Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

94 
 
düz,  dalğalı,  əyri  xətlər  şəklində  cızma,  yapma  və  digər  üslubda  həkk 
olunmuş  həndəsi  naxışlar  təşkil  edirdi.  III  əsrdən  etibarən  Albaniyada  şüşə 
qablar istehsal olunurdu. 
Ticarət.  Albaniyada  ticarətin  inkişafına  ilk  təkanlar  hələ  dəmir 
dövrünün  əvvəllərində  hiss  olunmaqda  idi.  E.ə.  I  minillikdə  Albaniya 
beynəlxalq  ticarətə  qoşuldu.  Aşkar  olunmuş  xaricdən  gətirilmə  əşyalar, 
həmçinin  xarici  və  yerli  zərbxanalarda  zərb  edilmiş  sikkələrin  qalıqları 
Albaniyanda  daxili  və  xarici  ticarətin  inkişaf  etdiyini  göstərir.  Qara  dəniz 
ətrafında ticarət xüsusilə intensiv inkişaf edirdi. 
Arxeoloji  qazıntılar  və  torpaq  işləri  zamanı  təsadüf  olunan  ellin 
dövlətlərində, Romada, həmçinin, Albaniyanın öz yerli zərbxanalarında zərb 
olunmuş  sikkə  dəfinələri  aşkar  olunmuşdur.  E.ə  IV  əsrdə  Albaniyaya 
xaricdən  gətirilmə  sikkələr  -  Makedoniyalı  İsgəndərin  tetradaxma  və 
draxmaları  daxil  olur.  Şamaxıdan  tapılmış  sikkə  dəfinəsinin  tərkibində  e.ə. 
IV-I  əsrlərdə  müxtəlif  ölkələrdə,  o  cümlədən  də  yerli  zərbxanalarda  zərb 
olunmuş sikkələr vardı. Yerli sikkələr selevki  və makedoniya draxmalarının 
bənzəri idi (cəmi 70 əd.). 
İkinci qarışıq dəfinə Qəbələ şəhəri yaxınlığında aşkar olunmuşdur. Bu 
dəfinədə Makedoniyalı İsgəndərin draxmaları, Lisimaxanın tetradraxmaları, I 
Diodotanın  və  Yevkraditin  yunan-baktriya  tetradraxmaları,  Parfiyalı 
Arşakilərin  (e.ə.  II  əsr)  draxmaları  və  yerli  zərbxanalarda  Makedoniyalı 
İsgəndərin  draxma,  tetradraxmalarının  bənzəri  şəklində  zərb  olunmuş 
sikkələr vardı. 
Qliptika.  Pintader-möhürün  bu  xüsusi  növü  Albaniyada  hələ  e.ə.  I 
minilliyin  əvvəllərində  məlum  idi.  E.ə.  I  minilliyin  ortaları  və  ikinci  yarısı 
mülki  bərabərsizliyin  dərinləşməsi,  şəxsi  mülkiyyətin  inkişafı  və  iqtisadi-
mədəni əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq əsl möhürlərə olan ehtiyac 
artdı.  E.ə.  I  minilliyin  ikinci  yarısından  Albaniyada  antik  dövr  və  İran-
Əhəməni imperiyasının möhürlərinə bənzər metaldan hazırlanan tökmə üzük-
möhürlər  geniş  yayılır.  Möhürlərdə  insanın  yırtıcılarla  mübarizəsi,  müxtəlif 
məişət  və  dini  ayin  səhnələri,  fantastik  məxluqlar,  real  heyvanlar  təsvir 
olunurdu. 
E.ə.  IV-III  əsrlərdə  Albaniyada  qliptikanın  digər  növləri  (xaricdən 
gətirilmə,  böcək  formalı  və  çoxbucaqlı  şüşə  möhürlər)  istifadə  olunurdu. 
Onların  üzərində  müxtəlif  süjetlər  həkk  olunurdu.  Çoxbucaqlı  şüşə 
möhürlərdə  atlının  kentavrla  döyüşü,  insan  ovu,  qrifon  təsvir  edilirdi. 
Albaniya  abidələrindən  tapılmış  bir  çox  möhürlər  sənədlərin,  anbarların  və 
digər tikililərin qapılarının möhürlənməsi məqsədi ilə istifadə olunurdu. 
Epiqrafik  abidələr.  Dövrün epiqrafik abidələri üç yazı nümunəsində 
özünü əks etdirir. Onlardan biri qədim yunan dilində olub Şəkidə, digəri latın 
dilində  Qobustandan  aşkar  olunub.  Mingəçevir  yaşayış  yerinin  II  mədəni 


95 
 
təbəqəsindən cızma xətlə həkk olunmuş yazılı daş və gil əşyalar tapılmışdır. 
Üzərində  62 hərfdən  ibarət alban  kitabəsi  olan  daşla  yanaşı, 2  saylı  yaşayış 
yerindən  də  alban  yazısı  qeydə  alınmışdır.  Yazılardan  biri  beş  ədəd  kəsik 
piramidaşəkilli gil şamdan parçaları üzərində, o biri isə iri təsərrüfat küpünün 
boğazındadır.  Üzərində  48-dən  çox  hərf  olan  şamdan  daha  qiymətli  hesab 
edilir.  Qobustandakı  yazı  nümunəsi  6  sətirdən  ibarətdir  və  imperator 
Domisiananın XII legionunun bu ərazidə olduğunun sənədli sübutudur. 
Qəbir abidələri və dəfn mərasimi. Tədqiq olunan dövrdə Albaniyada 
bir  çox  qəbir  növləri  məlum  idi.  Qazıntılar  nəticəsində  8  tip  qəbir  abidəsi 
müəyyən olunmuşdur  - torpaq, quyu, təknə, küp, katakomba, daş qutularda, 
ağac və çiy kərpic, qəbirlər. Bu abidələrin müxtəlif lokal formalarına da rast 
gəlinir. Qəbir abidələrinin müxtəlifliyini Albaniya ərazisindəki əhalinin etnik 
tərkibi  ilə  izah  etmək  olar.  Lakin,  qəbir  abidələri  forma  baxımından  bir-
birindən  kəskin  şəkildə  fərqlənsə  də,  onları  birləşdirən  cəhətlər  kifayət 
qədərdir.  Dəfn mərasiminin  ümumi  elementləri, dəfn zamanı istifadə  olunan 
əşyaları və s. buna misal ola bilər. Demək olar ki, bütün qəbirlərdə ölülər sağ 
və yaxud sol böyrü üstə bükülmüş vəziyyətdə dəfn olunurdu. 
Qəbir tiplərinin  içərisində  ən  çox  yayılan  sadə torpaq  qəbirlərdir.  Bu 
qəbirlər  Azərbaycan  ərazisində  Mingəçevirdə,  Yaloylutəpədə,  Qəbələdə, 
Xınıslıda,  Torpaqqalada  (Qax  rayonu),  Qarabulaqkənddə  və  başqa  yerlərdə 
tədqiq  edilmişdir.  Qəbirlər  xam  torpaqda  dördkünc  formada  qazılmış  və 
əsasən  döşəmələr  və  yan  divarlar  gil  məhlul  ilə  suvanmışdır.  Qəbirlərin 
dərinliyi  1,2  m-dən  3,1  m-ə  qədər  olur.  Torpaq  qəbirlərdə  ölülər  tək-tək 
böyrü  üstə,  bükülü  və  ya  uzadılmış  vəziyyətdə  müxtəlif  səmtlərdə  dəfn 
edilmişlər.  Qəbirlərə  əsasən  dəfn  zamanı  müxtəlif  tip  gil  qablar  (əsasən 
təkqulplar,  camlar,  boşqablar  və  iri  küplər)  qoyulurdu.  Qablar  qara  və  boz 
rəngli  olub,  üzərinə  qırmızı  rənglə  xətlər  çəkilmiş  və  cızma  naxışlar  tətbiq 
olunmuşdur. 
Qəbirlərin  dövrünü  onlardan  tapılan  numizmatik  materiallar 
dəqiqləşdirir. Mövcud materiallar qəbirləri e.ə. IV-I əsrlərə aid etməyə imkan 
verir. 
Albaniyada  torpaq  qəbirləri  ilə  yaşıd  abidələrdən  bir  qrupunu  quyu 
qəbirləri təşkil edir. Həmin qəbirlər Azərbaycan ərazisində əsasən Şamaxıda 
qeydə  alınmışdır.  Qəbirlərin  dərinliyi  0,7-5  m  arasında,  diametri  isə  0,8-2,2 
m-dir. Qəbirlərin ən xarakterik cəhəti ölünün baş tərəfində təsərrüfat küpünün 
və  ya  iri  gil  qabın  qoyulmasıdır.  Quyu  qəbirlərdən  müxtəlif  gil  qablar, 
silahlar,  bəzək  əşyaları  və  şüşə  məmulatı  tapılmışdır.  Quyu  qəbirlər  e.ə.  I 
minilliyin sonlarına aid edilir. 
Azərbaycanda  bu  dövrə  aid  tədqiq  olunmuş  qəbir  abidələrinin  bir 
qrupu  gil-təknə  qəbirlərdir.  Bu  qəbirlər  Mingəçevirdə,  Qəbələdə  və  əsasən 
İsmayıllı rayonu  ərazisində öyrənilmişdir. Tədqiqatçıların fikrincə, gil-təknə 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə