Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

88 
 
relyeflərdə  Urartu  allahlarının  təsvirləri  verilmişdir.  Burada  Teyşeba  Allahı 
müqəddəs  ağaclar  arasında  öküz  üzərində  oturmuş  vəziyyətdə  təsvir 
olunmuşdur.  Bu  dövrdə  xatəmkarlıq  geniş  yayılmışdı.  Divar  rəsmləri  də 
geniş  vüsət  almışdı.  Bu  rəsmlər  qədim  Ön  Asiya  monumental  rəsmləri 
dairəsinə  aid  edilir.  Onlar  Aşşur  təsvirlərinə  daha  yaxındırlar.  Bu  rəsmlər 
üçün  şərtilik  və  ənənəvilik  xarakterikdir.  Belə  ki,  canlıların  və  bitkilərin 
təsvir  olunmasında  konkret  ənənəvi  üsul  və  alətlərdən  istifadə  olunurdu. 
Daha çox allahların, hökmdarların, dini ayinlərin təsvirləri geniş yayılmışdı. 
Təsvirlər  simvolik  xarakterli  idi.  Tətbiqi  incəsənət  də  inkişaf  etdirilirdi.  Bu 
sənət nümunələrindən taxt başlıqlarını bəzəyən tunc, qızılı (əfsanəvi məxluq) 
fiqurları misal göstərmək olar. Fantastik məxluqlar özlərində quş, öküz, şir və 
insan  hissələrini  birləşdirirdi.  Ümumilikdə,  Urartu  mədəniyyətini  qədim  Ön 
Asiya  mədəniyyətinin  bir hissəsi  kimi  səciyyələndirmək  olar.  Çünki  ona aid 
olan bütün səciyyəvi əlamətlər Urartu mədəniyyətində də müşahidə olunur. 
2.  İberiya.  E.ə.  III  əsrdə  müasir  Gürcüstan  ərazisində  qədim  Yunan-
Roma  tarixçilərinin  İberiya  adlandırdıqları  dövlət  formalaşmışdı.  Əhalisi 
kartlardan  ibarət  idi.  E.ə.  I  minilliyin  I  yarısı  burada  özünəməxsus  erkən 
dəmir dövrü mədəniyyəti meydana gəlməyə başlamışdır.  Bu dövrə aid yazılı 
mənbələr, demək olar ki, yoxdur. Arxeoloji mənbələr isə əksinə, əhəmiyyətli 
məlumatlar  verir.  Onlar  yaşayış  məskənlərinin,  həmçinin  də  nekropolların 
tədqiqatı  zamanı  aşkar  edilmişdi.  Dövrün  yaşayış  məskənləri  təpələrdə 
salınırdı.  Onlar  əvvəlki  yaşayış  məskənlərinin  yerində,  lakin  daha  böyük 
ölçülərdə inşa olunurdu. E.ə. II minillikdən e.ə VI əsrə qədər mövcud olmuş 
protoşəhər  tipli  yaşayış  məskəninin  qazıntıları  Tiflis  şəhəri  yaxınlığında 
aparılmışdır.  Belə  yaşayış  məskənləri  Misxetidə  də  öyrənilib.  E.ə.  VI  əsrdə 
belə  iri  məskənlər  süquta  uğrayır  və  tədricən  yoxa  çıxır.  Onların  çoxunda 
vəhşicəsinə  dağıntıların  və  güclü  yanğınların  izləri  qeydə  alınıb.  Belə 
hadisələrin  səbəblərini  izah  etmək  çətindir.  E.ə.  I  minillikdə  yaşayış 
məskənləri  müdafiə  məqsədi  ilə  yüksəkliklər  şəklində  inşa  olunurdu.  Bu 
tikililərdə  əsasən  icma  məbədləri  və  icma  aristokratları  məskunlaşmışdılar. 
Müdafiə  sistemi  enli  arxlar  və  daşdan,  ağacdan,  çiy  kərpicdən  tikilmiş 
divarlardan 
ibarət 
idi. 
Möhkəmləndirilmiş 
divarlarla 
yanaşı 
möhkəmləndirilməmiş  divar  hissələri  də  var  idi  ki,  burada  icmanın  sadə 
əhalisi  yaşayırdı.  Həmçinin  əsas  yaşayış  məskənindən  bir  qədər  kənarda 
sənətkar məhəllələri yerləşirdi. Bu məhəllələrin sakinləri bir, yaxud bir neçə 
sənət növü ilə məşğul olurdular. Evlər nazik dam örtüklü, bir otaqlı qazmalar 
şəklində idilər. Divarlar gil məhlulla örtülürdü. Hər bir evdə soba və onunla 
yanaşı  müxtəlif  formalı  alçaq  qurbangahlar  vardı.  Qədim  iberlərdə 
dulusçuluq, metallurgiya, metalişləmə, zərgərlik sənəti inkişaf etmişdi. Əmək 
alətləri  və  silahlar  əsasən  nekropolların  qazıntıları  zamanı  tapılmışdı.  Bu 


89 
 
dövrə aid qəbir abidələri toplu şəkildə, bəzən isə nazik daş lövhələrdən ibarət 
olan daş qutular şəklindədirlər. 
Beləliklə,  e.ə.  I  minilliyin  I  yarısı  Şərqi  Gürcüstan  ərazisində  ilkin 
icmadaxili  münasibətlərin  meydana  gəldiyi,  qalalarla  əhatə  olunmuş  yeni 
yaşayış  məskənlərinin  yayıldığı,  cəmiyyətdə  sosial  və  iqtisadi  sinifləşmənin 
formalaşdığı  bir  dövr  kimi  səciyyələnir  və  nekropolların  tədqiqatları 
nəticəsində araşdırılır. 
E.ə. V əsrin sonları və IV əsrin I yarısı bu ərazilərdə yerli zadəganların 
başçılıq  etdiyi  yeni  ərazi-bölgü  forması  yayılmağa  başlayır.  Sinifli 
cəmiyyətin  və  dövlətin  formalaşması  Əhəməni  imperiyası  ilə  olan  sıx 
əlaqələr  nəticəsində  sürətlənmişdi.  Görünür,  İberiya  tayfaları  sözü  gedən 
imperiyadan asılı vəziyyətdə olmuşdular. 
Kolxida  tarixi  haqqında  məlumat  verən  və  e.ə.IV-I  əsrlərə  aid  olan 
yazılı  mənbələr  çox  da  ətraflı  deyil.  Daha  çox  məlumatı  Strabon,  daha 
sonralar 
Klavdi 
Ptolomeyin 
əsərlərindən 
almaq 
olar. 
Dövrün 
xarakteristikasını verən arxeoloji materiallar Van və Eşer şəhərləri, həmçinin 
nekropolların qazıntıları zamanı əldə olunmuşdur. 
Eşer  şəhəri  sahəsi  4  hektar  olan  bu  şəhər  dənizdən  1  km  məsafədə 
yerləşən təpədə salınmışdır. Qazıntılar zamanı şəhər divarlarının və bir neçə 
ictimai  binanın  qalıqları  aşkar  olunmuşdur.  Əsas  tikililər  olan  məbədlər 
təpənin  görünüşünə  uyğun  üçkünc  formada,  ətrafında  divarlar  ucaldılmış 
şəkildə inşa olunmuşdu. Şimal hissədə e.ə. III əsrdə tikilmiş şəhər darvazaları 
yerləşirdi.  Belə  güman  etmək  olar  ki,  bu  şəhər  məbəd  mərkəzi  idi.  Məbəd 
mərkəzinin  qulluqçuları  təpənin  ətəyində,  Rioni  və  Sulori  çaylarının 
qovşağında  yaşayırdılar.  Bu  şəhərin  istehkam  divarları  e.ə.  II-I  əsrlərdə 
ucaldılmışdır. Müdafiə divarları düzbucaqlı formalı qüllələrlə işlənmişdi. E.ə. 
III-I  əsrlərdə  təpənin  zirvəsində  daş  platforma  quruluşlu  monumental 
məbədgah ucaldılmışdır.  Ellin  dövrünə aid  olan  Kolxida  şəhərinin  inşasında 
daş, çiy kərpic, ağac və çınqıldan istifadə olunmuşdur. 
Şəhərin  inşasında  yunan  arxitekturasının  təsiri  dekorativ  sistemdə 
müşahidə  olunur.  Ümumi  quruluş  isə  ənənəvi  olaraq  saxlanılmışdı. 
Qülləşəkilli  məbədgahların  tikintisi  isə  qədim  Şərq  ənənələri  ilə  bağlıdır. 
Dövrün  iqtisadiyyatın  əsasını  yenə  də  kənd  təsərrüfatı  təşkil  edirdi.  Xüsusi 
yeri üzümçülük, şərabçılıq və bağçılıq tuturdu. 
İqtisadi həyatın canlanmasında ellin aləmi ilə olan əlaqələr başlıca rol 
oynayırdı.  Bu  əlaqələri  Kolxida  ərazisindən  aşkarlanmış  çoxsaylı  Qieronun 
staterləri,  II  Filip,  II  Aleksandr  və  III  Filip  Makedoniyalının  tetradraxmları, 
Lisimaxın  qızıl  və  gümüş  sikkələri  təsdiqləyir.  E.ə.  II-I  əsrdə  Kolxidada 
Lisimax  staterlərinin  oxşarı  olan  1  sikkələri  Kolxidkalar  zərb  edib  və 
dövriyyədə istifadə olunmuşdu. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə