Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə70/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

268
Prezidenti  Vladimir  Putinin  Malayziyaya  səfər  etməsi 
dünyanın  diqqətinin  Malayziya  yönəlməsinə  səbəb  ol-
muşdur.  Xüsusə,  səfər  zamanı  hərbi  əhəmiyyətə  malik 
olan müqavilələrin imzalanması ciddi maraq doğurmuş-
dur. 
1999-2001-ci illərdə Malayziya BMT-nin üzvü kimi bu 
təşkilatın rəhbərliyi altında Bosniya, Anqola, Küveyt, Qər-
bi  Sahara  və  Liberiyada  keçirilmiş  sülhməramlı  əməliy-
yatlarda ölkənin silahlı qüvvələri iştirak etmişdir. Lakin 
burası da maraqlıdır ki, Malayziya İraqa və Əfqanıstana 
qoşunlarının göndərilməsinə razılıq verməmişdir. 
5.2. Azərbaycan-Malayziya ikitərəfli əməkdaşlığı
Keçmiş Sovetlər İttifaqı zamanı Azərbaycanla Malayzi-
ya arasında heç bir əlaqə olmamışdır. Ölkəmizin Malayzi-
ya ilə münasibətləri dövlət müstəqilliyi illərindən etibarən 
formalaşmağa başlamışdır. Malayziya 31 dekabr 1991-ci 
ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış-
dır. Lakin ölkələr arasındakı diplomatik əlaqələr 5 aprel 
1993-cu  ildə  yaradılmışdır.  Malayziyanın Azərbaycanda 
rəsmi  diplomatik  nümayəndəliyi  -  səfirliyi  isə  2014-cü 
ildə açılmışdır. Azərbaycan Respublikasının Malayziyada 
səfirliyinin açılması haqqında qərar isə 20 sentyabr 2005-
ci ildə verilmiş və 2006-cı ildən həmin ölkədə Azərbaycan 
səfirliyi fəaliyyətə başlamışdır. 
Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibət-
lər 13-14 dekabr 1994-cu ildə Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının 
Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş 7-ci 
Zirvə  Toplantısında  Malayziyanın  sabiq  Baş  naziri  Ma-


269
hatir bin Məhəmmədlə görüşündən sonra inkişaf etməyə 
başlamışdır.  Görüş  zamanı  iki  dövlət  arasında  ikitərəfli 
münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmış, 
hər iki dövlətin BMT və İKT çərçivəsindəki əməkdaşlığın-
dan razılıq ifadə edilmiş və gələcəkdə müxtəlif sahələr-
də  əməkdaşlığın  inkişaf  perspektivləri  müzakirə  olun-
muşdur. Bu tarixi görüş gələcək əlaqələrin mühüm siyasi 
təməlinə çevrilmişdir. 
Azərbaycanla  Malayziya  arasında  ikitərəfli  münasi-
bətlər  cənab  İlham  Əliyevin  Azərbaycan  Respublikası-
nın Prezidenti seçilməsindən sonra əməli fəaliyyətlə da-
vam etmişdir. Bu mənada 2006-cı il Malayziya-Azərbay-
can münasibətlərinin tarixində daha səmərəli olmuşdur. 
Azərbaycan Respublikasının xarici işlər naziri ilə Malay-
ziya xarici işlər nazirinin 16-18 mart 2006-cı il tarixlərində 
Kuala-Lumpur şəhərində keçirilmiş görüşündə ikitərəfli 
əlaqələrə dair məsələlər müzakirə olunmuşdur. Azərbay-
can tərəfi həmçinin “Malayziyanın İqtisadi İnkişafı” adlı 
brifinqdə iştirak etmişdir. Ölkələr arasında yaxınlaşma və 
tanışlıq prosesləri real olaraq başlanmışdır. 
19-21 iyun 2006-cı il tarixlərdə isə Malayziyanın xarici 
işlər naziri S.H.Albar İslam Konfransı Təşkilatının Xarici 
İşlər Nazirlərinin Bakıda keçirilən 33-cu iclasında iştirak 
etmək ücün Azərbaycan Respublikasında səfərdə olmuş-
dur. Həmin ilin avqust ayında isə Azərbaycanın Baş nazi-
ri A.Rasi-zadə Kuala-Lumpur şəhərində İslam Konfransı 
Təşkilatının Fövqəladə Zirvə toplantısında iştirak etmiş-
dir. 2006-cı ildə Azərbaycan Malayziya tərəfinin turizm, 
korrupsiya, miqrasiya məsələlərinə dair təşkil etdiyi bir 


270
neçə  rəsmi  və  qeyri-rəsmi  görüşlərdə,  seminarlarda,  fo-
rumlarda təmsil olunmuşdur. 
Beləliklə, 2006-cı il Azərbaycan-Malayziya münasibət-
lərində dönüş ili kimi qiymətləndirilə də bilər. Təsadüfi 
deyil ki, Azərbaycanın Malayziyada səfirliyi də məhz bu 
ildə açılmışdır. Bununla belə, bu iki ölkə arasında müna-
sibətlər daha çox beynəlxalq təşkilatlar, xüsusən də İslam 
Konfransı Təşkilatı çərçivəsində həyata keçirilmişdir.
Azərbaycan  tərəfi  Malayziya  şirkətlərinin  ölkəmizin 
neft sahəsində iştirak etmələrində maraqlı olduğunu ifa-
də  etmişdir.  Təsadüfi  deyil  ki,  2010-cu  ildə Azərbaycan 
Respublikasının  fövqəladə  hallar  nazirinin  Malayziyaya 
səfəri zamanı konkret sahə üzrə əlaqələrdən başqa, ölkələ-
rin neft və qaz şirkətlərinin əlaqələrinə dair məsələlər də 
müzakirə obyektinə çevrilmişdir.
Azərbaycan  və  Malayziya  arasında  parlamentlərarası 
əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2011-ci ilin may 
ayında Azərbaycan-Malayziya parlamentləra ra sı əlaqələr 
üzrə işçi qrupunun rəsmi nümayəndə heyəti Malayziyaya 
səfər etmişdir. Malayziya parlamentində də Azərbaycana 
qarşı böyük maraq və rəğbət vardır.
Bütün  bunlara  görə  Azərbaycanla  Malayziya  arasın-
da  əlaqələr  inkişaf  etməkdədir.  Azərbaycan  Respubli-
kası  Xarici  İşlər  Nazirliyinin  təqdim  etdiyi  rəsmi  statis-
tikaya  əsasən,  2011-2012-ci  illərdə  ölkələr  arasında  iqti-
sadi  əlaqələr  formalaşmış,  turizm  sektorunda  müəyyən 
canlanma  müşahidə  olunmuşdur.  Bundan  sonra  hər  il 
ikitərəfli  qarşılıqlı  əlaqələrdə  müsbət  dinamika  nəzərə 
çarpmaqda davam etməkdədir. 


271
Azərbaycan  Respublikası  və  Malayziyanın  hava  nəq-
liyyatı  qurumları  arasında  2012-ci  ildə Anlaşma  Memo-
randumu, eyni zamanda, Azərbaycanın “Silk Way Airli-
nes” və Malayziyanın “MASkargo” aviaşirkətləri arasın-
da  əməkdaşlığa  dair  Memorandum  imzalanmışdır.  Bu 
müqavilələr iki ölkə arasında turizmin inkişafına böyük 
təkan vermişdir. 
Azərbaycanın  süni  peykinin  2013-cü  ildə  orbitə  bu-
raxılması ilə ölkəmizlə İKT sahəsində əməkdaşlıq təklif-
ləri arasında Malayziya da vardır. Belə ki, Malayziya hö-
kuməti «Azerspace-1»in xidmətindən istifadə üçün Azər-
baycanla müvafiq müqavilə bağlamışdır. 
Göründüyü kimi, Azərbaycan-Malayziya əlaqələri qısa 
müddət ərzində böyük məsafə qət edə bilmişdir. Ölkələr 
arasında əlaqələr özünəməxsus perspektivə malikdir. 
ƏSAS MƏNBƏLƏR:
1.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi-
nin rəsmi vebsaytı, Azərbaycan-Malayziya münasibətləri 
http://mfa.gov.az/files/file/Azerbaycan%20-%20Malay-
sia%20munasibetleri.pdf.4.07.2013
2.  Azərbaycan  Malayziyada  keçirilən  3-cü  İƏT  Mo-
deli  Sammitində  təmsil  olunur.  http://mod.az/az/so-
ciety/religion/24469-  azerbaycan-malayziyada-  kechiri-
len-3-cu-et-modeli-sammitinde-temsil-olunur-foto.html
3. Dünya ölkələri (tərtib edəni H.Səmədov). Bakı, «KM», 
2013
4. Капица М.С., Малетин Н.Р. Сукарно: политическая 
биография. Москва, «Мысль», 1980


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə