Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

59 
 
Qafqazdan  cənubda  çox  sayda  xış  nümunələri  aşkar  edilmişdir. 
Abxaziyanın Oçamir adlı erkən tunc dövrünə aid olan yaşayış yerində də bu 
tip xış nümunələrinə təsadüf olunur. 
Ümumiyyətlə,  daşdan  hazırlanan  belə  xışlar  forma  etibarilə  Yaxın 
Şərq ərazisində öyrənilən bəzi abidələrdən, o cümlədən IV minilliyə aid olan 
Şimali  Mesopotamiyadan  (e.ə.VI-IV  minillik)  da  məlumdur  (Xassun,  Xalaf 
mədəniyyətləri misal çəkmək olar). 
Analoji  tapıntılara  əsasən  bu  tipli  əmək  alətlərinin  Qafqaza  Şərqi 
Anadolu  və  Eorox  su  hövzəsi  yolu  ilə  Ön  Asiyadan  daxil  olması  ehtimal 
olunur. 
Qafqazın  qərb  hissəsinin  mədəni-tarixi  inkişafının  digər  ərazilərdən 
fərqli  olmasını  Azərbaycandan  şimalda  aşkar  edilən  abidələr  də  sübut  edir. 
Xüsusilə,  Soçi-Adler  ərazisindən aşkar  edilən  Axştır  I-V,  Smeretiya  limanı, 
Moldova  və  digər  abidələrdən  aşkar  edilən  maddi  mədəniyyət  qalıqları 
Abxaziyadan tapılan eneolit dövrünə aid materiallardan fərqlənmir. 
Beləliklə,  Qafqazın  Qara  dəniz  sahilləri  ərazisində  öyrənilən  dövrdə, 
neolit dövründə olduğu kimi, özünəməxsus mədəniyyət inkişaf etmişdir. 
Bu  mədəniyyətlər  Cənubi  Qafqazın  erkən  əkinçilik  mədəniyyəti 
abidələrindən fərqli idi. Bu mədəniyyət Odişi, Kistrik və Aşağı Şilovka kimi 
yerli  neolit  mədəniyyətləri,  erkən  tunc  dövrünə  aid  Oçamçiri  yaşayış  yeri, 
Voronsov mağarası və digər abidələri arasında müəyyən xronoloji çərçivəyə 
daxildir  (e.ə.IV-III  minilliyin  əvvəlləri).  Bu  tarix  aparılan  radiokarbon 
analizlərin  nəticəsi  ilə  dəqiqləşir,  yəni  Macar  yaşayış  yeri  üçün  bu  çərçivə 
3810±90 ili əhatə edir. 
Şimali  Qafqazın  qədim  dövrə  aid  arxeoloji  abidələri  çox  az 
öyrənilmişdir.  Bunlardan  Aqubekov  yaşayış  yerinin,  Nalçik  nekropolunun 
(Kobarin-bolqarda  yerləşir)  adını  çəkmək  mümkündür.  Aqubekov  yaşayış 
yeri  eneolit  dövrünə  aiddir.  Abidə  Nalçik  şəhəri  yaxınlığında  yerləşir. 
Abidənin  mədəni  təbəqəsinin  qalınlığı  0,4-0,6  m  olaraq,  əsasən  saxsı 
nümunələrindən,  çaxmaqdaşından  hazırlanan  əmək  alətlərindən,  qamışdan 
toxunma evlərin qalıqlarından ibarətdir. 
Ümumilikdə, abidədən aşkar edilən əmək alətləri digər Cənubi Qafqaz 
abidələrinin tapıntılarından fərqlənmir. Belə ki, eyni funksiyalı əmək alətləri 
Dağıstandan,  daha  dəqiq  ifadə  etsək,  Qinçi  yaşayış  yerindən  də  aşkar 
edilmişdir. 
Bu  oxşarlıq  yerli  oturaq  əhalinin  əlaqələrini  bir  daha  sübut  edir. 
Beləliklə,  Aqubekov  yaşayış  yerindən  1000-dən  artıq  saxsı  nümunələri 
tapılmışdı.  Bu  qablar  keyfiyyətsiz  gildən hazırlanmış, rəng  çalarları isə  sarı 
və qırmızı olaraq bozarmış vəziyyətdə aşkar edilmişlər. Saxsı nümunələri bir 
çox  əlamətlərinə  görə  cənub-şərqi  Qafqaz  və  Qara  dəniz  sahillərindəki 
abidələrinin  materiallarından  fərqlənir.  Bu  isə,  öz  növbəsində,  Mərkəzi 


60 
 
Qafqaz abidələrin lokal xüsusiyyətlərini özündə əks etdirir. Bu fərqi abidədən 
tapılmış  gil  antropomorf  heykəlcik  də  sübut  edir.  Tapıntı  Cənubi  Qafqazın 
erkən  əkinçiliklə  məşğul  olan  abidələrindən  aşkar  edilən  heykəlciklərdən 
fərqlidir. 
Bu  fərqlilik  yerli  əhalinin  dini  dünyagörüşündə,  dəfn  adətində  və 
bütövlükdə qəbir abidələrində də özünü göstərmişdir. 
Cənubi  Qafqazın  eneolit  dövrü  mədəniyyəti  aşkar  edilmiş  və  tədqiq 
olunmuş  abidələr  və  arxeoloji  materialla  həmin  dövrün  insan  cəmiyyətinin 
inkişaf  tarixində  necə  vacib  bir  rol  oynadığını  göstərir.  Bu  abidələrlə  Ön 
Asiyanın  eyni  dövrə  aid  abidələri  arasında  çox  böyük  oxşarlıqlar  olmasına 
baxmayaraq  bir  çox  özünəməxsus  özəlliklər  də  müşahidə  edilir  ki,  bu  da 
Cənubi Qafqaz eneolit mədəniyyətinin müstəqil inkişafını sübut edir. 
Sonda  qeyd  etmək  yerinə  düşərdi  ki,  bəhs  edilən  dövrdə  Qara  dəniz 
ətrafında  olduğu  kimi  Şimali  Qafqaz  bölgəsi  arxeoloji  mədəniyyətlər 
baxımından  Cənubi  Qafqazdan geridə  qalırdı.  Bu  ona  dəlalət  edir ki,  dəmir 
dövrünün  astanasında  Qafqazın  ayrı-ayrı  bölgələri  müxtəlif  mədəni  inkişaf 
mərhələsində  olmuşdur.  Sözsüz  ki,  Qafqaz  və  Dağıstanın  eneolit  dövrünün 
çiçəklənməsində  sosial-iqtisadi  faktorlar  aparıcı  rol  oynamışdır.  Məhz 
əkinçilik  və  maldarlığın  inkişafı  bu  ərazidə  məskunlaşmış  tayfaların  öz 
aralarında  və  Ön  Asiya  qonşuları  ilə  sıx  əlaqələrin  yaranmasına  gətirib 
çıxarmışdı. Bu səbəblə də, Qafqazda erkən əkinçilik mədəniyyətlərinin güclü 
inkişafına təkan verilmişdi. 
Cənubi  Osetiyanın  Böyük  Liaxvi  çayının  aşağı  axarının  yaxınlığında 
aşkar edilən yaşayış yeri və qəbir yerləri, mütəxəssislərin fikrincə, Kür-Araz 
mədəniyyətinə  anaoloji  abidə  olaraq,  eneolit  dövrünə  aiddir.  Buradan  aşkar 
edilən  əsas  maddi  mədəniyyət  qalıqları  arasında  saxsı  nümunələri  üstünlük 
təşkil edir. Bu cür saxsı qab fraqmentləri eyni bir texnika ilə hazırlanmışlar. 
Saxsıların  üzəri  qara  rənglə,  üç  tərəfi  qırmızımtıl  rənglə  örtülərək,  zəif 
temperaturda bişirilmişdir. 
Qafqazın  Kulbakebi  və  Nasarqora adlı təpələrindən  aşkar  edilmiş  və 
bərpa edilmiş saxsılardan istifadə olunmuşdur. Nasarqoradan tapılan bəzi qab 
nümunələrinin  üzərində  relyefli  bəzəklər  vardır.  Bu  cür  tapıntıların  əsasən 
Gürcüstandan  və  Cənubi  Qafqazın  digər  yerlərindən  aşkar  edilən  saxsı 
nümunələrinin  yaxın  oxşarlığı  olsa  da,  bəzi  fərqli  elementləri  də  vardır.  O 
cümlədən,  Şida-Kartlien  (Kulba-kebi,  Zqudriskverda,  Nasarqora,  Urbnisi, 
Kvasxeledi  və  s.)  tapılan  saxsıların üzəri hamar  və  bəzəksizdir,  baxmayaraq 
ki,  Trialetidən,  Kiketidən,  o  cümlədən  Qərbi  Azərbaycandan  (İndiki 
Ermənistandan)  eyni  dövrə  aid  olan  saxsıdan  çox  rəngarəng  və  zəngin  bir 
şəkildə bəzədilmişdir. 
Qafqazın  bu  ərazisində  ilk  dəfə  eneolit  dövrü  arxeoloji  abidəsi 
S.İ.Nadimaşvili  tərəfindən  aşkar  edilmişdi.  O,  1949-cu  ildə  Böyük  Liaxvi 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə