Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə78/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

300
 
NƏTİCƏ
Göründüyü  kimi,  XX  əsrin  ikinci  yarısından  etibarən 
dünyanın  siyasi  mənzərəsi  dəyişmiş  və  yeniləşmişdir. 
Əgər keçən yüzilliyin birinci yarısında beynəlxalq aləmdə 
münasibətlər sistemi Amerika Birləşmiş Ştatları və Sovet-
lər İttifaqı qütbləri ilə müəyyən edilirdisə, İkinci Dünya 
Müharibəsindən, xüsusən də SSRİ-nin «Xruşov mərhələ-
si»ndən  sonra  dünyanın  siyasi  xəritəsində  böyük  dəyi-
şikliklər  baş  vermiş,  yeni  qüvvələr  formalaşmışdır.  Çin 
Xalq Respublikasının yer kürəsinin mühüm güc mərkəz-
lərindən  birinə  çevrilməsi  ilə  dünyada  siyasi  qütbləş-
mənin yeni epoxası başlanmışdır. Xüsusən, SSRİ ilə Çin 
Xalq  Respublikasının  münasibətlərinin  yaxınlığı,  hətta 
bu dövlətlərin bir çox məqamlarda eyni mövqedən çıxış 
etmələri beynəlxalq geosiyasi vəziyyətdə fərqli mənzərə-
ni  meydana  qoymuşdur.  Beləliklə,  sözün  həqiqi  məna-
sında Asiyanın yeni oyanışı epoxası başlanmış və inkişaf 
etmişdir. Yaponiyanın dünyanın iqtisadi cəhətdən güclü 
ölkələri sırasına çıxması ilə Asiya təkcə qitə olaraq deyil, 
həm də siyasi qütbləşmədə əhəmiyyətli tərəf səviyyəsinə 
çıxmaq imkanı qazanmışdır. Artıq XX əsrin yetmişinci il-
lərindən etibarən beynəlxalq aləm Çin möcüzəsi, inkişa-
fın Yaponiya modeli anlayışlarını qəbul etməli olmuşdur. 
Artıq dünya bazarında Çin və Yaponiya istənilən Avropa 
dövləti ilə rəqabətdə böyük üstünlük əldə edə bilmişdir. 
Daha sonra Koreya Respublikasının böyük iyirmilik döv-
lətləri sırasında əhəmiyyətli yer tutması ilə Asiya qitəara-

301
sı mənzərədə daha ağır çəkiyə çevrilmişdir. Son dövrlər-
də Malaziyanın və Sinqapurun sürətlə inkişaf edərək bir 
iqtisadi səviyyə nümayiş etdirməsi ilə bütövlükdə Asiya 
ön  mövqeyə  çıxmışdır.  Hindistanın  müstəqillik  əldə  et-
məsi, Pakistan İslam Respublikasının yaranması, Vyetna-
mın  azadlıq  qazanması  və  birləşməsi  nəticəsində Asiya 
dünyada yeni siyasi tarazlığın əsas cazibə qüvvəsi statu-
su almışdır. Bütün bunlar dünyada həmin iqtisadi proses-
lərə, həm də siyasi gedişata ciddi surətdə təsir etmək im-
kanlarına malik olan yeni Asiyanı meydana çıxarmışdır. 
Artıq siyasi təfəkkürdə də, iqtisadi anlayışlarda da fərqli 
bir Asiya  obrazı  yaranmışdır.  Beynəlalq  münasibətlərin 
tənzimlənməsində  və  inkişaf  etdirilməsində  Asiya  çox 
fəal və yaxından, həm də əsas söz sahiblərindən biri kimi 
iştirak edir. Dünyada hərb və sülh, inkişaf və müasirləş-
mə  məsələlərində  Asiya  nəinki  «məşvərətçi»  statusun-
dan bərabərhüquqlu tərəf hüququ qazanmaq səviyyəsinə 
çatmış, hətta bir sıra məsələlərdə həlledici faktora çevrilə 
bilmişdir. Həm də müstəmləkəçilikdən, siyasi əsarətdən 
xilas olmuş Asiya ölkələri əsasən iqtisadi cəhətdən, texno-
logiya baxımından inkişaf etməyə üstünlük verdiyi üçün 
sülhsevərlik nümayiş etdirməklə də böyük nüfuz qazan-
mağa  nail  olmaq  yollarında  möhkəm  addımlar  atırlar. 
Dünya  əhalisinin  yarıdan  çoxunun  beş  qitədən  birində 
– Asiyada cəmləşməsi də bu qitənin cazibə qüvvəsini ar-
tırmışdır. Artıq Asiya ölkələri beynəlxalq münasibətlərin 
ön sırasında çıxış edən ciddi, əhəmiyyətli dövlətlərdirlər. 
Bütün bunlara görə Asiya qitəsini, Asiya ölkələrini öyrən-
mək  müasir  dünya  siyasətini,  beynəlxalq  münasibətlə-

302
rin yeni mənzərəsini dolğun, əhatəli və obyektli şəkildə 
təsəvvür etməkdə mühüm əhəmiyyətə malikdir. 
Məlum olduğu kimi, dünyanın beş qitəsindən biri olan 
Asiyada yerləşən ölkələr və xalqlar qədim tarixi ənənələrə 
malikdir. Asiya xalqlarının tarixində və taleyində həmin 
xalqların əsrlər boyu formalaşmış özünəməxsus ənənələri 
mühüm yer tutur. Asiya xalqları milli-mənəvi dəyərlərini 
qoruyub saxlamaları və yaşadıb daha da möhkəmləndir-
mələri ilə səciyyələnirlər. Asiyada dünya sivilizasiyasının 
bir çox böyük hadisələrinin baş verməsində də bu qitənin 
xalqlarının  digər  mədəniyyətlərlə  dialoqu  xüsusi  önəm 
daşımışdır. 
Böyük İpək yolunu Asiyanın qutaracağı hesab edənlər 
mədəniyyətin,  sivilizasiyaların  Qərbdən  ixrac  olunma-
sı  nəzəriyyəsinin  tərəfdarlarıdırlar.  Bu  nəzəriyyə  uzun 
müddət dünyada sivilizasiyalara baxışda Qərb doktirina-
sı  kimi  birmənalı  olaraq  qəbul  edilmişdir. Lakin  XX  əs-
rin axırlarından etibarən Asiyanı Böyük İpək Yolunun iki 
başlanğıcından biri hesab olunması mülahizələri daha ge-
niş dairədə yayılmaqdadır. Bütün hallarda artıq Asiyanın 
bir çox böyük sivilizasiyaların əsas mərkəzlərindən olma-
sı mübahisə doğurmur. Indi Çin sivilizasiyası dedikdə bu 
nəhəng ölkənin XX əsrin ikinci yarısından sonrakı dövr-
dəki sürətli inkişafı deyil, qədim dövr və orta əsrlərdən 
etibarən həmin ölkədə baş vermiş möhtəşəm siyasi-iqti-
sadi və etnik-mədəni intibahı da diqqət mərkəzinə çəkilir. 
Yaxud da inkişaf etmiş Yaponiyanın yalnız XX əsrin ha-
disəsi kimi yox, çoxəsrlik ənənələrə malik olan samuray 
mədəniyyətinin müasir ideyalarla qovuşması, zənginləş-
məsi əsasında meydana çıxması elmi surətdə isbat olunur.

303
Bütün bunlarla bərabər, XX əsrin dünya miqyasında ən 
böyük hadisəsi Asiyanın oyanması hesab olunur. Oyan-
mış  Asiya  son  yüzillikdə  dünyanın  yenidən  qurulma-
sında  və  inkişafında  mühüm  rol  oynamışdır.  XXI  əsrdə 
Asiya öz inkişafının miqyasına görə planetin ən mühüm 
hadisəsinə çevrilmişdir. İndi Çin Xalq Republikası, Yapo-
niya, Cənubi Koreya, Malaziya, Sinqapur yer kürəsində 
müasir inkişafın yeni modellərini dünyaya təqdim edir. 
Artıq  dünya  siyasətini,  beynəlxalq  münasibətləri  Asiya 
faktorunu  nəzərə  almadan  təsəvvür  etmək  qeyri-müm-
kündür.  Birləşmiş  Millətlər  Təşkilatında  Asiya  ölkələri-
nin xüsusi yeri və mövqeyi vardır. Bundan başqa, Asiya 
dövlətlərinin, xüsusən də Cənubi-Şərqi Asiya ölkələrinin 
özlərinin də fəaliyyətlərinin əlaqələndirən və inteqrasiya-
sını tənzimləyən ASEAN kimi böyük regional təşkilatları 
mövcuddur.
Hazırda dünyada qlobal böhrandan və onun təsirlərin-
dən  beynəlxalq  aləmdə  geniş  bəhs  edildiyi  dövrdə Asi-
yanın  iqtisadi  dirçəlişinə  xüsusi  diqqət  yetirilir.  İqtisadi 
inkişafda  Çin  möcüzəsi  dünyanı  heyrətə  salmışdır.  XX 
əsrin əvvəllərində geridə qalmış ölkələrin sıralarında adı 
çəkilən Çin artıq yarım əsrdən çoxdur ki, iqtisadi fırtına-
lar ölkəsi olaraq qəbul edilir. İkinci dünya müharibəsində 
əhalisinin  böyük  bir  hissəsi  darmadağın  edilmiş  Yapo-
niya, hazırda yer üzündə müasir inkişafa nümunə kimi 
təqdim olunur. İnformasiya texnologiyalarının inkişafına 
görə Asiyanın kiçik dövlətləri: Cənubi Koreya, Malaziya, 
Tailand,  Sinqapur,  İndoneziya  Qərbin  böyük  dövlətləri 
ilə rəqabət apara bilirlər. İndi dünya da daha geridə qal-
mış Asiya təsəvvürü yox, böyük intibahın Asiya modeli 

304
haqqındakı qənaətlər geniş yayılmışdır. Asiyadaki iqtisa-
di inkişaf öz növbəsində elm, təhsil və mədəniyyət sahə-
sindəki sıçrayışı formalaşdırmışdır. Beləliklə, böyük iqti-
sadi-mədəni potensial Asiyanın beynəlxalq münasibətlər-
dəki üstün mövqeyini də meydana çıxarmışdır. XX əsrin 
ikinci yarısından etibarən inteqrasiyaya xüsusi diqqət ye-
tirmiş Asiya bu gün beynəlxalq əlaqələr baxımından dün-
ya ölkələrinin marağında əsas yer tutur. 
Asiya-beynəlxalq münasibətlərin tənzimlənməsinə bö-
yük töhfə verən qüvvədir. 
Asiya -dünya siyasətinin əsas mərkəzlərindən biridir.
Asiya -böyük iqtisadi fırtınalar məkanıdır. 
Elm , təhsil, texnologiya müasir Asiyanın əsas sərvətləri 
sırasında böyük yer tutur. 
Bir sözlə, Asiya özünün tarixi inkişafının yeni epoxasını 
yaşamaqda davam edir. 

305
ƏDƏBİYYAT
1.  Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir  (çıxışlar, 
nitqlər, bəyanatlar, məktublar, müsahibələr). I kitab. 
Bakı, «Azərnəşr», 1997
2.  Алиев  И.  Каспийская  нефть  Азербайджана. 
Москва, 2003
3.  Аббасбяйли  А.  Внешняя  политика  Российской 
Федерации в XXI веке. Баку, 2005 
4.  Abbasbəyli A. Dünya siyasəti. Bakı, “Nurlar”, 2011 
5.  Abbasov C.M. Azərbaycanın dünya iqtisadiyyatına 
inteqrasiyası yolları. Bakı, «Elm», 2014
6.  Abdullazadə A. Od nə çəkdi. Bakı, «Azərnəşr», 1960
7.  Арыстанбекова  А.  Глобализация.  Объективная 
логика  и  новые  вызовы.  //  «Международная 
жизнь», 2004, №4-5, с.54-65
8.  Арин О. Азиатско-Тихоокеанский регион: мифы, 
иллюзия и реальность. Москва, 1997
9.  Azərbaycan-Çin: Dostluq sərhədləri aşır. Bakı, 2000
10. Barzilai Аmnon. АДарк Secret Love Affair. Univer-
sity of Visconcin. Retrieved 19 febraury 2011
11. Бжезинский  З.  Выбор:  мировое  государство  и 
глобальное лидерство, Мoсквa, 2005 
12. Бжезинский З. Bеликая шахматная доска
13. Budaqov  B.  Nəbi  Xəzri  kəhkəşanı.  Bakı,  «Lider», 
2004
14. Dünya  ölkələri  (tərtib  edəni  H.Səmədov).  Bakı, 
«KM», 2013

306
15. Desker  V.M.,  Ocman  S.  Rajaratnam  on  Sinqapore: 
form ideas to reality. Sinqapur, 2006
16. Джеймс Л. Мак Клейн. Япония. От Сегуната до 
Токуявы – в XXI век. Москва, АСТ, 2007 
17. Ekrem E. Çinin Orta Asiya politikaları. Ankara, Hoca 
Ahmed Yesevi Uluslararası Türk-Kazak Universite-
ti, 2011
18. Евдакимова А.А. История стран Востока в новое 
время. Россия. Ростов на Дону. «Феникс», 2001 
19. Əli Kərim. Seçilmiş əsərləri. Bakı, «Lider», 2004
20. Fidan C. Çin-Arap dünyası ilişkileri. Eski köyə yeni 
adət. Türkiyə
21. Fikrət  Qoca.  Seçilmiş  əsərləri.  Bakı,  «Şərq-Qərb», 
2004
22. Фортинатов  В.  История  мировых  цивилизаций. 
Москва-Санкт-Петербург, «Питер», 2011 
23. Гасанов  А.  Современные  международные 
отношения и внешняя политика Азербайджана. 
Баку, «Şərq-Qərb», 2007 
24. Qasımlı  M.  Azərbaycan  beynəlxalq  münasibətlər 
sistemində. Bakı, «Gənclik» 1996
25. Qasımlı  M.  Azərbaycanın  xarici  siyasəti.  Bakı, 
«Mütərcim», 1997
26. Qaraqoyunlu  M.  Ümumi  coğrafiya.  Bakı,  «Oka/of-
set», 2012
27. Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər. New-
times.az  analitik  informasiya  portalının  məqalələr 
toplusu. Bakı, 2013
28. Henry Kisincer. Diplomaty. Simon Schuster, 1995
29. Həbibbəyli İ. Azərbaycan-Cənubi Koreya əlaqələrin-

307
də Naxçıvan. Kimçonq Universiteti. «Elmi əsərlər», 
2012, №12
30. Hillari Klinton. Hard choises. Pengnim, 2014
31. 3Yılmaz S. Yüksələn güc. Çinin güvenlik politika və 
stratejileri. Strateji Araşdırma dərgisi. Türkiyə, An-
kara, 2008. №1-2
32. Япония от Айкудо до Акимоти. Москва, «Восток-
Запад», 2007
33. Капица 
М.С., 
Малетин 
Н.Р. 
Сукарно: 
политическая биография. Москва, «Мысль», 1980
34. Kaori Shoji. Tokio görüntüləri (ingilis dilində). Ya-
poniya, Tokio, 2007
35. Кобoлев К. Въетнам в системе новых политических 
отношений  в  Юго-Восточной  Азии.  Интернет 
журнал. РАУ, 2010, №25
36. Краткий  политический  словарь.  Москва, 
«Политическая литература», 1988
37. Ли Киан Ю. Сингапурская история: из третьего 
мира в первый. Москва, 2005 
38. Manafova M. Azərbaycanın Şərqi Asiya ilə mədəni 
əlaqələri. Bakı, 2008
39. Мартин Гастингс. Въетнам. Москва, «БАНР», 2008
40. Məmmədov N. Xarici siyasət: reallıqlar və gələcəyə 
baxış. Bakı, 2013
41. Məmmədov N. Geosiyasətə giriş. Bakı, «Azərnəşr», 
2001
42. Məmmədova  X.  Yapon  ədəbiyyatının  inkişaf  yolu. 
Naxçıvan, «Əcəmi», 2014 
43. Mehriban Sultan. Yaponiya səfəri maraqlı görüşlərlə 
zəngin olub. «Azərbaycan müəllimi» qəzeti, 18 may 
2012-ci il 

308
44. Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, I cild (müəl-
limlər kollektivi). Bakı Universiteti nəşriyyatı, 2007
45. Milli strategiyalar, ideologiyalar və beynəlxalq mü-
nasibətlər:  tarix,  nəzəriyyə  və  müasir  praktikalar 
(məqalələr). Bakı, «Elm», 2012
46. Musabəyov R. Uzaq Şərq yaxın olur. «Region plyus» 
jurnalı, 2014, №6
47. Nəbi Xəzri. Son illərin sətirləri. Bakı, «Gənclik», 1975 
48. Образ Японии. Токио, 2000
49. Пахмутова  М.А.  Политика  Китая  в  странах 
арабского Востока. Москва, 2013
50. Rəsul  Rza.  Seçilmiş  əsərləri.  5  cilddə,  I  cild.  Bakı, 
«Azərnəşr», 2002
51. R.İsmayıl, N.Axundova. Asiya və Afrika ölkələrinin 
çağdaş tarixi. Bakı, «Çaşıoğlu», 2001
52. Səmədzadə  Z.  Çin  qlobal  dünya  iqtisadiyyatında. 
Bakı, 2009
53. Seyidov  E.  Azərbaycan-Çin  münasibətləri.  Bakı, 
2007
54. Создание  зоны  свободной  торговли  Китай-
АСЕАН. Интернет, 2010
55. Страны мира. Энциклопедия. Москва, 2006
56. Şahin Fazil. Azərbaycan haykuları. Bakı, «Təknur», 
2007
57. Şahin Fazil. Yaponiya səyahətnaməsi. Bakı, «Elm və 
təhsil», 2011
58. Шюулин  Гао.  Глобализация.  Взгляд  из  Китае. 
«Азия и Африка сегодня», №11, 2004, №9
59. Тахир  Салахов  (альбом).  Москва,  «Советский 
художник», 1986 

309
60. Талыбов 
Рза. 
Японо-Азербайджанское 
сотрудничество на современном этапе. Баку, 2005
61. Talıbov  R.  Əpono-azerbaydjanskoe  sotrudniçestvo 
na sovremennom gtape. Baku, «Çaşıoğlu», 2005
62. Talıbov  R.  Azerbaycan-Yapon  əməkdaşlığı.  Bakı, 
«Elm və təhsil», 2009 
63. Тураев  Б.А.  Глобальные  вызовы  человечества. 
Москва, 2002
64. Уткин  А.  Единственная  сверхдержава.  Москва, 
«Алгоритм», 2003 
65. Уткин  А.  Подъем  и  падение  Запада.  Москва, 
«АСТ», 2008
66. Василенко Н.А. Геополитика современного мира. 
Москва, 2006
67. Володин  Д.  США,  Китай  и  новое  военно-
стратегическое управление АТР, Москва, 2006
68. Воронова Т.А. Ле Ань Куан. Внешнеэкономическое 
сотрудничество  Въетнама  со  странами  АСЕАН. 
«Российский  внешнеэкономический  вестник», 
Москва, 2012, №8
69. Васильев Л.С. История Востока, том I-II. Москва, 
«Юрайт», 2011 

310
«
Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir Məmmədli
Dizayn: 
Zahid Məmmədov
Texniki redaktor: 
Günay Əmirova
Çapa imzalanmış 06.06.2015
Şərti çap vərəqi 19.5. Sifariş № 03
Kağız formatı 70x100 1/16. Tiraj 500
Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində çap olunmuşdur.
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

311
Qeyd üçün
_______________________________________________________________

312

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə