Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

197
Yanır kirpiklərdə yaş.
Yanır arzu, murad, təlaş
Ömrün yoludur yanan qarşımızda
1
.
Görkəmli şair Əli Kərimin “Xirosimada məktəbsiz qız” 
şeirində həmin faciədən ağır xəsarət aldığı üçün məktəbə 
gedə bilməyən qızın nisgili ifadə olunmuşdur. Şair xəstə-
lik ucbatından məktəbdən uzaq düşən, lakin oxumaq ar-
zusunda olan qızın həyəcanlarını çox təbii şəkildə dilə gə-
tirmişdir. Heç vaxt Yaponiyada olmayan, Xirosima faciəsi 
haqqında qəzetlərdən, kitablardan oxuyan Əli Kərim “Xi-
rosimada məktəbli qız” şeirində sanki həmin ölkədə olub, 
qələmə aldığı məktəb şagirdlərinin iztirablarını yaxından 
müşahidə etmiş şair kimi təqdim edilən motivi bütün tə-
biiliyi ilə canlandıra bilmişdir:
...Eşidir zəngi birdən
Yenə uçur məktəbə.
...Ağlağan könlün adı
Jurnalda yoxdur yenə.
Neçə il bir sinifdə qalır
Qızın ürəyi,
Ürəklərin kövrəyi,
...Nə danışar, nə dinər.
...Gah da ümidsizliyin,
 Qəmin təkinə yenər.
Ona dərman verərlər,
Dərman xəstələnər.
Sənin loğmanın ollam,
Mənim məktəbsiz balam.
2
1
 Fikrət Qoca. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb”, 2004, səh.15
2
 
Əli Kərim. Seçilmiş əsərləri. Bakı, “Lider” nəşriyyatı, 2004, səh.125-126


198
Tarix elmləri doktoru, professor Şahin Fazilin «Yaponi-
ya səfərnaməsi» əsəri tanınmış alimin Gündoğar ölkəyə 
zəngin səfər təəssüratlarına həsr olunmuşdur. Bu, Azər-
baycan ədəbiyyatında Yaponiya haqqında ilk səfərnamə-
dir.  Bundan  əvvəl  2007-ci  ildə  Şahin  Fazilin  Yapon  şeir 
ənənəsi üstündə köklənmiş «Azərbaycan haykıları» kita-
bı oxuculara çatdırılmışdır. Yapon ədəbiyyatına və Gün-
doğar ölkənin tarixinə, adət-ənənələrinə dair geniş elmi 
təsəvvürü olan Şahin Fazilin «Yaponiya səfərnaməsi» janr 
baxımından şeirlə nəsrin növbələşməsi əsasında yazılmış 
dastan təəəssüratı yaradır. Şahin Fazil 15 dekabr 2008-ci 
ildən 18 fevral 2009-cu ilədək Yaponiyanın Senday şəhə-
rindəki Tohoku Universitetində Azərbaycan tarixinə dair 
mühazirələr  oxumuş,  ölkənin  müxtəlif  şəhərlərində  gö-
rüşlərdə olmuş, zəngin təəssüratlar yaşamışdır. «Yaponi-
ya səfərnaməsi» Gündoğar ölkəyə həsr olunmuş qiymətli 
mənbədir. Kitabda Yaponiya haqqında şeirlər də öz əksi-
ni tapmışdır. «Gündoğar ölkə» şeirində Yaponiya günə-
şin övladı kimi dünyaya gələn işıqlı ölkə kimi tərənnüm 
olunmuşdur. «Yaponlar» rədifli qəzəlində «Aləmlə girib 
bəhsə  fərasətli  yaponlar,  Heyrətdə  qoyur  aləmi  heyrətli 
yaponlar» kimi misralarda Yapon xalqı özünəməxsuslu-
ğu məharətlə vəsf edilmişdir. «Samuraylar» qəzəlində isə 
Şahin Fazil yapon xalqının milli-mənəvi dəyərlərini şeirlə 
canlandırmışdır:
Mərd adlarını tarixə salmış samuraylar,
Bir çox xəzərin üstünü almış samuraylar.
…Onlarda «Busido» deyilən ruh yaşamaqda,
Ruh ilə coşub ərşə ucalmış samuraylar. 


199
…Hifz eyləyərək «mərd», «igid» ismini, Şahin,
 Tarix kitabında belə qalmış samuraylar.
1
 
Şahin  Fazilin  «Yaponiya  səfərnaməsi»  əsəri Azərbay-
can xalqının Gündoğar ölkəyə hörmət və ehtiramının ifa-
dəsidir. 
Artıq Azərbaycanda Yapon ədəbiyyatının tədqiqi sahə-
sində də addımlar atılmaqdadır. Bu barədə ilkin araşdır-
malara dair məqalələrlə yanaşı, geniş həcmə malik elmi 
əsərlər  də  nəşr  olunaraq  ictimaiyyətə  çatdırılıb.  Naxçı-
van Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə 
doktoru  Xumar  Məmmədovanın  «Yapon  ədəbiyyatının 
inkişaf  yolu»  kitabı  bu  istiqamətdə  meydana  çıxmış  bi-
rinci  monoqrafik  əsərdir.  Kitabda  Yapon  ədəbiyyatının 
qədim  dövrdən  müasir  mərhələyə  qədərki  inkişaf  yolu 
bu ədəbiyyatın görkəmli yaradıcılarının xidmətləri geniş 
təhlil olunmuşdur. Xumar Məmmədovanın kitabı Yapon 
ədəbiyyatını öyrənənlər üçün əhəmiyyətli bir bələdçidir.
2
 
Beləliklə, Azərbaycan-Yaponiya ədəbi əlaqələri ölkənin 
genişlənən əlaqələri ilə birlikdə inkişaf edir. Göründüyü 
kimi, Azərbaycan-Yaponiya ədəbi əlaqələri geniş imkan-
lara  malik  olan  əhəmiyyətli  bir  problemdir.  Fikrimizcə, 
bu mövzuda müstəqil bir elmi-tədqiqat işi yazmaq müm-
kündür. Azərbaycan ədəbiyyatında Yaponiya mövzusu ilə 
yanaşı, yapon bədii fikrində Azərbaycan mövzusuna mü-
raciət  məsələsi  də  araşdırılıb  öyrənilməlidir.  Yapon  ədə-
biyyatından  Azərbaycan  dilinə,  yaxud  əksinə,  Azərbay-
can ədəbiyyatından yapon dilinə edilmiş tərcümə əsərləri 
1
 Şahin Fazil, Yaponiya səyahətnaməsi. Bakı, Elm və təhsil», 2001.səh.184
2
 
Bax: Xumar Məmmədova. Yapon ədəbiyyatının inkişaf yolu. Naxçıvan, «Əcəmi», 2014


200
də ölkələrarası ədəbi əlaqələrin xüsusi bir istiqaməti kimi 
mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə  Azərbaycan-Yaponiya  əlaqələri  cəmiyyət 
həyatının bütün sahələrini əhatə edən və daim inkişafda 
olan real bir prosesə çevrilmişdir. Bu əlaqələr yeni epoxa-
da hər iki ölkə üçün, geniş mənada, beynəlxalq aləm üçün 
faydalı olan əhəmiyyətli hadisədir. 
ƏSAS MƏNBƏLƏR
1.  Azərbaycan Respublikasının Prezidenti Heydər Əli-
yevin  Yaponiyaya  səfəri.  «Azərbaycan»  qəzeti,  27 
fevral 1998-ci il
2.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-
vin Yaponiyaya səfəri. «Azərbaycan» qəzeti, 8 mart 
2006-cı il
3.  Abbasbəyli Ağalar. Dünya siyasəti. Bakı, “Nurlar”, 
2011
4.  Abbasov C.M. Azərbaycanın dünya inteqrasiya yol-
ları. Bakı, «Elm», 2014
5.  Arif  Abdullazadə.  Od  nə  çəkdi.  Bakı,  «Azərnəşr», 
1960
6.  Budaq  Budaqov.  Nəbi  Xəzri  kəhkəşanı.  Bakı,  «Li-
der», 2004
7.  Fikrət  Qoca.  Seçilmiş  əsərləri.  Bakı,  «Şərq-Qərb», 
2004
8.  Əli Kərim. Seçilmiş əsərləri. Bakı, «Lider», 2004
9.  Kaori Shoji. Tokio görüntüləri (ingilis dilində). Ya-
poniya, Tokio. 2007


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə