Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə47/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

103 
 
Dərbənd divarları boyu və şəhər daxilində arxeoloji qazıntılar bu günə qədər 
davam etməkdədir. 
Şabran  -  bu  şəhərin  qalıqları  Dəvəçi  rayonu  ərazisində  yerləşir. 
Şabran  qalası  Qubadan  cənubda  axan  eyni  adlı  çayın  sahilində  inşa 
edilmişdir.  Təxminən  20  ilə  qədər  davam  etmiş  qazıntılar  nəticəsində 
sənətkar,  dulusçu  məhəllələri,  bazar  və  s.  aşkar  olunmuşdur.  XVIII  əsrin, 
daha  dəqiq  desək,  1720-ci  ilə  qədərki  mədəni  təbəqə  tədqiq  olunmuşdur. 
Həmin ildə şəhər dağılmışdır. 
Yuxarıda  göstərilən  yaşayış  yerləri  Şirvanın  orta  əsr  şəhərləridir.  Bu 
şəhərlərdən başqa Azərbaycan ərazisində digər şəhərlər də mövcud olmuşdur: 
Naxçıvan, Ordubad, Bərdə, Gəncə, Şəmkir və s. Həmin şəhərlərin arxeoloji 
tədqiqatları bu günə qədər davam edir. 
Gürcüstan  -  Orta  əsrlərə  aid  Msxeta  şəhərinin  öyrənilməsi  və 
Gürcüstanın  sosial-iqtisadi  inkişafının  izlənilməsi  baxımından  Samtavrda 
aparılan  arxeoloji  qazıntıları  xüsusi  qeyd  etmək  lazımdır.  Araşdırmalar 
nəticəsində  burada  yaşayışın  e.ə.  II  minillikdən  eramızın  VII-VIII  əsrlərinə 
qədər davamlı olması sübut edilmişdir. 
Msxeta  qəsəbəsinin  şimalında  yerləşən  Samtavr  çölündə  aparılan 
stasionar  qazıntılar nəticəsində  burada  küp qəbirlər, daş  qutu  qəbirləri,  saxsı 
qəbirləri  və  əsasən  uşaqların  basdırıldığı  torpaq  qəbirləri  üzə  çıxarılmışdı. 
Şəhər yerlərindən və onlara məxsus olan qəbir abidələrindən külli miqdarda 
saxsı  və  şüşə  məmulatlar,  metalın  müxtəlif  növlərindən  nəfis  şəkildə 
düzəldilmiş  zərgərlik  məmulatları  və  müxtəlif  ev  əşyaları,  sümükdən  və 
balıqqulağından  hazırlanan  kiçik  əmək  alətləri,  bəzək  əşyaları,  həmçinin, 
sikkə  nümunələri  aşkar  edilmişdi.  İberiyanın  və  Kaxetiyanın  orta  əsrlərdə 
fəaliyyət  göstərən  şəhərlərinin  beynəlxalq  ticarət  əlaqələrinin  ən  bariz 
göstəriciləri  sikkə  materiallarının,  Msxetdə  və  İberiyanın  digər  yerlərindən 
aşkar  edilən  və  Makedoniyalı  İsgəndərin  adından  zərb  edilən  stater 
nominalının  xüsusilə,  antik  dövrə  aid  yerli  oxşar  nümunələri  bu  faktı  sübut 
edir. Bu cür sikkələr daxili dövriyyədə e.ə. I əsrdən - eramızın II əsrinə qədər 
tamhüquqlu  tədavül  vasitəsi  olmuşdur.  Bu  staterlərlə  yanaşı,  Gürcüstanın 
erkən  orta  əsrlərində  fəaliyyət  göstərən  şəhərlərində  Qotarzın  adından  zərb 
edilən  draxmalar,  Avqustun  adından  buraxılan  denarilər  də  istifadə 
olunmuşdur.  Beynəlxalq  ticarət  əlaqələrinin  intensiv  olmasını,  həmçinin, 
Roma imperatorlarının  (Nerondan  Valeriana  qədər) hər  birinin adından zərb 
edilən sikkə nümunələri ilə göstərmək olar. 
Əhali  bu  şəhərlərdə  əkinçilik,  maldarlıq,  sənətkarlıqla  məşğul 
olmuşdur.  Aşkar  olunan  maddi  mədəniyyət  qalıqları  və  yazılı  məlumatlar 
İberiyanın bir hissəsinin Qafqaz Albaniyasının tərkibində olmasını sübut edir. 
Armavir.  Şərqdə  eyni  adlı  dağın  ətəklərini,  cənubda  Araz  çayı 
sahillərini  əhatə  edən,  qərbdə  Nor  Armavir  təpəlikləri  arasında  yerləşən  bu 


104 
 
şəhər orta  əsrlərə aid klassik abidədir.  Abidənin yaxınlığında Eruandasat və 
Artaşat şəhərlərinin arxeoloji qazıntıları da həyata keçirilmişdi. 
Keçən  əsrdə  erməni  alimlərinin  təkidlə  «qədim  erməni  şəhərləri» 
adlandırdıqları  bu  yaşayış  yerlərinin  ermənilərə  aid  olması  əslində  onların 
özləri  tərəfindən  də  heç  bir  maddi  mədəniyyət  qalıqları  vasitəsilə  sübuta 
yetirilməmişdir.  Onların  fikrincə,  bu  şəhərlərin  salınmasında  ellinizmə  xas 
olan  elementlərdən  istifadə  olunmuş,  Urartu  şəhərlərinə  məxsus  müdafiə 
tikililəri  mövcud  olmuşdur.  Bu  2  fakta  əsasən,  onlar  bu  şəhərləri  qədim 
erməni  mədəniyyətinin  nümunələri  kimi  elmə  təqdim  etmişlər.  Əslində 
ermənilər  bir  etnik  qrup  kimi,  dünyanın  heç  bir  yerində  ellinizm 
mədəniyyətinin,  Urartunun  yaradıcıları  kimi  tanınmamışlar.  «Urartu  tipli 
müdafiə tikililəri» sırasında bu müəlliflərin misal çəkdikləri 2 qat divar, yaxşı 
qorunan  giriş  hissə,  düzbucaqlı  formasında  kontrforslar,  künclərdə  tikilən 
qüllələr  dünya  arxitekturasında  şərq  üslublarının  əsas  elementləri  olaraq, 
Əhəmənilərə,  Mesopotamiyaya,  Babilə,  Ön  Asiyaya,  Yaxın  Şərqin  qədim 
sivilizasiyalarına, Azərbaycanın orta əsr şəhərlərinə də aid olmuşdur və şəhər 
mədəniyyəti  üçün  adi  olan  xüsusiyyətlərdir.  Digər  tərəfdən  eyni 
mütəxəssislər elmi nəşrlərdə, o cümlədən samballı «Sovet arxeologiyası» adlı 
çoxcildlikdə  Armavir  qazıntıları  zamanı  ellinizmə  aid  olan  heç  bir 
monumental  arxitektura  elementinin  tapılmadığını  da  qeyd  edirlər.  Bu 
ərazilər qədim türk azərbaycanlılarına aid olan torpaqlar olmuşdur. Orta  əsr 
şəhərlərinin «erməniləşdirilməsinə» nail olan alimlər tam olaraq ermənilərin 
protoyunan mənşəli olması barədə fikirlərinə Qərbi Azərbaycanda sübut tapa 
bilməmişlər.  Bütün  dünya  alimləri  antik  dövrdə  indiki  Ermənistanın  daxil 
olduğu Qafqaz Albaniyasının tarixini tanıyır və təsdiq edirlər. 
Qafqazda erkən orta əsrlərə qədər, daha dəqiq ərəblərin işğalına qədər 
Albaniya,  Atropatenanın  bir  hissəsi,  Kolxida  və  İberiyanın  olması  faktı  tam 
olaraq  sübuta  yetirilmişdi.  Heç  bir  erməni  dövləti  və  yaxud  ermənilərə  aid 
şəhər bu ərazilərdə tikilməmişdi. Ona görə də, keçən 70 ildə, Sovetlər İttifaqı 
zamanı  ermənipərəst  alimlər  nə  qədər  çalışsalar  da,  elmi  nöqteyi-nəzərdən, 
faktoloji  əsaslarla,  maddi  mədəniyyət  qalıqları  ilə  orta  əsrlərdə  belə  bizim 
torpaqlarımızda  heç  bir  erməni  mədəniyyəti  izləri  qeydə  ala  bilməmişlər. 
Onların  bu  torpaqlara  məcburi  olaraq  köçürülməsi  XIX  əsrin  birinci 
yarısından  məlum  tarixi  hadisələrin  nəticəsində  başlamışdır.  O  vaxta  qədər 
Cənubi Qafqazda və ümumiyyətlə, Qafqazda heç bir erməniyə aid olan izlər 
yoxdur və ola da bilməz. 
Bizim  eranın  VI  əsrində  Qərbi  Azərbaycanın  orta  əsr  şəhərlərindən 
Dvin  sürətlə  inkişaf  edir.  Burada  IV  əsrin əvvəllərindən  xristianlığın  dövlət 
dininə  çevrilməsi  xristian  mədəniyyətinin  inkişafına  ciddi  zəmin  yaradır. 
Sənətkarlıq  sürətlə  inkişaf  edir.  Daş  və  metal  işləmə,  dulusçuluq  və  şüşə 
istehsalı öz rəngarəngliyi ilə şöhrət qazanır. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə