Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə74/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   78

284
Öz növbəsində ABŞ Yaponiya, Tayvan, Cənubi Koreya, 
Sinqapurdan  sonra  Vyetnama  birbaşa  investisiya  qoyan 
ölkələr içərisində mühüm yer tutur. 
ABŞ-ın yüksək vəzifəli məmurlarının ASEAN ölkələri 
paytaxtlarına mütəmadi səfərləri regionun bu ölkənin xa-
rici siyasətində böyük əhəmiyyət daşıdığını göstərir. Ağ 
Ev Çinin əksinə olaraq Cənubi Çin dənizindəki adaların 
mənsubiyyəti məsələsində Vyetnamın mövqeyini müda-
fiə edir. 
2013-cü ildə iki ölkənin prezidentləri Barak Obama və 
Çlonq Tanq Şanqın görüşü zamanı danışıqların əsas möv-
zularından  biri  də  məhz  adalar  məsələsi  idi.  Vyetnam 
prezidenti görüş zamanı öz amerikalı həmkarına adalar 
məsələsində  Vyetnamın  tərəfində  olduğu  üçün  öz  min-
nətdarlığını bildirmişdir. 
İnternet materiallarından görünür ki, Vyetnam ABŞ ilə 
əlaqələrini bir qədər irəli apara bilmişdir. Bu isə regionda 
ABŞ-Çin rəqabətinin hələ də mövcud olduğunu göstərir.
ABŞ ilə münasibətlərini qaydaya salan Vyetnam Dünya 
Bankının, Asiya İnkişaf Bankının, daha sonra 1995-ci ildə 
ASEAN-ın üzvlüyünə qəbul edilmişdir. Getdikcə ASEAN 
təşkilatının fəaliyyətində yaxından iştirak edən Vyetnam 
2010-cu ildə bu quruma sədrlik etmişdir. Bütün bunlarla 
yanaşı  olaraq,  ölkə  1998-ci  ilin  noyabr  ayında Asiya-Sa-
kit Okean İqtisadi Əməkdaşlıq Forumuna (APEC) daxil 
olmuş və 2006-cı ildə forumun Sammitinə sədrlik etmiş-
dir. 2007-ci ilin yanvar ayında isə Vyetnam ilk dəfə olaraq 
2008-2009-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qey-
ri-daimi üzvü seçilmişdir. Bunlar Vyetnam Sosialist Res-
publikasının beynəlxalq münasibətlərdə və geniş mənada 
dünya siyasətində qazandığı uğurlar deməkdir. 


285
Bu addımlar Vyetnamın getdikcə artan beynəlxalq nü-
fuzunun  göstəricilərindəndir.  Buna  baxmayaraq, ABŞ  ilə 
Vyetnam arasında hələ də öz həllini tapmamış məsələlər 
mövcuddur.  Bunlar  insan  hüquqları  məsələsi  və ABŞ-ın 
Vyetnama silah satışına qoyduğu embarqodur. Lakin Vyet-
nam bu problemlərin də həlli üçün səy göstərir. Ona görə 
də ABŞ-la Vyetnam arasında sərt qarşıdurma görünmür. 
Vyetnamın xarici siyasət fəaliyyətində xüsusi yerə malik 
dövlətlərdən  biri  də  Rusiya  Federasiyasıdır.  Doğrudur, 
Sovet İttifaqının dağılmasından sonrakı ilk vaxtlarda Ru-
siyanın Vyetnama marağı bir qədər zəifləmişdir. XX əsrin 
sonlarında Moskva Hanoy ilə ticarət-iqtisadi əməkdaşlığı 
bərpa etmək sahəsində cəhdlər etsə də, hələ Rusiya Fede-
rasiyasının Vyetnama münasibətdə aydın, uzunmüddətli 
strategiyası  müəyyənləşdirilməmişdir.
1
  Buna  baxmaya-
raq, son zamanlar Rusiya siyasi dairələrinin bəyanatları 
Cənub-Şərqi Asiya regionu istiqamətində bu dövlətin si-
yasətinin  getdikcə  fəallaşdığını  göstərir.  Belə  ki,  Rusiya 
Asiyada  Çin  və  ABŞ-ın  fəallaşmasından  narahatdır.  Bu 
dövlət regionda mövqelərinin tamamilə itirilməsini istə-
mir. Rusiyanın ABŞ-a qarşı Çin ilə eyni mövqedə durma-
sına  baxmayaraq,  Birləşmiş  Ştatların Asiyadakı  nüfuzu-
nun artması Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiya 
ABŞ-ın  nüfuzunun  genişlənməsinin  qarşısının  alınması 
üçün bütün vasitələrdən istifadə edir. Heç əbəs deyildir 
ki, 2012-ci ildə Rusiya Kamran körfəzindəki hərbi-dəniz 
bazasından istifadəyə yenidən marağının yarandığını bə-
yan etmişdir. Çox güman ki, bu maraq Rusiya-Vyetnam 
1 Коболев К. Въетнам в системе новых политических отношений в Юго-Восточ-
ной Азии. Интернет журнал, RAU, №25. 1993, www.observer.materik.ru/observer/
N25_93/25_07.HTM


286
arasında şelfdə birgə enerji layihələrindən irəli gəlir. La-
kin həmin hərəkət Çin tərəfindən etirazla qarşılanır. Belə 
ki, Pekin dəfələrlə Rusiyadan Cənubi Çin dənizində ener-
ji  ehtiyatları  kəşfiyyatını  dayandırmasını  tələb  etmişdir. 
Moskva  isə  Çin  ilə  münasibətlərini  gərginləşdirməmək 
üçün həmin tələbə kəskin reaksiya vermədən bu sahədə 
fəaliyyətini davam etdirir. Digər tərəfdən də Rusiya Vyet-
nama  silah  satışının  həcmini  artırmışdır.  Bir  sözlə,  iki 
ölkə arasında münasibətlər XXI əsrdə strateji əməkdaşlıq 
səviyyəsinə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, ABŞ-
ın Vyetnama silah satışına qoyduğu embarqo da Rusiya 
üçün faydalı olmuşdur. Belə ki, Vyetnamın silah idxalının 
çox hissəsi Rusiya Federasiyasının payına düşür. Əslində 
bu, o deməkdir ki, silah bazarından Rusiya ABŞ-ı sıxışdı-
rıb çıxarmışdır. 
Aydındır  ki,  Vyetnamın  son  zamanlar  silah  idxalı  və 
hərbi qüvvələrini modernləşdirmək istiqamətində fəallı-
ğının səbəbi Çinə qarşı təhlükəsizliyini təmin etmək səy-
ləridir.  Cənubi  Çin  dənizindəki  adalar  və  şelfdə  karbo-
hidrogen ehtiyatları kəşfiyyatı sahəsində Çin ilə Vyetnam 
arasındakı ziddiyyətlər hərbi qarşıdurma səviyyəsinədək 
çatmışdır. Bu səbəbdən də Çin kimi rəqibə qarşı təhlükə-
sizliyini, həmçinin adalara qarşı iddialarını təmin etmək 
üçün Vyetnamın güclü tərəfdaşlara və hərbi qüvvəyə eh-
tiyacı vardır. 
Bundan  əlavə,  Cənub-Şərqi  Asiyanın  digər  dövlətləri 
kimi, Vyetnam da region dövləti olmayan Rusiyaya milli 
maraqları  üçün  təhlükə  kimi  baxmır.  Baş  verən  proses-
lər  göstərir  ki,  Vyetnam  Rusiyanın  regiondakı  iştirakını 
“strateji tarazlıq” yaratmaq baxımından da faydalı hesab 
edir.


287
Regionda  marağı  olan  dövlətlərin  Rusiyaya  təhlükə 
kimi baxmadığına daha bir misal Kamran buxtasında Ru-
siya hərbi bazasının saxlanması haqqında Rusiya ilə Vyet-
nam arasında razılaşmaya ASEAN və ABŞ-ın da etiraz et-
məmələridir. Çünki onlar bu hərbi bazanı ciddi təhlükə 
hesab etmirlər. Qeyd etmək lazımdır ki, həmin baza mü-
bahisəli Spratli adaları yaxınlığında yerləşir. 
Vyetnam  Sosialist  Respublikasının  xarici  siyasət  fəa-
liyyətində  Hindistan  Respublikası  ilə  münasibətlər 
özünəməxsus yer tutur. Bu münasibətlərin tarixi o qədər 
də dərin deyildir. Vyetnam ilə Hindistan arasında müna-
sibətlər 1972-ci ildə qurulsa da, 2007-ci ildə Vyetnamın baş 
naziri  Nquen  Tan  Zunqun  Hindistana  rəsmi  səfərindən 
sonra iki ölkə strateji əməkdaşlıq haqqında birgə bəyanat 
imzalamışdır.  Bu  bəyanat  Vyetnam-Hindistan  ikitərəf-
li əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malikdir. 
Bəyanatda ölkələr arasında əməkdaşlığın əsas istiqamət-
ləri və həyata keçirilmə formaları öz əksini tapmışdır. 
Hindistan ilə Vyetnam arasında müdafiə və təhlükəsiz-
lik sahəsində əlaqələr baxımından yüksək səviyyəli hərb-
çilərin görüşləri, hərbi treninqlər və birgə təcrübə müba-
diləsi məsələləri genişlənir.
1
 Bir sözlə, Vyetnamın Cənubi 
Asiya regionunda xarici siyasət kursu uğurla həyata keçi-
rilməkdədir. Və Vyetnam Sosialist Respublikası Asiyada 
inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.
Bundan başqa, Vyetnam Sosialist Respublikası hələ So-
vetlər  İttifaqı  dövründə  yaxşı  əlaqələri  olmuş  Müstəqil 
Dövlətlər  Birliyi  ölkələri  ilə  də  əlaqələrini  yenidən  qur-
mağa səy göstərir. 
1
 Sadhavi Chauhan, İndia-Vietnam defence cooperation: slow but steady progress // Orf 
issui brief, November, 2013, 8 p., s.3.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə