Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İlk orta əsr qəbir abidələri



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86
kitab20120427032409824

İlk orta əsr qəbir abidələri. 
İslama qədərki dövrün qəbir abidələrində 
vahid adət-ənənəyə təsadüf olunur. Ümumiyyətlə, ilk orta əsrlərdə dörd qrup 
qəbir  abidələrinə  təsadüf  edilir:  küp  qəbirləri,  katakombalar,  daş  qutular  və 
müxtəlif tip xristian qəbirləri. 
Son  vaxtlara  qədər  Azərbaycanda  küp  qəbirlərindəki  dəfn  adətinin 
eramızın  II  əsrinə  qədər  davam  etdiyi  güman  olunurdu.  Lakin  Şamaxının 
Bağırlı  kəndi  ərazisində  Şərgah  adlanan  yerdə  öyrənilmiş  küp  qəbirlər  bu 
dəfn adətinin Azərbaycanda VIII əsrədək davam etdiyini sübuta yetirdi. 
Şərgah  küp  qəbirləri  1-1,5  m  dərinlikdə  müxtəlif  istiqamətlərdə 
basdırılırdı. Əvvəlki dövrdə olduğu kimi, burada da ölülər bükülü vəziyyətdə, 
sağ  və  ya  sol  böyrü  üstə  qoyulmuşdur.  Şərgah  küp  qəbirlərindən  ilk  orta 
əsrlər üçün xarakterik maddi mədəniyyət qalıqları tapılmışdır. 
Şirvan  ərazisi  üçün  xarakterik  qəbir  abidələrinin  bir  qrupunu  da 
Xınıslıdan  aşkar  olunmuş  daş  qutu  qəbirləri  təşkil  edir.  Bu  qəbirlərin  dörd 
tərəfinə  daş  lövhələr  düzülmüşdür.  Yan  daşların  hündürlüyü  0,9,  uzunluğu 
6,6-2,6, eni 0,4-0,9 m-dir. Küp qəbirlərdə olduğu kimi, burada da skeletlərin 
vahid  istiqaməti  yoxdur.  Daş  qutu  qəbirlərdən  gil  qablar,  şüşə  və  metal 
predmetlər, bəzək əşyaları, həmçinin əmək alətləri tapılmışdır. 
İlk feodal dövrü qəbir tiplərindən biri də katakombalar olmuşdur. Orta 
əsr katakombaları əvvəlki dövrlərdəkindən öz quruluşuna görə fərqlənirlər. 


106 
 
İlk orta əsr katakombalarında kollektiv dəfn adətinə daha çox təsadüf 
olunur. Bəzən katakombalarda 15 skelet müşahidə olunur. Qəbir materialları 
azlıq təşkil edir. 
Albaniyada  xristianlıq  qəbul  edildikdən  sonra  qəbir  adətlərində  də 
xristianlaşma müşahidə olunur. Xristian qəbirləri həm torpaqda qazılır, həm 
də daş qutu formasında düzəldilirdi. Hər iki növ qəbir tipi Qafqaz Albaniyası 
üçün  səciyyəvidir.  Xristian  qəbirləri  üçün  ən  orijinal  formalardan  biri  daş 
sənduqələrdir.  Qəbələ,  Şəki,  Bərdə,  Tərtər,  Ağdam,  Dağlıq  Qarabağ 
ərazilərində  müşahidə  olunmuş  bu  abidələr  ağ  daşdan  yonulub,  ağzı 
qapalıdır.  Uzunluğu  əsasən  1,7  m,  eni  48-50  sm-dir.  Xristian  qəbirlərində 
ölünü  arxası  üstə,  əlləri qarın  boşluğunda  çarpazlaşmış halda  dəfn  etmişlər. 
Bu  qəbirlərdə  xırda  bəzək  əşyaları  nəzərə  alınmasa,  başqa  avadanlıq 
tapılmamışdır. 


107 
 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə