Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

92 
 
qədər  genişləndirmişdir.  Dövrü  səciyyələndirən  arxeoloji  materiallar 
yetərincədir - onlar əsas etibarilə şəhər və nekropol qazıntılarının nəticələrini 
özündə  cəmləşdirir.  Qazıntı  işləri  Qəbələ,  Xınıslı,  Şamaxı  və  bir  sıra  digər 
yerlərdə aparılmışdı. Qafqaz Albaniyası tarixinin araşdırılmasında şəhərdaxili 
nekropolların,  Mingəçevirdəki  qəbiristanlığın,  Yaloylu-təpə  qazıntılarının 
xüsusi əhəmiyyəti vardır. 
Yaşayış məskənləri. Albaniya ərazisindən bir sıra yaşayış məskənləri 
aşkar  olunmuş  və  tədqiq  edilmişdir.  Müəyyən  olunmuşdur  ki,  məskənlər 
adətən iqtisadi və strateji baxımdan əlverişli yerlərdə, əsasən çay, yaxud digər 
su hövzələrinə yaxın təpələrdə salınırdı. Belə yaşayış məskənlərindəki evlər 
ilk öncə bir mərtəbəli inşa edilirdi, burada çoxlu ictimai xarakterli binalar da 
var  idi.  Bu  yaşayış  məskənlərindən  Mil  düzündəki  Qaratəpə,  Fizuli 
rayonundakı  Qaraköpəktəpə,  Qazax  şəhərindəki  Sarıtəpə  və  s.  misal 
göstərmək olar. Sonralar bu yaşayış məskənlərinin çoxu müdafiə qurğuları ilə 
əhatə olunmuşdur. E.ə. II minillikdə Albaniyada erkən şəhər formalı yaşayış 
məskənləri  yaranmağa  başlayır.  Belə  ki,  Ptolomey  29  şəhər  haqqında 
məlumat verərək, onlardan dördünü xüsusi qeyd edirdi. Bu şəhərlər - Teleba, 
Helda, Albana və Hetera idi. Plini bizim eranın əvvəllərində Albaniyanın əsas 
şəhərinin  Kabala  olduğunu  yazır.  Sahəsi  50  hektar  olan  Kabalanın  mədəni 
təbəqəsi  e.ə.  IV  əsr  -  eramızın  II  əsrinə  qədərki  şəhər  həyatını  özündə  əks 
etdirir. Təxminən eramızın II əsrində şəhər bizə məlum olmayan səbəblərdən 
dağıdılmışdır.  Albaniyanın  ikinci  böyük  şəhəri  Şamaxı  idi.  Ptolomey 
Şamaxını  öz  əsərlərində  Kemaxeya,  Mamaxeya  adlandırırdı.  Onun 
xarabalıqları  müasir  Şamaxı  şəhərindən  qərbdə,  50  hektarlıq  ərazini  əhatə 
edir. Mədəni təbəqə 5 m qalınlığındadır. Arxeoloji araşdırmalar sübut edir ki, 
e.ə. IV əsrin sonlarında burada erkən tunc dövrü yaşayış məskəninin yerində 
yeni  məskən  formalaşmışdı.  Bu  yaşayış  məskəni  III  əsrdə  ərazisini 
genişlədirərək şəhər əlamətlərini əldə etdi. 
Müəyyən olunmuşdur ki, minillik bir dövrdə, burada bir çox dağıdıcı 
hadisələr baş vermişdir. Beləliklə, bu hadisələrin nəticəsində dağıdılmış şəhər 
divarlarının  qalıqları  qəbir  əsası  kim  istifadə  olunurdu.  Zaman-zaman 
unudulmuş qəbiristanlıqların yerində yenidən şəhər məhəllələri salınırdı. 
Çoxsaylı  arxeoloji  abidələr,  xüsusilə  də  yaşayış  məskənləri  və 
qəbiristanlıq,  o  cümlədən  də  Mingəçevirin  yerləşdiyi  mövqe,  heç  sözsüz  ki, 
burada ölkənin iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayan şəhərin 
olduğunu sübut edir. Tədqiqatçılar belə güman edirlər ki, bu ərazidə Osixa və 
Samunis şəhərləri yerləşirdi. Bu şəhərlər yazılı mənbələrdə də xatırlanır. 
Qafqaz  Albaniyasının  Xristian  abidələri:  Qəbələnin  Böyük  Əmili 
kəndində - Kilsədağ məbədi, Qaxın Ləkit məbədi bu günə qədər qalmaqdadır. 
Ağdamın  Boyəhmədi  kəndi  -  Govurqala  məbədi;  Laçın rayonunda  Ağoğlan 
monastır  kompleksi,  Kəlbəcərdə  -  Xotavəng  monastr  kompleksi,  Ağdərə 


93 
 
rayonunda  –  Müqəddəs  Yelisey  məbədi,  Qandrasar  monastr  kompleksi  öz 
memarlıq kompozisiyalarına görə Azərbaycan alban abidələrinə daxildir. 
Qəbələnin  Kilsədağ  məbədi  memarlıq  üslubuna  görə  Türkiyənin  Ani 
şəhərində  Qaqikaşen  (XI  əsr),  Gürcüstanda  Bana  (IX-X),  Qərbi 
Azərbaycanda Zvartnos (VII əsr), Suriyada Bəsrə (VI əsr), Azərbaycan (Qax) 
- Ləkit (VII-VIII əsrlər) məbədləri ilə oxşardır. 
Tikinti texnikası və memarlıq. Şəhərlərdə evlər daha irihəcmli olub, 
bir çox xüsusiyyətlərinə görə ictimai xarakterli binalara bənzəyirlər. Bunlara 
misal olaraq Qəbələdəki böyük ictimai binanın qalıqlarını göstərmək olar. Bu 
bina  580  km
2
  sahəni  əhatə  edən  böyük  kompleks  idi  və  daxilində  iri  zallar, 
dəhlizlər otaqları bir-biri ilə birləşdirirdi. Divarların qalınlığı 2 m idi. Binanın 
daxilində  xüsusi  sobalar  düzəldilir  və  qızdırılırdı.  Zalların  mərkəzində, 
döşəmədə  iki  daş  sütun  aşkar  olunmuşdur.  Sütunun  alt  hissəsi  2  pilləli,  üst 
hissəsi  isə  dairəvi  formalı  idi.  Sütunun  orta  hissəsində  ağac  sütunların 
yerləşdirilməsi  üçün  dəliklər  açılırdı.  Ağac  sütunlarda  kirəmit  dam  örtüyü 
qurulurdu.  Bu  cür  ictimai  binalar  Albaniyanın  digər  şəhərlərində  də  inşa 
olunmuşdur. Məişət tikililəri çay daşı səthində çiy kərpicdən tikilirdi. Şəhər 
və  yaşayış  məskənlərinin  qazıntıları  zamanı  təsərrüfat  xarakterli  tikililərin 
qalıqları  da  aşkar  olunmuşdur.  Bu  tapıntılar  arasında  xüsusi  yeri 
Mingəçevirdən  aşkar  olunmuş  dulus  sobaları  tutur.  Bu  sobalar  yaşayış 
məskənindən  kənarda  qurulurdu.  Mingəçevir  ərazisindəki  bu  sənətkar 
məhəlləsi orta əsrlərə qədər mövcud olmuşdur. Şamaxıda şərabçılıqla əlaqəli 
tikililərin qalıqları aşkar olunmuşdur. Yerə basdırılmış təsərrüfat küpləri olan 
böyük tikililər şərabın saxlanması üçün nəzərdə tutulmuşdur. Onlardan bir az 
kənarda  böyük  tas  formalı  üzüməzmə  qurğusunun  qalıqlarına  rast 
gəlinmişdir.  Albaniya  şəhərlərində  kirəmit  və  bişmiş  kərpic  hazırlamaq 
məqsədilə inşa  olunan  emalatxanalar  var  idi.  Bunu  Qəbələ şəhərindən  aşkar 
olunan çoxsaylı kirəmit qalıqları sübut edir. 
Təsərrüfat  -  Qafqaz  Albaniyasında  kənd  təsərrüfatı  iqtisadiyyatın 
əsasını  təşkil  edirdi.  Öz  təbii-iqlim  şəraiti  şərtlərinə  görə  Albaniyanın 
əkinçilik  rayonları  2  zonaya  bölünürdü  -  dağətəyi  və  düzən.  Xəzərətrafı 
düzənliklərdə suvarma əkinçiliyinin olmasını bu ərazilərdən tapılmış çoxsaylı 
böyük  və  kiçik  kanal  qalıqları  sübut  edir.  Kanalların  əsas  su  mənbəyi  dağ 
çayları  idi.  Albaniyada  əkinçiliyin  inkişafını  arxeoloji  qazıntılar  zamanı 
abidədən əldə  olunan müxtəlif növ  əmək alətləri,  buğda, arpa qalıqları  və  s. 
sübut edir. 
Albaniya  iqtisadiyyatında  sənətkarlıq  -metallurgiya,  metalişləmə, 
zərgərlik,  dulusçuluq,  şüşə  işləmə,  toxuculuq  əsas  rol  oynayırdı.  Dulusçular 
yüksək ustalıq nümayiş etdirirdilər. Alban dulusçularının hazırladıqları saxsı 
qablar  incə  və  zəngin  ornamentli  işləməsi,  möhkəm  və  bərabərsəthli 
bişirilməsi,  mürəkkəb  formaları  ilə  seçilirdi.  Ornamental  tərtibatın  əsasını 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə