Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

98 
 
hetlər öz ölülərini iki küpün içərisində basdırmışlar. İki küpdə ölü dəfn etmək 
adəti şumerlər arasında və e.ə. I minillikdə Fələstində mövcud olmuşdur. 
Müqayisəli şəkildə götürüldükdə küp qəbirlərin ən böyük kolleksiyası 
Azərbaycandadır.  Küp  qəbirlər  haqda  ilk  məlumatı  1895-ci  ildə  E.Resler 
vermişdir.  Azərbaycanda  küp  qəbirlərin  ilk  tədqiqinə  1927-ci  ildə 
başlanmışdır.  Həmin  il  V.M.Sısoyev  və  İ.İ.Meşşaninov  Laçın  rayonu 
ərazisində  küp  qəbirlərin  olduğunu  müəyyənləşdirmişdir.  XX  əsrin  30-cu 
illərində  onlar  Mil  düzündə  bir  neçə  küp  qəbir  qeydə  almışlar.  Həmçinin 
Y.A.Paxomov  İsmayıllı,  Ağcəbədi,  Yevlax,  Mingəçevir,  Şamaxı,  Ağdam 
rayonlarında və digər yerlərdə də küp qəbirləri üzə çıxarmışdır. 
Adətən  hər  küpün  içərisində  yalnız  bir  skeletə  təsadüf  edilmişdir. 
Lakin  Ağdaşda,  Ucarın  Bəhmən  Bərgüşad  kəndi  ərazisində  və  Qəbələ 
rayonunun  Həzrə  kəndində  aşkar  olunan  küp  qəbirlərdə  ölülər  cüt-cüt 
basdırılmışdır. Bir qayda olaraq ölülər dizdən çox bükülü, əlləri üzünə doğru 
qaldırılmış halda sol və ya sağ böyrü üstə dəfn edilmişdir. 
Qəbirlərin  avadanlığı  içərisində  çox  sayda  zoomorf  əşyalara  təsadüf 
edilmişdir.  Avadanlıqlar içərisində  yüksək  ustalıqla hazırlanmış  iri  lüləli  gil 
qabları  xüsusilə  qeyd  etmək  lazımdır.  Ağzı  camla  örtülmüş  bu  qabların 
üzərində yapma bəzək (məməciklər) vardır. Küp qəbirlər üçün səciyyəvi olan 
qabların bir qrupu da camlardır. Küpün içərisində dolça və badə tipli qablara 
da  təsadüf  edilmişdir.  Qəbirlərdən  tapılan  alət  və  silahlar,  əsasən  dəmirdən 
düzəldilmişdir.  Bəzəklər  arasında  əsas  yeri  tunc  və  dəmir  bilərziklər  tutur. 
Zinət  əşyaları  içərisində  boyunbağılara,  gərdənliklərə  də  təsadüf  olunur. 
Onlar  əsasən  dəmir,  tunc  və  gümüşdən  hazırlanmışdır.  Qəbirlərdə  tuncdan 
düzəldilmiş düymə, sancaq, zınqırov və s. bəzək nümunələrinə də çox təsadüf 
edilmişdir. 
Küp qəbirləri mədəniyyəti Azərbaycan ərazisində VIII əsrədək davam 
etmişdir. 
 
 
 


99 
 
VII HİSSƏ. ORTA ƏSRLƏR 
 
IX FƏSİL 
 
QAFQAZDA ŞƏHƏR MƏDƏNİYYƏTİNİN 
YARANMASI 
 
1. Orta əsrlərdə Qafqazda şəhər mədəniyyəti 
 
Orta  əsrlərdə  Azərbaycan  ərazisində  çox  sayda  iri  və  kiçik  şəhərlər, 
şəhər  tipli  yaşayış  məskənləri,  şəhərətrafı  kəndlər  mövcud  idi.  Bu  dövrün 
planlı  şəkildə  öyrənilməsinə  XX  əsrin  ikinci  yarısında  başlanmışdır.  Böyük 
arxeoloji  ekspedisiyaların  təşkilindən  əvvəl  alimlər,  tarixçilər  yazılı 
mənbələrlə işləyirdilər. Dövr haqqında tarixi mənbələr arasında yunan, latın, 
o  cümlədən  də  Azərbaycan,  gürcü,  ərəb,  fars,  türk,  Suriya,  rus  və  Qərbi 
Avropa (fransız, ingilis, alman, italyan) müəlliflərinin əsərləri vardır. Bunlar 
Plininin,  Ptolomeyin,  Strabonun  məlumatları  və  Musa  Kalankatlının  3 
hissədən  ibarət  olan  "Alban tarixi"  kitabıdır.  Həmçinin  XI-XII  əsrlər  Şirvan 
tarixindən  bəhs  edən  və  "Hökmdarların  mədhi"  adlanan  gürcü  mənbəyi  də 
əhəmiyyətli hesab olunur. Müxtəlif dövrlərə (IX-XIII əsrlərə) aid edilən ərəb 
mənbələrində Əl-Bəlazuri, Əl-Yaqubi, Əl-İstəxri, İbn-əl-Əsir və s. tərəfindən 
tariximizlə  bağlı  maraqlı  məlumatlar  verilmişdir.  Bu  dövrə  aid  arxeoloji 
qazıntılar  əsasən  kəşfiyyat  xarakteri  daşıyırdı.  Bəzi  qazıntılar  uzunmüddətli 
olsa  da,  stasionar  xarakterli idilər.  Bu  qazıntılar  Azərbaycan  arxeoloqlarının 
(Q.Əhmədov,  R.Göyüşov,  R.Məlikov,  T.Dostiyev,  A.Məmmədov  və 
başqaları)  rəhbərliyi  altında  aparılmışdır.  Xarakterinə  görə  orta  əsr 
Azərbaycan  şəhərləri  Şərqin  digər  ölkələrində  olduğu  kimi  böyük  sahəyə 
malik idilər - 30 hektardan - 100 hektara qədər. Şəhərin mərkəzində narınqala 
yerləşirdi.  Adətən  hakim  təbəqənin  yaşadığı  bu  qala  "Şəhristan"  yaxud 
"Şəhərgah",  şəhərətrafı  isə  "rabad"  adlandırılırdı.  Qala  boyu  inşa  edilən  bu 
evlərdə  isə  aşağı  təbəqəyə  mənsub  əhali  məskunlaşırdı.  Bir  çox  şəhərlərin 
müxtəlif qala və darvazaları olan müdafiə divarları vardı. Bəzi şəhərlərdə çox 
vaxt dağlar, göllər, sulu çaylar da müdafiə sisteminə daxil edilirdi. Şəhərlər 
əsas  etibarilə  ticarət  yollarının  kənarı  boyu,  yaxud  dəniz  sahilində  liman-
şəhər  formasında,  əhalinin  məskunluq  səviyyəsindən  və  urbanizasiya 
xarakterindən  asılı  olaraq  salınırdı.  Şəhərlərdə,  IX  əsrdən  başlayaraq 
məscidlər,  minarələr,  bəzən  mədrəsələr,  o  cümlədən  də,  bütün  Şərqin  və 
Azərbaycanın  əsas  simvolu  sayılan  bazarlar  və  bu  bazarlarda  satış  yerləri 
tikilirdi.  Şəhərlərin  öz  kanalizasiya  sistemi,  hamamları,  şəhər  girişində 
karvansaraları,  müxtəlif  növ  ictimai  binaları,  sənətkar  emalatxanaları  və  s. 
vardı. 


100 
 
Beyləqan. Şəhərin Örənqala adı ilə tanınan xarabalığı indiki Beyləqan 
rayonu  ərazisində  -  Kəbirli  kəndi  yaxınlığında  yerləşir.  Yazılı  mənbələrdə 
Paytakaran  adı  ilə  məşhur  olan  bu  şəhər  dəfələrlə  yadelli  işğalçıların 
hücumlarına məruz qalmışdır. Şəhər xarabalığının Qala divarlarından içəridə 
olan sahəsi 40 hektara yaxındır. 
Örənqalanın  ümumi  sahəsi  düzbucaq  şəkilli ayrıca  qala  divarı  ilə iki 
hissəyə bölünür, elmi ədəbiyyatda böyük və kiçik şəhər adı ilə tanınır. Böyük 
şəhərin ətrafına çəkilmiş qala divarlarının uzunluğu 24000 m., kiçik şəhərinki 
isə 1525 m-dir. 
Tədqiqatçıların  fikrincə,  Beyləqan  ilk  dəfə  Örənqaladan  7  km  cənub-
şərqdə,  indiki  Təzəkənd  ərazisində  yerləşmişdir.  Təzəkəndin  şəhər  sahəsi  5 
hektardan çox ərazini əhatə edir. Qazıntılar nəticəsində burada təxminən 4 m 
qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. 
Müəyyən  edilmişdir  ki,  Təzəkənd  sahəsindəki  şəhər  eramızın 
ərəfəsində meydana gəlmişdir. VII əsrdən isə burada həyat kəsilmişdir. 
Arxeoloji  qazıntılar  VI  əsrdən  başlayaraq  Beyləqanın zəngin mədəni 
təbəqələrini  üzə  çıxarmışdır.  Beyləqanda  əsas  tikinti  materialı  kimi  çiy  və 
bişmiş  kərpicdən  istifadə  edilmişdir.  Beyləqanın  8-10  m  hündürlüyündə 
qədim qala divarı dördkünc formada olmuş və müxtəlif ölçülü çiy kərpicdən 
hörülmüşdür. 
Qala  divarlarının  əhatə  etdiyi  sahədə  metalişləmə,  dulusçuluq,  şüşə 
istehsalı, daşişləmə və digər sənətkarlıq sahələrinə məxsus istehsalat ocaqları, 
əmək alətləri, istehsalat tullantıları və s. tapılmışdır. 
Bərdə  mənbələrdə «Partava»,  «Firuzabad»,  «Bərdə» adları ilə  şöhrət 
tapmış  bu  şəhər  Tərtərçayın  sol  sahilində  yerləşmişdir.  Alban  tarixçisi 
Moisey  Kalankatlının  yazdığına  görə,  Bərdəni  Sasani  hökmdarı  Firuzun 
dövründə Alban hökmdarı Baçe (459-488) bina etmişdir. 
Həmdulla  Qəzvini  şəhərin  tikilmə  tarixini  daha  qədimlərə  apararaq 
Makedoniyalı  İskəndərin  adı  ilə  bağlayır  və  Sasani  hökmdarı  Qubad 
tərəfindən genişləndirildiyini göstərir. 
Şəhərin  yaşı  barədə  dəqiq  fikir  Bərdənin  xarabalıqlarında  aparılacaq 
arxeoloji araşdırmalardan sonra söyləniləcəkdir. 
Şəhərin  qədim  xarabalıqlarında  aparılan  araşdırmalar  zamanı  tapılan 
maddi  mədəniyyət  qalıqları  (pul  dəfinələri  və  s.)  sübut  edir  ki,  hələ  antik 
dövrdə bu ərazidə iri yaşayış məskəni olmuşdur. 
Mənbələr  VII-IX  əsrlərdə  Bərdənin  təxminən  30  km

sahə  tutduğunu 
və ətrafına qala divarları çəkildiyini bildirir. Şəhərdə 100 mindən çox insanın 
yaşadığı göstərilir. Şəhərdə dörd böyük bazar, ayrıca sənətkar məhəllələri, bir 
neçə  hamam  və  çox  sayda  dini,  ictimai  binalar  mövcud  olmuşdur.  Bərdə 
zərbxanasında  müxtəlif  hökmdarların  adına  mis,  gümüş  və  qızıl  pullar 
kəsilmişdir. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə