Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə72/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

276
ləri  Spratli  adalarının  mənsubiyyəti  məsələsidir.  Buna 
baxmayaraq, ASEAN-a üzvlük Vyetnama bir çox region 
dövlətləri ilə mübahisələrini tənzimləmək imkanı yarat-
mışdır.  Regiondakı  tərəfdaşlarından  əlavə,  bütövlükdə 
dünya siyasətində nüfuzunu möhkəmləndirməyə çalışan 
Vyetnam hətta aralarında ciddi ərazi və digər mübahisələr 
olan dövlətlərlə belə, münasibətləri gərginləşdirməməyə 
çalışır. Ölkə rəsmiləri belə hesab edirlər ki, Vyetnamın iq-
tisadi qüdrətinin artırılması və əhalinin rifah halının yax-
şılaşdırılması  bir  çox  problemlərin  həllinə  müsbət  təsir 
göstərə bilər.
Vyetnam bir çox beynəlxalq təşkilatlarda təmsil olunur. 
1977-ci ildən BMT-nin, 1995-ci ildən ASEAN-ın, 2007-ci il-
dən Ümumdünya Ticarət Təşkilatının və Asiya-Sakit oke-
an İqtisadi Əməkdaşlığı Təşkilatının üzvü olan Vyetnam 
Sosialist  Respublikası  hazırda  regionun  sürətlə  inkişaf 
edən,  xarici  iqtisadi  əlaqələrini  genişləndirən  ölkələrin-
dən biridir.
Vyetnam xarici siyasətdə Cənub-Şərqi Asiya regionun-
dakı qonşuları ilə münasibətlərə xüsusi əhəmiyyət verir. 
Lakin ölkənin xarici siyasəti problemsiz də deyildir. Belə 
ki,  Vyetnamın  qonşuluğundakı  dövlətlərdən  olan  Kam-
boca ilə münasibətlərində ziddiyyətlər qalır. Çünki Kam-
bocanın  Vyetnam  və  Laosa  ərazi  iddiaları  vardır.  Ərazi 
mübahisələrinin  həll  edilməməsi  ümumi  inkişafa  mane 
olan amillərdən biridir. 
Kambocada ötən əsrin 70-ci illərində hakimiyyətə qarşı 
partizan müharibəsi aparan “Qımızı kxmerlər”in siyasəti 
Vyetnam  ilə  münasibətlərə  mənfi  təsir  göstərirdi.  “Qır-
mızı kxmerlər” Vyetnamın sərhəd bölgələrinə basqınlar 


277
edir, dinc əhalini qırırdılar. Yalnız Kamboca kommunist-
ləri  olan  “qırmızı  kxmerlər”in  müqavimətinin  qırılma-
sından  sonra  Kamboca  hökuməti  ilə  Vyetnam  arasında 
münasibətlər  tənzimləndi  və  Vyetnam  qoşunlarını  bu 
ölkədən çıxardı. Həmin dövrdən etibarən tərəflər müna-
sibətlərdə  gərginliyin  artmasına  yol  verməməyə  çalışır-
lar. Münaqişəli şəraitlərin tənzimlənməsində danışıqların 
aparılmasına üstünlük verirlər. Belə ki, 2014-cü il fevralın 
14-də Cenevrədə Vyetnamın BMT, Ümumdünya Ticarət 
Təşkilatı  və  digər  beynəlxalq  təşkilatlardakı  daimi  nü-
mayəndəliyinin Laos və Kambocanın BMT-dəki missiya-
ları ilə dostluq görüşü təşkil etməsi həmin məqsədə xid-
mət edirdi. Görüş zamanı keçirilən müzakirələrdə tərəflər 
bildirdilər ki, bu görüş üç ölkə arasında qardaşlıq müna-
sibətlərinin  möhkəmləndirilməsi  üçün  əlverişli  imkan-
dır.
1
 Həqiqətən də həmin görüşdən sonra münasibətlərdə 
müəyyən istiləşmə hiss olunmağa başladı.
ASEAN ölkələri ilə əlaqələr Vyetnam üçün əhəmiyyətli 
olsa da, bu ölkələr onun üçün müasir texnologiyalar və 
investisiya axını mənbəyi deyildir. Həmin səbəbdən Vyet-
namın dünyanın inkişaf etmiş ölkələri, artıq qeyd edildiyi 
kimi Qərb dövlətləri ilə əlaqələri genişləndirməyə ehtiya-
cı vardır.
Qərb ilə əməkdaşlığın genişləndirilməsi heç şübhəsiz, 
təkcə  müasir  texnologiyaların  tətbiqi  niyyətləri  ilə  bağlı 
deyildir. Vyetnamın əvvəllər də yazıl dı ğı kimi, qonşuları 
ilə ərazi münaqişələri vardır. Məsələn, regionun ən güclü 
dövləti olan Çin ilə Vyetnam arasında tarixi düşmənçiliyə 
Parasel və Spratli adaları üstündə rəqabət də əlavə olun-
1
 
Укрепление дружеских отношений между Въетнамом, Ласом и Камбоджей в 
Женеве, 2014, 16 февраль- http://vovworld.vn/ru, (14.08.2014)


278
muşdur. Belə ki, tarixdən məlum olduğu kimi, Çin qonşu 
Laos  və  Kambocada  Vyetnamın  təsirinin  güclənməsinə 
daim mane olmuş, bu ziddiyyətlər 1979-cu ildə araların-
da hərbi toqquşma ilə nəticələnmişdi. Hətta hər iki ölkədə 
sosialist sisteminin mövcud olması, kommunist ideologi-
yasının mövcudluğu münaqişələrin yaranmasının qarşı-
sını ala bilməmişdir.
Vyetnam və Çin arasında digər bir münaqişə də törə-
dilmişdir.  Belə  ki,  Parasel  adalarından  olan  Sişa  uğrun-
da hərbi toqquşma baş vermiş, sonda Çin qalib gələrək 
adaya nəzarəti ələ keçirmişdir. Vyetnam isə hələ də adaya 
iddia irəli sürür. Bu isə ik ölkə arasında münasibətlərdəki 
soyuqluğun səbəblərindən biridir. 
Spratli adaları üstündə isə 1988-ci ildə Vyetnam ilə Çin 
arasında toqquşma olmuş, yenə də Çin qalib gəlmiş, bu 
zonada öz nəzarət sahəsini bir qədər genişləndirə bilmiş-
dir. Qeyd etmək lazımdır ki, Spratli adalarına Çin və Vyet-
namdan başqa Tayvan, Filippin, Malayziya və Bruney də 
iddia edir. Çünki insan məskunlaşmamış bu adalar çox 
mühüm strateji əhəmiyyət kəsb edir. Belə ki, bu adalara 
sahib olmaq Cənubi Çin dənizi su məkanına və buradan 
keçən dəniz nəqliyyatı yollarına nəzarət etmək deməkdir. 
Əlverişli coğrafi-strateji mövqeyi səbəbindən adalar sanki 
«bölüşdürülə bilməyən alma» halına gəlmişdir. 
Mövcud olan bütün ziddiyyətlərə baxmayaraq, XX əs-
rin  90-cı  illərindən  Vyetnam-Çin  münasibətləri  sürətlə 
normallaşmağa başladı. Uzun illər mövcud olan ziddiy-
yətlərdən sonra 1991-ci ilin noyabr ayında iki ölkənin rəs-
mi  nümayəndələri  münasibətlərin  normallaşdığını  elan 
etdilər. 1993-cü ilin noyabr ayında isə Vyetnam Sosialist 


279
Respublikasının Prezidenti Le Dık An Çin Xalq Respub-
likasına səfər etdi. Bu, 1955-ci ildən bəri Vyetnam dövlət 
başçısının Çinə ilk səfəri idi. Bir il sonra isə Çin Xalq Res-
publikasının Prezidenti Tszyan Tszemi nin Vyetnama səfəri 
oldu.  Danışıqlar  zamanı  mübahisəli  sərhəd  problemləri 
müzakirə olundu. Quru sərhədi və Tonkin körfəzindəki 
sərhədə dair müzakirələr uğurlu keçdi. Lakin Parasel və 
Spratli adalarının mənsubiyyəti məsələsinə gəldikdə isə 
tərəflər  status-kvonun  saxlanmasında  maraqlıdırlar.  İki 
ölkə  aralarındakı  münasibətləri  normallaşdırmaq  niyyə-
tindədir. Bunun da başlıca səbəbi tərəflərin öz iqtisadi in-
kişafları yolunda maneələri aradan qaldırmaq səyləridir. 
Onların fikrincə, ziddiyyətlər və münaqişə başlıca diqqəti 
dinc quruculuqdan və inkişafdan yayındırır.
Lakin  regionda  münaqişələrin  davam  etməsində  ma-
raqlı olan xarici dövlətlər də vardır. Qeyd etmək lazımdır 
ki, Amerika  Birləşmiş  Ştatları  özünün  strateji  maraqları 
naminə Cənubi Çin dənizində təhlükəsizlik məsələlərinə 
müdaxilə  etməyə  səy  göstərir.  Belə  ki,  ABŞ  regiondakı 
mövqelərini  itirməmək  üçün  müxtəlif  vasitələrdən  isti-
fadə  edir.  Belə  ki,  mütəmadi  olaraq  keçirilən  Şərqi Asi-
ya Sammitlərindən 2010-cu ildə Hanoyda keçirilmiş 5-ci 
toplantıya ilk dəfə olaraq ABŞ da qatılmış oldu. İndonezi-
yanın Bali adasında keçirilən və belə demək mümkünsə, 
“siyasiləşmiş” VI Sammit zamanı ABŞ tərəfi Çinin istək-
lərinin  əksinə  olaraq,  Cənubi  Çin  dənizində  təhlükəsiz-
lik  və  sabitlik  məsələsinin  müzakirəsi  təşəbbüsünü  irəli 
sürdü. Pekinin mövqeyi isə ondan ibarət oldu ki, Parasel 
və Spratli adalarının mənsubiyyəti məsələsi Şərqi Asiya 
sammitlərində  çoxtərəfli  formatda  deyil,  yalnız  maraqlı 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə