Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə48/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

105 
 
Son  illər  Azərbaycanın  orta  əsr  şəhər  mədəniyyətinin  öyrənilməsi 
silsiləsindən  Şəmkir,  Bərdə,  Gəncə,  Şamaxı  və  digər  yerlərdə  arxeoloji 
qazıntılar aparılır. Bu sıradan xüsusi olaraq Şəmkir qazıntılarını qeyd etmək 
lazımdır. Belə ki, burada aparılan araşdırmalar nəticəsində şəhərin Narınqala 
hissəsindən xeyli sayda maddi mədəniyyət qalıqları aşkar edilmiş, onun geniş 
planı,  ölçüləri,  tikinti  qurğuları  öyrənilməkdədir.  Aparılan  işlər  nəticəsində 
Şəmkir  şəhərinin  VII-XVIII  əsrlər  arasında  müəyyən  fasilələrlə  fəaliyyəti 
haqqında məlumatlar əldə edilmişdir. 
Gürcüstan. Bu ərazidə VI əsrdə ilk feodal dövlətləri Lazika - qərbdə, 
Kartli  isə  -  şərqdə  yaradılmışdır.  Bu  zamandan  etibarən  xristianlığın 
yayılması  ilə  əlaqədar  həmin  dövlətlərin  ərazisində  tikilən  kiçik  şəhərlərdə 
kilsələr  inşa  edilməyə  başlamışdır.  Təəssüf  ki,  bu  günümüzə  çox  az  sayda 
dini  abidələr  miras  qalmışdır.  Bu  dövrdə  Gürcüstanın  paytaxtı  olan  indiki 
Tiflis böyük bir şəhərə çevrilmişdi. Ərəblərin işğalı zamanı Tiflis müsəlman 
əmirliyi  olaraq,  şərq  üslubunda  yenidən  tikilmişdir.  Xilafətin  zəifləməsi 
şərqdə  Kaxetiya  knyazlığı,  cənubda  Tao-Klardjeti,  qərbdə  Abxaziya 
çarlığının yaranmasına səbəb olmuşdur. 
Orta əsrlərdə Gürcüstanda mədəni həyat yenidən canlanmış, çox sayda 
kilsələr tikilmişdir. Bunlardan Müqəddəs Dado (VIII-IX əsr) kilsəsini, David 
Qurum kilsəsini misal çəkmək olar. 
İlk orta əsr qəbir abidələri. İslama qədərki dövrün qəbir abidələrində 
vahid adət-ənənəyə təsadüf olunur. Ümumiyyətlə, ilk orta əsrlərdə dörd qrup 
qəbir  abidələrinə  təsadüf  edilir:  küp  qəbirləri,  katakombalar,  daş  qutular  və 
müxtəlif tip xristian qəbirləri. 
Son  vaxtlara  qədər  Azərbaycanda  küp  qəbirlərindəki  dəfn  adətinin 
eramızın  II  əsrinə  qədər  davam  etdiyi  güman  olunurdu.  Lakin  Şamaxının 
Bağırlı  kəndi  ərazisində  Şərgah  adlanan  yerdə  öyrənilmiş  küp  qəbirlər  bu 
dəfn adətinin Azərbaycanda VIII əsrədək davam etdiyini sübuta yetirdi. 
Şərgah  küp  qəbirləri  1-1,5  m  dərinlikdə  müxtəlif  istiqamətlərdə 
basdırılırdı. Əvvəlki dövrdə olduğu kimi, burada da ölülər bükülü vəziyyətdə, 
sağ  və  ya  sol  böyrü  üstə  qoyulmuşdur.  Şərgah  küp  qəbirlərindən  ilk  orta 
əsrlər üçün xarakterik maddi mədəniyyət qalıqları tapılmışdır. 
Şirvan  ərazisi  üçün  xarakterik  qəbir  abidələrinin  bir  qrupunu  da 
Xınıslıdan  aşkar  olunmuş  daş  qutu  qəbirləri  təşkil  edir.  Bu  qəbirlərin  dörd 
tərəfinə  daş  lövhələr  düzülmüşdür.  Yan  daşların  hündürlüyü  0,9,  uzunluğu 
6,6-2,6, eni 0,4-0,9 m-dir. Küp qəbirlərdə olduğu kimi, burada da skeletlərin 
vahid  istiqaməti  yoxdur.  Daş  qutu  qəbirlərdən  gil  qablar,  şüşə  və  metal 
predmetlər, bəzək əşyaları, həmçinin əmək alətləri tapılmışdır. 
İlk feodal dövrü qəbir tiplərindən biri də katakombalar olmuşdur. Orta 
əsr katakombaları əvvəlki dövrlərdəkindən öz quruluşuna görə fərqlənirlər. 


106 
 
İlk orta əsr katakombalarında kollektiv dəfn adətinə daha çox təsadüf 
olunur. Bəzən katakombalarda 15 skelet müşahidə olunur. Qəbir materialları 
azlıq təşkil edir. 
Albaniyada  xristianlıq  qəbul  edildikdən  sonra  qəbir  adətlərində  də 
xristianlaşma müşahidə olunur. Xristian qəbirləri həm torpaqda qazılır, həm 
də daş qutu formasında düzəldilirdi. Hər iki növ qəbir tipi Qafqaz Albaniyası 
üçün  səciyyəvidir.  Xristian  qəbirləri  üçün  ən  orijinal  formalardan  biri  daş 
sənduqələrdir.  Qəbələ,  Şəki,  Bərdə,  Tərtər,  Ağdam,  Dağlıq  Qarabağ 
ərazilərində  müşahidə  olunmuş  bu  abidələr  ağ  daşdan  yonulub,  ağzı 
qapalıdır.  Uzunluğu  əsasən  1,7  m,  eni  48-50  sm-dir.  Xristian  qəbirlərində 
ölünü  arxası  üstə,  əlləri qarın  boşluğunda  çarpazlaşmış halda  dəfn  etmişlər. 
Bu  qəbirlərdə  xırda  bəzək  əşyaları  nəzərə  alınmasa,  başqa  avadanlıq 
tapılmamışdır. 


107 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
 
1.
 
Azərbaycan tarixi. 7 cilddə. I cild. Bakı. 1998. 
2.
 
Azərbaycan tarixi. 7 cilddə. II cild. Bakı. 1998. 
3.
 
Azərbaycan arxeologiyası (Daş dövrü), I cild. Bakı, 2008. 
4.
 
Azərbaycan arxeologiyası (orta əsr). VI cild. Bakı, 2009. 
5.
 
Abbasova F. Şabran. Bakı: 2002. 
6.
 
Aslanov Q. Azərbaycanın tunc təbərzin baltaları. Bakı: Elm, 1982. 
7.
 
Aşurov S. Naxçıvanın ilk tunc dövrü keramikası. Bakı: 2002, 157 s. 
8.
 
Avşarova  İ.N.  Xocalı-Gədəbəy  mədəniyyəti  tayfalarının  bədii  tunc 
məmulatı (e.ə. XIV-VII əsrlər). Bakı: Nurlan, 2007, 178 s. 
9.
 
Azərbaycan  Milli  Ensiklopediyası  /  Azərbaycan  Milli  Ensiklopediyası 
Mərkəzi. Bakı: 2007. 
10.
 
Azərbaycan tarixi atlası. Bakı: Kartoqrafiya, 2007. 
11.
 
Babayev İ.Ə., Əhmədov Q.M. Qəbələ. Bakı: 1981. 
12.
 
Baxşəliyev V. Naxçıvanın erkən dəmir dövrü mədəniyyəti. Bakı: 2002. 
13.
 
Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: 1951. 
14.
 
Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı, 1960. 
15.
 
Cəfərzadə İ.M. Qobustan (Qayaüstü rəsmlər) Bakı: Elm, 1973. 
16.
 
Cəfərov  Ə.Q.  Quruçay  dərəsində.  Bakı:  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
1990. 
17.
 
Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004, 219 s. 
18.
 
Cəfərov  H.F.  Azərbaycan  e.ə.  IV  minilliyin  axırı  –  I  minilliyin 
əvvəllərində. Bakı: 2000. 
19.
 
Dostiyev  T.M.  Şimal-şərqi  Azərbaycan  IX-XV  əsrlərdə.  Bakı:  Bakı 
Universiteti nəşriyyatı, 2001, 293 s. 
20.
 
Əhmədov Q.M. Örənqala. Bakı: 1962. 
21.
 
Əliyev  V.H.  Azərbaycanda  tunc  dövrünün  boyalı  qablar  mədəniyyəti. 
Bakı: Elm, 1977. 
22.
 
Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı: İşıq, 1986, 158 s. 
23.
 
Həsənov  Y.  İbtidai  icma  tarixi  (dərs  vəsaiti).  Bakı:  Azərbaycan  Dövlət 
Tədris-pedaqoji nəşriyyatı, 1963. 
24.
 
Hüseynov  M.N.,  İsmayılov  Q.,  Quliyev  N.  Azərbaycanın  arxeoloji 
abidələri. Bakı: 1981. 
25.
 
İsmayılov  Q.S.  Quruçay  və  Köndələnçay  vadisində  qədim  mədəniyyət 
izləri. Bakı: 1981. 
26.
 
Kərimov  S.K.  Lerik  rayonunun  arxeoloji  abidələri.  Azərbaycan  Milli 
Elmlər Akademiyası. Bakı: Araz, 2006. 
27.
 
Qasımov E. Azərbaycanın orta əsr şəhərlərinin su təchizatı. Bakı: 2002. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə