Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

130
bətlərinin son illərdəki ən yüksək səviyyəsi kimi qiymət-
ləndirilirdi. 
Beynəlxalq məsələlərdə əməkdaşlıq haqqında bir bəya-
natda görünməmiş geniş sualların əhatəsində yeni dünya 
qaydalarının əsasında nüvə silahının yayılmaması və ra-
ket əleyhinə müdafiə sistemlərinin qorunması haqqında 
sazişə qədər qarşılıqlı anlayış qeyd olunmuşdu. Bundan 
başqa, Rusiya tərəfi Yaponiyanın BMT-nin daimi üzvlüyə 
namizədliyini özünün müdafiə edəcəyini bildirmişdi.
Ən böyük ziddiyyət sərhədlərin ayrılması probleminin 
müzakirəsində  əldə  olunmuşdu.  Rusiya  lideri  son  qırx 
ildə ilk dəfə olaraq bəyan etdi ki, 1956-cı ildə imzalanan 
Birgə  əməkdaşlıq  haqqında  bəyannamə  öz  qüvvəsində 
qalır. 
Çətinlik onda idi ki, V.Putinin Tokioya səfərinə qədər 
Yaponiyada  hakimiyyətdə  olan  partiya  daxilində  parça-
lanma müşahidə olundu. Belə ki, təkcə sərhədləri ayırmaq 
problemində deyil, bütünlüklə Rusiya ilə bağlı məsələlər-
də  ciddi  fikir  ayrılıqları  mövcud  idi.  Bir  qrup  (şərti  adı 
“ənənəçilər” olan) sərt, kompromissiz əvvəlki yanaşmanı 
müdafiə edirdi: Onların fikrincə, sülh müqaviləsini bağ-
lamaq və Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün yapon-
ları mübahisəli adalarla bütövlüklə təmin etmək mütləq 
ilkin şərt idi.
Başqa qrup “modernistlər” idi. Onlar belə hesab edir-
dilər ki, dəyişən dünyada Rusiya ilə münasibətdə müstəqil 
dəyərini qazanmış Yaponiya ərazi tələblərinin bütünlük-
lə təmin olunmamasından ziyan çəkməməli idi. Beləliklə, 
“modernistlər” Rusiya ilə rasional kompromis şəraitində 
sərhədlərin çəkilməsi problemi üzrə sülh müqaviləsinin 
bağlanmasına etiraz etmirdilər. 


131
Rusiyalıların böyük əksəriyyəti isə inanır ki, yaponla-
ra heç bir ərazini vermək olmaz. Onları inandırmaq çətin 
idi ki, Xabomai və Şikotan adalarının verilməsi SSRİ-nin 
hüquq öhdəçilikləri ilə nəzərdə tutulmuşdur. Öz növbə-
sində yaponların əksəriyyəti bütün dörd mübahisəli ada-
ların  qaytarılmasının  vacibliyinə  inanırdılar.  Onları  da 
çətin  inandırmaq  olardı  ki,  Kunaşir  və  İturup  adalarını 
geri istəmələrinin lazımi hüquqi əsası yoxdur. Şübhəsiz 
ki, bu istək qənaətbəxş deyildir. Bu mənada sərhədlərin 
çəkilməsi məsələsində istənilən razılaşma, demək olar ki, 
Rusiya kimi Yaponiya ictimaiyyətində də qəti etiraz do-
ğuracaqdır. Bu, yaxın gələcəkdə ərazi mübahisələrinin ni-
zamlanması və mükəmməl Yaponiya-Rusiya münasibət-
lərini qaydaya salmaq qərarını şübhə altına alır. Bununla 
belə, hazırda Yaponiya-Rusiya münasibətlərində nisbi bir 
sakitlik mövcuddur. Xüsusən də Rusiya-Amerika müna-
sibətlərindəki gərginlik Yaponiya-Rusiya arasındakı ada-
lar məsələsini bir qədər arxa plana keçirmişdir. Hazırda 
Rusiya tərəfi Yaponiya ilə yumşaq davranmağa üstünlük 
verir. 
2.5.  Cənub-Şərqi  Asiya  ölkələri  ilə  münasibətlərdə 
Yaponiya
İkinci  Dünya  müharibəsindən  və  ölkənin  iqtisadiyya-
tının tədricən bərpasından sonra Yaponiyanın əsas xari-
ci siyasət priotetlərindən biri Cənub-Şərqi Asiya ölkələri 
ilə həm iqtisadi, həm də siyasi münasibətlərin inkişafı ol-
muşdur.  Qeyd  olunduğu  kimi,  “Asiyadakı  qonşuları  ilə 
diplomatik əlaqələri bərpa etmək Yaponiyanın xarici si-


132
yasətində mühüm yer tutur”.
1
 İqtisadi planda bu region 
indiyədək Yaponiya sənaye məhsulları üçün nəhəng sa-
tış bazarları, iqtisadiyyatın xammal və yanacaq növünün 
normal fəaliyyət göstərməsi üçün bir mənbə və nəhayət, 
kapitalın aparılmasına görə son dərəcə cəlbedici ucuz işçi 
qüvvəsinin çoxluğu ilə diqqət mərkəzində olmuşdur və 
indi də diqqət mərkəzindədir. Cənub-Şərqi Asiya ölkələ-
rinin Yaponiya üçün həm də xüsusi siyasi və hərbi-strateji 
əhəmiyyəti vardır. 
Tokionun  region  ölkələri  ilə  müharibədən  sonrakı 
əlaqələri  hərbi  təzminatla  əlaqədar  danışıqlardan  sonra 
başlanmışdır. 1954-1959-cu illər ərzində Yaponiya əvvəl-
cə Birma, sonra isə Filippin, İndoneziya və Vyetnam Res-
publikası ilə razılaşma əldə etdi. 60-cı illərdə Cənub-Şərqi 
Asiyanın başqa ölkələri ilə də sıx iqtisadi əlaqələr qurul-
du.  Həmin  vaxtdan  başlayaraq  Yaponiya  region  ölkələ-
ri  ilə  qarşılıqlı  münasibətlərə  xüsusi  diqqət  yetirdi.  Bu 
ölkələrin inkişafı üçün Yaponiyanın etdiyi iqtisadi yardı-
mı xüsusi olaraq qeyd etmək lazımdır. 
1967-ci ildə Tailand, Malayziya, Sinqapur, İndoneziya 
və Filippin iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə 
Cənub-Şərqi  Asiya  ölkələri  Assosiasiyası  və  ya  ASEAN 
yaratdılar (sonralar Bruney, Laos, Birma və Vyetnam bu 
təşkilatın üzvü oldular). Bu ölkələrin sənaye artımı yapon 
texnologiyalarının idxalı və Yaponiyanın maliyyə yardımı 
sayəsində baş verdi. 
Sonrakı onilliklərdə ASEAN Yaponiya xarici siyasətinin 
əsas vacib obyektlərindən biri oldu. Yaponiya üçün regi-
onal əlaqələrin əhəmiyyəti bir qədər böyük idi. Bu ölkə 
1
 Джеймс Л. Мак Клейн. Япония. От Сегуната Токуравы – в XXI век. Москва, АСТ. 
Астгель, 2007, с. 839


133
ABŞ  ilə  əməkdaşlığını  təkmilləşdirməyə  çalışır,  “Böyük 
səkkizlik”də və BMT-də iştirak etmək, bununla da özü-
nün beynəlxalq vəziyyətini möhkəmləndirmək istəyirdi. 
Lakin Yaponiya və Cənub-Şərqi Asiya ölkələrinin müna-
sibətlərinin inkişafı hamar deyildi. Yaponiya kapitalının 
yayılması və Cənub-Şərqi Asiya ölkələrinin vacib sənaye 
sahələrinin Yaponiya iqtisadiyyatına artan bağlılığı bəzən 
bu region ölkələrini sayıq olmağa sövq edirdi. Yaponiya-
nın  siyasi  və  işgüzar  dairələri  bütün  bunları  müşahidə 
edirdilər. Bununla bağlı olaraq Yaponiyanın baş naziri T.
Fukuda 1977-ci ildə Cənub-Şərqi Asiya regionuna müna-
sibətdə yürüdülən yeni yapon xarici siyasətinin doktrina-
sını təklif etdi. Bu doktrinaya uyğun olaraq Yaponiyanın 
hərbi gücünün bərpa edilməsinə dair hər hansı bir fikir 
rədd olunur və region ölkələri ilə isti münasibətlər sax-
lamaq niyyəti bəyan edilirdi. Sonralar T.Fukudanın “Ma-
nila bəyannaməsi” prinsiplərinə bağlılığı dəfələrlə təsdiq 
edildi.
Belə ki, 1983-cü ilin may ayında baş nazir Y.Nakasone 
ASEAN ölkələrinin liderləri ilə danışıqlarda bu ölkələrə 
onların milli sənayelərinin inkişafı üçün və Yaponiya ilə 
ticarətdə  böyük  mənfi  saldonu  aradan  qaldırmaq  üçün 
güzəştli şərtlərlə kreditlərin və istiqrazların artırılması, sə-
naye  mallarının,  yarımfabrikat la rın,  ərzaq  mallarının  bu 
ölkələrdən  Yaponiyaya  ixracında  tariflə  bağlı  əngəlləri 
azaltmaq və ləğv etmək haqqında vəd verdi. O, bəyan etdi 
ki, ASEAN ölkələri ilə əlaqələrin dərinləşməsi üçün Yapo-
niya sənaye texnologiyalarının ötürülməsini genişləndir-
mək, maşınqayırma, tibb, kənd təsərrüfatı və bir sıra əsas 
sahələrdə elmi-texniki əməkdaşlıq qurmaq, Yaponiya ilə 


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə