Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə31/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

114
xarici siyasətdə mühüm yer tuturdu. Yeni birgə əməkdaş-
lıq bəyannaməsi Asiya-Sakit okean regionunda ABŞ hərbi 
qüvvələrinin qorunmasına zəmanət verirdi. Bu da Koreya 
yarımadasında, Kambocada, Koreya Xalq Respublikasın-
da və Tayvanda artıb güclənməsinə gətirib çıxarırdı. Ya-
poniya hökuməti Amerika Birləşmiş Ştatları ilə mövcud 
danışıqlar çərçivəsindəki öhdəliklərə riayət edirdi. Rəsmi 
surətdə  “soyuq  müharibə”nin  sona  çatması  və  bununla 
yanaşı  dünyada  pozucu  amillərin  qorunub  saxlanması 
elan edildi. 
1997-ci ilin sentyabrında hələ 1978-ci ildə qəbul olun-
muş analoji sənədləri əvəz edən və 1996-cı ildə qəbul edil-
miş birgə Bəyannaməni inkişaf etdirən “ABŞ və Yaponiya 
arasında əməkdaşlığın və hərbi yoldaşlığın əsas istiqamət-
ləri” adlı Bəyannamə elan edildi. Bu bəyannamədə müda-
fiə  və  təhlükəsizlik  sahəsində  əvvəllər  iki  ölkə  arasında 
imzalanan sənədlərin, başqa sözlə desək, “San-Fransisko 
sistemi”nin  əsaslarının  qüvvədə  qaldığı  vurğulanırdı. 
Əməkdaşlığın başlıca məqsədi tərəflərin böhranlı vəziy-
yətdə səmərəli və sürətli fəaliyyətlərinin əlaqələndirilmə-
sinə və nəticələrin təmin olunmasına yönəlmişdir. 
Təhlükəsizlik müqaviləsi Yaponiya-ABŞ hərbi ittifaqın-
da əhəmiyyətli dəyişiklikləri əks etdirirdi: Həmin keyfiy-
yət dəyişiklikləri Yaponiyanın kiçik tərəfdaş statusundan 
bərabərhüquqlu iştirakçı statusuna keçməsi və bu keçid ilə 
əlaqədar olan bütün öhdəliklərlə ölçülür. “Yaponiya bey-
nəlxalq  münasibətlər  forumu»nun  nöqteyi-nəzərindən 
təhlükəsizlik sazişi hazırda Yaponiyanın müdafiə tələbat-
larını arxa plana keçirir. O, ikitərəfli mühüm əməkdaşlıq 
mexanizmini  və Asiya-Sakit  okean  regionunda  təhlükə-


115
sizlik təminatını əlaqələndirir. Sazişdən görünür ki, ABŞ 
və Yaponiya onun təminatçısı kimi çıxış edirlər. Yaponiya 
ABŞ Prezidenti Corc Buşun Asiya ölkələrinə səfəri zama-
nı ABŞ-ın Şimali Koreya ilə açıq şəkildə həmrəyliyini va-
cib bilmədi. ABŞ-a bildirdi ki, Yaponiya Şimali Koreyaya 
qarşı güc tərbiq edilməsinin tərəfdarı deyildir. Çünki bu, 
Asiya-Sakit okean regionunda, həmçinin Uzaq Şərqdə şə-
raitin gərginləşməsinə səbəb ola bilər.
Yaponiya-Amerika əməkdaşlığı XXI əsrdə də davam 
etməkdədir.  Yaponiya Ame rika  iqtisadi  bazarında  Çin-
lə rəqabət aparır. Bu məsələdə Amerika ilə Yaponiyanın 
mövqeləri üst-üstə düşür. Buna görədir ki, artıq Amerika 
bazarında yeni texnologiyalara aid məhsullar üzrə Yapo-
niya Çin Xalq Respublikasını üstələmişdir. Eyni zamanda, 
Amerika da Sakit Okean regionunda Yaponiyaya özünün 
ən etibarlı hərbi müttəfiqi kimi istinad edir. Mövcud geo-
siyasi vəziyyət Rusiya-Çin münasibətləri müqabilində Ame-
rika-Yaponiya münasibət lə ri nin də daha da möhkəmləndi-
rilməsinə zərurət yaradır. 
2.3. Yaponiya-Çin münasibətləri 
Yaponiya  və  Çin  Xalq  Respublikası  arasında  mövcud 
olan gərgin münasibətlər hər iki tərəfin baxışına görə, öz 
başlanğıcını min illər bundan əvvəlki etnik ədavətdən gö-
türür. Buna dair çoxlu faktlar göstərmək olar. Lakin XX 
əsrdə Çin-Yaponiya ədavətinin başlıca səbəbi 1931-1945-
ci illərdə Yaponiyanın həyata keçirdiyi işğalla əlaqədar-
dır. Artıq  yarım  əsrdən  çoxdur  ki,  yaponlar  Çinə  güclü 
mədəni cazibə qüvvəsi kimi baxırlar. “Soyuq müharibə” 
illərində Yaponiya Uzaq Şərqdə ABŞ xarici siyasətinin re-


116
gionda bələdçisi rolunu oynayırdı. XX əsrin əllinci illəri-
nin  əvvəllərində Asiyada  Çindən  “üçüncü  qüvvə”  kimi 
istifadə  edən ABŞ-ın  əsas  məqsədi Asiyada  kommuniz-
min və SSRİ-nin təsirinin yayılmasına yol verməmək idi. 
Bu məqsədi həyata keçirən Birləşmiş Ştatlar Yaponiyanın 
simasında etibarlı tərəfdaş qazanmışdı. Ona görə də Ya-
poniya-Çin münasibətlərindən danışarkən Çin Xalq Res-
publikası və ABŞ arasında qarşılıqlı münasibətləri nəzərə 
almaq vacibdir. 
Doğru olaraq qeyd edilmişdir ki, İkinci Dünya mühari-
bəsindən sonra ABŞ və Çin arasındakı münasibətlər saat 
kəfkirinə bənzəyirdi: gah dayanır, gah da hərəkət edirdi. 
50-60-ci illərdə ABŞ tərəfindən Çinin hərtərəfli münasibət-
lərdəki geniş inkişafının “qarşısının alınması” 70-ci illərdə 
Yaponiya və Çin Xalq Respublikası arasında sərt dönüşə 
səbəb oldu. Yaponiyanın Çini “yeganə qanuni hökumət” 
kimi tanıması və 1972-ci ildə Tayvan ilə diplomatik mü-
nasibətləri pozması beynəlxalq əlaqələrin geniş inkişafına 
yol açdı. Çinlə münasibətlər sürətlə inkişaf etməyə baş-
ladı.  Hətta  1973-1978-ci  illərdə  ölkələr  arasında  bir  sıra 
sazişlər və razılaşmalar bağlandı. Bu sənədlər seriyasını 
1978-ci  il  12  avqust  tarixdə  Pekində  imzalanan  sülh  və 
dostluq haqqında Yaponiya-Çin müqaviləsi tamamladı. 
Daha  sonralar  bütün  səviyyələrdə  intensiv  danışıq-
lar  aparıldı.  Nəticədə  Yaponiya-Çin  əlaqələrinin  inkişaf 
mexanizmi yaradıldı. Çin Xalq Respublikasının ali rəhbər-
ləri Yaponiyada, Yaponiya ali rəhbərləri də Çində səfərdə 
oldular. Dövlətlərarası münasibətlərdə yeni formalar təs-
bit olundu. 1980-ci ildən bəri iki ölkənin xarici işlər nazir-
ləri arasında daimi qrup halında müşavirə keçirilir. XXI 


117
əsrin Yaponiya-Çin Dostluq Komitəsi fəal fəaliyyət göstə-
rir, Yaponiya-Çin münasibətlərində uzunmüddətli dost-
luq anlaşma strategiyasının həyata keçməsini ölkə olaraq 
bir tapşırıq kimi qarşısına məqsəd qoymuşdur. 
Beləliklə, Çin və Yaponiya arasında tədricən elə müna-
sibətlər yaranmışdır ki, onlar kanalların müxtəlifliyinə və 
rabitənin səviyyəsinə, etibarlıq dərəcəsinə, müzakirə olu-
nan ikitərəfli və beynəlxalq problemlərin əhatə dairəsinin 
genişliyinə, iqtisadi-ticarət əlaqələrinin həcminə görə Çin 
Xalq Respublikasının hər hansı digər bir kapitalist ölkəsi 
ilə münasibətlərindən daha artıq inkişaf etmişdir. 70-80-ci 
illərdə Yaponiya-Çin münasibətlərindəki inkişafın sürətli 
tempi  yalnız  siyasi  münasibətlərlə  deyil,  həm  də  iqtisa-
di maraqların yüksək səviyyəsi ilə izah edilirdi. Yaponi-
ya Çin üçün indi də onu müasir texnologiya, avadanlıq, 
müxtəlif maşın və iqtisadiyyatının inkişafında vacib olan 
sənaye malları ilə təchiz edən bir ölkədir.
Yaponiya öz tərəfindən Çinə özünün sənaye mallarının 
satışı və vacib enerji daşıyıcıları və digər xammal növləri-
nin – ilk növbədə, neft və daş kömür satışının bazarı kimi 
baxır. 
Bununla belə, uğurlu iqtisadi əməkdaşlıq fonunda 80-ci 
illərin ortasında ziddiyyətlər yaranırdı. Hər iki ölkə ara-
sında yaranan ziddiyyətlər sosial fikir ayrılığına, tarixi in-
kişafın xüsusiliyinə və köklərinə gedib çıxırdı. 
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Yaponi-
ya dərsliklərində İkinci Dünya müharibəsi tarixinin təh-
rif olunması faktlarına görə rəsmi etirazını bildirmişdir. 
Yaponiya hakimiyyətinin bir sıra üzvləri öz çıxışlarında 
Sakit okean regionunda müharibənin baş verməsində Ya-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə