Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
kitab20120427032409824

Qəbələ. 
Qazıntılar 1959-cu ildə Çuxur-Qəbələ kəndində başlanmışdır. 
Şəhərin qalıqları Qaraçay və Gavurçay arasında geniş təpədə aşkar olunub və 
iki hissədən ibarətdir. Şəhər bütövlükdə müdafiə divarları və qüllələrlə əhatə 
olunmuşdur.  Ətrafı  həmçinin  dağ  keçidləri  ilə  hər  tərəfdən  qorunurdu, 
bunlardan da ən yaxınları Savalan və Alvan idi. Qəbələdə I-V əsrlərdə alban 
Arşaki hökmdarlarının, V əsrdən etibarən isə Sasanilər tərəfindən bura təyin 
olunmuş  mərzbanların  iqamətgahları  yerləşmişdi.  IV  əsrdə  xəzərlərin 
basqınları  ilə  əlaqədar  olaraq  iqamətgah  Partav-Bərdəyə  köçürüldü.  Qəbələ 
VIII-IX əsrlərdə belə ticari əhəmiyyətini itirməmişdi. Qəbələnin şəhər həyatı 
II  əsrdən  XVIII  əsrə  qədər  davam  etmişdir.  Bunu  sübut  edən  arxeoloji 
materiallar mövcuddur. Binalar daş və kərpicdən tikilir, daxildən və xaricdən 
həndəsi şəkilli gil ornament relyeflərlə bəzədilirdi. 
Şəhərə  su  ətraf  su  hövzələrindən  gil  borularla  daxil  olurdu.  Ətraf 
ərazilərdə dulus sobaları aşkar olunmuşdur. 
Orta  əsrlərdə  Qərbi  Azərbaycanda  (indiki  Ermənistan)  feodal  qəsrləri 
ilə  yanaşı  şəhərlərə  məxsus  yeni  tipli  karvansaralar,  üstüörtülü  bazarlar  və 
digər  tikililər  inşa  edilir.  Qafqaz  Albaniyasının  tərkib  hissəsi  olan  indiki 
Ermənistanda  əsasən  xristianlığın  geniş  yayılması  ilə  «bazilika»  tipli  alban 
kilsələri  tikilir.  Göyçə  gölü  ətrafındakı,  Zvartnosda,  Üçmüədzində  belə 
kilsələrə rast  gəlmək  mümkündür.  Bu  kilsələrin heç  birinin erməni  kilsəsinə 
aidiyyəti  yoxdur.  Tarixdən  məlumdur  ki,  ilk  dəfə  erməni  katalikosluğunun 
indiki  Ermənistana,  daha  dəqiq  Üçmüədzinə  köçürülməsinə  XV  əsrin 
sonunda Ağqoyunlu hökmdarı Uzun Həsən icazə vermişdi. 
«Ermənistan»  coğrafi  adı antik  və  erkən  orta  əsr mənbələrində  Fərat 
və  Dəclə  çaylarının  yuxarı  axarlarını  əhatə  edən  ərazilərə  şamil  edilirdi. 
Müxtəlif  miqrasiyalar,  xüsusilə  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  çar 
Rusiyasının  köçürmə  siyasəti  nəticəsində  ermənilər  Cənubi  Qafqazda 
yayılmış  1918-ci  ildə  isə  ermənipərəst  qüvvələrin  himayəsi  ilə  tarixi 
Azərbaycan  torpaqlarında  (Qərbi  Azərbaycanda)  Ermənistan  dövləti 
yaradılmışdır. 
Köklü Azərbaycan türklərinin ən qədim şəhərlərindən biri də Dəbildir. 
İndiki  Ermənistanın  ərəb  əlyazmalarına  əsaslanan  rus  alimləri  bu  şəhəri 
«Dvin-Dvin»  adlandırmışlar.  XIX-XX  əsrlər  elmi  ədəbiyyatda  da  bu  şəhər 
belə adlandırılır. 
Şəhər,  şəhristan,  onun  ətrafında  tikilən  2  cərgəli  qala  divarından  və 
yaşayış  məhəllələrindən  ibarət  olmuşdur.  Şəhərin  ən  qədim  tikintisi 
şəhristana  yaxın  olan,  IV  əsrdə  tikilmiş  xristianlığa  qədərki  3  hissəli 
bazilikdir.  Sonradan  onun  ətrafında  digər  tikintilər  yaranmış  və  bununla  da 
şəhərin  mərkəzinə  çevrilmişdi.  Sovet  İmperiyası  dövründə  Ermənistanın 


102 
 
ərazisinə daxil olduğuna görə elmi ədəbiyyata Dəbil Azərbaycan şəhəri kimi 
deyil, ermənilərin qədim şəhəri kimi daxil olmuşdur. 
Ani. 
X əsrin  ikinci  yarısından  Ani  şəhəri  kiçik  bir  qala  divarlarından 
çıxaraq  çox  böyük  siyasi  və  mədəni  mərkəzə  çevrilmişdir.  Yazılı 
məlumatlara  əsasən  bu  zaman  şəhərdə  10  mindən  artıq  insan  yaşayırdı. 
Şəhəri  əhatə  edən  ikiqat  qala  divarları  nəinki  şəhristanı,  hökmlarların 
yaşadığı sarayları, həm də bütün şəhəri əhatə edirdi. Ani şəhərinin divarları 
tikintisinə görə çox möhkəm olmuşdur. Şəhristan ərazisində hələ 1918-ci ilə 
qədər  dünya  şöhrətli  alim  N.Y.Marr  tərəfindən  arxeoloji  araşdırmalar 
aparılmışdı.  Həmin  illərdə  Ani  şəhərinin  yerində  cənub  və  şimal 
kompleksindən  ibarət  olan  saray  qalıqları  aşkar  edilmişdi.  Sarayın  şimal 
hissəsində  geniş  və  çox  zəngin, rəngarəng naxışlarla  bəzədilmiş  böyük  otaq 
üzə çıxarılmışdır. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə