Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   86
kitab20120427032409824

Şamaxı. 
Qədim Şamaxı ərazisində Xınıslı yaşayış məskəni yerləşirdi. 
Buradan  4  mədəni  təbəqə  aşkar  edilmişdir  -  e.ə.  IV  əsrdən  başlayaraq  e.V 
əsrinə qədər. Yaşayış məskəni VII-VIII əsrlərdə artıq mövcud deyildi. Buna 
səbəb ərəb istilaları və yaxud dağıdıcı zəlzələ olmuşdur. Şamaxıda isə həyat 
VIII  əsrin  ortalarından  başlayır.  Həmin  dövrdə  Şamaxı  Yezidiyyə 
adlandırılırdı. 
Dərbənd 
orta əsrlərdə Şirvanın tərkibinə daxil olan qədim şəhərlərdən 
biri  idi.  E.ə.  VIII-VI  əsrlərdən  başlayaraq  burada  müdafiə  istehkamları 
tikilirdi. 
Qədim  yunan  və  Roma  mənbələrində  Kaspi  və  Alban  keçidi,  Alban 
mənbələrində  Çora  və  ya  Çola  qapıları,  İran  mənbələrində  Dərbənd,  Ərəb 
məxəzlərində  Bab-Əl  Xalid  (Dəmir  qapı)  və  s.  adlandırılan  Dərbənd 
Azərbaycanın aramsız basqınlara məruz qalmış şəhərlərindəndir. 
Yüksək  dağların  zirvəsi  ilə  dənizi  birləşdirən  bu  səd  şimalda 
(Dərbənd),  cənubda  (beşbarmaq)  qoşa  qala  divarlarından  ibarət  olub, 
Sasanilər  dövründə  inşa  edilmişdir.  Gilgilçay  və  Dərbənd  sədləri  dairəvi 
bürclər silsiləsinə malik olmaqla narınqala ilə tamamlanır. 
V-VI  əsrlərdə  Dərbənd  Qafqazda  xristianlığın  əsas  mərkəzlərindən 
birinə  çevrilir.  VII-IX  əsrlərdə  Xəzər  yolu  ilə  ticarətin  inkişafı  nəticəsində 
Dərbənd böyük şəhərlərdən və Xəzər dənizinin önəmli limanlarından biri idi. 


103 
 
Dərbənd divarları boyu və şəhər daxilində arxeoloji qazıntılar bu günə qədər 
davam etməkdədir. 
Şabran 
-  bu  şəhərin  qalıqları  Dəvəçi  rayonu  ərazisində  yerləşir. 
Şabran  qalası  Qubadan  cənubda  axan  eyni  adlı  çayın  sahilində  inşa 
edilmişdir.  Təxminən  20  ilə  qədər  davam  etmiş  qazıntılar  nəticəsində 
sənətkar,  dulusçu  məhəllələri,  bazar  və  s.  aşkar  olunmuşdur.  XVIII  əsrin, 
daha  dəqiq  desək,  1720-ci  ilə  qədərki  mədəni  təbəqə  tədqiq  olunmuşdur. 
Həmin ildə şəhər dağılmışdır. 
Yuxarıda  göstərilən  yaşayış  yerləri  Şirvanın  orta  əsr  şəhərləridir.  Bu 
şəhərlərdən başqa Azərbaycan ərazisində digər şəhərlər də mövcud olmuşdur: 
Naxçıvan, Ordubad, Bərdə, Gəncə, Şəmkir və s. Həmin şəhərlərin arxeoloji 
tədqiqatları bu günə qədər davam edir. 
Gürcüstan  -  Orta  əsrlərə  aid  Msxeta  şəhərinin  öyrənilməsi  və 
Gürcüstanın  sosial-iqtisadi  inkişafının  izlənilməsi  baxımından  Samtavrda 
aparılan  arxeoloji  qazıntıları  xüsusi  qeyd  etmək  lazımdır.  Araşdırmalar 
nəticəsində  burada  yaşayışın  e.ə.  II  minillikdən  eramızın  VII-VIII  əsrlərinə 
qədər davamlı olması sübut edilmişdir. 
Msxeta  qəsəbəsinin  şimalında  yerləşən  Samtavr  çölündə  aparılan 
stasionar  qazıntılar nəticəsində  burada  küp qəbirlər, daş  qutu  qəbirləri,  saxsı 
qəbirləri  və  əsasən  uşaqların  basdırıldığı  torpaq  qəbirləri  üzə  çıxarılmışdı. 
Şəhər yerlərindən və onlara məxsus olan qəbir abidələrindən külli miqdarda 
saxsı  və  şüşə  məmulatlar,  metalın  müxtəlif  növlərindən  nəfis  şəkildə 
düzəldilmiş  zərgərlik  məmulatları  və  müxtəlif  ev  əşyaları,  sümükdən  və 
balıqqulağından  hazırlanan  kiçik  əmək  alətləri,  bəzək  əşyaları,  həmçinin, 
sikkə  nümunələri  aşkar  edilmişdi.  İberiyanın  və  Kaxetiyanın  orta  əsrlərdə 
fəaliyyət  göstərən  şəhərlərinin  beynəlxalq  ticarət  əlaqələrinin  ən  bariz 
göstəriciləri  sikkə  materiallarının,  Msxetdə  və  İberiyanın  digər  yerlərindən 
aşkar  edilən  və  Makedoniyalı  İsgəndərin  adından  zərb  edilən  stater 
nominalının  xüsusilə,  antik  dövrə  aid  yerli  oxşar  nümunələri  bu  faktı  sübut 
edir. Bu cür sikkələr daxili dövriyyədə e.ə. I əsrdən - eramızın II əsrinə qədər 
tamhüquqlu  tədavül  vasitəsi  olmuşdur.  Bu  staterlərlə  yanaşı,  Gürcüstanın 
erkən  orta  əsrlərində  fəaliyyət  göstərən  şəhərlərində  Qotarzın  adından  zərb 
edilən  draxmalar,  Avqustun  adından  buraxılan  denarilər  də  istifadə 
olunmuşdur.  Beynəlxalq  ticarət  əlaqələrinin  intensiv  olmasını,  həmçinin, 
Roma imperatorlarının  (Nerondan  Valeriana  qədər) hər  birinin adından zərb 
edilən sikkə nümunələri ilə göstərmək olar. 
Əhali  bu  şəhərlərdə  əkinçilik,  maldarlıq,  sənətkarlıqla  məşğul 
olmuşdur.  Aşkar  olunan  maddi  mədəniyyət  qalıqları  və  yazılı  məlumatlar 
İberiyanın bir hissəsinin Qafqaz Albaniyasının tərkibində olmasını sübut edir. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə