Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə75/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

288
Beləliklə,  ötən  əsrdə  nail  olunan  iqtisadi  inkişaf  və 
dünya  siyasətində  mövqeyini  möhkəmlətmək  məqsədi-
ni uğurla reallaşdırması Vyetnam Sosialist Respublikası-
nı istər region, istərsə də dünya səviyyəsində beynəlxalq 
münasibətlərin  fəal  subyektinə  çevirmiş,  ölkənin  xarici 
iqtisadi  və  siyasi  əlaqələrinin  genişləndirilməsinə  ciddi 
təkan vermişdir. Artıq Vyetnam Asiyanın dünya bazarla-
rına sürətlə çıxan, möhkəmlənən və digər ölkələrlə rəqa-
bət aparmaq qabiliyyəti olan dövlətinə çevrilmişdir. 
6.2. Azərbaycan Respublikası – Vyetnam əlaqələri
Qədim  və  zəngin  tarixə  malik,  çoxlu  müharibə  və  it-
kilərlə  qarşılaşmış,  22  il  parçalanmış  vəziyyətdə  qalan 
Vyetnam 1976-ci ildə Kommunist Partiyasının rəhbərliyi 
altında birləşdikdən sonra daxili və xarici siyasətdə bir sıra 
uğurlar  qazanmışdır.  İslahatlar  sayəsində  məqsədyönlü 
şəkildə inkişaf etməkdə olan Vyetnam Sosialist Respubli-
kası qonşuları və dünya dövlətləri ilə iqtisadiyyat, siyasət 
və  mədəniyyət  sahələrində  geniş  əlaqələr  qurmuşdur. 
Ümumiyyətlə,  Vyetnamın  iqtisadi  inkişafında  başlıca 
amillərdən birini bu ölkənin xarici iqtisadi əlaqələri təşkil 
edir. Beynəlxalq və regional təşkilatlarda iştirakı bu ölkə-
nin böyük həcmli iqtisadi yardımlar, kreditlər almasına, 
eləcə də ayrı-ayrı regionlarda ticarət əlaqələri qurması iq-
tisadiyyatının inkişafına müsbət təsir göstərmişdir. 
Vyetnamın  daxil  olduğu  Cənub-Şərqi  Asiya  regionu 
ilə əlaqələr Azərbaycan Respublikasının da xarici siyasə-
tində mühüm yerlərdən birini tutur. Belə ki, son illərdə 
Azərbaycanın  qlobal  miqyasda  nüfuzunun  artmasndan 
sonra ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə də əlaqələ-


289
ri genişlənmişdir. Vyetnam ilə Azərbaycan arasında dip-
lomatik münasibətlər müstəqilliyimizin əldə edildiyi ilk 
dövrlərdən qurulsa da, iki ölkə arasında münasibətlərin 
XXI əsrdəki inkişafı xüsusilə nəzərə çarpır. 
Qeyd etmək lazımdır ki, Azərbaycan-Vyetnam əlaqələ-
rinin  əsası  hələ  Sovetlər  İttifaqı  dövründə  qoyulmuşdur. 
Bu sahədə əvəzsiz rolu olan Ümummilli lider Heydər Əli-
yevin xidmətləri xüsusilə qeyd edilməlidir. Belə ki, 1983-
cü ilin oktyabrında Sovet-Vyetnam dostluq və əməkdaş-
lıq  müqaviləsinin  beş  illiyi  münasibətilə  Vyetnam  Sosia-
list Respublikasında keçirilən təntənəli tədbirlərdə iştirak 
üçün SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əli-
yevin rəhbərliyi ilə SSRİ nümayəndə heyəti Hanoya səfər 
etmişdi. Oktyabr ayının 28-də Sovet nümayəndə heyətini 
Vyetnam partiya və hökumət rəhbərləri qəbul etmişdilər. 
Heydər Əliyevin o zaman Vyetnam Kommunist Partiyası-
nın Mərkəzi Komitəsinin baş katibi Le Zuan və digər Vyet-
nam liderləri ilə yüksək səviyyəli görüşləri iki ölkə arasın-
da münasibətlərin inkişafında mühüm rol oynamışdır. 
Oktyabrın 31-də isə Hanoyda SSRİ ilə Vyetnam Sosia-
list Respublikası arasında dostluq və əməkdaşlıq haqqın-
da müqavilənin beş illiyi münasibətilə keçirilən mitinq-
də  nitq  söyləyən  Heydər  Əliyev  beş  il  əvvəl  imzalanan 
müqavilənin iki ölkənin münasibətlərini keyfiyyətcə yeni 
mərhələyə  çatdırmasından  və  Sovet-Vyetnam  dostluğu-
nun getdikcə möhkəmlənməsindən bəhs etmişdi.
1
 
Həmin dövrdə Azərbaycan və Vyetnam arasında səna-
ye, xüsusilə neft və qaz sektoru, təhsil və digər sahələr-
1
 “Mən fəxr edirəm ki, azərbaycanlıyam: Ümummilli lider Heydər Əliyevin həyat və 
fəaliyyəti” (elektron resurs), Bakı: Regionların İnkişafı İctimai Birliyi, 2008, 57s.-http://
filis.preslib.az/projects/toplu/v2/fl_2.pdf


290
də münasibətlər qurulmuşdur. Azərbaycanın neft və qaz 
sahəsi  üzrə  mütəxəssisləri  Vyetnamın  neft  sənayesinin 
inkişafında əvəzsiz xidmətlər göstərmiş, iki ölkə arasında 
tələbə  mübadiləsi  genişlənmişdir.  Vyetnam  diplomatik 
missiyalarının  rəsmi  məlumatlarında  da  Azərbaycanın 
hələ SSRİ tərkibində olarkən Vyetnama neft və qaz sahə-
sində  mütəxəssislər  hazırlığında  yaxından  iştirak  etdiyi 
qeyd olunmuşdur. Belə ki, hələ sovet dövründə Azərbay-
canın ali məktəblərində, xüsusən də Neft Akademiyasın-
da  vyetnamlı  gənclər  müxtəlif  ixtisaslara  yiyələnmişlər. 
Onlar vətənə döndükdən sonra Vyetnamda mühüm döv-
lət vəzifələrində işləmişlər. Lakin Azərbaycan ilə Vyetnam 
arasında  qardaşlıq  və  ənənəvi  səviyyədə  münasibətlə-
rin mövcud olmasına baxmayaraq, müstəqillikdən sonra 
uzun müddət yüksək səviyyəli görüşlər keçirilməmişdir. 
Belə  ki,  Vyetnam  Azərbaycanın  müstəqilliyini  1991-ci  il 
dekabrın  27-də  tanımış,  1992-ci  ilin  sentyabrın  23-də  isə 
iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 
Lakin müəyyən müddət fasilədən sonra ölkələr arasında 
yüksək  səviyyəli  nümayəndə  heyəti  mübadiləsi  2010-cu 
ildə Vyetnam Sosialist Respublikası baş nazirinin müavini 
Honq Çjun Hayın Azərbaycana səfəri ilə bərpa edilmişdir.
Yüksək  səviyyəli  rəsmi  səfərlərin  təşkilinə  qədər  də 
Vyetnam  və  Azərbaycan  BMT  və  beynəlxalq  forumlar-
da  daim  əlaqə  saxlamış,  birgə  fəaliyyət  göstərmişlər. 
Başqa sözlə, Vyetnamı təmsil edən nümayəndə heyətlə-
ri  beynəlxalq  təşkilatlarda  Azərbaycan  Respublikasının 
mövqeyi ilə həmrəylik nümayiş etdirmişlər. Bunun səbə-
bi Azərbaycan ilə Vyetnam arasında münasibətlərin dərin 
və möhkəm köklərə əsaslanması, eləcə də ölkələrimizin 


291
daim ədalət prinsiplərinə sadiq qalmasıdır. İki ölkə ara-
sında tarixi əlaqələrin əsasının qoyulmasında isə Heydər 
Əliyevin misilsiz xidmətləri vardır. Bunu iki ölkə arasın-
da keçirilən müxtəlif formatlı görüşlər zamanı Vyetnam 
nümayəndələri də xüsusi olaraq qeyd edirlər. 
2010-cu  ildə  Vyetnam  və Azərbaycan  arasında  diplo-
matik pasport sahibləri üçün vizanın aradan qaldırılma-
sı barədə razılaşma və iki ölkənin xarici işlər nazirlikləri 
arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. 
Səfirliyin açılmasına qədər iki ölkə arasındakı əlaqələr 
iqamətgahı  Moskvada  olmaqla  Vyetnamın Azərbaycan-
dakı səfirliyi vasitəsi ilə həyata keçirilmişdir. 2013-cü ildə 
isə Azərbaycan Respublikası Vyetnam Sosialist Respubli-
kasında öz səfirliyini açmışdır. Bu hadisə Azərbaycan döv-
lətinin Asiya siyasətində fəallaşmasının daha bir göstərici 
idi. Belə ki, dünya siyasətində nüfuzu artan Azərbaycan 
Respublikası  xarici  siyasət  istiqamətlərini  Cənub-Şərqi 
Asiya regionuna doğru genişləndirir. Bu addım da həmin 
strateji məqsədə uğurla xidmət etmişdir. 
İki  ölkə  arasında  qarşılıqlı  münasibətlərin  inkişaf  et-
dirilməsi  üçün  qarşılıqlı  səfərlərin  təşkili  son  vaxtlarda 
daha da artmışdır. 2014-cü ilin may ayında Vyetnam Milli 
Assambleyasının sədr müavini Uonq Çu Lu və xarici işlər 
nazirinin müavini Nquyen Puonq Nqa Azərbaycana səfər 
etmişlər. Bu səfər yeni mərhələdə əlaqələrin qurulmasının 
başlanğıcına  çevrilmişdir.  Azərbaycan  Respublikasının 
xarici  işlər  naziri  ilə  görüşən  Vyetnam  xarici  işlər  nazi-
rinin müavini əməkdaşlıq məsələlərini müzakirə edərək 
Dövlət  Neft  Şirkəti  ilə  “Petro  Vietnam”  şirkəti  arasında 
yaradılmış əməkdaşlığın daha da inkişafında maraqlı ol-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə