138
yaradılmış, Azərbaycan Respublikasının Milli Məclisində
dostluq və əməkdaşlıq üzrə Yaponiya-Azərbaycan parla-
ment qrupu təşkil olunmuşdur.
Yaponiya və Azərbaycan arasındakı münasibətlər
görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əli-
yevin respublikada 1993-cü ildə hakimiyyətə gəlişin-
dən sonra ardıcıl və səmərəli surətdə inkişaf etdirilmiş-
dir. Beləliklə, Azərbaycanla Yaponiya arasında geniş və
hərtərəfli əlaqələrin inkişafına dövlət səviyyəsində cid-
di təkan verilmişdir. Yaponiyanın Beynəlxalq İqtisadi
Əməkdaşlıq Fondunun çətin şəraitdə Azərbaycana mü-
nasibətdə göstərdiyi xoşməramlı münasibət əlaqələrin
formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 17 yanvar 1998-
ci il tarixində Yaponi ya nın Beynəlxalq İqtisadi Əməkdaş-
lıq Fondunun nümayəndə heyətini qəbul etmişdir. Bu gö-
rüşdə ölkəmizin rəhbəri Azərbaycan dövlətinin Yaponiya
ilə əməkdaşlığa xüsusi diqqət verdiyini qeyd etmiş, həm-
çinin Azərbaycan və Yaponiyanın bütün fəaliyyət sahələ-
rində yaxşı tərəfdaş olmaq imkanlarını diqqət mərkəzinə
çəkmişdir. Yaponiya nümayəndə heyətinin rəhbəri Akiro
Nişiqaki də öz növbəsində iki ölkə arasında əməkdaşlığın
inkişafına maksimum səy göstərəcəyini bildirmişdir. Bu,
ikitərəfli əməkdaşlıqda böyük təməl rolunu oynamışdır.
Azərbaycan Respublikası karbohidrogen ehtiyatları ilə
bərabər, böyük təbii resurslara malik bir dövlətdir. Bu da
dünyanın bir çox aparıcı dövlətlərinin diqqətini özünə
cəlb edir və onlarla bütün səviyyələrdə yaxınlaşmaq üçün
münasib şərtlərin zəruriliyini yaradır. Yaponiya dövləti-
nin Azərbaycana olan marağı iqtisadi faktorla yanaşı, si-
139
yasi amilləri də əhatə edir. Azərbaycan Respublikasının
neft-qaz ehtiyat la rı ilə yanaşı, Qafqazda və Orta Şərqdə
mühüm geosiyasi mövqe tutması Yaponiyanı ölkəmizə
cəlb edən məsələlər içərisində mühüm yer tutur.
Azərbaycan-Yaponiya münasibətlərindəki hərtərəf-
li inkişaf 1998-ci il yanvarın 26-dan fevralın 1-nə qədər
Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə-
nin Yaponiyaya dövlət səfəri ilə davam etmişdir. Yanva-
rın 27-dən Tokioda Azərbaycan Respublikası üzrə Dünya
Bankı konsultativ qrupunun ikinci iclası işə başladı. İc-
lasda on dörd ölkə və Almaniya, Belçika, Misir, Türkiyə,
Pakistan, İngiltərə, ABŞ, İsveçrə kimi doqquz beynəlxalq
maliyyə təşkilatlarının nümayəndələri və həmçinin Av-
ropa Yenidənqurma və İnkişaf Bankı, BVF, Dünya Ban-
kı və s. qurumlar iştirak edirdi. Bu, beynəlxalq miqyasa
malik rəsmi yığıncağın 28 yanvar 1998-ci il tarixdə Dün-
ya Bankı Maliyyə Korporasiyası qrupu tərəfindən təşkil
edilmiş investisiya konfransı Azərbaycana həsr edilmişdi.
Bu konfransda beynəlxalq maliyyə təşkilatları, korporasi-
yalar, kompaniyalar və firmaların nümayəndələri iştirak
edirdilər. Konfransın gedişi zamanı məlum oldu ki, xarici
biznesmenlər, böyük maliyyəçilər Azərbaycandakı “özəl
sektorun inkişafına investisiya qoyulması” proqramına
böyük maraq göstərirlər. Nəticədə böyük siyasi maraqlar
yüksək səviyyədə sazişlərin bağlanmasına gətirib çıxardı.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
uzaqgörən siyasəti nəticəsində keçirilmiş bu beynəlxalq
tədbir ölkəmizin Yaponiya ilə əlaqələrində uğurlu start
rolunu həyata keçirmişdir.
140
Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-nə qədər Ya-
poniyaya ilk rəsmi səfəri yalnız iki ölkə arasında qarşılıqlı
münasibətlərdə deyil, həmçinin Azərbaycan Respublikası
ilə Cənub-Şərqi Asiya dövlətləri arasında siyasi və iqtisa-
di əlaqələrin tarixində də yeni səhifə açmışdır.
Qeyd etmək lazımdır ki, Çin və Mərkəzi Asiya ölkələri
uzun illər Yaponiya iqtisadiyyatı və maliyyə inteqrasiyası
prosesində yaxından iştirak edirdilərsə, Azərbaycan Res-
publikası Yaponiya işgüzar dairəsinin səmərəli fəaliyyət
sahəsinə yenicə daxil olmuşdur. Buna baxmayaraq, Azər-
baycan və Yaponiya arasındakı münasibətlər son zaman-
lar kifayət dərəcədə müvəffəqiyyətlə inkişaf edir. Hər iki
ölkə bütün sahələrdə yaxınlaşmağa və sıx əməkdaşlığa
böyük maraq göstərir. Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyev Yaponiyada rəsmi səfərdə olarkən
bu ölkənin siyasi və işgüzar dairələri ilə çoxlu sayda
səmərəli görüşlər keçirdi. Onların arasında öz əhəmiyyə-
tinə görə Yaponiyanın İmperatoru Akixito, baş nazir Ryü-
taro Hasimoto, xarici işlər naziri Keyzo Obuti, xarici ti-
carət və sənaye naziri Mistio Xoroçi, Yaponiya İdxal-İxrac
Bankının prezidenti Yasuda Xeroşi və başqaları ilə görüş
və söhbətlər xüsusi yer tuturdu.
Yaponiyanın imperatoru ilə danışıqlar zamanı ikitərəfli
münasibətlərin genişlənməsinə, Ermənistanın hərbi təca-
vüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişə-
sinin sülh yolu ilə nizamlanmasına xüsusi diqqət yetiril-
mişdir.
Fevralın 26-da ölkələr arasında ikitərəfli sənədlərin im-
zalanması mərasimi keçirilmişdir. Prezident Heydər Əli-
141
yev və baş nazir Ryütaro Hasimoto “Azərbaycan Respubli-
kası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqın-
da birgə bəyanat”a imza atdılar və həmçinin “Azərbaycan
Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat
sahəsində birgə bəyanat” qəbul edildi.
Azərbaycan Respublikası və Yaponiya arasında dostluq
və əməkdaşlıq haqqında birgə bəyanatda göstərilirdi ki,
hər iki tərəf ikitərəfli münasibətlərini müstəqilliyə hörmət
və bir-birinin ərazi bütövlüyü və müstəqilliyi, bir-birinə
inam, qarşılıqlı etibar və əməkdaşlıq üzərində quracaqlar.
Sənəddə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni
və digər sahələrdə əlaqələrin qarşılıqlı maraqlar əsasında
həyata keçirilməsinin vacibliyi öz əksini tapmışdır. Bir-
gə sənəd də Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda
bütün səylərin TransAv ro pa -Asiya dəhlizinin inkişafına
yönəlməsindən bəhs edilirdi.
Azərbaycan Respublikası Prezidentinin Yaponiyaya
səfəri zamanı “Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məs-
ləhətləşmələr haqqında birgə rəsmi məlumat”, “Azərbay-
can və Yaponiyanın xarici ölkələrlə iqtisadi əməkdaşlıq
Fondu arasında kredit razılaşması”, “Şimal” buxar-qaz
elektrik stansiyası tikintisinin layihəsi haqqında notalar
mübadiləsi baş tutmuşdur.
Səfər zamanı Yaponiya dövlətinin ayırdığı kənd təsərrü-
fatı texnikasının alınması üçün yardım haqqında notalar
mübadiləsi, habelə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti və Yaponiyanın Misui Neft Şirkəti arasında iştirak
payının verilməsi haqqında razılaşma da imzalanmışdır.
Tarixi əhəmiyyət kəsb edən bu sənədlər bizim ölkələrimi-
Dostları ilə paylaş: |