Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


VYETNAM SOSİALİST RESPUBLİKASI  DÜNYA SİYASƏTİNDƏ 6.1. Beynəlxalq münasibətlər sistemi və Vyetnam



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə71/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

272
 
6. VYETNAM SOSİALİST RESPUBLİKASI 
DÜNYA SİYASƏTİNDƏ
6.1. Beynəlxalq münasibətlər sistemi və Vyetnam
Məlum olduğu kimi, Cənub-Şərqi Asiya regionu uzun 
müddət dünyanın gərgin regionlarından biri olmuş və bu 
qeyri-sabitlik xüsusilə Vyetnamda özünü daha çox göstər-
mişdir. Ümumiyyətlə, Vyetnamın tarixində sülh dövrləri 
çox  az  müddət  davam  etmişdir.  Vyetnam  qədim,  lakin 
münaqişələr və müharibələrlə zəngin bir tarixə malikdir. 
Qanlı münaqişələr və üzücü müharibələr ölkə iqtisadiy-
yatına ağır zərbə vurmuş, əhalinin sosial-iqtisadi şəraitini 
ağırlaşdırmışdır. 
Ərazi baxımından əlverişli mövqeyə malik olan bu ölkə-
nin  cənubundakı  Kamran  körfəzi  Hind  okeanı  və  Sakit 
okean arasında mühüm strateji mövqedə yerləşir. Bura-
dakı Kamran limanı Asiyanın ilk hərbi limanı olmuşdur. 
Bu liman hazırda da böyük dövlətlərin diqqət mərkəzin-
dədir.  Hərbi-strateji  əhəmiyyəti  nəzərə  alındıqda  liman 
regionda maraqları olan dövlətlərin münasibətlərinə təsir 
göstərə bilmək imkanlarına malikdir.
Vyetnamın  digər  dövlətlər  üçün  cəlbedici  olmasının 
səbəbləri içərisində əlverişli strateji-coğrafi mövqeyindən 
əlavə, ölkənin təbii ehtiyatlarını və insan resurslarını da 
qeyd  etmək  lazımdır.  ABŞ-ın  Vyetnamdakı  səfiri  D.Pe-
terson  2000-ci  ildə  müsahibələrindən  birində  bu  ölkə-
nin  Qərb  üçün  cəlbedici  olması  haqqında  belə  demişdi: 
“Vyetnamın  cəlbedici  tərəflərindən  danışarkən  ilk  növ-


273
bədə insan ehtiyatları nəzərdə tutulur. Ölkə əhalisinin 80 
faizi  gənclərdir...  Bundan  əlavə,  təbii  ehtiyatlarını  qeyd 
etmək lazımdır. Vyetnam dünyada ikinci böyük düyü ix-
racatçısıdır. Bundan əlavə, ölkə regionda mühüm enerji 
ixracı ilə tanınır. Bu ölkə qəhvə ixracı üzrə də dünyada 
ikinci yerdədir”.
1
 Səfir müsahibəsində Vyetnamın ticarət 
yollarının üzərində yerləşməsini bu ölkənin əlverişli im-
kanları sırasında ayrıca qeyd etməyi də lazım bilmişdir. 
Bütün bu xüsusiyyətlərinə görə ölkə ərazisi uğrunda mü-
barizəyə və müharibələrə səbəb olmuşdur. 
Uzun sürən hərbi münaqişələr, xüsusilə Amerika-Vyet-
nam müharibəsi ölkə iqtisadiyyatına olduqca böyük zərbə 
vursa da, keçirilən islahatlar sayəsində iqtisadi problem-
lərin müəyyən bir hissəsi həll olunmuşdur. 1986-cı ildən 
başlanan “yenilənmə” siyasətinin verdiyi səmərə ölkədə 
ilkin  dirçəlişi  yaratmışdır.  Ən  əsası  isə  aparılan  islahat-
lar nəticəsində ölkədəki ərzaq problemi qısa müddətdən 
sonra öz həllini tapmışdır. İqtisadi artım tədricən ölkənin 
ixracat imkanlarını genişləndirmişdir.
Vyetnam Sosialist Respublikası Çin nümunəsində açıq 
iqtisadiyyat quraraq, xarici investisiyaların ölkəyə axınını 
stimullaşdırmışdır. Bəzi ekspertlər belə hesab edirlər ki, 
mövcud inkişaf sürəti saxlanarsa, Vyetnam da hətta kiçik 
“Asiya əjdahaları”ndan birinə çevrilə bilər. 
Ölkənin  qapalılıqdan  imtina  etməsi  burada  iqtisadi 
inkişaf  üçün  əlverişli  şərait  yaratmışdır.  Vyetnam  kom-
munistləri də Çin kimi dünyaya açılma siyasəti yürüdür. 
Vyetnam hökuməti tərəfindən 2011-ci ildə qəbul olunmuş 
“2010-2011-ci illər üçün və 2030-cu il perspektivli xarici 
1
 Цветов Р.Ю. История Въетнама эпохи обновления - www.ipos-msk.ru/lib/
pdf/cvetov.pdf, s.1-18, s.14


274
siyasət strategiyası” uğurla reallaşdırılır.Qeyd etmək la-
zımdır ki, əgər ölkənin birləşdirilməsindən öncə Vyetna-
mın xarici siyasətində böyük dövlətlərə meyil vardısa, ha-
zırda vahid Vyetnam Sosialist Respublikası xarici siyasət-
də region dövlətləri ilə, xüsusilə, ASEAN ölkələri, Laos, 
Kamboca,  Çin,  Yaponiya  və  başqaları  ilə  münasibətlərə 
xüsusi diqqət ayırır. Bu ölkənin xarici siyasətdə önəm ver-
diyi ölkələr sırasında sonrakı yeri isə ABŞ, Avropa İttifaqı, 
Rusiya və Hindistan tutur. Belə siyasət ölkənin xarici si-
yasəti qarşısında duran yaxın və uzaq məqsədlərin real-
laşdırılmasına yönəldilmişdir.
 Vyetnam ASEAN təşkilatının üzvüdür. Bu ölkə ASE-
AN-ın digər üzvləri ilə əlaqələrə regional iqtisadi inkişafın 
geniş imkanı kimi baxır.
1
 Lakin son dövrlərdə Vyetnamın 
xarici siyasətində Qərb dövlətlərinə də meyil artmaqda-
dır. Bu, həm dünya siyasətində mühüm yerlərdən birini 
tutmaq, həm də qabaqcıl Qərb texnologiyalarının ölkəyə 
gətirilməsi istəyi ilə bağlıdır.
ASEAN ölkələri ilə əməkdaşlıq Vyetnamın inkişafı və 
təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edir. 
Vyetnamın ABŞ və bir sıra Qərb dövlətləri ilə də münasi-
bətlərinin bərpa olunmasında bu assosiasiyanın rolu bö-
yükdür. Ona görə də Vyetnam hökuməti ASEAN ölkələri 
ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fay-
dalı əməkdaşlığa böyük əhəmiyyət verir. Və bu, ölkənin 
əlaqələrinin qurulmasına özünün müsbət təsirini göstərir. 
Vyetnamın ASEAN ölkələri ilə əsas iqtisadi əməkdaş-
lıq modeli ticarət əlaqələridir. Ticarət əlaqələrinin miqya-
sı, dinamikası, əmtəə-coğrafi strukturu Vyetnam Sosialist 
1
 Коболев К. Въетнам в системе новых политических отношений в Юго-Восточ-
ной Азии, Интернет – журнал. Москва, 1993, № 23


275
Respublikasının sosial-iqtisadi inkişafı və rəqabət qabiliy-
yətinin  səviyyəsi  ilə  müəyyən  olunur.  Hazırda ASEAN 
dövlətləri ilə Vyetnam arasında ticarət-iqtisadi əməkdaş-
lığın iki səviyyəsi mövcuddur: inteqrasiya birliyinin yeni 
üzvləri və Bruney ilə əməkdaşlığın aşağı səviyyəsi; Sinqa-
pur, Malayziya, Tailand, İndoneziya və Filippin ilə iqtisadi 
əlaqələrin nisbətən yüksək səviyyəsi. Vyetnamın Bruney 
və Myanma ilə iqtisadi əlaqələri, demək olar ki, yoxdur. 
Başqa sözlə, bu ölkələrin idxal və ixracatında Vyetnamın 
payı cəmisi 1 faiz təşkil edir.
1
ASEAN üzvü olan dövlətlər 
də Vyetnama əlverişli satış bazarı kimi baxırlar. Xüsusilə, 
bu ölkələrin mühafizəkar Avropa və Amerika bazarlarına 
məhdud çıxışı şəraitində Vyetnam bazarının rolu daha da 
artmışdır. Məsələn, Sinqapur Vyetnamda ən böyük inves-
tisiya sahibi olmaqla hələ ötən əsrin 90-cı illərindən bəri 
bu  ölkədə  49  iqtisadi  layihəni  reallaşdırmışdır.  Bundan 
əlavə, ASEAN ölkələri ilə Vyetnam arasında iqtisadi və 
ticarət sahəsində əməkdaşlıq, kreditlər, aviasiya, nəqliy-
yat sahələrini əhatə edən 40-dan çox saziş imzalanmışdır. 
Həmin sənədlərdə əməkdaşlığın başlıca istiqamətlərinin 
reallaşdırılmasının forma və mexanizmləri müəyyənləş-
dirilmişdir. 
ASEAN ölkələri arasında siyasi əlaqələrə gəldikdə isə 
üzv dövlətlərin siyasi quruluşları arasındakı fərqlərin bu 
münasibətlərə təsir etmədiyini demək olar. Lakin ASEAN 
daxilində ölkələr arasında bəzi mübahisəli məsələlər hələ 
də  həll  edilməmişdir.  Bu  problemlər  içərisində  ən  əsası 
Vyetnam, Bruney, Filippin və Malayziyanın iddia etdik-
1
 
Воронова Т.А., Ле Анъ Куан. Внешнеэкономическое сотрудничество Въетнама со 
странами ASEAN и направления расширения торгово-инвестиционного взаимо-
действия //Российский внешнеэкономический вестник, №8, 2012, с.46-57 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə