31
küplərin qalıqlarını və mikrostratiqrafiyasını izləməyə imkan yaradır. Qazıntı
yerində materialın işlənməsinin başqa metodları da var. Məs., bütöv küplərin
qeydə alınması, torpağın yuyulması və s.
Bu cür metodların çoxalması tədqiqat obyektlərinə yeni baxış açır.
Xarici, mədəni əlamətlərin əvəzinə daxili əlaqələr üzə çıxarılır. Hər bir
sümüyün tərkibi, texnoloji kirəmit qruplarının yayılması və s.
Məlumatların işlənməsində digər istiqamət qrafik bərpa üsuludur. Bu
üsul abidənin xarakterik keyfiyyətlərini nəzərə alır. Bu cür məsələlər Adope
Photoshop, Autodesk (Autodesk Land Desktop) proqramlarının köməyi ilə
həyata keçirilir.
Qazıntı zamanı aşkar edilmiş bütün tapıntıların təsvirinin verilməsi
abidənin bütövlükdə ilkin görünüşünün bərpasına gətirib çıxarır. Statistik
işləmlərin nəticələri də keyfiyyətli əlamətlərə çevrilə bilər.
Kütləvi artıqlarla doldurulmuş arxların qazıntıları zamanı bəzi
çətinliklər meydana çıxır. Adətən, arxeoloji material qazıntılar zamanı
kirəmit, sümük və daşla dolu "çanta"nı xatırladır. Çətinlik isə ondan ibarətdir
ki, çöl şəraitində qazıntılarda koordinat sistemindən istifadə olunur. Buna
görə də, bütün daxili əlaqələr haqqında suallar proqram vasitəsilə
aydınlaşdırılır. Qaydalara görə iş aşağıdakı ardıcıllıqla aparılmalıdır:
1.
Materialın çöl şəraitində qeydə alınması.
2.
Materialın kamera şəraitində işlənməsi.
3.
Əlamətlər proqramının işlənib hazırlanması.
4.
Əldə olunmuş nəticələrin Autodesk proqramına köçürülməsi.
Autodesk proqramı (özündə 3D proyektinin imkanlarını birləşdirən və
AutoCad proqramı əsasında hazırlanan AndDesktop) Bu proqram
məhsulunun özəlliyi yüksək arsenal funksiyasına malik olmasıdır. Ərazinin
relyefinin verilməsi, coğrafi redaktordan təsvirlərin (ağac, daş, sütunlar)
köçürülməsi, üçölçülü qrafika və bir çox digərləri bu qəbildən olan
funksiyalara aiddir. Beləliklə, arxeoloji materialların öyrənilməsində yeni
metodlardan istifadənin nəticələri aşağıdakılardır:
1.
Bilgisayarın istifadəsi çoxlu miqdarda əlamətlərin işlənməsinə
şərait yaradır.
2.
Çöl şəraitində arxeoloji materialların qeydə alınma üsullarının
inkişafı.
3.
Laborator şəraitdə materiallardan maksimal dərəcədə məlumatların
əldə olunması. Bu, arxeoloji abidəni sonrakı tədqiqat mərhələsinə hazırlamaq
üçün ən vacib və əsas mərhələ hesab olunur.
Məlumatların işlənməsi üçün bir-biri ilə əlaqəli iki istiqamət əsas
götürülür: bütün əlamətlərin kəmiyyət əlamətlərinin keyfiyyət əlamətləri ilə
əvəzlənməsi.
Dostları ilə paylaş: