Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə77/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

296
ribəsində qalib gələndən sonra bütün SSRİ, o cümlədən 
Azərbaycan  neft  və  qaz  hasilatı  və  emalında,  Bakıdakı 
kimi güclü neft sənayesi zonaları yaradılmasında Vyetna-
ma kömək etmişdir”. Bundan əlavə, Vyetnam prezidenti 
sovet  dövründə  Heydər  Əliyevin  Vyetnama  səfərindən 
bəhs edərək ölkədəki quruculuq işlərində onun Vyetnam 
xalqını dəstəklədiyini də qeyd etmişdir.
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əli-
yev  də  öz  növbəsində  iki  ölkə  arasında  münasibətlərin 
inkişaf  etdiriləcəyi  və  müxtəlif  sahələrdə  əməkdaşlıqla 
bağlı konkret tapşırıqlar verildiyi haqqında danışmışdır 
(“Vyetnam Prezidenti Truonq Tan Sanq tərəfindən İlham 
Əliyevin  şərəfinə  dövlət  ziyafəti  verilmişdir”,  19  may, 
2014- president.az/articles/11770).
Azərbaycan  Respublikası  Prezidentinin  Vyetnama  bu 
səfəri  məhsuldar  və  konstruktiv  səfər  hesab  edilə  bilər. 
Əslində  bu  səfər  Azərbaycanın  son  illərdə  aktivləşən 
Vyetnam siyasətində zirvə nöqtəsidir. Belə ki, İlham Əli-
yevin  bu  səfəri  iki  ölkə  arasında  münasibətlərdə  dövlət 
başçısının  ilk  səfəri  idi.  Səfər  çərçivəsində  ölkələrimiz 
arasındakı  münasibətlərdə,  demək  olar,  bütün  sahələr 
müzakirə edilmiş və bir sıra mühüm əhəmiyyətli sənəd-
lər imzalanmışdır. İmzalanan sənədlər dövlətlər arasında 
münasibətlərin inkişafını daha da möhkəmləndirmişdir. 
Belə ki, Azərbaycan Prezidentinin Vyetnama səfəri çərçi-
vəsində “Azərbaycan Respublikası hökuməti və Vyetnam 
Sosialist Respublikası hökuməti arasında ticarət-iqtisadi, 
elmi-texniki əməkdaşlıq haqqında saziş” və “Azərbaycan 
Respublikası hökuməti və Vyetnam Sosialist Respublika-
sı hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə 
münasibətdə  ikiqat  vergi  tutmanın  aradan  qaldırılması 


297
və  vergidən  yayınmanın  qarşısının  alınması  haqqında 
Konvensiya”  imzalanmışdır.  Bir  sözlə,  səfər  gedişində 
aparılan danışıqlar və əldə edilən razılaşmalar sayəsində 
Azərbay can  və  Vyetnam  arasında  əlaqələrə  dair  bütün 
məsələlər əhatə olunmuş, gələcək genişmiqyaslı inkişafın 
əsası  qoyulmuşdur.  Bununla  belə,  qeyd  etmək  lazımdır 
ki,  karbohidrat  ixracı  iki  ölkə  arasında  münasibətlərdə 
xüsusi  yer  tutur.  2014-cü  ilin  may  ayının  18-də  ARD-
NŞ ilə Vyetnamın “Vyetnam Oyl and Qaz Qrup” şirkəti 
(“Petrovyetnam”) arasında Azərbaycanın quru ərazilərin-
də “Muradxanlı”, “Cəfər li” və “Zərdab” neft yataqlarının 
daxil olduğu blokun bərpası, kəşfiyyatı və hasilatın pay 
bölgüsü  haqqında  saziş  bağlanmışdır.  Bu  müqavilənin 
imzalanması ölkələrimiz arasında iqtisadi əlaqələrə yeni 
təkan vermişdir. Artıq həmin istiqamətdə işlərin başlan-
ması əlaqələrimizin inkişafında mühüm addımdır. 
Siyasi və ticarət-iqtisadi əlaqələrlə yanaşı, Azərbaycan 
ilə Vyetnam arasında mədəniyyət, idman, təhsil sahəsin-
də də əlaqələr genişlənməkdədir. İki ölkə arasında huma-
nitar  və  digər  sahələrdə  əməkdaşlığın  genişləndirilməsi 
istiqamətində addımlardan biri də Heydər Əliyev Fondu-
nun  prezidenti,  İSESKO  və  YUNESKO-nun  xoşməramlı 
səfiri Mehriban Əliyevanın Hanoy Ədəbiyyat Muzeyi ilə 
tanışlığı olmuşdur. Bu zaman Azərbaycanın birinci xanı-
mına məlumat verilmişdir ki, Ədəbiyyat məbədinin əsası 
1070-ci ildə İmperator Li Than Tonq tərəfindən qoyulmuş 
və  məbəd  Çin  alimi  Konfutsiyə  həsr  edilmişdir.  1076-cı 
ildə Ədəbiyyat məbədinin ərazisində Kral, dövlət qulluq-
çuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin öv-
ladlarının  təhsil  alması  məqsədilə universitet  -  İmperial 
Akademiya yaradılmışdır. Bu təhsil ocağı Vyetnamın ilk 


298
milli universiteti hesab olunur. Orta əsrlərdə dövlət im-
tahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları 
bu məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində 
qeyd olunmuşdur.
1
 
Qeyd etmək lazımdır ki, yeni tarixi epoxada keçirilmiş 
bu tədbirlər ötən əsrdə iki ölkə arasında əməkdaşlığın ye-
nidən bərpası və Azərbaycan-Vyetnam münasibətlərinin 
tarixinin müasir davamıdır. Ümumilikdə isə bu görüşlər 
və danışıqlar Azərbaycan dövlətinin Asiya siyasətinin is-
tiqamətlərindən birini təşkil edir. 
Ümumilikdə  isə  bu  görüşlər,  danışıqlar  imzalanan 
sənədlər  Azərbaycan  dövlətinin  Asiya  siyasətinin  is-
tiqamətlərindən  biri  kimi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Ümumiyyətlə, müstəqil münasibətlər qurulduqdan son-
ra ötən müddət ərzində iki ölkə arasında artıq qarşılıqlı 
əməkdaşlığın normativ-hüquq bazası yaradılmış, əlaqələ-
rin  istiqamətləri  və  formaları  müəyyənləşdirilmiş,  ilkin 
addımlar atılmışdır. Bütün bunlar Azərbaycan-Vyetnam 
əlaqələrinin  gələcək  inkişafına  nikbin  baxmağa  böyük 
əsas verir. 
ƏSAS MƏNBƏLƏR
1.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əli-
yev Vyetnamda dövlət səfərindədir. “Bakinskiy ra-
boçiy” qəzeti, 19 may 2014-cü il
2.  Abbasbəyli A. Rusiya Federasiyasının xarici siyasəti 
XX əsrdə (rus dilində). Bakı, 2005 
3.  Baxşəliyev  R.  Azərbaycan-Vyetnam  əlaqələri  yük-
1
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnamda dövlət səfərindədir. 
“Bakinskiy raboçiy” qəz., 19 may, 2014


299
sələn  xətlə  inkişaf  edir.  “Azərbaycan”  qəz.,  Bakı, 
2014, 22 may
4.  Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, “Nurlar”, 
2011
5.  İsmayılqızı X. İlham Əliyev: Mən əminəm ki, Azər-
baycan Vyetnam üçün regionda strateji tərəfdaş ola-
caq. “İki sahil” qəz., 2014, 22 may
6.  Коболев К. Въетнам в системе новых политических 
отношений  в  Юго-Восточной  Азии.  Интернет 
журнал, RAU, №25
7.  “Mən fəxr edirəm ki, azərbaycanlıyam: Ümummil-
li lider Heydər Əliyevin həyat və fəaliyyəti” (elekt-
ron resurs), Bakı: Regionların İnkişafı İctimai Birli-
yi, 2008, 57s.-http://filis.preslib.az/projects/toplu/v2/
fl_2.pdf
8.  Мартин Гастингс. Въетнам. Москва, «БАНР», 2008
9.  Укрепление  дружеских  отношений  между 
Въетнамом. Лаосом и Камбодже Женеве, 2014, 16 
феврал – http://vovworld.vn/ru. (14.08.2014)/
10. Уветов Р. История Въетнама епохи обновления – 
www.iposmsk.ru/lib/pdf/cvetov.pdf,s.1-18.
11. Василенко И.А. Геополитика современного мира. 
М.: Гардарики, 2006, 317 с.
12. Воронова  Т.А.,  Ле  Анъ  Куан.  Внешнеэкономи-
ческое  сотрудничество  Въетнама  со  странами 
ASEAN и направления расширения торгово-ин-
вестиционного  взаимодействия  //Российский 
внешнеэкономический вестник, №8, 2012, с.46-57
13.  Володин Д. США, Китай и новое военно-страте-
гическое уравнение в ATR //MG и MO, 2006, №2, 
с.74-81


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə