Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

96 
 
qəbirlər  əsasən  Göyçay,  Tüğyançay,  Girdimançay  hövzələri  üçün 
səciyyəvidir.  Təknələr  dördkünc  və  yaxud  oval  formalı  olub,  gildən 
hazırlanmış, açıq boz rənglə bişirilmişdir. Ölü böyrü üstə, bükülü vəziyyətdə, 
müxtəlif  səmtlərdə  dəfn  edilmişdir.  Qəbirlərin  avadanlığı  həm  təknənin 
içərisində, həm də onun ətrafında qoyulmuşdur. Təknə qəbirlər üçün iki qrup 
gil qab daha səciyyəvidir: ağzının novçası süzgəcli qablar və təkayaq vazlar. 
İlk Antik dövr Albaniyasının qəbir tiplərindən biri də taxta qutulardır. 
Belə qəbirlər Mingəçevirdə, Kür çayının sol sahilində qeydə alınmışdır. Çox 
az öyrənilmiş bu qəbirlərə Azərbaycanın digər yerlərində təsadüf edilmişdir. 
Arçan ağacından düzəldilmiş həmin qəbirlərin əksəriyyətindən qarşı-qarşıya 
uzadılmış qoşa skeletlər çıxır. Bu da ölülərin üz-üzə dəfn edildiyini göstərir. 
Tək skeletli qəbirlərdə ölü geyimdə, bükülü vəziyyətdə, sağ, yaxud sol 
böyrü  üstə  və  başı  cənub-şərqə  doğru  basdırılmışdır.  Qəbirlərdən  müxtəlif 
formalı  gil  qablar,  mis  camlar,  dəmir  xəncərlər,  qılınclar,  bıçaqlar,  ox 
ucluqları,  qızıldan,  gümüşdən,  tuncdan  və  şüşədən  hazırlanmış  bəzək 
əşyaları, möhür üzüklər və s. tapılmışdır. Taxta qutu qəbirlər e.ə. IV-I əsrlərə 
aiddir. 
Mingəçevirdə,  Muğan  düzünün  Cəfərxan  qəbiristanlığında,  Xanlar 
rayonu ərazisində bir qrup torpaq qəbirlərinin üstü çiy kərpiclə örtülmüşdür. 
Bu qəbirlərdə ölülər müxtəlif səmtlərdə basdırılmışdır. Qəbirlərin birində cüt 
skeletə  də  rast  gəlinmişdir.  Qəbirlərdən  əldə  hazırlanmış  və  yaxşı  bişirilmiş 
gil qablar, siahlar, bəzək əşyaları və s. tapılmışdır. 
Çiy  kərpic  qəbirlərin  dövrü  yeni  eranın  ərəfəsinə  və  əvvəllərinə  aid 
edilir. Qafqaz Albaniyası ərazisində daş qutu qəbirlər də aşkar edilmişdir. Bu 
tip  qəbirlər  Albaniyanın  müasir  Dağıstan  ərazisindəki  yaşayış  yerləri  üçün 
xarakterikdir.  Skeletlər  qəbirlərdə  uzadılmış  vəziyyətdə  olub,  çoxluq  təşkil 
edir. Dağıstan daş qutularını Qayakənd-Xoraçay mədəniyyəti ilə bağlayırlar. 
Bu qəbirlər avadanlıq etibarilə çox da zəngin olmayıb həmin dövrdə kiçik bir 
ərazi üçün xarakterikdir. 
Qafqaz Albaniyasında dövlət formalaşdıqdan sonra ən geniş yayılmış 
qəbir  abidəsi  katakombalardır.  Bu  tip  qəbirlər  Mingəçevirdə,  Qəbələdə, 
Torpaqqalada (Qax rayonunda), Qazax rayonu ərazisində, Dağıstanda Palace-
Sırtıda  və  digər  ərazilərdə  aşkar  edilmişdir.  Mingəçevirdə  200-dən  artıq 
katakomba  qəbri  öyrənilmişdir.  Xronoloji  cəhətdən  bu  tip qəbirlər  iki  dövrü 
əhatə  edir: antik  dövrü  və  ilk  orta  əsrləri.  Qəbirlər  quruluşca  eynidir.  Onlar 
giriş  hissəsinin  uzunluğu  2-4  m,  eni  0,6-1  m  olan  xəndəkdən  ibarətdir.  Bir 
tərəfdə  getdikcə  dərinləşən  pillələr  vardır.  Xəndəyin  bir  qurtaracağında 
günbəzvari və ya ellips planda yeraltı dəfn kamerası qazılmışdır. Hündürlüyü 
0,9-1,7  m,  eni  1,5-3  m  olan  bu  dəfn  kamerası  yer  səthindən  3,5-6,5  m 
dərinlikdə qazılmışdır. Qədim katakombalar əsasən bir, nadir hallarda isə iki 
kameralıdır.  Əksəriyyətində  cüt  skeletlərə  təsadüf  olunur.  Katakombalarda 


97 
 
dəfn  küplərdə  və  taxta  qutularda  da  müşahidə  olunur.  Küplər  və  ya  taxta 
qutularda  xırda  əşyalar,  əsasən  bəzəklər  qoyulmuş,  ətraflara  iri  həcmli  gil 
qablar düzülmüşdür. Mərhum qəbrə qoyulandan sonra kameranın ağzı daşla, 
yaxud kərpiclə hörülmüşdür. Katakombalarda başqa qəbirlərə nisbətən əmək 
alətlərinə  daha  çox  təsadüf  olunur.  Bunlar  balta,  oraq,  bıçaq,  yaba,  qarmaq, 
biz, iynə və s.-dən ibarətdir. 
Qəbirlərin  avadanlığı,  xüsusən  qəbirlərdən  toplanmış  numizmatik 
qalıqlar ilk katakombaları eramızın I-III əsrlərinə aid etməyə imkan verir. 
1926-cı ildə D.Şərifovun rəhbərliyi ilə Qəbələnin Nic kəndi ətrafında 
Qarasu çayının sağ sahilində arxeoloji tədqiqat işləri zamanı beş torpaq qəbir 
öyrənilmişdir. 
Yaloylutəpə  mədəniyyətinin  ilkin  qazıntıları  sistemsiz  olaraq 
aparılmışdır.  Qəbirlərdən  əldə  edilən  maddi  mədəniyyət  nümunələri  elmi 
cəhətdən  D.Şərifov  tərəfindən  öyrənilmiş  və  Yaloylutəpə  mədəniyyəti  üçün 
səciyyəvi  tapıntıların  tək  və  üçayaqlı  vazalar  olduğunu  bildirmişdir. 
Qəbirlərdə  1949-50-ci  illərdə  İ.Cəfərzadənin  rəhbərliyi  ilə  qazıntılar  davam 
etdirilmişdir.  Bu  qazıntılar  zamanı  qırmızı  və  sarı  rəngli  tək  və  üçayaqlı 
vazalar, süddanlar, yastı oturacaqlı, tayqulplu cam və küplər tapılmışdır. 
Mədəniyyətin  yayıldığı  ərazilər  qərbdə  Alazan  çayının  Kürə 
töküldüyü  ərazi  də  daxil  olmaqla  Balakən  və  Zaqatala  rayonlarını,  Şərqdə 
Abşeron  yarımadasını,  cənubda  Kürün  cənub  sahili  boyunu,  şimalda  Baş 
Qafqaz dağlarının cənub ətəklərini əhatə edir. 
1926-cı  il  qazıntılar  zamanı  Yaloylutəpədən  aşkar  olunmuş  sikkə 
nümunələri əsasında mədəniyyətin e.ə. IV-I əsrlərə aid olduğu təsdiq edilir. 
Küp  qəbirlər  Albaniya  qəbir  abidələri  arasında  xüsusi  yer  tutur.  Bu 
qəbir abidələri əsasən Albaniya  ərazisində, Kür çayı sahili boyu, Mil, Şirvan 
düzü,  Böyük  Qafqaz  dağ  silsiləsinin  cənub  və  cənub-qərb  ərazilərində, 
Azərbaycanın  cənub  bölgələrində geniş  yayılmışdır.  Dəfndə  müxtəlif  ölçülü 
və müxtəlif formalı, bu məqsədlə hazırlanan təsərrüfat küplərindən, uşaqların 
dəfni üçün isə əsasən məişət qablarından istifadə olunurdu. Küplərdə adətən 
ölülər  tək-tək,  nadir  hallarda  cüt-cüt  basdırılırdı.  Dəfn  küpləri  quyularda 
həmişə  şaquli  vəziyyətdə  qoyulurdu.  İstiqamət  isə  fərqli  idi,  lakin  bir  çox 
hallarda üzü şimal-qərb, cənub-şərqə meyilli basdırılırdı. Küplərin basdırılma 
dərinliyi  də  müxtəlif  idi.  Ölünü  yerləşdirmək  üçün  küpün  qulpu  və  yuxarı 
hissəsi  sındırılırdı.  Ölünü  və  onunla  birlikdə  basdırılacaq  əşyaları  küpə 
yerləşdirdikdən sonra sındırılmış parçaları yerinə qoyulurdu. Küpün ağzı daş 
yaxud böyük saxsı parçası ilə bağlanırdı. Albaniyanın küp qəbir abidələri e.ə. 
IV əsrdən e. VII əsrinə qədər olan dövrə aid edilir. 
Qafqaz  Albaniyası  ərazisində  və  Azərbaycanın  cənub  və  qərb 
bölgələrində  və  digər  ərazilərdə  küp  qəbir  abidələri  geniş  yayılmışdır.  Küp 
qəbirlərdə  dəfn  etmə  adəti  hələ  e.ə.  II  minillikdə  Kiçik  Asiyada  yaşamış 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə