126
buna görə də müəyyən olunmuş çərçivədə Yaponiya SSRİ
ilə vəziyyətin yaxşılaşdırılmasında diplomatik çeviklik
göstərir, onu dörd adanın qaytarılmasına sövq edirdi.
Yaponiya ilə münasibətlərin yaxşılaşdırılması sahəsin-
də SSRİ bir dəfə də olsun 1956-cı ildəki birgə bəyannamə
əsasında sülh müqaviləsindəki Xabomaye və Şikotan
adalarının qaytarılmasına hazır olduğunu bəyan etmədi.
Yaponiyaya iki digər adanın qaytarılmasının mümkün-
lüyünü və yaxud onları Yaponiya ərazisi kimi tanımağı
SSRİ heç vaxt qəbul etmədi. Əksinə, Yaponiya hər zaman
özünün Kunaşir və İturup adalarına olan qanuni hüquq-
larını sübuta yetirirdi. Münasib bildiyi zamanda onların
Xabomaye və Şikotan adaları ilə birgə geri qaytarılmasına
çalışırdı.
Keçən əsrin 80-ci illərdə Yaponiya-SSRİ münasibətləri
daha da kəskinləşdi. Sovet ordusunun Əfqanıstana yeri-
dilməsi ilə bağlı dünyanın digər aparıcı qüvvələri kimi
Yaponiya hökuməti də sanksiyalara qoşuldu. Bu, rəsmi
tərəfdən bütün əlaqələri pozdu, bağlanmış sazişlərin ye-
rinə yetirilməsini dondurdu, dövlət xətti ilə kreditlərin
verilməsini dayandırdı, SSRİ-yə yeni texnika və texnologi-
yaların göndərilməsinə məhdudiyyət qoydu. Yaponiyada
amerikalıların hərbi müstəqillik və siyasi aksiyalarda fəal
iştirakından narahat olan SSRİ münasibətlərin inkişaf et-
dirilməsində maraqlı deyildi.
XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ və Qərb
ölkələri arasında qarşıdurma bir qədər zəiflədi. Bu da ya-
pon-sovet münasibətlərində istilik yaratdı. Bütün səviy-
yələrdə ikitərəfli danışıqların başlanğıcına start verildi.
Moskva və Tokio ərazi problemləri də daxil edilməklə
127
bütün problemləri müzakirə etdilər. Qarşılıqlı səfərlər və
əmtəə mübadiləsi artdı. 1988-ci ildə ölkələr arasında ti-
carət genişləndi. SSRİ və Yaponiya arasında münasibətlə-
rin yaxşılaşmasına əyani sübut SSRİ tarixində ilk dəfə ola-
raq 1991-ci ilin aprel ayında SSRİ-nin prezidenti M.S.Qor-
baçovun Tokioya səfər etməsi oldu.
Beləliklə, 1991-ci ilin dekabrında SSRİ-nin dağılması və
suveren Rusiya Federasiyasının yaranması rus-yapon mü-
nasibətlərinin tənzimlənməsində, xarici siyasətində yeni
prinsiplər ortaya çıxardı. Bundan sonra tərəflər bir-birini
daha az günahlandırmağa başladılar. Mətbuatda iki ölkə
arasında qeyri-normal münasibətlərin və köhnədən qal-
mış narazılıqların aradan qaldırılması və vəziyyətin ay-
dınlaşdırılmasına dair elmi dairələrdə məqalələr çap edil-
məyə başlandı. Qarşılıqlı münasibətlərdə normallaşma
meyilləri hiss olunurdu.
90-cı illərin əvvəllərində Mixayıl Qorbaçov və Boris
Yeltsin arasında hakimiyyət uğurundakı mübarizə xarici
siyasətə, xüsusilə də Kuril adaları məsələsinə təsir etdi.
B.Yeltsin tərəfdarları xüsusi şərtlərlə adaların Yaponiya-
ya geri verilməsinə tərəfdar kimi çıxış edirdilər. Bu fəa-
liyyətin nəticəsi olaraq 1990-cı ildə Yaponiyaya səfərində
beşmərhələli “ərazi məsələsi planı” qəbul edildi. Plana
əsasən aşağıdakı məsələlər daxil edilmişdi:
1) “Problemin” rəsmi tanınması; 2) Adaların hərbsiz-
ləşdirilməsi; 3) Azad sahibkarlıq zonası elan olunması;
4) Sülh sazişinin imzalanması və “adalar üzərində “birgə
idarəetmə”ni həyata keçirmək; 5) Gələcək nəsil siyasət-
çilər üçün axtarış yollarının tamamilə həll olunması.
1
1
Bax: Rza Talıbov. Yaponiya-Azərbaycan əməkdaşlığı müasir mərhələdə. Bakı,
“Çaşıoğlu”, 2005,səh.58.
128
Sonrakı illərdə Rusiya Federasiyasının Prezidenti Boris
Yeltsin “beşmər hə lə li plan”ı gündəliyindən düşürmədi.
Lakin rəsmi səviyyədə bu barədə danışmırdı. Bununla ya-
naşı, B.Yeltsin və icraçı hakimiyyətin müxtəlif səviyyələr-
də ki hərəkətləri deməyə əsas verirdi ki, bu plan sarsıl-
mazdır, ancaq buna baxmayaraq, bəzi düzəlişlərlə yerinə
yetirilirdi. Bundan əlavə, hesab etmək olardı ki, bu plan
Kremlin Kuril problemi kimi adlandırılan əsas siyasətinin
“məxfi planı” idi.
1993-cü ildə Boris Yeltsin Yaponiyaya səfər etdi. Səfərin
gedişində Tokio bəyannaməsi qəbul edildi. Bu sənəd iki
ölkə arasında ərazi ziddiyyətlərinin mövcudluğunu təs-
diq edirdi. Bəyannamədə yazılırdı: “...Tərəflər razılaşır ki,
iki ölkə arasında danışıqları sülh sazişi ilə bitirmək üçün
İturup, Kunaşir, Çikotan və Xabomaye adalarının tarixi,
hüquqi amillər əsasında mövcudluğunu və həmçinin iki
ölkə arasında işlənmiş sənədlərin əsasında, ədalət və qa-
nun prinsipləri çərçivəsində ikitərəfli münasibətləri tam
şəkildə normallaşdırmaq vacibdir”.
İkitərəfli münasibətlərin yenidən yüksəlməsi üçün
“qalstuksuz görüş” çərçivəsində prezident B.Yeltsin ilə
baş nazir R.Hasimonun 1997-ci ildə Krasnoyarskda gö-
rüşü oldu. Görüşdə prinsipcə vacib olan yapon liderinin
irəli sürdüyü Rusiya ilə münasibətləri novatorcasına qur-
maq planı idi. Bu plan “Haşimoto planı” adlandırılır.
Son illərdə Rusiya-Yaponiya münasibətlərində Çin ami-
linin rolu artmışdır. Çin Xalq Respublikası ilə qarşılıqlı
münasibətlər uzun illər Yaponiya tərəfindən xeyirxahlıqla
müzakirə olunurdu. SSRİ-nin qəti düşməni və “sovet təh-
lükəsi”nin əks ağırlığı, yəni, əgər müttəfiq deyilsə, onda
129
ən azından düşmən kimi, SSRİ-nin dağılması və Rusiyanın
Uzaq Şərqdəki hərbi qüvvələrinin ixtisar edilməsi və ASH-
nin bütünlüklə Çinin güclü iqtisadi inkişafı ilə əlaqəsi və
onun hərbi gücünün artması güclərin tarazlığını regionda
onun xeyrinə dəyişmişdi. Bundan əlavə, Moskva və Pekin
keçmiş illərin düşmənçiliyinə son qoymadılar, həmçinin
strateji əməkdaşlığa keçidi elan etdilər. Ona görə də Ru-
siya ilə əməkdaşlıq və regionda strateji tarazlığı qorumaq
vacibdir. Yaponiya üçün BMT-nin daimi üzvü olan Rusi-
yanın bu orqanın yenidən qurulmasında dəstəyi çox va-
cib idi.
Krasnoyarskda keçirilən qeyri-rəsmi görüşün nəticələ-
rinə görə tərəflər yeni, geniş əməkdaşlıq imkanlarını mü-
zakirə etdilər. 2000-ci ilin sonlarınadək yeni sülh müqa-
viləsini bağlamaq üçün əllərindən gələn səyləri göstər-
mək, nikbinliyi təlqin etmək haqqında ümumi razılığa
gəldilər. Havanada keçirilən qeyri-rəsmi görüş də bu cür
müsbət ruhda keçdi. Orada yapon tərəfi problemlərin
əvvəllər Rusiya üçün qəbuledilməz olan yeni həllini, sər-
hədlərin ayrılması formulasını təqdim etdi.
İlk dəfə əsrin sonlarında - 1998-ci ilin noyabrında Ya-
poniyanın baş naziri Keydzo Obudinin Rusiyaya rəsmi
səfəri baş tutdu. Bu hadisə əsasında yüksək səviyyədə da-
nışıqların yekunlarına görə Moskva bəyannaməsi qəbul
olundu. Danışıqların nəticəsində ölkələr “yaradıcı əmək-
daşlıq” haqqında razılığa gəldilər.
Yaponiya ilə dialoqu davam etdirmək məsələsi Rusiya-
nın yeni prezidenti V.Putinin üzərinə düşmüşdü. 2000-ci
ilin sentyabrında onun Yaponiyaya səfərinin nəticəsi bəzi
analitiklərin düşüncəsinə görə, Rusiya-Yaponiya münasi-
Dostları ilə paylaş: |