Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə76/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

292
duqlarını bildirmişdir. Görüş zamanı Nquyen Puonq Nqa 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nü-
mayəndə heyətini Vyetnama rəsmi səfərə dəvət etmişdir. 
Azərbaycan və Vyetnam arasında ikitərəfli görüşlərdə 
müzakirələrin  mövzusu  göstərmişdir  ki,  Vyetnam  SSRİ 
zamanı olduğu kimi, müasir dövrdə də neft və qaz sekto-
runda əlaqələrdə xüsusilə maraqlıdır. Qeyd etmək lazım-
dır ki, Vyetnam Milli Neft və Qaz Qrupu (Petro Vietnam) 
ölkəmizdəki həmkarları ilə əməkdaşlıq üçün hələ 2011-ci 
ildə Azərbaycanda öz ofisini açmışdır. 
Digər sahələrdə də iki ölkə arasında əlaqələr uğurla in-
kişaf etdirilir. Bunlara misal olaraq, 2007-ci ildə Azərbay-
can Respublikasının rabitə və informasiya texnologiyaları 
nazirinin Vyetnama işgüzar səfərini, 2013-cü il 11-13 aprel 
tarixlərində isə Vyetnamın xarici işlər naziri müavininin 
Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər 
İnstitutunun  Məzunları  Forumunda  iştirakını  və  digər 
ikitərəfli  əlaqələri  göstərmək  olar.  Bu  forum  Azərbay-
can-Vyetnam münasibətlərində əhəmiyyətli səhifələrdən 
biri  olmuşdur.  Həmin  səfərlər  sayəsində  artıq  bir  neçə 
sahə üzrə əməkdaşlıq üçün zəmin hazırlanmışdır. 
Müşahidələr  göstərir  ki,  iki  ölkə  arasında  ticarət-iq-
tisadi  əməkdaşlıq  genişlənir.  Belə  ki,  ölkələr  arasında 
ikitərəfli ticarət dövriyyəsi 2013-cü ildə 325 milyon dol-
lar təşkil etmişdir. Bu da 2012-ci illə müqayisədə ticarət 
dövriyyəsinin 10 dəfə artması deməkdir. Məlum olduğu 
kimi, Vyetnam ölkəmizə əsasən mobil telefonlar, kompü-
ter, elektronika və dəniz məhsulları ixrac edir, Azərbay-
candan isə xam neft və benzin alır. Bu proses ildən-ilə ge-
nişlənməkdə davam edir.


293
Beləliklə, iki ölkə arasında uzun müddətdir ki, diplo-
matik  münasibətlərin  mövcudluğuna  baxmayaraq,  yal-
nız son bir neçə il ərzində ikitərəfli əlaqələrdə nəzərəçar-
pacaq fəallıq nəzərə çarpır. Bunun da bir sıra səbəbləri 
vardır. Məlum olduğu kimi, aralarındakı əlaqələr müəy-
yən tarixə malik olsa da, Azərbaycan - Vyetnam münasi-
bətləri əsasən tələbə və neft sahəsində təcrübə mübadilə-
sindən ibarət olmuşdur. Digər sahələrdə geniş miqyaslı 
birgə fəaliyyət nəzərə çarpmır. Fikrimizcə, bu hal təbiidir. 
Çünki  regionlarımız  arasındakı  məsafə  maraqların  uz-
laşdığı əməkdaşlıq üçün təbii çətinliklər yaratmışdır. Bu 
mənada  yalnız  neft  və  qaz  sektoru  istisnadır.  Lakin  son 
dövrlərdə Cənub-Şərqi Asiya regionundakı proseslər və 
iqtisadi  inteqrasiya,  sürətli  artım  tempi,  eləcə  də  geniş 
bazar və ucuz işçi qüvvəsi bütün dünya sərmayəçilərini 
bu regiona cəlb etmişdir. Bir çox siyasi şərhçilər son illər-
də Azərbaycanın Vyetnama artan marağını məhz ölkələ-
rin Cənub-Şərqi Asiya regionu bazarına çıxmaq niyyəti 
ilə izah edirlər.
Hələ  SSRİ  dövründə  Azərbaycan-Vyetnam  iqtisadi 
əlaqələrinə dair vaxtilə Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyevin Milli Məclisin 1993-cü il 29 sent-
yabrda keçirilən iclasında çıxışı zamanı dediyi aşağıdakı 
sözlər mühüm əhəmiyyətə malikdir: “Mən Moskvada iş-
lədiyim dövrdə Afrikanın cənubunda, Cənubi Asiyada - 
Laosda, Vyetnamda, Şimali Koreyada olarkən orada Bakı 
kondisionerlərini  görəndə  sevinirdim  ki,  Azərbaycan 
Respublikasının, Azərbaycan  xalqının  da  istehsal  etdiyi 
məhsullar  dünya  miqyasına  çıxıb”.
1
  Bu  fakt  ölkələrimiz 
1
 
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, məktublar
müsahibələr). Birinci kitab. Bakı: Azərnəşr, 1997, 612 s, s.126


294
arasında, SSRİ-nin vahid xarici siyasi kursu çərçivəsində 
olsa  da,  hələ  o  zamandan  əlaqələrin  mövcud  olduğunu 
göstərir. 
Son illərdə Azərbaycan-Vyetnam münasibətlərində irə-
liləyiş müşahidə olunur. Belə ki, Prezident İlham Əliye-
vin 2014-cü ilin 18 may tarixində başlanan və həmin ayın 
20-dək davam edən Şərqi və Cənub-Şərqi Asiya regionu-
na səfəri Azərbaycan Respublikasının bu regiona mara-
ğının artdığını bir daha göstərir. Qeyd etmək lazımdır ki, 
Azərbaycan Prezidentinin Cənub-Şərqi Asiya regionuna 
bu səfəri Vyetnamdan başlamışdır.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
Vyetnam  Sosialist  Respublikasına  ölkənin  prezidenti 
Truonq Tan Sanqın dəvəti ilə səfər etmişdir. Səfər zamanı 
Prezident İlham Əliyevlə Truonq Tan Sanq arasında əv-
vəl  təkbətək,  sonra  nümayəndə  heyətlərinin  iştirakı  ilə 
geniş tərkibdə görüş keçirilmiş, beynəlxalq təşkilatlarda 
əməkdaşlığın  genişləndirilməsi,  enerji,  elm,  təhsil,  tu-
rizm, investisiya qoyuluşları və s. sahələrdə əməkdaşlıq 
məsələləri geniş müzakirə olunmuşdur. 
Bundan başqa, Azərbaycan Respublikasının Preziden-
ti Vyetnam Sosialist Respublikası Milli Assambleyasının 
sədri Nquyen Sinh Hanq və ölkənin baş naziri Nquyen 
Tan Zunq ilə də görüşmüşdür. Danışıqlar zamanı ikitərəf-
li  siyasi,  iqtisadi,  mədəniyyət  və  humanitar  sahələrdə 
əməkdaşlıq məsələləri müzakirə obyektinə çevrilmişdir.
Ölkəmizin  Prezidenti  İlham  Əliyevin  Vyetnam  səfəri 
zamanı daha bir görüş Azərbaycan ali məktəblərinin mə-
zunu olmuş vyetnamlılarla təşkil olunmuşdur. Məlum ol-
duğu kimi, Sovet dövründə Sovet İttifaqı-Vyetnam dost-
luğunun tərkib hissəsi kimi bu ölkəyə hərtərəfli yardım 


295
proqramı əsasında çox sayda vyetnamlı tələbə SSRİ-də, o 
cümlədən Azərbaycan SSR-də təhsil almışdır. Vyetnamın 
neft və qaza tələbatının olması ilə əlaqədar həmin sektor-
da mütəxəssislərə ehtiyac duyulduğundan Azərbaycana 
gələn tələbələrin əksəriyyəti bu sahə üzrə təhsil alırdılar. 
İlham  Əliyevin  bir  zamanlar Azərbaycanda  təhsil  almış 
həmin Vyetnam vətəndaşları ilə görüşü zamanı da onla-
rın hazırda iki ölkə arasında münasibətlərdə mühüm rol 
oynadıqları qeyd olunmuşdur. 
Səfərin  gedişində  mayın  19-da  keçirilən  Azərbay-
can-Vyetnam  biznes  forumunda  iki  ölkə  arasında  ti-
carət-iqtisadi əlaqələrin prioritetləri və bu sahədə təklif-
lər müzakirə olunmuşdur. Forumda Azərbaycanı 50-dən 
artıq iş adamı təmsil etmiş və onlar vyetnamlı sahibkarlarla 
fikir mübadiləsi aparmışlar. İki ölkə arasında kənd təsər-
rüfatı, qida sənayesi, xüsusilə də neft-qaz sənayesi, kimya, 
maşınqayırma,  yüngül  sənaye  və  digər  sahələrdə  əmək-
daşlığı genişləndirmək qərara alınmışdır.
1
 
Azərbaycan  Respublikası  Prezidentinin  Vyetnama 
dövlət səfərinin sonunda Vyetnam Sosialist Respublika-
sının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Han 
tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin  şərəfinə  dövlət  ziyafəti  verilmişdir.  Bu  məra-
simdə çıxış edən Vyetnam Prezidenti Vyetnam xalqının 
müstəqillik uğrunda mübarizəsinin və yeni dövlət quru-
culuğunun çətin illərində Azərbaycan xalqının göstərdiyi 
köməyi heç vaxt unutmayacaqlarını vurğulamış və sabiq 
prezident Ho Şi Minin 1959-cu ildə Bakıya səfərdən son-
ra dediyi sözləri diqqətə çatdırmışdır: “Vyetnam müha-
1
İsmayılqızı X. İlham Əliyev: Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda 
strateji tərəfdaş olacaq. “İki sahil” qəz., 2014, 22 may, s.6 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə