Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə73/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

280
tərəflərin özləri arasında müzakirə edilməlidir.
1
 Məsələyə 
Vaşinqtonun yanaşması göstərirdi ki, ABŞ öz maraqlarına 
uyğun olaraq bölgədə gərginliyi artırmağa çalışır. Lakin 
Çin ilə bərabər, Vyetnam və Spratli adalarına iddiası olan 
digər dövlətlər də ilk növbədə dinc şəraitdə iqtisadi inki-
şafa çalışdıqlarından, adalar məsələsinin kəskinləşməsin-
də maraqlı deyildilər. Bu isə onların mövqelərinin ABŞ-
dan tamamilə fərqləndiyini sübut edirdi.
Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Dık 
Lıonqun 2000-ci ildə Pekinə səfəri zamanı iki ölkə arasın-
da  XXI  əsrdə  hərtərəfli  əməkdaşlıq  haqqında  birgə  bə-
yanat imzalanmışdır. Bu əməkdaşlıq sazişi əsasında ha-
zırda Çin Vyetnamda 60-dək layihə həyata keçirir və bu 
layihələrin bəzisi Vyetnama kreditlər verilməsini nəzər-
də  tutur.  Beləliklə,  iki  ölkə  arasında  münasibətlər  yük-
sələn xətt üzrə inkişaf etməkdədir. Bu, ABŞ və digər Qərb 
dövlətlərinin  maraqlarına  aid  olmayıb,  Çinin  regionda 
nüfuzu  və  təsirinin  güclənməsi  deməkdir.  Baxmayaraq 
ki,  Vyetnamın  özündə  də ABŞ  və  ümumiyyətlə,  Qərblə 
əməkdaşlığa meyil hiss olunur. 
Ümumiyyətlə, hadisə və proseslərin gedişi göstərir ki, 
son  dövrdə  ABŞ-ın  Asiya-Sakit  okean  regionunda  təh-
lükəsizlik strategiyasında Hindistan və Vyetnama diqqət 
artmaqdadır. Lakin bu dövlətlər regionda ABŞ üçün Ya-
poniyanın əhəmiyyətini əvəz edə bilməz. Yaponiya tərə-
fi  Birləşmiş  Ştatların  strateji  müttəfiqi  kimi  regionda  və 
o cümlədən Vyetnamda mühüm rol oynamaqda davam 
edir. 
1
 Целишев И.С.Восточная Азия: новая война роста и структурная трансформация
M.:İMGMO RAN, 2012, 118с., с.109


281
Lakin ABŞ Vyetnama qarşı 1975-ci ildə tətbiq etdiyi ti-
carət-iqtisadi embarqonu hələ də qaldırmadığından rəsmi 
Hanoy Avropa İttifaqı və Yaponiya ilə əlaqələri möhkəm-
ləndirmək istiqamətində səy göstərir. Avropa və Yaponi-
yanın bu ölkəyə marağının artmasına səbəb isə ucuz işçi 
qüvvəsi və regionda siyasi çəkisinin artmasıdır. 
Hazırda  Yaponiyanın  Asiya  siyasətinin  əsasında  keç-
miş baş nazir Takeo Fukudanın 1977-ci ildə irəli sürdüyü 
doktrinası  durur.  Bu  doktrinaya  görə,  Yaponiyanın  Cə-
nub-Şərqi  Asiya  regionu  ölkələri  ilə  münasibətləri  qar-
şılıqlı etimada əsaslanır. Vyetnam isə bu ölkə üçün həm 
ASEAN-ın üzvü, həm də ayrıca dövlət olaraq maraqlıdır. 
Belə ki, Yaponiya ASEAN ilə iqtisadi əməkdaşlıq yaratmaq 
fikrindədir və bu səbəbdən təşkilatın üzvləri ilə əlaqələrin 
genişləndirilməsi onun üçün böyük əhəmiyyət kəsb edir. 
Bundan əlavə, dünyanın böyük iqtisadiyyatlarından biri 
olaraq, Yaponiya dünyada öz geostrateji rolunun da art-
masına, o cümlədən, BMT Təhlükəsizlik Şurasında daimi 
üzvlüyə nail olmağa çalışır. Vyetnam isə onun bu istəkləri 
ilə razılaşır. Belə yanaşma hər iki ölkə arasında münasi-
bətlərdə müəyyən bir istilik yaradır. 
Vyetnam  Sosialist  Respublikasının  Baş  naziri  Vo  Van 
Kiyetin hələ 1992-ci ildə Yaponiyaya səfəri zamanı rəsmi 
Tokio bildirmişdi ki, Hanoyun simasında Hind-Çin yarı-
madasında  sabitlik  və  təhlükəsizlik  təminatçısını  görür. 
Yaponiya o zaman 14 illik fasilədən sonra yenidən Vyet-
nama yardım proqramının həyata keçirilməsinə, güzəştli 
borclar verilməsinə başlamışdır. 
Yaponiya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Foru-
mu, Ümumdünya Ticarət Təşkilatı, Asiya-Avropa İqtisadi 


282
Əməkdaşlığı kimi beynəlxalq təşkilatlar vasitəsi ilə Vyet-
namın regional və beynəlxalq inteqrasiyaya qoşulmasına 
yardım  edir.  Bundan  əlavə,  Yaponiya  hazırda  İnkişafa 
Rəsmi  Yardım  xətti  üzrə  Vyetnama  ən  çox  kredit  verən 
ölkə, həmçinin Vyetnamın üçüncü ən böyük ticarət tərəf-
daşıdır. 
Qonşuları ilə münasibətlərlə yanaşı rəsmi Hanoy geniş 
beynəlxalq əlaqələr qurmaq üçün də səylər edir. Vyetnam 
üçün Avropa İttifaqının inkişaf etmiş ölkələri ilə də müna-
sibətlərin yoluna qoyulması xüsusi əhəmiyyət kəsb edir. 
Avropa bazarının Vyetnam məhsulları üçün açılması bu 
ölkənin  xarici  iqtisadi  siyasətinin  böyük  uğurudur.  Öz 
növbəsində Avropa da bu ölkəyə geniş xammal və ucuz 
işçi qüvvəsi bazarı kimi baxır. 
Qərblə əlaqə baxımından Vyetnam Sosialist Respubli-
kasının tarixində ilk dəfə Fransanın Prezidenti F.Mittera-
nın bu ölkəyə səfəri mühüm yer tutur. Səfər zamanı ke-
çirilən danışıqlar göstərdi ki, Fransa Vyetnama qayıtmaq 
və onu regionda öz dayaq nöqtəsinə çevirmək haqqında 
ciddi  düşünür.  Hanoy  isə  Fransaya  Vyetnamın  Avropa 
İttifaqının assosiativ üzvü olmaq cəhdlərinin reallaşması 
üçün vasitəçi kimi ehtiyac duyur. Bundan sonra Qərblə 
əlaqələr bir qədər genişlənmiş və 2012-ci ilin iyun ayında 
Vyetnam ilə Avropa İttifaqı arasında əməkdaşlıq müqa-
viləsinin  imzalanması  baş  tutmuşdur.  Hazırda  isə  bu 
sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətin-
də danışıqlar aparılır. 2014-cü ildən azad ticarət məsələlə-
rinə dair Vyetnam ilə Avropa İttifaqı arasında danışıqlar 
yenidən aktivləşmişdir.


283
Avropa İttifaqına üzv olan ölkələr Vyetnam məhsulları-
nın satışı üçün əsas bazardır. Vyetnamın bu ölkələrə məh-
sul ixracının həcmi 24.4 milyard dollar təşkil edir. Avro-
pa ölkələrindən isə Vyetnama məhsul idxalının həcmi 9,2 
milyard dollardır. 
Avropa İttifaqının 2014-cü ilin yanvar ayından qüvvəyə 
minmiş Ümumi İmtiyazlar Sistemi adlı yeni mexanizmə 
görə, hər hansı bir ölkədən həmin sistemi tətbiq edən Av-
ropa ölkələrinin məhsul idxalının həcmi 17,5 faizi keçirsə, 
həmin ölkə imtiyazlardan yararlana bilər. Vyetnam Avro-
paya bəzi məhsulların (kofe, çay, ədviyyat, geyim) ixracı 
sahəsində  yuxarıda  qeyd  olunan  həcm  məhdudiyyətini 
keçməyə cəhd göstərir. Bu isə Vyetnama Avropa İttifaqına 
üzv olan ölkələr ilə ticarətdə güzəştlər əldə etmək imkanı 
verəcəkdir. Beləliklə, Vyetnam Avropa İttifaqı bazarında 
möhkəmlənə biləcəkdir.
2009-cu ildə Avropa İttifaqının üzvü olan ölkələr ASE-
AN ilə azad ticarət haqqında danışıqlara başlamışlar. La-
kin tezliklə bu sahədə danışıqlar dayandırılmış, Avropa 
İttifaqı regionun ayrı-ayrı dövlətləri ilə ikitərəfli danışıq-
lara  üstünlük  vermişdir.  Çünki  hələlik  Avropa  İttifaqı 
ASEAN  ilə  əməkdaşlığı  nisbətən  sonrakı  mərhələ  üçün 
nəzərdə tutur. Bu, həm də manevr imkanları, daha əlve-
rişli şərtlər əldə etmək üçün şərait qazanmaq deməkdir. 
ABŞ ilə ikitərəfli əlaqələrə gəldikdə isə, 2000-ci ildə mü-
nasibətlərin normallaşmasından sonra Vyetnamla iqtisa-
di əlaqələr sürətlə inkişaf etməyə başladı. Hazırda VSR-in 
ABŞ ilə ticarət dövriyyəsində əlavə gəliri 7,5 milyard dol-
lar təşkil edir. Bu göstərici Vyetnamın ixrac etdiyi toxu-
culuq sənayesi məhsulları həcminin 49 faizini təşkil edir. 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə