130
bətlərinin son illərdəki ən yüksək səviyyəsi kimi qiymət-
ləndirilirdi.
Beynəlxalq məsələlərdə əməkdaşlıq haqqında bir bəya-
natda görünməmiş geniş sualların əhatəsində yeni dünya
qaydalarının əsasında nüvə silahının yayılmaması və ra-
ket əleyhinə müdafiə sistemlərinin qorunması haqqında
sazişə qədər qarşılıqlı anlayış qeyd olunmuşdu. Bundan
başqa, Rusiya tərəfi Yaponiyanın BMT-nin daimi
üzvlüyə
namizədliyini özünün müdafiə edəcəyini bildirmişdi.
Ən böyük ziddiyyət sərhədlərin ayrılması probleminin
müzakirəsində əldə olunmuşdu. Rusiya lideri son qırx
ildə ilk dəfə olaraq bəyan etdi ki, 1956-cı ildə imzalanan
Birgə əməkdaşlıq haqqında bəyannamə öz qüvvəsində
qalır.
Çətinlik onda idi ki, V.Putinin Tokioya səfərinə qədər
Yaponiyada hakimiyyətdə olan partiya daxilində parça-
lanma müşahidə olundu. Belə ki, təkcə sərhədləri ayırmaq
problemində deyil, bütünlüklə Rusiya ilə bağlı məsələlər-
də ciddi fikir ayrılıqları mövcud idi. Bir qrup (şərti adı
“ənənəçilər” olan) sərt, kompromissiz əvvəlki yanaşmanı
müdafiə edirdi: Onların fikrincə, sülh müqaviləsini bağ-
lamaq və Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün yapon-
ları mübahisəli adalarla bütövlüklə təmin etmək mütləq
ilkin şərt idi.
Başqa qrup “modernistlər” idi. Onlar belə hesab edir-
dilər ki, dəyişən dünyada Rusiya ilə münasibətdə müstəqil
dəyərini qazanmış Yaponiya ərazi tələblərinin bütünlük-
lə təmin olunmamasından ziyan çəkməməli idi. Beləliklə,
“modernistlər” Rusiya ilə rasional kompromis şəraitində
sərhədlərin çəkilməsi problemi üzrə sülh müqaviləsinin
bağlanmasına etiraz etmirdilər.