Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

81 
 
Naxçıvan  ərazisində  geniş  yayılmışdır.  Siklopik  tikililər  yaşayış 
məskənlərinin  istehkam  divarlarıdır.  Məsələn,  Mağara-dağ,  Xanlar  yaşayış 
məskəni  və  s.  İstehkamlarla  möhkəmləndirilməmiş  yaşayış  məskənləri 
Mingəçevirdə, Qazax rayonu ərazisindəki Sarıtəpə, Qazaxbəyli, Töyrətəpə və 
Şomutəpənin üst təbəqələrində, həmçinin Xanlar, Naxçıvan, Fizuli, Abşeron 
bölgələrində  aşkar  olunmuşdur.  Arxeoloji  araşdırmalar  zamanı  müxtəlif 
formalı evlər, təsərrüfat tikililəri, həyətlər və s. tədqiq olunmuşdur. Dövrünə 
görə evlər həm yarımqazmalar, həm də yerüstü tikililər şəklində inşa edilirdi. 
Onlar əsasən düzbucaqlı formaya malikdirlər. Qaratəpə yaşayış yerinin aşağı 
qatlarından  çoxotaqlı  ev  aşkar  olunmuşdur.  Ehtimal  ki,  bu  ev  icmanın 
başçısına  aid  olmuşdur.  Mingəçevirdən  tapılmış  tunc  baltalar,  toppuzlar 
hazırlamaq üçün daş qəliblər isə həmin dövrdə sənətkarlığın inkişaf dərəcəsi 
barədə  məlumat  verən  önəmli  tapıntılardır.  Bu  dövrdə  dulusçuluq  sənətinin 
də  yüksək  inkişaf  mərhələsində  olduğu  şübhə  doğurmur.  Mingəçevir 
ərazisində  e.ə.  I  minilliyə  aid  edilən  dulus  sobaları  buna  misal  ola  bilər. 
Məhsuldarlığın  keyfiyyətini  abidədən  əldə  olunan  toxuculuq  alətlərinin 
qalıqları,  gil  iynələr  və  s.  göstərir.  Mingəçevir  ərazisində  toxuculuğun 
məhsulu  olan  yun  və  pambıq  parça  qalıqları  da  tapılmışdır.  Arxeoloji 
materiallar  digər  ölkələrlə  sıx  iqtisadi  əlaqələrin  olduğunu  bildirir.  Bu 
materiallara  əsasən  söyləmək  olar  ki,  həmin  dövrdə  Ön  Asiya  ilə  olan 
əlaqələr  daha  önəmli  rol  oynamışdır.  Əldə  olunan  bəzi  əşyalar  bu  dövrdə 
əsasən  uzaq  ölkələrdən  -  Misirdən,  Fələstindən,  Hindistandan,  Assuriyadan 
gətirilirdi. 
Dəmir dövründə əmək alətlərinin hazırlanmasında dəmir, tunc, daş və 
sümükdən  istifadə  olunurdu.  Dəmirdən  oraq,  bıçaq,  qayçı,  ağacişləmədə 
istifadə  olunan  mişar-baltalar  hazırlanırdı.  Silahlardan  qılınc  və  xəncərlər 
əsasən  tuncdan  hazırlanırdı.  Qılınclar  çox  uzun  (72-75  sm)  olub,  üzərində 
keçi, ilan təsvirləri həkk olunur, nadir hallarda inkrustasiya yolu ilə daşlarla 
bəzədilirdi.  Azərbaycan  tayfalarının  silahlanmasında  əsas  yeri  tuncdan 
hazırlanmış  tunc  və  dəmir  ucluqları  olan  ağac  nizələr  və  dəmirdən 
hazırlanmış xəncərlər tuturdu. Abidələrdən çoxlu sayda ox ucluqları da aşkar 
olunmuşdur. Onlar  əsasən iki növdə tapılıb - Cənubi Qafqaz və skif tipli ox 
ucluqları.  Cənubi  Qafqaz  tipli  ox  ucluqları  -  üçbucaq  formalı,  kəskin  batıq 
uclu,  skif  tipli  isə  üçkünc,  kəskin  ucluqludurlar.  Onlardan  e.ə.  II  minilliyin 
sonlarından  I  minilliyin  ortalarına  qədər  istifadə  olunmuşdur.  Gil  qablar 
əsasən dulus çarxlarında, nadir hallarda isə əldə hazırlanırdı. Qablar qara və 
tünd  qəhvəyi  rənglidirlər.  Onlar  ornamentlərin  həkk  olunması  üsuluna  görə 
iki  qrupa  bölünürlər  -  üzərində  ağ naxışlar  (anqob)  olan  və  üzərində  cızma 
ornament  olan  tünd  rəngli  gil  qablar.  Bu  dövrdə  qab-qacaq  təkcə  gildən 
hazırlanmırdı,  bəzən  qabların  hazırlanmasında  daşdan  da  istifadə  olunurdu. 
Abidələrdə daş qabların aşağıdakı formalarına təsadüf olunmuşdu: kiçik kasa 


82 
 
formalı  qapaqlı  qablar,  spiral  ornamentli,  ayaqlı  vazlar,  zoomorf  formalı 
qulpları olan dayaz boşqablar və s. Bəzək əşyaları əsasən tuncdan, sürmədən 
və yarıqiymətli daşlardan hazırlanırdı. Geniş yayılmış bəzək əşyalar nahamar 
səthli  bütöv  tuncdan  tökmə  qolbağlar  idi.  Asma  və  üzüklər  tuncdan 
hazırlanırdı.  Onlar  metal  boyunbağılarla  birlikdə  istifadə  olunurdu.  Başlıca 
qəbirlər  -  kurqanlar,  daş  qutular  və  yeraltı  qəbirlər  hesab  olunur.  Kurqanlar 
Mingəçevirdə,  Gədəbəydə,  Xocalıda  və  s.  yerlərdə  tədqiq  edilmişdir.  Bu 
dövrdə tətbiqi incəsənət də yüksək inkişaf mərhələsində idi. Sənətin ən parlaq 
nümunələri  tunc  kəmərlər  hesab  oluna  bilər.  Tətbiqi  incəsənətin  unikal 
nümunələrindən  heyvan  və  bitki  təsvirli  zoomorf  və  antropomorf  saxsı 
qabları da göstərmək olar. 
Azərbaycan ərazisində dəmir dövrünün yaşayış yerləri, qəbir abidələri 
yaxşı  öyrənilmişdir.  Bu  dövrün  ən  möhtəşəm  yaşayış  yerləri  Qazax  rayonu 
ərazisindəki  Sarıtəpə,  Baba  Dərviş,  Mil  düzündəki  Qaratəpə,  Cəlilabaddakı 
Uzuntəpə və başqalarıdır. 
Bu baxımdan, XX əsrin 50-ci illərində tədqiqinə başlanmış Beyləqan 
rayonu ərazisindəki Qaratəpə yaşayış yeri olduqca maraqlıdır. Hündürlüyü 14 
m olan bu abidə 2 hektara yaxın sahəni əhatə edir. Abidənin altdan I təbəqəsi 
e.ə. VII-VI əsrləri, II təbəqəsi isə e.ə. V-I əsrləri əhatə edir. II təbəqədən çiy 
kərpicdən  hörülmüş  dördkünc  bina  qalıqları  üzə  çıxarılmışdır.  Üst  hissəsi 
uçub  tökülmüş,  alt  hissəsi  isə  36x36x14  sm  biçimli  kərpicdən  hörülmüş 
binanın şimal-qərb divarının dibində ocaq yeri aşkar olunmuşdur. 
Ocağın ətrafında  gildən hazırlanmış  qalın  manqal  qalıqlarına  təsadüf 
olunmuşdur.  II  təbəqədən  xeyli  dən  daşları  (əsasən  qayıqvari  formada),  gil 
qablar,  iri  və  xırda  küplər,  camlar,  kasalar  və  s.  tapılmışdır.  Bu  qabların 
əksəriyyəti qara və boz rəngdədir. Bir hissəsi cilalanmış və üzəri naxışlanmış, 
bəzisi isə qırmızı və açıq çəhrayıdırlar. 
II  təbəqədən  əldə  olunan,  üzərində  yanma  qoyun  başı  əks  edilən 
bəzəkli  qablar,  heyvan  sümükləri,  qoyun  kəlləsi  və  nehrələr  Mil  düzündə 
antik dövrdə maldarlığın yüksək inkişafını göstərir. 
Qaratəpənin ən qədim təbəqəsindən çiy kərpicdən tikilmiş bina qalığı, 
ocaq  yerləri,  toxuculuq  alətləri,  dən  daşı  və  s.  aşkar  olunmuşdur.  Qaratəpə 
e.ə. I minilliyə aid olan çox qiymətli abidədir. 
Mil  düzündə  Qaratəpə  abidəsi  ilə  həmdövr  olan,  eyni  zamanda 
Qaratəpədən  fərqlənməyən  xeyli  abidə  də  qeydə  alınmış,  lakin  hələlik 
onlarda əsaslı tədqiqat işləri aparılmamışdır. 
Azərbaycanın  qərb  zonasındakı  dəmir  dövrünə  aid  ən  möhtəşəm 
abidələrdən  biri  də  Sarıtəpədir.  Abidə  100  m  diametrində  və  10  m 
hündürlüyündə  olan  bir  təpədən  ibarətdir.  Sarıtəpə  yaşayış  yeri  Tunc 
dövrünün  sonu,  Dəmir  dövrünün  əvvəllərində  meydana  gəlmiş  və  e.ə.  I 
minilliyin sonunadək davam etmişdir. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə