədəniyyətin  daşıyıcıları  olan  maldar 
tayfalar Qafqaz keçidi ilə bu ərazilərə daxil olmuşlar.  Onlar Göyçə gölünün 
qərbində,  Kür-Araz  ovalığında  e.ə.  III-II  minillikdən  e.ə.  XVIII  əsrə  qədər 
mövcud olmuş Təzəkənd mədəniyyətinin yaradıcıları hesab olunurdular. Bu 
mədəniyyət əsas etibarilə enli ornamental fiqurlarla bəzədilmiş boyalı küplər 
və  siklopik  tikililərlə  səciyyələnir.  Lakin  əsas  xarakterik  göstəricisi  üzərinə 
qırmızı  anqob  çəkilmiş  qara  rəngli  enli  ornamental  tərtibata  malik  qab-
qacaqdır. Cənubi Qafqazın cənubla sıx əlaqələrinin olmasını e.ə II minilliyin 
əvvəllərində  mövcud  olmuş  Koban  (Şimali  Osetiya)  mədəniyyət  abidələri 
sübut  edir.  Bu  mədəniyyətin  yayılma  arealı  Naxçıvan  və  Şimal-Qərbi  İran 
ərazisi hesab olunur. Bu abidələrə yaşayış məskənləri və qəbirlər aiddir. Dəfn 
daş  qutularda  və  torpaq  qəbirlərdə  icra  olunur.  Bu  mədəniyyətin  əsas 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə