Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

YYAZI – PİKTOQRAMDAN 
HƏRFLƏRƏ 
Sivilizasiyanın ilkin mərhələlərində yazının meydana gəlməsi insanların
bilik və təc rübələrinin artması ilə bağlı idi. Əldə olunan bilikləri gələcək
nəsillərə ötürmək lazım idi.  Bunu isə yazı vasitəsilə etmək olardı.
Çox qədimdə insanlar fikir və duy ğu larını yazıda əks etdirmək üçün
rəsm lərdən istifadə edirdilər. 
Bu yazı növü yəni məz mu nun rəsmlərlə ifadə
olunması elmdə piktoqrafiya adlanır.
Belə rəsmlərə isə piktoqram deyilir. 
Piktoqrafik yazıların elementlərinə Azər baycanın bir sıra bölgələrində
rast gəlmək olar. Bunlardan ən məşhurları Bakı yaxınlığındakı Qobustan
və Ordubaddakı Gəmiqaya rəsmləridir. Piktoqramlar vasitəsilə insanlar
gələcək nəsillərə xalqın adət­ənənələri, məşğuliyyəti, inancları haqqında
informasiya çatdırırdılar. 
Məsələn Gəmiqaya rəsmlərində günəş təs vir ­
lərinin çoxluğu Azərbaycanda Günəşlə bağlı inancların geniş yayıl dığını
göstərir. 
Günəş tanrısına inam türk xalqlarının  mifologiyasında əks
olunmuşdur. Azərbaycan folklorunda da Günəş və Ayla bağlı xeyli əfsanə
var. 
***
Miladdan öncə III minillikdə Qədim Misir xalqı öz yazı sistemini yaratdı.
Sonralar heroqlif (müqəddəs) adlanan bu yazı, əsasən, ilahların heykəlləri
və sarkofaqlar üzərində həkk olunurdu. 
Misir yazısı yüzlərcə heroqlifdən ibarət idi. Bəzi heroqliflər sözü (an ­
layışı), bəziləri isə səsi ifadə edirdi. Belə mürəkkəb yazını mənimsəmək
vaxt tələb edirdi. Yazmaq və oxumaq xüsusi peşə sayılırdı və dövrünə
görə şərəfli və gəlirli bir iş hesab edilirdi. 
Çinlilərin Miladdan 2000 il öncə yaratdıqları  və bu gün də istifadə
etdikləri yazı sistemi də heroqlif yazısı hesab olunur. Çin heroqlif yazısında
minlərlə işarə vardır. Bu işarələrdən bəziləri konkret səsi, bəziləri isə bütöv
sözü – anlayışı bildirir.
***
Miladdan öncə III minilliyin ortalarında şumerlərin istifadə etdikləri yazı
mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mismarla yazırdılar.
Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Mixi yazıda minə yaxın
işarədən istifadə olunurdu. 
Hər bir işarə bir neçə cızıqdan ibarət olub bütöv
sözü ya da ayrıca bir hecanı göstərirdi.
Sonralar mixi yazı təkmilləşdirildi. Artıq 600­dən çox işarədən ibarət olan
bu yazıdan Assuriya və Urartu padşahlıqlarında geniş istifadə edirdilər. 
91
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Sonuncu Assuriya padşahı Aşşurbanipal yaxşı təhsil görmüş hökmdar
idi. Onun əmrinə əsasən, mixi yazı ilə tərtib olunmuş çoxlu gil “kitablar” bir
yerə toplandı. Aşşurbanipalın kitabxanası dünyada ilk kitabxana hesab ol­
unur.
Piktoqramdan fərqli olaraq heroqliflərlə və mixi yazı vasitəsilə fikri daha
dəqiq ifadə etmək olurdu.
***
Bu gün istifadə etdiyimiz yazı sistemi fonoqrafik (səsli) yazı növünə aid­
dir, çün ki müasir yazıdakı işarələr – hərflər ayrı­ayrı səsləri ifadə edir. 
Qədimdə Aralıq dənizinin sahillərində yaşayan finikiyalılar bir neçə ix ­
tiraları ilə tarixin yaddaşında qalıblar. Onlardan biri də əlifbadır. 
Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış­veriş edirdilər. Çox vaxt
onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə söv də ­
ləşirdilər. Şifahi sövdələşmələr tez­tez pozulurdu. O vaxt mövcud olan yazı
sistemləri isə müqavilə şərtlərini yazıda dəqiq əks etdirməyə imkan vermirdi.
Beləliklə, tacirlər əlifba yaratmalı oldular. Finikiya əlifbası 22 samit səsi işarə
edən hərflərdən ibarət idi. 
Əvvəlki yazı sistemlərinə nisbətən  əlifba daha tez və asan mənim ­
sənilirdi. Odur ki bu yazı növü tez bir zamanda başqa xalqlar arasında da
yayıldı və maarifin inkişafına güclü təsir göstərdi. Hər xalq öz dilinin səs
sisteminə uyğun əlifba yaratdı.  
Zaman keçdikcə Finikiya dili və əlifbası unuduldu, lakin sonradan bu əlif ­
banın əsasında yaradılmış yunan və latın əlifbalarından indiyə qədər istifadə
olunur.  
Rafiq Әlәkbәroğlu
S
Söz ehtiyatı
1. Söz v  ifad l ri müvafiq izahlarla uyğunlaşdırın.
Sözl r v  ifad l r
İzahlar
sivilizasiya
m lumatın r sm v  ya r sm ardıcıllığı il  verilm si
piktoqrafiya
h  ya tın ya 
ranışı, t bi t hadis l ri v  s. il  bağlı
inancları  ks etdir n  satirl r toplusu
mifologiya
h r bir danışıq s sinin h rf(l r)l  işar  edildiyi yazı
növü
sarkofaq
c miy y  tin mü y  y n m d ni v   m n vi d y rl r
saslanan tarixi inkişaf m r h l si.
mixi
mü yy n  me mar lıq üslubu v   b dii t rtibatı olan
q bir, tabut, kiçik s rdab
fonoqrafik yazı
gil v  ya daş üz rind  mıxş killi cı zıq lar   dan  ibar t
yazı üsulu
92
IV 
BÖLMƏ
Çap üçün deyil


2
2. Verilmiş sözl rin hansı ş kill r  aid olduğunu mü yy n edin.
A) piktoqram      B) heroqlif       C) mixi     D) fonoqrafik yazı
Yazı
3. Aşağıdakı cüml l ri m tnin müvafiq hiss l rin   lav  edin.
1. Q dim Misir heroqlifinin sirrini 1822-ci ild  fransız alimi Şam -
polyon aça bilmişdir. 
2. H rfl rin forması bu h rfl rl  başlayan  şyaların t s virini
xatırladırdı.
3. G miqaya r sml rind ki “V” ş killi işar l rin gün ş şüası  an la -
mına uyğun g ldiyini güman etm k olar.
4. Miladdan önc  III minillikd  Az rbaycanın c nubunda yaşayan
hali mixi yazı il  tanış idi. 
Dil qaydaları
4. Göy r ngl  verilmiş cüml l rd  bağ la yı cı ları tapın v  intonasiyaya
gör  vergülün yerini mü yy nl şdirin. 
Cüml d  bir çox bağlayıcılardan  vv l vergül qoyulur: 
Göy guruldadı, amma yağış yağmadı. 
M n dözürdüm, çünki g l c yin  inanırdım.
“Ki” v   “bel  ki” bağlayıcılarından sonra vergül qoyulur. Bu
qayda “ki” il  bit n dig r mür kk b bağlayıcılara 
(ona gör  ki, odur
ki, madam ki, indi ki v  s.) aid deyil:
M n ist dim ki, öz ist diyim s n ti seçim.
İndi ki bel  oldu, g r k biz d  yeni ş rait  uyğunlaşaq.
Yadda saxla!     
BAĞLAYICILARDA VERGÜLÜN İŞL NM Sİ
93
KAMİLLİYƏ DOĞRU
1
2
3
4
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə