|
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gürcüstanın və Şimali Qafqazın daş dövrükitab201204270324098242. Gürcüstanın və Şimali Qafqazın daş dövrü
arxeoloji abidələri
Qafqazda daş dövrü abidələrinin izlərinin axtarışlarına Tbilisi
ərazisində keçirilmiş V Arxeoloji Qurultayın tədqiqat işlərinə hazırlıq
mərhələsində, 1881-ci ildə başlanmışdır. Lakin Qafqazın paleolit dövrünün
araşdırılmasının ilk addımı kimi 1898-ci ildə fransız alimi Cozef de Bay
tərəfindən Şimali Qafqazda-Krasnodar yaxınlığında İl adlı Mustye
düşərgəsinin aşkar edilməsi qəbul olunur. Paleolit dövrü abidələrinin Cənubi
Qafqazda açılması isə bir qədər sonra, fransız alimi Jak de Morqanın Qərbi
Azərbaycan ərazisinə səfəri ilə əlaqələndirilir. Ümumiyyətlə, Qafqazın
paleolit dövrü abidələrini araşdıran arxeoloqların işini dörd əsas mərhələyə
bölmək olar:
I mərhələ
XIX əsrin sonlarından 1934-cü ilə qədərki dövrü əhatə edir
və daha öncə aşkar olunmuş abidələrin tədqiqatı ilə xarakterizə olunur. 1925-
ci ildə S.Zamyatn II düşərgəsində araşdırma işlərinə yenidən başlayır.
Dostları ilə paylaş: |
|
|